Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları



Yüklə 114,21 Kb.
səhifə30/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

Pul dövriyyəsi ilə idarəetmə – bu müəssisənin pul dövriyyəsi bütün kapitalın tam dövriyyəsi, maliyyə ehtiyatlarının hərəkəti, müəssisənin digər iqtisadi qüvvələri ilə maliyyə münasibətlərinin hərtərəfli təhlili əsasında yaxın gələcək üçün perspektivi, pul vəsaiti axınının intensivliyini və həcmini düzgün hesablamaq deməkdir.
Bazar iqtisadiyyatı şəraitində maliyyə ilə idarəetmə prosesində istənilən sahibkar subyekt maliyyə bazarında müxtəlif rollarda çıxış edə bilər: qiymətli kağızların investoru və qiymətli kağızlar buraxan, borc alan və kredit verən.
Bu zaman ortaya çıxan məsələlər 3 qrupa bölünən müxtəlif maliyyə alətləri ilə həll olunur:
• pul vəsaiti (kassada olan pul vəsaiti, ödəmə və digər hesablarda);
• kredit alətləri (istiqraz, müqavilələr, forvard kontraktları);
• müəssisənin nizamnamə kapitalında müxtəlif üsullarla iştirakı (səhm, pay, hissə).
İdarəetmə obyektinə çoxsaylı metodların köməyi ilə təsir göstərilir. Əsas metodlar qrupu, bilavasitə dövlət iqtisadiyyatı mərkəzləşdirilmiş idarəetmə üsullarından təşkil olunmuşdur. Bu metodlar ümumiqtisadi xüsusiyyət daşıyır. Onlara vergiqoyma, kredit vermək, amortizasiya hesaba köçürmə, kassa və hesabat əməliyyatları, sığorta, qiymətqoyma və s. aiddir. Kommersiya təşkilatlarının fəaliyyəti ilə proqnozlaşdırılması, maliyyə və vergi planlaşdırılması əsaslanır. Mürəkkəb sistem və proseslərin təhlil və sintezini müasir metodların tətbiqi əsaslanır.Belə metodlar, real bazar iqtisadiyyatı proseslərinin əsas xüsusiyyət və tendensiyalarının riyazi modellərdə tam uyğun əks olunmasına imkan verir.
Bir qayda olaraq maliyyə mənbələri əsasən iki qrupa bölünür.
1) Xüsusi
• Şəxsi vəsait
• Partnyorların vəsaiti
• Gəlirlər
• Amortizasiya
• Aktivlərin satışı
• Səhmlərin satışı
• Debitor borcları
2) Əldə edilmiş
Qohumlar və dostlar
Bank kreditləri
Malgöndə rənlərin krediti
Sığorta ödəmələri
Hökümət proqramı
Aktivlər altı kreditlər
Vençur kapitalı
Əlbəttə ən sadə və etibarlı maliyyə vəsaiti – şəxsi vəsaitdir. Xüsusi kapital – bu ya əmanətdir, ya da şəxsi vəsaitdir ki, hər-hansı bir şəxsi vəsaitin satışından əldə edilmişdir. Lakin işi heç də tək başına görmək vacib deyildir. Etibarlı partnyorları da işə cəlb etmək olar ki, onlar da müəssisənin ortaq sahiblərindən ola bilər və müəssisənin idarə edilməsində bərabər hüquqlu iştirak edə bilər.
Müəssisə partnyotlarla birlikdə qurularkən mütləq onunla hüquqi vəzifələr, əmanətin miqdarı, bölgülər, habelə biznes işinin son məqsədi haqqında rəsmi müqavilələr bağlanmalıdır.
Bu işdə ən mühüm məsələ ondan ibarətdir ki, etibarlı, inanılmış, sizin ideya və düşüncələrinizlə bölüşən insanlarla işi qurasan.
Biznesin inkişafı üçün xüsusi mənbələrdən gələn gəlirlərdən, amortizasiya köçürmələrindən səhmlərdən (aksioner cəmiyyətlər üçün) əldə edilmiş gəlirdən müəssisə fəallarından, habelə debitor borclarından istifadə edilir.
Başqa yerdən əldə olunmuş vəsait şəxsi vəsaitdən fərqli
olaraq geri qaytarılmalıdır.
• Biznesin açılması və ya müəyyən iş qurmaq üçün xeyli pul vəsaiti tələb olunursa bu zaman kredit almaq olar.
• Kredit verilməsi iki yolla həyata keçirilir:
1) Təsərrüfatçı subyektə pul formasından bir başa ssuda (bank krediti) kredit verilir;
2) Müxtəlif hesablar kimi kreditin verilişi – başqa sözlə desək müəyyən vaxtla ödəmə (ticarət krediti).
Bank krediti müəyyən müddətə və müəyyən edilmiş kredit faizi əsasında verilir. Bu veksel adı ilə borc öhdəliyi kimi də verilə bilər. Banka kreditin bir forması da belədir ki, bank öz hesabına firmaya icazə verir ki, qoyulmuş məbləğdən daha artıq pul xərclənsin. Belə kredit overdraft adlanır ki, bu əməliyyata görə də firma banka faiz ödəyir.
Maliyyə, pul axını səmərəli idarə edilməsi üçün mal dövriyyəsinin optimal ölçüsünün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Əldə kifayət qədər nağd pul olmadıqda müəssisəni müflisləşməyə gətirib çıxara bilər və ya əksinə nə qədər tez firma inkişaf edərsə bir o qədər nağdsız pul qalma ehtimalı azalar. Həddən çox dövriyyə vəsaitinin toplanması da uğurlu göstərici hesab oluna bilməz. Belə ki, malın tədricən “ölməsinə” səbəb olur və onun istifadəsinin səmərəsini aşağı salır.
Mal dövriyyəsi cari aktivlər və qısa müddətli öhdəçilik arasındakı fərqə bərabərdir.
Maliyyə işinin səmərəli idarə edilməsi onu da nəzərdə tutur ki, müəssisənin öz borclarını ödəmə vaxtı onun debitorlarının borclarını ödəmə vaxtından qabaq olsun.
Beləliklə, menecmentin funksiyası mal dövriyyəsinin cari idarəedilməsi üç vəzifənin həll edilməsinə səbəb olur:
• pul vəsaitlərinin daxil olmasını sürətləndirmək
• kredit verənlərlə hesab vaxtının uzadılması
• azad olmuş malın yerinə mal qoyulması.
Amortizasiya tutulmaları (tutulmuş məbləğ) – köhnəlmiş istehsalat fondunun və qeyri-maddi aktivlərin dəyərinin pulla ifadəsi deməkdir.
• Amortizasiya tutulmaları məhsulun maya dəyərindən ibarətdir və sonra məhsulun realizəsindən gələn pul şəklində müəssisəni haqq-hesab hesabına qaytarılır. Bu isə yığım fondunun yaradılması üçün daxili mənbə rolunu ifa edir.
• Maliyyə ehtiyatları, maliyyə bazarında səhm, istiqraz və digər qiymətli kağızların satışından, həmçinin istiqraz vəsaiti və iri həcmli investisiyalardır. Onlar üçüncü şəxs qarşısında hüquqi təsərrüfat öhdəliklərindən ibarətdir: uzunmüddətli və qısamüddətli bank kreditləri, istiqraz vərəqələri, həmçinin veksel şəklində digər müəssisələrin vəsaiti. Bu vəsaitlər ödəmək və qaytarılmaq şərtilə müəssisələrə müvəqqəti istifadəyə verilir.

Müəssisənin maliyyə fəaliyyətinin idarə edilməsi üçün istifadə olunan informasiyalar aşağıdakılardan ibarətdir:


1) Mühasibat hesabatı;
2) Maliyyə təşkilatları nın məlumatı;
3) Bank sisteminin informasiyası;
4) Bazar konyukturu haqqında məlumatlar;
5) Digər məlumatlar.



Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin