Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları


Mövzu 2. İnformasiya bazasının və maliyyə alətlərinin müəssisənin idarə edilməsində rolu



Yüklə 114,21 Kb.
səhifə4/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

Mövzu 2. İnformasiya bazasının və maliyyə alətlərinin müəssisənin idarə edilməsində rolu.
2.1. Maliyyə alətlərinin mahiyyəti və əsas əlamətləri.
2.2. Maliyyə menecmentinin informasiya bazasını təşkil edən göstəricilər sistemi
2.3. Maliyyə hesabatı anlayışı və onun göstəriciləri.
2.4. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat


2.1. Maliyyə alətlərinin mahiyyəti və əsas əlamətləri.
Maliyyə bazarı – işgüzar münasibətlərin sferasıdır, harada istənilən işgüzar əməliyyatların mükəmməl yerinə yetirilməsini təmin etmək üçün maliyyə resurslarına tələb və təklif formalaşır, həmin resursların hərəkəti həyata keçirilir.
Müasir maliyyə biznesində pul tədavül vasitəsi və ödəniş vasitəsi rolunu oynayır, əmtəə, xidmət və işin dəyər ölçüsü hesab edilir. Xüsusi əmtəə-ekvivalenti qismində pulun yaranması iqtisadiyyatda mübadilə prosesinin sistemləşdirilməsinə xidmət etmişdir. Pul kütləsi, monetlər, pul nişanları və qiymətli kağızlar maliyyə resursları bazarının məcmusunu təşkil edir, hansıki bazarın müxtəlif hissələrində əmtəə tədavülü əməliyyatlarında daimi ekvivalentliyi təmin etməyə xidmət göstərir.Maliyyə bazarı – milli və dünya bazarının tərkib hissəsidir, hansıki subyektləri iqtisadiyyatın maliyyə resurslarını formalaşdırır, yenidən bölüşdürür və bilavasitə tətbiq edirlər.
Müasir bazarın əmtəələrin məcmusuna bölünməsi, bir tərəfdən maliyyə resurslarının məcmusuna, digər tərəfdən isə iqtisadiyyatın real və maliyyə sektoruna bölünməsinə səbəb olmuşdur. Bununla belə o istehsal və pul kütləsinin hərəkəti proseslərində birbaşa iştirak etməyən maliyyə biznesinin inkişafının zəruriliyini və mümkünlüyünü şərtləndirmişdir. Əmtəənin tədavülünün və maliyyə resurslarının tədavülünün zamanca uyğun gəlməməsi bazarda müvəqqəti sərbəst maliyyə resurslarının daim mövcudluğunu şərtləndirir, hansıki daim “canlanmaq” – yeni sahibkarlıq sövdələşmələrinə yenidən istiqamətlənmə lazım gəlir.
Müvəqqəti sərbəst maliyyə resurslarına dair işgüzar münasibətlərdə öz aralarında məcburi çıxış edən maliyyə biznesinin subyektlərini üç müxtəlif kateqoriyaya ayırmaq olar.
Maliyyə biznesi subyektlərinin birinci kateqoriyası müvəqqəti sərbəst pul vəsaitlərinin sahiblərilə təmsil olunur, hansılarki istəyirlər pulları hərəkətsiz qalmasın, gəlir gətirsin. Bu vəsait biznesin həmin subyektlərinin fəaliyyətinin təkraristehsalı ilə əlaqədar obyektiv səbəblərin nəticəsində formalaşır, məhz:
 iqtisadiyyatın real sektorunun firmalarının kapitalının dövretməsi xüsusiyyətləri üzündən həmin firmalarda müvəqqəti sərbəst pul vəsaitlərinin yaradılması;
 istifadə olunmuş avadanlıqları bərpa etmək üçün sahibkarlıq firmaları tərəfindən vəsaitlərin toplanması;
 xüsusi fəaliyyətini genişləndirmək üçün sahibkarlıq firmaları tərəfindən maliyyə vəsaitlərinin yığılması;
 maliyyə biznesinin subyektləri tərəfindən şəxsi gəlirlərə qənaət edilməsi (istehlakdan imtina edilməsi).

Bu kateqoriyalı biznesmenlərə rantye-insanlar (renta ilə yaşayanlar) aid edilir, hansıki onların bütün işgüzar fəaliyyəti yalnız sərbəst maliyyə resurslarının xarici istifadəsilərə müəyyən mükafatlandırmaya görə təqdim etməkdən ibarətdir. Bu bizneslə çoxlu insanlar məşğul olurlar. Məsələn, ABŞ-da əhalinin 5 faizini rantye təşkil edir.


Maliyyə biznesinin subyetklərinin ikinci kateqoriyası müvəqqəti maliyyə çətinliyi hiss edən və öz fəaliyyətinə kənar maliyyə resursları cəlb etməyə ehtiyacı olan subyektlərlə təmsil olunur. Maliyyə biznesi maliyyə boşluğunda tamqiymətli inkişaf edə bilməz. Ona görə də arzuolunan işgüzar münasibətləri qurmaq və tam miqyaslı sövdələşmələr aparmaq üçün biznes subyektlərinə xüsusi maliyyə resursları çatmırsa, onlar borc resurslar axtarmaq məcburiyyətində qalırlar, hansıki həmin vəsaitlər ya kredit vəsaitləri, ya da maliyyə investisiyası şəklində cəlb edilirlər.
Maliyyə bazarında iştirak edən şirkətlərin əsas məqsədi maliyyə vəsaiti əldə etmək, toplanmış vəsaiti mümkün investisiya layihələrinin gercəkləşdirilməsinə sərf edərək yüksək mənfəətə sahib olmaq və maliyyə vəsaitini təklif edən tərəfi razı salacaq gəlirliliyi yaratmaqdır. İnvestorların maliyyə bazarlarında iştirakının ən ümdə səbəbi əldə etdikləri vəsaitlərindən yüksək qazanc əldə etməkdir.
Maliyyə bazarının, alıcıların və borc alanların, vasitəçilərin sermayeye tələb və tədarük əsasında sermayenin yenidən bölüşdürülməsi mexanizmidir. Praktikada, pul vəsaitlərinin axınını əmlak sahibləri və borcalanlara yönəldən bir sıra kreditorlar və maliyyə qurumları təmsil edir. Maliyyə bazarının əsas funksiyası passiv pul vəsaitlərinin axınını kredit kapitalına çevirməkdir.
Maliyyə bazarlarının başlıca təyinatı yığımın maliyyə resurslarının son istehlakçıları arasında səmərəli bölgüsünü təmin etməkdən ibarətdir. Bu məsələnin həlli həm obyektiv, həm də subyektiv səbəblər üzündən olduqca mürəkkəbdir, ona görə ki, bu halda maliyyə bazarı iştirakçılarının müxtəlif, tamamilə bir-birinə zidd olan mənafeləri və maliyyə öhdəliklərinin yerinə yetirilməsinin böyük riskli olması nəzərə alınmalıdır .
Müəssisənin maliyyə məqsədi kimi səhmdarların gəlirlərinin maksimum artırırlması çıxış edə bilər. İkincidərəcəli maliyyə məqsədləri xalis mənfəət, yaxud cəlb edilən kreditlərin həcmi ola bilər. Qeyri-maliyyə məqsədləri kimi aşağıdakılar çıxış edə bilər:
 müəssisənin işçilərinin həyat səviyyəsinin yaxşılaşdırılması;
 əmək şəraitinin yaxşılaşdırılması və ətraf mühitin vəziyyəti;
 məhsulun və xidmətlərin keyfiyyətinin yüksəldilməsi.

Maliyyənin idarə edilməsi funksiyasına baxarkən müəssisənin ümumi idarə olunmasının spesifik aspektlərini nəzərə almaq vacibdir. Bu halda müəssisənin Baş direktor


Təchizat üzrə menecer
İstehsal üzrə menecer
Kadrlar üzrə menecer
Maliyyə meneceri
Təminat üzrə menecer
İdarəetmə uçotu üzrə şöbə
Maliyyə mühasibatçılığı
Xəzinədar
Kredit şöbəsi
İnformasiyaların toplanması və emalı şöbəsi
ümumi idarə edilməsini xarakterizə edən bəzi məsələləri, məsələn, sosial mədəniyyəti nəzərə almamaq lazımdır.
Maliyyənin idarə edilməsini maliyyə menecerinin fəaliyyət sferası və vəzifəsi kimi müəyyənləşdirmək olar. Əgər əvvəllər maliyyə menecerinin rolu sadəcə ən əlverişli şəraitdə şirkətin sahibkarlıq fəaliyyətini maliyyə vəsaitləri ilə təmin etmək kimi başa düşülürdüsə, müasir dövrdə bu rol əhəmiyyətli dərəcədə genişlənmişdir. Belə ki, müəssisəni pul vəsaitləri ilə səmərəli şəkildə təmin etməklə yanaşı, müəssisə daxilində maliyyə resurslarından effektiv istifadənin müəyyənləşdirilməsi vəzifəsini də maliyyə menecerləri yerinə yetirirlər. Maliyyə menecerinin əsas vəzifəsi aşağıdakılardan ibarətdir:
 əlverişli şərtlərlə müəssisəni maliyyə resursları ilə təmin etmək;
 alınmış maliyyə resurslarından effektiv istifadəni təşkil etmək.
Maliyyə meneceri müəssisənin büdcə planının tərtibi, müəssisənin kapitallaşmış dəyərinin artırılması, investisiya layihələrinin qiymətləndirilməsi, müəssisənin qiymət siyasətinin müəyyənlənşdirilməsi, məhsulun satış bazarının öyrənilməsi üzrə vəzifələri yerinə yetirir.
İqtisadiyyatın müxtəlif sahələrində müəssisənin fəaliyyətinin maliyyələşdi-rilməsi üsulları əhəmiyyətli dərəcədə fərqlənir. Bəzi şirkətlər üçün borc maliyyələşdirilməsinin yüksək məbləği səciyyəlidir, halbuki başqaları üçün borc maliyyələşdirməsi praktiki yox dərəcəsindədir. Belə olan halda müəssisənin fəaliyyətinin maliyyələşdirilməsinin müxtəlif növlərini əlaqələndirməklə optimal variantın seçilməsi vacibdir.Aktivləri cəlb etdikdən və biznesin inkişafı üçün lazımi maliyyələşdirməni həyata keçirildikdən sonra onların effektiv idarə edilməsinə zəruriyyət yaranır. Müxtəlif növ aktivlər maliyyə menecerlərindən müxtəlif dərəcəli məsuliyyət tələb edir. Belə ki, maliyyə meneceri dövriyyə vəsaitlərinin idarə olunması məsələsinə daha ciddi yanaşmalıdır. Çünki əsas vəsaitlərin idarə olunmasına görə məsuliyyətin çox hissəsini istehsal bölmələrinin rəhbərləri daşıyırlar.
Maliyyə menecmentinin mühüm aspekti aktivlərin lazımi səviyyəsi və strukturunun təmin edilməsi, biznesin maliyyələşdirilməsi mənbələri və üsullarının axtarılıb tapılması ilə əlaqədardır. Maliyyə menecerinin sərəncamında kifayət qədər maliyyələşdirmə mənbələrinin geniş spektri vardır. Ona görə də maliyyə meneceri səhmdarların rifahının yaxşılaşdırılması ilə əlaqədar mülahizələri nəzərə almaqla müəssisənin maliyyələşdirilməsinin optimal variantını müəyyənləşdirməlidir.

Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin