Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları


Biznes-planlaşdırma çərçivəsində maliyyə planının inkişafı



Yüklə 114,21 Kb.
səhifə15/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

4.3.Biznes-planlaşdırma çərçivəsində maliyyə planının inkişafı.
Biznes-plan müəssisənin fəaliyyətinin planlaşdırılmasının mütərəqqi formasıdır. Biznes dünyasında müvəffəqiyyət əhəmiyyətli dərəcədə indiki vaxtda və gələcək dövrdə müəssisənin fəaliyyətindəki dəyişiklikləri başa düşmək və nəzərə almaqdan asılıdır.
Biznes-plan sahibkarların üzləşdikləri başlıca problemlərin təhlil edildiyi və onların həllinin əsas üsullarını müəyyənləşdirən sənəddir. Məhz biznes-planın köməyilə menecer bazarda baş verə bilən dəyişiklikləri və gözlənilməz problemləri qiymətləndirmək imkanına malikdir.
Bazar iqtisadiyyatı şəraitində ən çox işlədilən terminlərdən biri biznes-plandır. Biznes-plan aktuallığı onunla müəyyən edilir ki, heç bir ciddi idarəetmə qərarı bu və ya digər formada biznes-plan təqdim etmədən qəbul edilə bilməz.
Biznes-plan müəssisənin inkişaf planıdır, müəssisənin mövcud fəaliyyətinin inkişafı və yeni fəaliyyət növünün mənimsənilməsi, biznesin yeni növ və formalarını yaratmaq üçün zəruri olan sənəddir.
Sahibkara öz biznesini yaradarkən texniki vasitələr almaq və dövriyyə fondunu formalaşdırmaq üçün investisiya qoyuluşu tələb olunur. Aydındır ki, müəssisənin nizamnamə kapitalının həcmi biznes fəaliyyətini genişləndirmək üçün çox vaxt kifayət etmir. Buna görə də sahibkarın öz vəsaitinə əlavə investisiyanın, yəni maliyyə təşkilatlarının kredit resurslarının və potensial investorların vəsaitlərinin cəlb edilməsi zərurətə çevrilir. Əlavə maliyyə resursları almaq üçün biznes layihəsinin iqtisadi səmərəliliyi əsaslandırılmalıdır. Biznes layihəsinin reallaşdırılmasından alınacaq nəticələrin kompleks təhlili aparılır və biznes-planda əks etdirilir.
Biznes-planın strukturu zəruri investisiyanın həcmindən, biznesin miqyasından, firmanın maliyyə sabitliyinin səviyyəsindən, həmçinin firma tərəfindən təklif olunan əmtəə və xidmətlərin növləri üzrə bazarın vəziyyətindən asılıdır.
Biznes-plan sahibkarlara imkan verir ki, öz imkanlarını və biznes layihəsinin səmərəliliyini qiymətləndirsini və onun məqsədəuyğunluğu haqqında əsaslandırılmış qərar qəbul etsin. Biznes-planlaşdırma aşağıdakı problemlərin həllinə imkan verir:
• müəssisənin tədiyyə qabiliyyətini müəyyənləşdirir, sahibkarlıq fəaliyyətində riskləri azaldır;
• biznesin inkişaf perspektivlərinin kəmiyyət və keyfiyyət göstəricilərini konkretləşdirir;
• potensial investorların diqqət və marağını artırır, dəstəyini təmin edir;
• planlaşdırmanın müsbət təcrübəsini əldə etməyə kömək edir.
Ənənəvi plandan fərqli olaraq biznes-planın təşkili bütün tərəfdaşların, maraqlı şəxslərin mənafeyini nəzərə alır. İnvestorlardan başqa belə şəxslər potensial istehlakçılar və malgöndərənlər kimi çıxış edirlər. Adətən biznes-plan sahibkar ilə investorlar və partnyorlar arasında danışıqlar aparmağa başlamaq üçün zəmin sayılır.
• Biznes-planın işlənib hazırlanmasında əsas məqsəd mövcud imkan və resurslardan daha səmərəli istifadə edərək müəssisənin mənfəətini (gəlirini) maksimum artırmaqdır. Bununla yanaşı müəssisənin inkişaf strategiyasından asılı olaraq biznes-planın müxtəlif məqsədləri də ola bilər:- arzu edilən nəticələrə nail olmağın reallıq səviyyəsini aydınlaşdırmaq;
• - mövcud fəaliyyətin yeniləşdirilməsi və ya yeni fəaliyyətin yaranmasının məqsədəuyğunluğunu maraqlı şəxslərə sübut etmək;
• - yeni ideyanın reallaşması üçün tərtib olunmuş layihədə göstərilən keyfiyyət və kəmiyyət göstəricilərinə nail olmağın mümkünlüyünü sahibkarın tərəfdaşlarına sübüt etmək;
• -xarici bazara çıxış və investisiyaların cəlb edilməsi.
• Biznes-plan sahibkara aşağıdakı əsas problemləri həll etməyə imkan verir:
• - firmanın konkret fəaliyyət istiqamətlərini, məqsədyönlü bazarı və bu bazarda firmanın mövqeyini müəyyən etmək;
• - firmanın uzunmuddətli və qısamüddətli məqsədlərini dəqiqləşdrmək, onlara nail olmağın strategiya və taktikasının həyata keçirilməsinə görə məsul şəxslərin müəyyən edilməsi;
• - firmanın maliyyə vəziyyətini, qoyulan məqsədlərə nail olmaq üçün mövcud maliyyə və maddi ehtiyatların uyğunluğunu qiymətləndirmək, biznes-planın həyata keçirilməsində qarşıya çıxa biləcək təhlükələri öncədən görmək.
Biznes-planın yerinə yetirdiyi funksiyalar firmadaxili və firmaxarici funksiyalara ayrılır.
Firmadaxili funksiyalara aşağıdakılar aid edilir:
• firmanın inkişaf strategiyasının və fəaliyyət istiqamətlərinin müəyyən edilməsi;
• yeni növ məhsulların (xidmətlərin) mənimsənilməsi layihələrinin hazırlanması və reallaşdırılması;
• firmadaxili elmi-texniki və istehsal-kommersiya potensialının qiymətləndirilməsi;
• yeni avadanlıq və texnologiyaların alınması üzrə tədbirlərin həyata keçirilməsi;
• mövcud işçilərin ixtisaslarının artırılması və yeni kadrların seçilib işə qəbul edilməsi;
• firmanın maliyyə vəziyyətinə nəzarət;
• sahibkarlıq risklərinin aşağı salınması;
• firmanın müsbət imicinin formalaşdırılması;
• firmanın fəaliyyətindəki geriləmə, tənəzzül prosesi haqqında xəbərdarlıq.
Firmaxarici funksiyalara aşağıdakıları aid etmək olar:
• layihənin reallaşdırılması üçün zəruri investisiyanın cəlb edilməsi;
• fond bazarında firmanın səhmlərinin müvəffəqiyyətlə satılmasının təmin edilməsi;
• layihənin məqsədəuyğunluğunun təşkilati-maliyyə əsaslandırılması;
• müştərək sahibkarlıq fəaliyyətini keçirmək üçün tərəfdaşların kapitalından səmərəli istifadə olunması.
Biznes-planın qarşısında duran məqsədə nail olmaq üçün konkret vəzifələr müəyyənləşdirilir ki, bunlara aşağıdakıları aid etmək olar:
• nəzərdə tutulan nəticələrə nail olmağın reallıq səviyyəsinin müəyyənləşdirilməsi;
• mövcud biznes fəaliyyətinin inkişaf etdirilməsi və yeni fəaliyyət növünün təşkili zəruriliyinin əsaslandırılması;
• yeni ideyanın reallaşdırılması üzrə layihənin kəmiyyət və keyfiy yət göstəricilərinə nail olmağın mümkünlüyünün tərəfdaşlara, investorlara və digər maraqlı şəxslərə inandırılması;
• xarici bazara çıxış və investisiyaların firmanın fəaliyyətinə cəlb edilməsi.
Biznes-planda müəssisə fəaliyyətinin istehsal və bazar, maliyyə və texniki, daxili və xarici aspektləri çevik əlaqələndirilir.
Maliyyə planı: Maliyyə – pul münasibətləri deməkdir. Sahibkarın sərəncamında olan bütün əsas və dövriyyə kapitalı yalnız pul ifadəsində əks etdirilə bilər. Biznesin ilk başlanğıcı pul, son nəticəsi isə yenə də puldur. Avans olunmuş kapital əvvəlcə istehsal vasitələrinin alınmasına sərf edilir, yəni pul formasından məhsuldar formaya keçir, istehsal prosesi baş verir, məhsul istehsal edilir, tədavül prosesinə çıxarılır, məhsul reallaşaraq avans edilmiş kapital yenidən pul formasında sahibkara qayıdır. Maliyyə planı – yuxarıda qeyd olunan proseslərin tam əhatə edilməsidir. Başqa sözlə, maliyyə planı kapitalın hərəkət istiqamətlərinin əks etdirilməsidir. Maliyyə planında investisiya layihəsinin tətbiq ediləcəyi mühitin xüsusiyyətləri və şəraiti öz əksini tapmalıdır.


Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin