Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları


Mövzu 10. Maliyyə menecmentinin strategiyası



Yüklə 114,21 Kb.
səhifə34/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

Mövzu 10. Maliyyə menecmentinin strategiyası.
10.1. Müəssisənin strategiyasının işlənilməsinin nəzəri əsasları.
10.2.Müəssisənin maliyyə strategiyasının işlənib hazırlanması prinsipləri.
10.3. Müəssisənin maliyyə strategiyasının reallaşdırılması.


10.1. Müəssisənin strategiyasının işlənilməsinin nəzəri əsasları.
Strateji menecment sahəsində məşhur amerika mütəxəssisi İ.Ansofor strategiyanı qərar qəbul etmək üçün qaydalar dəsti kim şərh etmiş və onları dörd qrupa ayırmışdır:
firmanın fəaliyyətinin nəticələrinin qiymətləndirilməsində istifadə edilən qaydalar
 xarici mühiti tənzimləyən və istiqamətləndirən qaydalar
 firmanın daxilində münasibətləri müəyyənləşdirən qaydalar
 firmanın gündəlik fəaliyyətinin həyata keçirilməsində istifadə edilən qaydalar
Strategiyanın formalaşması problemini kompleks şəkildə tədqiq edən V.A. Aqafonovdur. Onun fikrincə, əslində strategiya dedikdə “... funksional xarakteristikaları dəyişmək məqsədilə planlaşdırılan sistemin elementləri üzərində və ya xarici fəaliyyət şəraitini dəyişmək məqsədilə
onun xarici mühit elementləri üzərində həyata keçirilən hərəkətlərin məcmusu ...” başa düşülür.
Bazar münasibətləri şəraitində müəssisənin uzunmüddət səmərəli fəaliyyət göstərməsi, yüksək inkişaf tempinin təmin edilməsi və rəqabət qabiliyyətinin yüksəldilməsi onun maliyyə fəaliyyətinin strateji idarə edilməsi səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır. Müəssisənin maliyyə fəaliyyətinin perspektiv idarə edilməsinin effektiv aləti kimi maliyyə strategiyası çıxış edir.
Xarici maliyyə mühitinin intensiv dəyişilməsi, müəssisənin həyat tsiklinin növbəti mərhələsinə keçid, yeni kommersiya imkanlarının yaranması ilə əlaqədar müəssisənin fəaliyyət məqsədinin əsaslı şəkildə dəyişilməsi müəssisənin maliyyə strategiyasının işlənib hazırlanmasını zəruri edir.
Strateji idarəetmənin paradiqmasında həmçinin müəssisənin inkişaf strategiyası növlərinin onların səviyyələrinə görə differensiasiyası mühüm rol oynayır. Bu idarəetmə sisteminə strategiyanın 3 əsas növü ayrılır.
korporativ strategiya
 funksional strategiya
 ayrı-ayrı təsərrüfat vahidinin strategiyası

Korporativ strategiya bütövlükdə müəssisənin inkişaf perspektivlərini müəyyənləşdirir. O, müəssisənin missiyasının yerinə yetirilməsinə yönəldilir və müəssisənin fəaliyyətinin başlıca məqsədinin – mülkiyyətçilərin həyat səviyyəsinin maksimum yaxşılaşdırılmasını kompleks şəkildə təmin edir.


Müəssisənin funksional strategiyası onun funksional bölmələri çərçivəsində fəaliyyətinin əsas növləri üzrə formalaşır və korporativ strategiyanın detallaşdırılmasına yönəldilir. Bu strategiyanın siyahısına marketinq, istehsal, maliyyə, heyət və innovasiya daxildir.
• Müəssisənin təsərrüfat vahidinin strategiyası (biznes-strategiyası) adətən iki əsas məqsədin
• – biznes növünün rəqabət üstünlüyünün təmin edilməsi
• onun mənfəətinin artırırlması məqsədlərinin həllinə yönəldilir. Müəssisənin maliyyə strategiyası onun funksional strategiyasının növlərindən biridir. Müəssisənin funksional strategiyası sistemində maliyyə strategiyası aparıcı yerlərdən birini tutur. Müəssisənin maliyyə strategiyası maliyyə fəaliyyətinin və maliyyə münasibətlərinin inkişafının bütün istiqamətlərini əhatə edir. Bu, hər şeydən əvvəl, maliyyə menecmentinin məzmunundan irəli gəlir. Maliyyə strategiyası uzunmüddətli maliyyə məqsədlərinin müəyyənləşdirilməsi və onlara nail olmağın ən səmərəli yollarının seçilməsi, xarici mühit amilləri dəyişərkən maliyyə resurslarından istifadə istiqamətlərində adekvat düzəlişlər aparmaqla maliyyə fəaliyyətinin və maliyyə münasibətlərinin inkişafının əsas istiqamətlərini təmin edən müəssisənin funksional strategiyasının mühüm növlərindən birini ifadə edir.
Maliyyə strategiyası müəssisənin effektiv inkişafının təmin edilməsində müstəsna rol oynayır. Maliyyə strategiyasının işlənib hazırlanmasının əsasında yeni idarəetmə paradiqması, yəni strateji idarəetmə sistemi durur.


Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin