Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları


Müəssisənin maliyyə strategiyasının işlənib hazırlanması prinsipləri



Yüklə 114,21 Kb.
səhifə35/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

10.2. Müəssisənin maliyyə strategiyasının işlənib hazırlanması prinsipləri.
Müəssisənin maliyyə strategiyasının hazırlanması prosesində strateji maliyyə qərarlarının hazırlanması və qəbulu prinsiplərindən istifadə olunur. Həmin prinsiplərə aiddir:
Müəssisəyə özünü təşkil etməyi bacaran açıq sosial-iqtisadi sistem kimi baxılması. Strateji menecmentin bu prinsipi maliyyə strategiyasını hazırlayarkən müəssisəyə xarici mühit amillərilə qarşılıqlı fəaliyyət üçün tam açıq sistem kimi baxılmasını nəzərdə tutur. Müəssisənin açıq sosial-iqtisadi sistem olması və özünü təşkil etmək qabiliyyəti maliyyə strategiyasını yüksək keyfiyyətcə formalaşdırmağa zəmin yaradır.
Müəssisənin əməliyyat fəaliyyətinin baza strategiyasının nəzərə alınması. Maliyyə strategiyası müəssisənin strateji məqsədləri və əməliyyat fəaliyyətinin istiqamətləri ilə mütləq razılaşdırılmalıdır. Maliyyə strategiyasına müəssisənin seçdiyi korporativ strategiyaya uyğun olaraq effektiv inkişafının təmin edilməsinin
başlıca amili kimi baxılır. Maliyyə strategiyası həmçinin müəssisənin əməliyyat fəaliyyətinin strateji inkişafının formalaşmasına əhəmiyyətli
təsir göstərir. Bu əməliyyat strategiyasının əsas məqsədi – məhsul satışının və əməliyyat mənfəətinin artması, müəssisənin rəqabət qabiliyyətinin yüksəldilməsi ilə əlaqədardır.
Maliyyə fəaliyyətinin strateji menecmentinin sahibkarlıq stilinə üstün hədəflənməsi. Perspektivdə müəssisənin maliyyə fəaliyyətinin strateji idarə edilməsi sahibkarlıq stilinin artması ilə səciyyələnir. Strateji maliyyə menecmentinin sahibkarlıq stilinin əsasını maliyyə fəaliyyətinin bütün forma və istiqamətləri üzrə effektiv idarəetmə qərarlarının hazırlanması və qəbulu təşkil edir. Maliyyə meecmentinin sahibkarlıq stili xarici mühit amillərinin dəyişilməsini nəzərə almaqla strateji məqsədlərin qoyulmasına nail olmağın bütün yollarında maliyyə fəaliyyətinin həyata keçirilməsi istiqamətləri, forma və metodlarının daim transformasiyası ilə əlaqədardır.
Strateji maliyyə inkişafının dominant sferalarının ayrılması. Bu prinsip əsas məqsəd funksiyalarının – uzaq perspektivdə müəssisənin bazar dəyərinin artırılmasını müvəffəqiyyətlə təmin edən maliyyə fəaliyyətinin prioritet istiqamətlərini eyniləşdirməyə imkan verir. Müəssisənin maliyyə strategiyasını işləyib hazırlayarkən aşağıdakı dominant sferaları ayırmaq məqsədəuyğundur: müəssisənin maliyyə resurslarının formalaşması strategiyası; investisiya strategiyası; müəssisənin maliyyə təhlükəsizliyinin təmin edilməsi strategiyası; müəssisənin maliyyə fəaliyyətinin idarə edilməsi keyfiyyətinin yüksəldilməsi strategiyası.
Maliyyə strategiyasının çevikliyinin təmin edilməsi. Müəssisənin maliyyə fəaliyyətinin perspektiv inkişafına həmişə qeyri-müəyyənlik təsir göstərir. Ona görə də istənilən maliyyə strategiyasını onun reallaşdırılması mərhələlərində dəyişməz saxlamaq praktiki olaraq qeyri-mümkündür. Belə şəraitdə maliyyə menecmentinin alternativ strateji fəaliyyətinin əsası kimi maliyyə strategiyasının yüksək çeviklik səviyyəsi çıxış edir.
Strateji maliyyə seçiminin alternativliyinin təmin edilməsi. Strateji maliyyə qərarlarının əsasını maliyyə fəaliyyətinin həyata keçirilməsi istiqamətləri, formaları və metodlarının alternativ variantlarının fəal axtarıb tapılması və onlardan ən yaxşısının seçilməsi nəticəsində hazırlanmış maliyyə strategiyası və onun səmərəli reallaşdırılması mexanizminin formalaşması təşkil edir.
Maliyyə fəaliyyətində yeni texnologiyaların tətbiq edilməsi. Maliyyə strategiyasını hazırlayarkən nəzərə almaq lazımdır ki, maliyyə fəaliyyətində yeni texnologiyaların tətbiqi müəssisənin bazarda rəqabət mövqeyinin möhkəmləndirilməsinin başlıca mexanizmi hesab edilir. Məhz ona görə də müəssisənin strateji inkişafı ilə bağlı məsələlərin müvəffəqiyyətli həll edilməsi maliyyə strategiyasında yeni texnologiyaların əks etdirilməsi səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır.
Strateji maliyyə qərarlarının qəbulu prosesində maliyyə riskinin səviyyəsinin nəzərə alınması. Maliyyə strategiyasının formalaşması prosesində qəbul edilən maliyyə qərarları praktiki olaraq bu və ya digər dərəcədə maliyyə riskinin səviyyəsini dəyişdirir. Bu, ilk növbədə maliyyə fəaliyyətinin istiqamətləri və formalarının seçilməsi, maliyyə resurslarının formalaşması, maliyyə fəaliyyətinin idarə eidlməsinin yeni təşkilati strukturlarının tətbiqi ilə əlaqədardır.
Maliyyə stratergiyasının reallaşdırılması prosesində maliyyə menecerlərinin peşəkar aparatına əsaslanması. Menecerlər strateji idarəetmənin əsas prinsipləri və maliyyə fəaliyyətinin ayrı-ayrı aspektlərinin idarə edilməsi mexanizmləri ilə yaxından tanış olmalı, strateji maliyyə kontrolinqin metodlarını bilməlidir.
Müəssisənin maliyyə strategiyasının maliyyə fəaliyyətinin təşkilati strukturuna və təşkilati mədəniyyətə uyğunluğunun təmin edilməsi. Maliyyə strategiyanının idarəetmənin təşkilati strukturunun və təşkilati mədəniyyətin dəyişilməsinə uyğunlaşdırılması onun effektiv reallaşdırılmasının mühüm şərtidir. Bu sahədə nəzərdə tutulan strateji dəyişikliklər müəssisənin maliyyə stratejı parametrlərinin tərkib hissəsi olmalıdır.
Maliyyə strategiyasının işlənib hazırlanması prosesi müəssisənin maliyyəsinin perspektiv inkişaf proqramının hazırlanması, qiymətləndirilməsi və reallaşdırılmasını təmin edən məqsədyönlü idarəetmə qərarlarının formalaşmasını nəzərdə tutur. Bu proses aşağıdakı mərhələlər üzrə həyata
keçirilir:
Maliyyə strategiyasının formalaşması müddətinin müəyyənləşdirilməsi;
Xarici maliyyə mühiti amillərinin tədqiqi;
Müəssisənin maliyyə fəaliyyətinin güclü və zəif tərəflərinin qiymətləndirilməsi;
Müəssisənin strateji maliyyə mövqeyinin kompleks qiymətləndirilməsi;
Müəssisənin maliyyə fəaliyyətinin strateji məqsədlərinin formalaşdırılması;
Maliyyə fəaliyyətinin məqsədli strateji normativlərinin hazırlanması;
Əsas strateji maliyyə qərarlarının qəbul edilməsi;
Maliyyə stretagiyasının qiymətləndirilməsi;
Maliyyə strategiyasının reallaşdırılmasının təmin edilməsi;
Maliyyə strategiyasının reallaşdırılmasına nəzarətin təşkili.



Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin