Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları


Səhmdar cəmiyyətin divident siyasətinin mərhələlərı



Yüklə 114,21 Kb.
səhifə28/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

8.3. Səhmdar cəmiyyətin divident siyasətinin mərhələlərı.
Səhmdar cəmiyyətin dividend siyasəti səhmdarların dividend alması sahəsində əmlak iddialarının ödənilməsinə rəğmən cəmiyyətin mövqeyini əks etdirən fəaliyyət proqramıdır, cəmiyyətin maraqları və səhmdarların əmlak maraqları arasında müəyyən balansın təmin edilməsidir. SC-nın dividend siyasətinə həm də direktorlar şurasının, idarə heyətinin (direktorun) dividendlərin ödənilməsi, səhmdar kapitalın strukturu (adi və imtiyazlı səhmlərin nisbəti), emissiya siyasəti, törəmə bazarda səhmin dövriyyəsi və onların bazar dəyəri üzərində nəzarət üzrə mövqeyi daxildir.
Dividend siyasətinin və kapitalın strukturunun seçilməsi şirkətin ən mühüm maliyyə qərarları sayılır. Dividend siyasəti sərmayə qoyuluşunun və kreditləşdirmənin həcmi verildiyi hallar üçün müəyyən edilir. Dividend siyasəti dedikdə, dividend ölçüsünün, dividend ödəmələrinin maliyyələşmə mənbələrinin, habelə dividendlərin ödəmə formalarının (pul və ya səhmlərlə) seçilməsi başa düşülməlidir.
Səhmin gəlirliliyi investorlar tərəfindən
alınan dividednlərdən və alqı-satqı qiymətləri arasındakı
məzənnə fərqindən yaranır. Əgər dividendlər güclü
tərəddüd edirlərsə, onda məcmu gəlirin dəyişməz qalması üçün məzənnə fərqi də dəyişməlidir. Beləliklə, dividendlər azaldılarkən investorlar səhmlərin alış qiymətinin aşağı salınması hesabına məzənnə gəlirinin artırılmasını tələb edəcəklər. Bu isə cari kotirovkaların aşağı düşməsinə gətirib çıxaracaqdır. Dividendlərin artırılması halında isə əksinə. Nəticədə dəyişkən dividendlərlə səhmin qiyməti dəyişməz dividendlərlə səhmin qiymətinə nisbətən daha çox tərəddüd edəcəkdir. Riski sevməyən investorlar qiymətləri daha az tərəddüd edən səhmlərə üstünlük verirlər və onlara görə daha yüksək qiymət ödəməyə hazırdırlar. Səhmdar cəmiyyətlərdə mənfəətin yenidən investisiyalaşdırılması üçün əlverişli iqlimin formalaşması cəmiyyətin uğurlu, dayanıqlı işləri, yaxşı perspektivləri və eləcə də investorlara inam yaradan dividend siyasəti ilə əlaqədardır. Bu cür vəziyyət cəmiyyətin yüksək maliyyə-iqtisadi göstəriciləri, xüsusilə rentabelliyi, likvidliyi və buraxılan məhsula pozitiv qiymət dinamikası ilə müdafiə olunur.
Normal şəraitlərdə dividendlərin aşağı salınması şirkətlərin bazar mövqelərini sarsıdır və nüfuzunu səhmdarlar, kreditorlar və investorların gözündən salır. Xarici şirkətlərin çoxu mütləq kəmiyyətcə sabit dividendlər ödəməyə çalışırlar, hansılardakı mənfəət tərəddüdləri əks olunmur. Bir sıra şirkətlər bir səhmə görə sabit, təsbit olunmuş mənfəət faizi ödəyirlər. Belə ki, Amerika şirkətlərindən biri aşağıdakı dividend siyasətini yeridir: “Dollar şirkət üçün, dollar səhmdarlar üçün”. Digər səhmdar şirkətlər isə rüblük aşağı səviyyəli dividend ödəməyə üstünlük verirlər və ilin sonunda əldə olunan mənfəətin real səviyyəsindən dividendə əlavələr edirlər. Qərb şirkətləri üçün rüblük dividendin ödənişi ən çox yayılmış bir təcrübədir. Xarici şirkətlərin dividend siyasəti sabit və yüksək dividend ödənişlərinə yönəldilmiş və son nəticədə səhmlərin bazar dəyərlərinin yüksəldilməsinə yönəldilmişdir. Yalnız belə dividend siyasətinin Azərbaycanı səhmdar cəmiyyətlərində tətbiqi səhmdarların inamını xeyli artırar və onların beynəlxalq fond bazarlarına çıxışına imkan verərdi. Dividend siyasəti biznesin maliyyələşdirilməsi sahəsində müəssisə rəhbərinin qəbul etdiyi qərarların tərkib hissəsidir. Biznesin maliyyələşdirilməsi mənbəyi kimi müəssisənin sərəncamında qalan mənfəətin məbləği dividendin ödənilməsi əmsalından asılıdır. Lakin müəssisənin təsərrüfat fəaliyyətinin inkişafına nə qədər çox mənfəət yönəldilərsə, dividentin ödənilməsinə bir o qədər az pul qalacaqdır. Beləliklə, müəssisənin dividend siyasətinin mühüm aspekti dividendin ödənilməsi və müəssisənin təsərrüfat fəaliyyətinin inkişafı arasında mənfəətin bölüşdürülməsində optimal nisbətin müəyyənləşdirilməsidir.
Müəssisənin dividend siyasəti onun maliyyə resurslarının formalaşmasının idarə edilməsi siyasətinin tərkib hissəsi olub müəssisənin bazar dəyərini maksimum artırmaq məqsədilə mənfəətin istehlak və kapitallaşan hissələri arasında nisbətin optimallaşdırılmasını nəzərdə tutur. Müəssisənin dividend siyasətinin formalaşmasına üç yanaşma mövcuddur: konservativ, yumşaq (kompromis) və aqressiv. Bu yanaşmalardan hər birinə dividend siyasətinin müəyyən tipi uyğun gəlir.
Səhmdar cəmiyyətin dividend siyasətinin əsas tipləri
Səhmdar cəmiyyətin dividend siyasəti aşağıdakı mərhələlər üzrə formalaşdırılır:
 dividend siyasətinin formalaşması zəminlərini müəyyənləşdirən əsas amil-lərin nəzərə alınması;
 seçilmiş dividend siyasətinə uyğun mənfəətin bölüşdürülməsi mexanizmi-nin işlənib hazırlanması;
 bir səhmə dividend ödənilməsi səviyyəsinin proqnozlaşdırılması;
 səhmdar cəmiyyətin maliyyə strategiyasına uyğun dividend siyasəti tipinin seçilməsi;
 dividendin ödənilməsi formasının müəyyən edilməsi;
 dividend siyasətinin effektivliyinin qiymətləndirilməsi.
 Səhmdar cəmiyyəti dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividend ödəyə bilər.

Qanunvericiliyə əsasən adi səhm üzrə dividend səhmdar cəmiyyətin sərəncamında qalan xalis mənfəətin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülən hissədir. İmtiyazlı səhm üzrə dividend səhmdar cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olaraq, sahiblərinə səhmlərin nominal dəyərinin sabit faizi şəklində ödənilən vəsaitdir. Həmin vəsaitin ödənilməsi üçün səhmdar cəmiyyəti öz vəsaitləri hesabına xüsusi fond yarada bilər.


Dividend siyasəti səhmdarların dividend alması sahəsində əmlak iddialarının ödənilməsinə rəğmən səhmdar cəmiyyətin mövqeyini əks etdirən fəaliyyət proqramıdır, səhmdar cəmiyyətin maraqları və səhmdarların əmlak maraqları arasında optimal nisbətin işlənib hazırlanmasıdır.
Dividend modellərini iki qrupa ayırmaq olar: dividend siyasətinin özünün modelləşdirilməsi və dividend siyasətinin müəssisənin bazar dəyərinə təsirinin müəyyənləşdirilməsi. Birinci qrupa C.Linter modeli, ikinci qrupa isə Qordin,
Miller-Modilyanı və Miller Roka modelləri aiddir.
C.Linterə görə müəssisənin məqsədli dividend səviyyəsi mövcuddur və o, aşağıdakı amillərdən asılıdır:
• cari mənfəət;
• sahənin inkişaf perspektivləri və mənfəətin həcmi;
• investisiya proqramı;
• dövriyyə kapitalına tələbat;
• müəssisənin maliyyə imkanları, kapital bazarına daxil olmağın mümkünlüyü;
• borc vəsaitlərinin və yeni səhm buraxılışının istifadəsi üzrə müəssisənin siyasəti.
Azərbaycan Respublikasında səhmdar cəmiyyətlərin dividend siyasətinin formalaşmasının ən geniş yayılmış üsulu “qalıq prinsipi” sayılır. Bu prinsip üzrə dividendin ödənilməsi cəmiyyətin sosial və investisiya proqramlarının müəyyənləşdirilməsi təmin edildikdən sonra həyata keçirilir.
Dividend siyasətin formalaşmasının mühüm mərhələsi dividendlərin ödənilməsi formasının seçilməsidir. Həmin formalardan əsaslarını nəzərdən keçirək:
Dividendlərin nağd pulla (çeklə) ödənilməsi. Bu dividend ödənişinin həyata keçirilməsinin ən sadə və geniş yayılmış formasıdır.
Dividendlərin səhmlərlə ödənilməsi. Bu forma səhmdarlara dividend ödənişi məbləğində yeni emitentli səhmlərə təqdim edilməsini nəzərdə tutur.
Avtomatik yenidən investisiyalaşdırma. Bu ödəniş forması səhmdarlara hüquq verir ki, fərdi seçim etsinlər – dividendləri nağd alsın, yaxud onları əlavə səhmlərə investisiyalaşdırsınlar.
Şirkətin səhmlərinin alınması. Buna dividendlərin yenidən investisiyalaşdırılması formalarından biri kimi baxılır, hansıki dividend fondu məbləğində şirkət fond bazarında azad tədavüldə olan səhmlərin bir hissəsini alır. Bu da qalan hər bir səhmə düşən mənfəətin həcmini çoxaltmağa və gələcək dövrdə dividend ödənişi əmsalını yüksəltməyə avtomatik imkan verir

Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin