2.4.Pul vəsaitlərinin hərəkəti haqqında hesabat.
Pul axınlarının idarə olunması maliyyə menecmentinin yeni istiqaməti sayılır. Qərb şirkətlərində pul axınlarının idarə olunması baş maliyyə menecerin (direktorun) əsas fəaliyyət obyektlərindən biridir. Müəssisələrdə pul vəsaitlərinin hərəkətinin müntəzəm uçotu və nəzarətinin aparılması cari və gələcək dövrdə onların dayanaqlığı və ödəməqabiliyyətinin təmin edilməsinə kömək edir.
Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini qiymətləndirmək üçün üç göstəricinin müstəsna əhəmiyyəti vardır:
əmtəənin (məhsulun, işin, xidmətin) satışından gəlir;
mənfəət;
pul vəsaitlərinin axını.
Həmin göstəricilərin il ərzində mütləq həcmi və onların dəyişilməsi dinamikası müəssisənin fəaliyyətinin səmərəliliyini xarakterizə edir. İqtisadiyyatda xroniki ödəmələr şəraitində müxtəlif fəaliyyət növlərindən müəssisəyə pul vəsaitlərinin axını böyük əhəmiyyət kəsb edir. Daxil olan pul vəsaitlərinin ödəmələri üstələməsi şəraitində müəssisə cari və perspektiv inkişaf üçün zəruri rəqabət üstünlüyü qazanır. İstehsal-ticarət fəaliyyəti prosesində müəssisə iki vəziyyəti mütləq nəzərə almalıdır:
1) bir tərəfdən, cari ödəmə qabiliyyətini saxlamaq üçün kifayət həcmdə pul vəsaitlərinin olması vacibdir;
2) digər tərəfdən həmin vəsaitlərin qoyulmasına əlavə mənfəət almaq imkanı həmişə vardır.
Alınan mənfəətin və pul vəsaitlərinin məbləği arasında prinsipial fərq aşağıdakılardan ibarətdir.
Mənfəət müəyyən vaxt ərzində müəssisənin aldığı xalis gəliri ifadə edir ki, pul vəsaitlərinin real daxil olmasına uyğun gəlmir. O, pul vəsaitləri daxil olandan sonra deyil, satış başa çatandan sonra tanınır. Mənfəəti hesablayarkən məhsulun istehsal xərcləri onun satış anında deyil, yalnız satışdan sonra tanınır. Pul axınları bütün pul vəsaitlərinin hərəkətini ifadə edir, hansıki mənfəəti hesablayarkən kapital qoyuluşu, vergilər, cərimələr, kreditorlara borc ödəmələri və avans vəsaitləri nəzərə alınmır.
Azərbaycan iqtisadiyyatına xarici investisiyanın cəlb edilməsi, müştərək və xarici müəssisələrin, holdinq şirkətlərinin yaradılması, dünya təsərrüfat sisteminə sıx inteqrasiya xarici tərəfdaşlar və potensial investorlar üçün beynəlxalq maliyyə institutları təərəfindən qəbul edilən formada mühasibat uçotu və hesabatlarının qurulmasını zəruri edir.
Mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması və nəzarət funksiyasının möhkəmləndirilməsi ilə əlaqədar olaraq əmlakın qorunub saxlanması vəzifəsi mühüm əhəmiyyət kəsb edir. Mühasibat uçotu müəssisədə əmlakın hərə-kəti və maliyyə-təsərrüfat fəaliyyəti haqqında lazımi sintetik və analitik informasi-yaları cəmləşdirir ki, bunun da əsasında müvafiq idarəetmə qərarları qəbul olunur. Dünya ölkələrində mühasibat uçotunun prinsipləri xeyli fərqlənir. Bu fərqlər həm təsərrüfat fəaliyyətinin təşkilinin mövcud formalarının müxtəlifliyi, həm də uçot praktikasına xarici amillərin (iqtisadi, siyasi, coğrafi, sosial və s.) təsiri ilə şərtlənir. Lakin bununla belə mühasibat uçotunun başlıca funksiyası dünyanın bütün ölkələri üçün vahid maliyyə informasiyalarını ümumimləşdirməkdən ibarətdir. Məsələn, ABŞ-da mühasibat uçotunun məlumatları, hər şeydən əvvəl, investor və kreditorların tələbatının ödənilməsinə yönəldilib. Digər ölkələrdə mühasibat uçotunun prioritet istiqaməti başqa cürdür, yəni vergi qanunvericiliyinə nəzarəti həyata keçirən dövlət orqanlarına düzgün informasiya təqdim etməkdir.
Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq mühasibat uçotunun təşkilində əsaslı dəyişikliklərin aparılması dünya ölkələrinin mühasibat uçotu sahəsində təcrübələrinin öyrənilməsini və milli uçot sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması imkanlarının müəyyənləşdirilməsini zəruri edir. Son illər mühasibat uçotu obyektinin genişlənməsi və ona qeyri-material aktivləri, qiymətli kağızları, valyuta vəsaitləri və sairənin aid edilməsi buna sübutdur. Məhsulun satış metodlarının və əsas vəsaitlərin amortizasiya ayırmaları üsulunun dəyişilməsi də məhz bu tələbdən irəli gələn zərurət kimi dəyərləndirilə bilər.
Milli sərhədləri tanımayan dünya bazarının yaranmasına səbəb olan iqtisadi və maliyyə münasibətlərinin qloballaşdırılması və beynəlmiləşdirilməsi prosesinin həyata keçirilməsi ilə əlaqədar mühasibat uçotunun və hesabatlarının beynəlxalq standartlara uyğunlaşdırılması zərurətə çevrilmişdir. İqtisadi münasibətlərin qlobal-laşdırılması şəraitində mühasibat uçotu və hesabatlarının beynəlxalq standartlara unifikasiyası (uyğunlaşdırılması) prosesi dünya bazarına çıxmaq, xarici investi-siyaları cəlb etmək istəyən milli şirkətlər üçün müstəsna əhəmiyyət kəsb edir.
Digər uçot növlərinin (maliyyə uçotu, vergi uçotu, statistik uçot, operativ uçot və s.) əsası kimi mühasibat uçotunun özünəməxsus formada sistemləşdirilməsi, Milli Mühasibat Uçotu Standartlarının və bu sahədə digər sənədlərin hazırlanması işinin maliyyələşdirilməsi, mühasibat uçotunun təşkili və aparılması işlərinə nəzarətin təmin edilməsi vacibdir. Maliyyə hesabatlarının beynəlxlaq standartlarına əsasən elə uçot siyasəti tətbiq olunmalıdır ki, hesabat standartların tələblərinə tam uyğun gəlsin. Uçot siyasətinin seçilməsi və həyata keçirilməsində aşağıdakı prinsiplər rəhbər tutulmalıdır: münasiblik, düzgünlük, mahiyyətin formadan üstünlüyü, bitərəflik, ehtiyatlıq və əhəmiyyətlik.
Mühasibat uçotu sisteminin inkişaf konsepsiyası işlənib hazırlanmalı və orada mühasibat uçotu sahəsində dövlət siyasətinin əsas istiqamətləri və biznes fəaliyyətinin inkişafına dair perspektiv plan hazırlanarkən dəqiq hədd qoyulması öz əksini tapmalıdır.
Mühasibat uçotu sisteminin təkmilləşdirilməsinin məqsədi aydın olmalı və həmin məqsədə nail olmaq üçün tədbirlər planı və təşkilati model elmi cəhətdən əsaslandırılmalıdır. Mühasibat uçotu sisteminin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması aşağıdakı istiqamətlər üzrə aparılmalıdır:
1. Mühasibat uçotunun və maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunlaşdırılması, yaxınlaşdırılması üçün müvafiq hüquqi-normativ baza yaradılmalıdır.
2. İnformasiyanın istifadəçilərinin maliyyə hesabatlarının hazırlanmasına olan tələbatlarının müəyyənləşdirilməsində diferensial yanaşma tətbiq edilməlidir.
3. Mühasibat uçotu sistemi, vergi sistemi və statistik informasiyaların toplanması sistemi arasında qarşılıqlı əlaqə modeli formalaşdırılmalıdır.
4. Peşəkar auditor xidməti bazarı yaradılmalı və mühasibat uçotunun təşkilinin təkmilləşdirilməsində auditorların iştirakı genişləndirilməli və rolu artırılmalıdır.
Müasir bazar iqtisadiyyatı şəraitində şirkətlərdə mühasibat uçotunun hesabatlarını beynəlxalq standartlara uyğunlaşdırmaq üçün xarici və daxili mühitin dəyişilməsi barədə dürüst və dolğun informasiyaların toplanması və onun əsasında effektiv idarəetmə qərarlarının qəbulu müstəsna əhəmiyyət kəsb edir. Bu məsələnin həllində idarəetmənin yeni konsepsiyası olan kontrollinq böyük rol oynaya bilər. Uçot sahəsində kontrollinqin vəzifəsi müxtəlif rəhbərlik səviyyələ-rində idarəetmə qərarlarının qəbulu üçün bütün zəruri informasiyaların toplanması və emalı sistemi yaratmaqdır. Kontrollinq həmçinin planlaşdırma, informasiya təminatı, nəzarət və adaptasiya proseslərini əlaqələndirir.
Dostları ilə paylaş: |