Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları


Müəssisə çərçivəsində pul vəsaitlərinin axınının idarə olunması



Yüklə 114,21 Kb.
səhifə24/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

7.2. Müəssisə çərçivəsində pul vəsaitlərinin axınının idarə olunması.
Müasir bazar iqtisadiyyatı şəraitində hər bir təsərrüfat subyekti öz inkişaf strategiyası və taktikasını sərbəst seçir, özünümaliyyələşdirməni birinci dərəcəli vəzifə kimi qarşıya qoyur. Müəssisədə pul vəsaitlərinin hərəkəti (pul axınları) daim baş verir. Əhəmiyyətli kapital qoyuluşu ilə şərtlənən texnoloji təkmilləşdirmələr, inflyasiya, faiz dərəcəsinin dəyişməsi, vergi sistemində aparılan islahatlat müəssisədə pul vəsaitlərinin hərəkətinə təsir göstərir.
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat böyük informasiya dəyəri daşıyır. Bu informasiyadan maliyyə menecerləri və investorlar yetərincə faydalanırlar, sahibkarlar isə əlavə aktivlərin formalaşdırılması, borcların ödənilməsi və yeni investisiya qoyuluşu ilə bağlı məsələlərin həllində istifadə edirlər.
Pul axınlarının idarə edilməsi elə maliyyə alətidir ki, onun köməyilə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin yüksək son nəicələrinə nail olmaq, yəni daha çox mənfəət əldə etmək mümkündür. Bütün bunlar müəssisə səviyyəsində pul axınlarının idarə edilməsi mexanizminin təkmilləşdirilməsini zəruri edir.
Təsərrüfat subyektlərində pul vəsaitləri əsas fondlarınəldə edilməsi, əmtəə ehtiyatlarının yaradılması, debitor borclarının formalaşdırılması və başqa məqsədlər üçün istifadə olunur. Pul vəsaitlərinin hərəkətilə istehsal-kommersiya tsikli başlayır və onunla da başa çatır. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin tsikli prosesində pul vəsaitləri müxtəlif aktivlərə, məhsulun reallaşdırılması zamanı debitor borclarına çevrilir.
Müəssisənin bazarda fəaliyyət göstərməsi üçün pul axınlarının səmərəli idarə edilməsi vacibdir. Ona görə də müəssisənin pul dövriyyəsinin və maliyyə resurslarının idarə edilməsi üsullarını öyrənmək və onları təkmilləşdirmək lazımdır.
Pul axınlarının səmərəli idarə edilməsində dövriyyə kapitalının optimal həcminin müəyyənləşdirilməsi böyük rol oynayır. Belə ki, nağd pul vəsaitinin çatışmaması müəssisəni iflasa apara bilər və onun inkişaf tempi nə qədər sürətlə gedərsə pulsuzluq riski daha böyük olar. Digər tərəfdən həddindən ziyada pul vəsaitlərinin toplanması faydalı deyil. Çünki müəssisə mənfəət itirir, hansıki artıq vəsaitin investisiyalaşdırılması nəticəsində əldə edilə bilər. Belə vəziyyət kapitalın “ölməsinə” gətirib çıxarır və ondan istifadənin səmərəliliyini azaldır.
Pul axınlarının vəziyyətinə nəzarət metodlarından biri dövriyyə kapitalında nağd pul vəsaitinin xüsusi çəkisinin düzgün müəyyən edilməsidir. Nağd pul vəsaitinin məbləğini dövriyyə kapitalının məbləğinə bölməklə nağd vəsait əmsalı (faizi) müəyyən edilir. Dövriyyə kapitalında nağd vəsait əmsalını idarə edərkən nəzərə almaq lazımdır ki, nisbətin dəyişilməsi nağd pulun dəyişilməsini xarakterizə etməyə bilər, çünki dövriyyə kapitalının bir hissəsi olan əmtəə-material ehtiyatları dəyişilə bilər.
Müəssisə üçün lazım olan nağd pulun miqdarının müəyyənləşdirilməsinə başqa yanaşma da vardır, yəni nağd pul-reallaşdırılmanın həcmilə müqayisədə nağd pul balansının qiymətləndirilməsidir. Bu göstərici nağd puldan effektiv istifadəni göstərir, dövriyyə kapitalını dəyişdirmədən tədavül xərclərini azaltmaq və mənfəəti artırmaq yolu ilə satışın həcmini artırmağa imkan verir.
Əgər müəssisə nağd pul çatışmamazlığı ilə üzləşirsə, ödəniş mütləq aparılmalıdırsa və cari tələbat üçün nağd pulun miqdarını müəyyənləşdirmək lazımdırsa, onda ödənişin vaxtını uzatmalı, yaxud vekseldən istifadə olunmalıdır. Pul axınlarının səmərəli idarə edilməsi üçün aşağıdakı ümumi tələblər irəli sürülür:
• cari hesablaşmaları yerinə yetirməkdən ötrü pul vəsaitlərinin baza ehtiyatı lazımdır;
• gözlənilməyən xərcləri örtmək üçün müəyyən miqdarda pul vəsaitləri olmalıdır;
• proqnozlaşdırılan fəaliyyəti genişləndirmək üçün azad pul vəsaitlərinin olması vacibdir.

Beləliklə, pul vəsaitləri ehtiyatlarının idarə edilməsi nəzəriyyəsində işlənib hazırlanmış və pul vəsaitlərinin miqdarını optimallaşdırmağa imkan verən modelləri tətbiq etmək olar. Qərb təcrübəsində Baumol və Miller-Orra modelləri geniş yayılmışdır .


Baumol modeli nəzərdə tutur ki, maksimum miqdarda pul vəsaitləri olduqda müəssisə işləməyə başlayır və sonradan onları xərcləyir. Əmtəə, iş və xidmətlərin reallaşdırılmasından daxil olan bütün vəsaitlər qısamüddətli qiymətli kağızlara qoyulur. Yalnız pul vəsaitlərinin ehtiyatı tükəndikdə, yəni sıfıra bərabər olduqda müəssisə qiymətli kağızların bir hissəsini satır və bununla pul vəsaitlərinin ehtiyatını baza səviyyəsinə çatdırır. Bu model çox sadədir və müəssisə üçün qəbul olunandır, çünki pul məsrəfləri stabil və proqnozlaşdırılandır.
Miller-Orra modeli müəssisədə hər günlük pul vəsaitlərinin daxil olması və xərclənməsini əvvəlcədən müəyyənləşdirmək mümkün olmadıqda pul ehtiyatlarının idarə edilməsini nəzərdə tutur. Bu modeli qurarkən bir dövrdən digər dövrə pulun daxil olması və xərclənməsinin təsadüfi hadisələrdən asılı olmamasına əsaslanan Bernulli prosesindən – stoxastik prosesdən istifadə edilir. Bu model mərhələlər üzrə tətbiq edilir və onun köməyilə müəssisənin hesablaşma hesabında pul vəsaitlərinin idarəetmə siyasətini müəyyənləşdirmək mümkündür. Pul axınlarının idarə edilməsi prinsipləri və metodları Azərbaycan şəraitinə uyğunlaşdırılaraq tətbiq edilməli,bir sözlə pul axınlarının idarə edilməsinin kompleks metodikası işlənib hazırlanmalıdır.



Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin