Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları


Müəssisənin maliyyə strategiyasının reallaşdırılması



Yüklə 114,21 Kb.
səhifə36/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

10.3. Müəssisənin maliyyə strategiyasının reallaşdırılması. Maliyyə menecmenti sistemində müəssisənin maliyyə strategiyasının reallaşdırılmasının idarə olunması ən mühüm və mürəkkəb məsələdir. Strateji menecment sahəsində dünyanın tanınmış mütəxəssislərinin fikrincə müəssisənin strateji inkişaf proqramının işlənib hazırlanması prosesi onun reallaşdırılması prosesindən xeyli asandır. Məhz ona görə də müəssisənin maliyyə inkişafının
tamamlayıcı mərhələsi kimi maliyyə strategiyasının reallaşdırılması məsələsinə daha çox diqqət yetirmək lazımdır.
Maliyyə strategiyasının reallaşdırılmasının səmərəli idarə olunması prosesi ilk növbədə onun düzgün qiymətləndirilməsini nəzərdə tutur. Maliyyə strategiyasının qiymətləndirilməsi xarici maliyyə mühiti amillərinin dəyişilməsi şəraitində hazırlanmış maliyyə strategiyasının müəssisənin qarşısında duran maliyyə məqsədlərinə nail olmağa cavab verən analitik prosesi ifadə edir. Maliyyə strategiyasının qiymətləndirilməsi üzrə işlərin maliyyə menecerləri, yaxud cəlb edilmiş ekspertlər tərəfindən həyata keçirirlər. Maliyyə strategiyasının qiymətləndirilməsi aşağıdakı parametrlər üzrə aparılır:
müəssisənin maliyyə strategiyasının onun baza korporativ strategiyasına uyğunlaşdırılması;
maliyyə strategiyasının xarici maliyyə mühiti amillərinin dəyişilməsinə uyğunlaşdırılması;
maliyyə strategiyasının müəssisənin daxili potensialına uyğunlaşdırılması;
maliyyə strategiyası parametrlərinin balanslaşdırılması;
maliyyə strategiyasının reallaşdırılması ilə bağlı risklərin səviyyəsinin məqbul sayılması;
maliyyə strategiyasının reallaşdırılmasının iqtisadi səmərəliliyi.
Maliyyə strategiyasının reallaşdırılmasının idarə olunması prosesi aşağıdakı əsas xüsusiyyətləri ilə səciyyələnir:
• 1. Maliyyə strategiyasının reallaşdırılmasının idarə edilməsi müəssisənin maliyyə inkişafı proqramında nəzərdə tutulan bütün qərarların icrasına, maliyyə fəaliyyətinin başlıca strateji məqsədlərinə uğurla nail olunmasına yönəldilir.
• 2.Maliyyə strategiyasının uğurla həyata keçirilməsi nəticəsində nəzərdə tutulduğundan əlavə effekt əldə edilir, belə ki, bu mərhələdə maliyyə strategiyasının hazırlanması prosesində buraxılan bütün səhvləri və kənarlaşmaları aradan qaldırmaq üçün imkan yaranır. Əksinə ən yaxşı maliyyə strategiyası pis reallaşdırılarsa, nəinki əlavə effekt alınar, hətta müəssisənin daxili maliyyə potensialı aşağı düşə bilər.
• 3. Maliyyə strategiyasının reallaşdırılması prosesində maliyyə menecerlərinin funksional bölmələrin əməkdaşları, təsərrüfat subyektləri və müəssisənin maliyyə münasibətləri üzrə tərəfdaşları ilə ən effektiv kommunikativ əlaqələrin qurulması müvəffəqiyyət üçün mühüm zəmin sayılır.

Maliyyə strategiyasının reallaşdırılmasının ayrı-ayrı mərhələlərində eyni idarəetmə qərarının müxtəlif müəssisələr tərəfindən həyata keçirilməsi ziddiyyətli nəticələrə gətirib çıxara bilər. Bu onunla əlaqədardır ki, həmin prosesin hər bir mərhələsində maliyyə strategiyasının reallaşdırılması maliyyə fəaliyyətinin həyata keçirilməsinin müxtəlif təşkilati şəraitində, xarici maliyyə mühiti amillərinin intensivliyinin müxtəlif dərəcələrində təzahür edir. Əlbəttə bütün bunlar müəssisənin maliyyə strategiyasının reallaşdırılmasını təmin edən idarəetmə qərarlarına fərdi şəkildə yanaşmanı zəruri edir.


Müəssisənin maliyyə strategiyasının reallaşdırılmasının idarə edilməsi prosesi aşağıdakı mərhələlər üzrə həyata keçirilir:
• 1. Müəssisənin maliyyə fəaliyyətinin strateji dəyişilməsinin təmin edilməsi;
• 2. Müəssisənin maliyyə strategiyasının reallaşdırılmasının hər bir mərhələsində xarici maliyyə mühit amillərinin dəyişilməsi xarakterinin diaqnostikası;
• 3. Xarici maliyyə mühiti amillərinin cari dəyişilməsinin xarakterinə adekvat müəssisənin maliyyə strategiyasının reallaşdırılmasının idarə edilməsi metodlarının seçilməsi;
• 4. Müəssisənin maliyyə strategiyasının reallaşdırılmasına effektiv nəzarət sisteminin qurulması;
• 5. Zəruri hallarda müəssisənin maliyyə strategiyası proqramına müvafiq düzəlişlərin edilməsi.

Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin