Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları


Mövzu 8. Kapitalın dəyəri və strukturu, dividend siyasəti



Yüklə 114,21 Kb.
səhifə26/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

Mövzu 8. Kapitalın dəyəri və strukturu, dividend siyasəti.
8.1. Kapitalın iqtisadi mahiyyəti və funksiyaları.
8.2. Maliyyə leveridji və onun qiymətləndirilməsi.
8.3. Səhmdar cəmiyyətin divident siyasətinin mərhələlərı.
8.1. Kapitalın iqtisadi mahiyyəti və funksiyaları.
Müəssisənin perspektiv inkişafı prosesində onun maliyyə təhlükəsizliyinin təmin edilməsi strateji metodlarının arsenalında kapitalın strukturunun idarə edilməsi mühüm rol oynayır.
“Kapitalın strukturu” anlayışını iqtisadçılar müəssisənin xüsusi vəsaiti və borc kapitalı arasındakı nisbət kimi xarakterizə edirlər. Bununla belə ayrı-ayrı iqtisadçılar müəssisənin həm xüsusi vəsaitinə və həm də xarici kapitalına baxarkən onlara müxtəlif konkret məzmun verirlər. Belə ki, əvvəllər “kapitalın strukturu” anlayışına müəssisənin istifadə etdiyi xüsusi nizamnamə (səhmdar) kapitalı ilə uzunmüddətli borc kapitalı arasındakı nisbəti kimi baxılmışdır. Bu anlayışın məzmunun belə traktovkasına əsasən praktiki olaraq kapitalın strukturunun bütün klassik nəzəriyyələri onun tərkibində emitirləşən səhmlərin və istiqrazların xüsusi çəkisinin nisbətinin tədqiqinə qurulmuşdur. Kapitalın yalnız uzunmüddətli növlərinin ayrılmasına əsaslanan kapitalın strukturu anlayışının xarakteristikasına belə yanaşma bir çox müasir iqtisadçılara məxsusdur.
Kapitalın strukturu konsepsiyasından praktiki istifadə bazası genişləndikcə bir sıra iqtisadçılar baxılan borc kapitalın tərkibini genişləndirməyi, ona qısamüddətli bank kreditinin müxtəlif növlərini əlavə etməyi təklif etmişlər. “Kapitalın strukturu” asnlayışının belə genişləndirilməsinin vacibliyini müəssisənin təsərrüfat fəaliyyətinin maliyyələşdirilməsində bank kreditinin rolunun artması və onun qısamüddətli növlərinin uzunmüddətliyə restrukturizasiyasının geniş praktikası ilə əsaslandırmışlar.
Müasir dövrdə iqtisadçıların böyük əksəriyyəti söyləyirlər ki, “kapitalın strukturu” anlayışına baxarkən müəssisənin həm xüsusi, həm də borc kapitalının bütün növləri mütləq nəzərə alınmalıdır. Bu zaman xüsusi kapitalın tərkibinə təkcə onun ilkin investisiyalaşdırılan həcmi deyil, həm də sonradan müxtəlif ehtiyatlar və məqsədli fondlar şəklində onun yığılan hissəsi, həmçinin yenidən investisiyalaşdırılmaya nəzərdə tutulan mənfəət (bölünməyən mənfəət) daxil edilməlidir. Deməli, kapitalın strukturu müəssisənin təsərrüfat fəaliyyətində aktivlərin maliyyələşdirilməsi üçün istifadə olunan xüsusi və borc maliyyə resurslarının bütün formalarının nisbətini ifadə edir.
Kapitalın strukturu müəssisənin bazar dəyərinin formalaşmasında mühüm rol oynayır. Ona görə də kapitalın strukturu konsepsiyasına kapitalın dəyər konsepsiyası və müəssisənin bazar dəyəri konsepsiyası ilə vahid nəzəri kompleksdə baxılmalıdır.
Müəssisənin maliyyə təhlükəsizliyinin təmin edilməsi prosesində kapitalın strukturunun strateji idarə olunmasının başlıca vəzifəsi onun optimallaşdırılmasıdır. İstənilən müəssisədə kapitalın strukturunun optimallaşdırılması onun məqsədli strukturunun müəyyənləşdirilməsini nəzərdə tutur.
Müəssisənin gələcək inkişafının maliyyə təhlükəsizliyini təmin edən strateji maliyyə menecmentinin mühüm obyekti onun pul axınlarıdır. Bu onunla izah edilir ki, pul axınları praktiki olaraq müəssisənin təsərrüfat fəaliyyətinin bütün aspektlərinə xidmət edir. Müəssisənin ümumi maliyyə strategiyasının tərkib hissəsi olan pul axınlarının effektiv idarə olunması xüsusi siyasətin işlənib hazırlanmasını nəzərdə tutur. Bu siyasətin hazırlanması aşağıdakı mərhələlər üzrə həyata keçirilir:
1. Gələcək dövrdə müəssisənin pul axınlarının təhlili. Təhlilin əsas məqsədi pul axınlarının kifayət qədər olması və onlardan effektiv istifadə səviyyəsini müəyyənləşdirməkdir.
2. Müəssisənin pul axınlarının formalaşmasına təsir edən amillərin tədqiqi. Tədqiqat prosesində müəssisənin pul axınlarına təsir edən amillər xarici və daxili mühit amillərinə bölünürlər.
Xarici mühit amillərinə əmtəə bazarının konyukturu; fond bazarının konyukturu, vergiqoyma siyasəti; təsərrüfat subyektləri tərəfindən hesablaşma əməliyyatlarının aparılması sistemi; maliyyə kreditinin alınması imkanları; əvəzsiz məqsədli maliyyələşmə vəsaitlərinin cəlb edilməsi imkanları və s. aid edilir.
Daxili mühit amillərinə müəssisənin həyat tsikli; əməliyyat tsiklinin uzunluğu; məhsulun istehsalı və satışının mövsümlüyü; amortizasiya siyasəti; əməliyyat leveridji əmsalı; müəssisənin sahibkarları və menecerlərinin maliyyə mentaliteti aiddir.
3. Müəssisənin pul axınlarının idarə edilməsi siyasətinin tipinin əsaslandırılması. Maliyyə nəzəriyyəsi müxtəlif mənbələrdən pul vəsaitlərinin daxil olmasının formalaşması tiplərinə və onlara uyğun maliyyə risklərinin səviyyəsinə görə müəssisənin pul axınlarının idarə edilməsi siyasətinin üç əsas tipini müəyyənləşdirmişdir. Müəssisənin pul axınlarının aqresiv siyasəti, yumşaq siyasəti və konservativ siyasəti.
4. Müəssisənin idarəetmə siyasətinin reallaşdırılmasını təmin edən pul axınlarının optimallaşdırılması istiqaməti və metodlarının seçilməsi. Bu optimallaşdırma gələcək dövrdə müəssisənin pul axınlarının effektivliyinin yüksəldilməsinə yönəldilən idarəetmənin mühüm funksiyalarından biridir. 5. Müəssisənin seçilmiş pul axınlarının idarəetmə siyasətinin reallaşdırılmasına effektiv nəzarətin təşkili. Müəssisənin pul axınlarının optimallaşdırılması onların strateji idarə edilməsinin ən vacib və mürəkkəb mərhələlərindən biridir. Pul axınlarının optimallaşdırılması müəssisənin gələcək təsərrüfat fəaliyyətinin həyata keçirilməsi şərtlərini və xüsusiyyətlərinin nəzərə almaqla onların təşkilinin effektiv formalarının seçilməsi prosesini ifadə edir. Müəssisənin pul axınlarının optimallaşdırılmasının əsas istiqamətləri aşağıdakılardan ibarətdir:
• Pul axınlarının həcminin balanslaşdırılması;
• Pul axınlarının sinxronlaşdırılması;
• - Xalis pul axınlarının maksimumlaş
• Dırılması



Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin