Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları


Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin təhlili metodları və üsulları



Yüklə 114,21 Kb.
səhifə38/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

11.2. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin təhlili metodları və üsulları.
Maliyyə təhlili dörd baza elementindən ibarətdir: təsərrüfat subyektlərinin idarə edilməsi sistemində maliyyə münasibətləri, maliyyə resursları, maliyyələşmə mənbələri və iqtisadi potensialdan istifadənin nəticələri.
Maliyyə münasibətləri dedikdə müxtəlif təsərrüfat subyektləri arasında qurulan münasibələr başa düşülür, hansı ki həmin subyektlərin aktivlərinin, yaxud öhdəliklərinin tərkibində müəyyən dəyişikliklərə, yəni kontragentlərin əmlakının, yaxud maliyyə vəziyyətinin dəyişilməsinə səbəb olur.
Maliyyə resurslarından söhbət gedərkən balansın aktivinin tərkibi və strukturunun təhlili nəzərdə tutulur, yəni aktivlərin iqtisadi məqsədyönlüyü əsaslandırılır, onların hansı mənbədən alınması aydınlaşdırılır.
Maliyyə resurslarının səfərbərliyə alınması haqqında söhbət gedən zaman maliyyələşmə mənbələri üzrə analitik qərarların qəbuluna zərurət yaranır. Müəssisənin inkişaf strategiyası çərçivəsində vəsait cəlb edərkən müvafiq maliyyə alətlərinin əsaslandırılması tələb olunur. Maliyyə mənbələri üzrə maliyyə qərarlarının qəbulu zamanı kreditor borcları və qısamüddətli bank kreditləri arasında seçim aparmaq lazım gəlir.
Iqtisadi potensialdan istifadənin nəticələri müəssisənin perspektiv inkişafının müəyyənləşdirilməsi üçün bir növ meyar sayılır. Ona görə də sahibkarlar malik olduqları potensialdan maksimum səmərəli istifadə olunması istiqamətində konkret tədbirlərin həyata keçirilməsinə ciddi səy göstərirlər.
Beləliklə, mahiyyətcə maliyyə təhlili təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin qiymətləndirilməsi və səmərəliyinin yüksəldilməsi imkanlarının aşkara çıxarılması prosedurlarının müəyyən ardıcıllığını nəzərdə tutur. Bu isə öz növbəsində həmin elmi-praktiki istiqamətə məxsus metodla həyata keçirilir.
Təsərrüfat subyektlərinin maliyyə diaqnostikası hesabatların nəticələrinin təfsirilə tamamlanır. Nəticələrin təqdim edilməsi məntiqi konstruktiv olmalıdır, yəni fəaliyyətin yaxşılaşdırılması yollarının axtarıb tapılmasına yönəldilməlidir. Belə tədqimat kimi SWOT – təhlil forması təklif edilir.
SWOT – təhlil təsərrüfat subyektinin güclü və zəif tərəflərinin aşkara çıxarılmasına, biznes mühitinin öyrənilməsinə və potensial təhlükənin proqnozlaşdırılmasına, təhlükələrin neytrallaşdırılmasına, subyektin strateji və taktiki imkanlarının öyrənilməsinə, zəif tərəflərinin minimumlaşdırılması və güclü tərəflərin möhkəmləndirilməsi istiqamətində tövsiyələrin hazırlanmasına imkan verir. SWOT – təhlildə iqtisadi təhlilin kəmiyyət və keyfiyyət metodlarından istifadə olunur
Müəssisənin maliyyə - təsərrüfat fəaliyyətinə təsir edən amilləri dörd qrupa ayırmaq olar:
S – müəssisənin fəaliyyətinin güclü tərəfi;
W – müəssisənin fəaliyyətinin zəif tərəfi;
O – müəssisənin fəaliyyətinin yaxşılaşdırılması imkanları;
T – müəssisənin üzləşdiyi təhlükələr.
S və W müəssisənin fəaliyyətinin cari vəziyyəti və O və T – isə yaxın gələcəkdə müəssisənin fəaliyyətinin proqnozu ilə əlaqədardır.
• SWOT – təhlil əsasında müəssisənin maliyyə menecmentinin təşkilinin təkmilləşdirilməsi istiqamətində tövsiyələr işləyib hazırlamaq və maliyyə diaqnostikası haqqında tam təsəvvür yaratmaq mümkündür.
• Praktikada təsərrüfat subyektlərinin maliyyə fəaliyyətinin təhlilini apararkən üfüqi, şaquli, müqayisəli təhlil, amillər üzrə təhlil və maliyyə əmsalları metodlarından daha genişistifadə edilir.
Üfüqi (müvəqqəti) təhlil metodu maliyyə hesabatının maddələrinin əvvəlki dövrün analoji maddələri ilə müqayisədə dəyişilməsi meyllərini aşkara çıxarmağa və onun əsasında artımın baza tempini hesablamağa imkan verir. Inflyasiya şəraitində üfüqi təhlil metodu öz əhəmiyyətini itirir, ondan yalnız məlumatların təsərrüfatdaxili müqayisəsində istifadə edilir.
Şaquli (struktur) təhlil balansın ayrı – ayrı maddələrinin ümumi yekun göstəricilərində xüsusi çəkisini hesablamaq və onu əvvəlki dövrün məlumatları ilə müqayisə etmək, həmçinin maliyyə göstəricilərinin strukturunu müəyyənləşdirmək məqsədilə həyata keçirilir.
• Üfüqi və şaquli təhlil metodları bir – birini qarşılıqlı şəkildə tamamlayırlar. Ona görə də maliyyə hesabının strukturunu və ayrı – ayrı göstəricilərinin dinamikasını xarakterizə edən analitik cədvəlin tərtibi mümkündür.
• Müqayisəli təhlil həm müəssisənin fəaliyyətini xarakterizə edən göstəricilərin təsərrüfatdaxili və həm də rəqib firmaların analoji göstəriciləri ilə müqayisəsi əsasında həyata keçirilir.
• Amillər üzrə təhlildə iki qarşılıqlı əlaqə vardır: funksional və stoxastik. Amillər üzrə təhlil sərt determinir, yaxud stoxastik modellər əsasında aparılır
Bunlardan başqa amillər üzrə təhlilin müasir metodu mövcuddur. Müasir amillər üzrə təhlilin xüsusiyyəti ondan ibarətdir ki, qarşılıqlı əlaqəli çoxlu amillərin təsirini birgə qiymətləndirməyə, öz aralarında korelyasiya olunmayan amillərin tədqiqatda müşahidə edilməyən ilkin əlamətlərini ümumiləşdirməyə imkan verir. Bu müasir metod aşağıdakı məsələlərin həlli üçün nəzərdə tutulur:
• - amillər arasında gizli, ancaq obyektiv qanunauygunluqların axtarıb tapılması və onların nəticə göstəricilərinə təsirinin qiymətləndirilməsi;
• - çox az sayda ümumiləşdirilmiş amillərin öyrənilən təzahürlərinin təsviri;
• - ilkin və ümumiləşdirilmiş amillər arasında stoxastik əlaqənin aşkara çıxarılması;
• - ümumiləşdirilmiş amillərə reqresiya bərabərliyinin qurulması.

Maliyyə əmsalları təsərrüfat subyektlərinin iqtisadi fəaliyyətinin müxtəlif tərəflərini, yəni ödəmə qabiliyyətini, maliyyə asılılığını, işgüzar aktivliyi, işin səmərəliliyini, səhmdar cəmiyyətin bazar xarakteristikasını və sairəni əks etdirirlər.



Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin