Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları


Maliyyə investisiyasının idarə edilməsi



Yüklə 114,21 Kb.
səhifə21/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

6.2. Maliyyə investisiyasının idarə edilməsi.
Maliyyə investisiyasına müvəqqəti azad kapitaldan daha effektiv istifadə edilməsinin aktiv forması kimi, yaxud müəssisənin əməliyyat fəaliyyətinin diversifikasiyası ilə bağlı strateji məqsədlərin reallaşdırılması aləti kimi baxılır. Maliyyə investisiyasının həyata keçirilməsinin bir sıra xüsusiyyətləri vardır ki, bunlara aid etmək olar:
• Maliyyə investisiyası iqtisadiyyatın real sektorunun müəssisələri üçün təsərrüfat fəaliyyətinin müstəqil növüdür. Bu müstəqillik həm belə müəssisələrin əməliyyat fəaliyyətinə münasibətdə, həm də onların real investisiyalaşdırma prosesinə münasibətdə təzahür edir. Belə müəssisələrin inkişafının strateji əməliyyat məsələlərini maliyyə investisiyası yalnız məhdud formada həll edir.
• Maliyyə investisiyası müəssisə tərəfindən xarici investisiyalaşdırmanın həyata keçirilməsinin əsas vasitəsi hesab edilir.
• İqtisadiyyatın real sektorunun müəssisələrinin məcmu investisiya tələbatı sistemində maliyyə investisiyası ikinci səviyyəli (ikinci növbəti) investisiya tələbatı formalaşdırır.
• Müəssisənin strateji maliyyə investisiyası ona imkan verir ki, öz inkişafının ayrı-ayrı strateji məqsədlərini daha tez və ucuz yolla reallaşdırsın.
• İqtisadiyyatın real sektorunun müəssisələri portfel maliyyə investisiyasından əsasən iki məqsəd: azad pul aktivlərindən istifadə prosesində əlavə investisiya gəlirinin alınması və onların inflyasiyadan mühafizəsi üçün istifadə edilir.
• Maliyyə investisiyası müəssisəyə “gəlir-risk” şkalası üzrə investisiyalaşdırma alətlərinin seçilməsinin daha geniş diapazonunu təqdim edir.
• Maliyyə investisiyası müəssisəyə “gəlirlik-likvidlik” şkalası üzrə investisiyalaşdırma alətlərinin seçilməsinin daha geniş diapazonunu təqdim edir.
• Maliyyə investisiyasının həyata keçirilməsi ilə əlaqədar idarəetmə qərarlarının əsaslandırılması prosesi daha sadə və az əməktutumludur.
• Əmtəə bazarı ilə müqayisədə maliyyə bazarı konyukturunun yüksək kənarlaşması maliyyə investisiyalaşdırılması prosesində daha fəal monitorinqin həyata keçirilməsinin zəruriliyini müəyyən edir.

Müəssisə maliyyə investisiyalaşdırmasını aşağıdakı əsas formalarda həyata keçirir:


1. birgə müəssisələrin nizamnamə fonduna kapital qoyuluşu;
2. fond alətlərinin gəlirli növlərinə kapital qoyuluşu.
3 . pul alətlərinin gəlirli növünə kapital qoyuluşu;
Müəssisənin maliyyə investisiyasının idarə edilməsi prosesi aşağıdakı əsas mərhələlər üzrə həyata keçirilir:
• gələcək dövrdə maliyyə investisiyalaşdırmasının vəziyyətinin təhlili;
• gələcək dövrdə maliyyə investisiyalaşdırmasının həcminin müəyyən edilməsi;
• maliyyə investisiyalaşdırması formalarının seçilməsi;
• ayrı-ayrı maliyyə alətlərinin investisiya keyfiyyətinin qiymətləndirilməsi;
• maliyyə investisiyası portfelinin formalaşması;
• maliyyə investisiyası portfelinin effektiv idarə edilməsinin təmin edilməsi.
Beləliklə, maliyyə investisiyasının strateji idarə edilməsi prosesində müəssisənin investisiya fəaliyyətinin əsas parametrləri və onun mühüm meyarları müəyyənləşdirilir.

Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin