Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları


Mövzu 4. Biznes cərcivəsində maliyyə planlaşdırılması



Yüklə 114,21 Kb.
səhifə13/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

Mövzu 4. Biznes cərcivəsində maliyyə planlaşdırılması.
4.1. Maliyyə planlaşdırılmasının təyinatı və mərhələləri.
4.2. Budcələşmə - maliyyə planlaşdırılmasının aləti kimi.
4.3. Biznes-planlaşdırma çərçivəsində maliyyə planının inkişafı.
4.1. Maliyyə planlaşdırılmasının təyinatı və mərhələləri.
Maliyyə planlaşdırılması müəssisənin maliyyə məqsədinə nail olmağın yollarını və üsullarını, maliyyə vəsaitlərinə tələbatı müəyyənləşdirir. Müəssisənin maliyyə planlaşdırılmasının məqsədi maliyyə xarakterli qərarların qəbulunun seçilmiş meyarlarından asılıdır. Bu meyarlara aşağıdakıları aid etmək olar:
• satışın maksimumlaşdırılması;
• mənfəətin maksimumlaşdırılması;
• şirkət sahiblərinin mülkiyyətinin maksimumlaşdırılması.

Müəssisənin bazar aktivliyinin mühüm hissəsini ilk iki meyar (satışın və mənfəətin maksimumlaşdırılması) təşkil edir.


Maliyyə planlaşdırılmasının əsas vəzifələri aşağıdakılardan ibarətdir:
• qarşıya qoyulan məqsədlərin razılaşdırılmasının və onların həyata keçirilməsi imkanlarının yoxlanılması;
• müəssisənin müxtəlif bölmələrinin qarşılıqlı hərəkətlərinin təmin edilməsi;
• müəssisənin inkişafının müxtəlif variantlarının və uyğun olaraq investisiyanın həcminin və onların maliyyələşdirilməsi üsullarının təhlili;
• xoşagəlməz hadisələrin baş verdiyi halda tədbirlər və davranış proqramının müəyyənləşdirilməsi;
• müəssisənin maliyyə vəziyyətinə nəzarətin gücləndirilməsi.

Maliyyə planlaşdırılması bir tərəfdən səhv hərəkətin qarşısını alır, digər tərəfdən isə istifadə olunmayan imkanların sayını azaldır


Planlaşdırma bazarda stabil vəziyyətə və möhkəm maliyyə dayanaqlığına müəssisənin nail olmasını təmin edən maliyyə strategiyasının işlənib hazırlanmasının mümkün alternativlərinə baxmağa imkan verir.
Maliyyə planlaşdırılması plan tapşırıqlarının hazırlanması və yerinə yetirilməsinin subyektiv prosesi kimi obyektiv şəraitə, iqtisadi qanunların fəaliyyətini və qanunauyğunluqları nəzərə almağa əsaslanır. Eyni zamanda, maliyyə planlaşdırılmasının elmi səviyyəsindən, onun düzgün təşkilindən, mütərəqqi növlərin və metodların tətbiqindən bütün resursların səmərəli istifadəsi və bütövlükdə müəssisənin uğurları daha çox asılıdır.
Maliyyə planlaşdırılması dörd mərhələdə aparılır:
• Müəssisənin malik olduğu investisiya və maliyyələşdirmə imkanları təhlil edilir.
• Cari və gələcək qərarlar arasında əlaqəni başa düşmək və gözlənilməz hadisələrdən qaçmaq məqsədilə cari qərarların nəticələri proqnozlaşdırılır.
• Bütün mümkün qərarlardan seçilmiş variant əsaslandırılır.
• Maliyyə planında müəyyən edilən məqsədlərlə müqayisədə müəssisənin nail olacağı nəticələr qiymətləndirilir. Dördmərhələli planlaşdırma prosesi qərarların qəbulunu və tədbirlərin həyata keçirilməsini nəzərdə tutur, hansıki, planlaşdırmanın hər bir mərhələsində müəssisənin gələcək fəaliyyətinə təsir göstərir. Planlaşdırma fasiləsiz xarakter daşımalıdır, çünki heç kəs gələcəyi dəqiq görmək qabiliyyətinə malik deyil. Maliyyə planlaşdırmasının hər bir mərhələsində yeni daxil olan informasiyaları daim nəzərə almaq lazımdır. Daim dəyişən xarici mühit maliyyə planına fasiləsiz baxmağı tələb edir. Müəssisənin inkişafı son nəticədə onun maliyyə vəziyyətinin yaxşılaşdırılmasına və gəlirin artırılmasına yönəldilir. Maliyyə işinin təşkili xarici təşkilatlarla: banklar, sığorta təşkilatları, büdcə və digər müəssisələr ilə qarşılıqlı əlaqə əsasında qurulur. Müəssisənin dayanaqlı maliyyə vəziyyəti bütün istehsal-təsərrüfat fəaliyyəti prosesində formalaşır, onun aktivləri və passivlərinin miqdarından, əsas və dövriyyə fondlarının, xüsusi və borc vəsaitlərinin həcmindən, kreditor və debitor borclarından, vergi sistemindən və siyasi durumdan asılıdır. Balans hesabatı müəssisənin aktiv və passivlərini əyani şəkildə əks etdirmək məqsədilə tərtib olunur. İllik maliyyə planının gəlir hissəsində planlaşdırılan mənfəət, ayırmalar və sıradan çıxmış əmlakın satışından alınan gəlir, xərc hissəsində isə vergi ödəmələri, kreditə görə faiz ödəmələri, sığortaya ayırmalar, yığıma, istehlaka və ehtiyat fonduna xalis mənfəətdən istifadənin həcmi göstərilir.
Maliyyə planında bütün maddələr və bölmələr qarşılıqlı əlaqəlidir. Məsələn, tam bərpaya əsas fondların amortizasiyası yalnız real investisiyanın maliyyələşdirilməsinə, dayanaqlı passivlərin artımı dövriyə vəsaitlərinin artırılmasına yönəldilir. Aşağıdakı nisbətə riayət olunmalıdır:
Gəlirlər və daxilolmalar (I bölmə) + büdcədən ayırmalar =
= məsrəflər + ayırmalar (II bölmə) + büdcəyə ödəmələr
Maliyyə planının bütün bölmələrini iqtisa di məzmununa görə yeddi qrupa ayırmaq olar:
əsas fəaliyyət;
• əsas fondların təkrar istehsalı;
• əmək kollektivinin sosial inkişafı;
• büdcə sistemi ilə qarşılıqlı əlaqənin əks etdirilməsi;
• kredit təşkilatları ilə qarşılıqlı əlaqənin əks etdirilməsi;
• yuxarı təşkilatla qarşılıqlı əlaqənin əks etdirilməsi;
• sair.



Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin