Mahmudov Anar, Qrup: k-44



Yüklə 18,49 Kb.
tarix22.05.2022
ölçüsü18,49 Kb.
#59002
referat 168 (1)


Mahmudov Anar, Qrup:K-44
Fakultə:Kredit-iqtisad
Elmi Rəhbər:professor,iqtisad elmləri doktoru Meybullayev.M


İNNOVASİYA SAHİBKARLIĞI

Sahibkarlıq fəaliyyəti cəmiyyət üzvlərinin şəxsi gəlir və ya mənfəət əldə etməyə yönəldilən, öz riski və öz əmlak cavabdehliyi ilə həyata keçirilən müstəqil təşəbbüskar təsərrüfat fəaliyyətidir. Müasir dövrdə bazar iqtisadiyyatı ölkələrində sahibkarlığın ən geniş yayılmış formalarından biri innovasiya sahibkarlığıdır.


Bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə elmi-texniki tərəqqinin inkişafı innovasiya sahibkarlığı ilə bağlıdır. Ümumiyyətlə, sahibkarlığın 2 formasını fərqləndirmək lazımdır: onlardan biri yeniliklərin tapılması və reallaşdırılmasıdır ki, buna da innovasiya sahibkarlığı deyilir. Digəri isə xalis bazar sahibkarlığıdır.Buna da marketing deyilir.Elmi-texniki nəaliyyətlərin istehsala tətbiqi innovasiya adlanır. İnnovasiya fəaliyyəti avadanlıqların, əmək predmetlərinin, istehsalın təşkili formasının, idarəetmənin qabaqcıl texnologiyadan və elmi-texniki nəaliyyətlərdən istifadə etməklə təkmilləşdirilməsi prosesidir. Müəssisələrin modernləşdirilməsi, müasir və mütərəqqi texnologiyanin tətbiqi, bazarda amansız rəqabətə davam gətirə bilən məhsulların istehsalı innovasiya sahibkarlığından çox asılıdır.
Ümumiyyətlə, Azərbaycanda və keçid iqtisadiyyatı dövrünü yaşayan digər ölkələrdə iqtisadiyyatı inkişaf etdirib bazar iqtisadiyyatına keçmək üçün innovasiya sahibkarlığını rolu əvəzedilməzdir. Çünki, bu ölkələrdə istehsal imkanları,məhsulun keyfiyyəti digər ölkələrlə müqayisədə çox aşağıdır. Bu ölkələrin istehsal etdikləri məhsullar dünya bazarında rəqabətə dözmür, hətta bu məhsullar dünya bazarı üçün yararlı deyildir. İnsanların yaradıcılıq patensiallarından istifadə etmək məqsədilə innovasiya sahibkarlığının inkişafı və ona dövlətin yaxından köməyi vacibdir.
İstehsala innovasiyanı tətbiq etməyi zəruri edən bir neçə amillər var. Məsələn, bazarda yeni rəqiblərin meydana çıxması, rəqiblərin öz istehsalını təkmilləşdirməsi, rəqiblərin önə keçməsi, məhsula olan marağın azalması, daxili əksikliklər, istehsalın genişləndirilməsi, yenidən qurma, yeni məhsulun mənimsənilməsi və buraxılışı,istehsal olunan məhsulların yeni çeşid və modellərinin hazırlanması və s.
İnnovasiya prosesi hər şeydən əvvəl aşağıdakıların yerinə yetirilməsindən ibarətdir:

  • Yeni məhsuların mənimsənilməsi, buraxılan məhsulun modernləşdirilməsi.

  • Yeni istehsal vasitələrini istehsal prosesinə cəlb edilməsi.

  • Yeni texnologiya və məhsulun istehsalı üsularından istifadə edilməsi

  • İstehsalın təşkili və idarə olunmasının daha mütərəqqi formaları.

İnnovasiya prosesinin əsas mərhələləri aşağıdakılardan ibarətdir:



  • Daxil olmuş ideyaların sistemləşdirilməsi,yeni məhsul ideyalarının hazırlanması

  • Eyni məhsulun iqtisadi səmərəliyinin təhlili,marketinq proqramının hazırlanması.

  • Yeni məhsulların hazırlanması.

  • Bazarda testləşdirmə aparılması.

  • Istehsalatda yeni məhsulun tətbiqi barədə qərar qəbul edilməsi.

İnnovasiyanın nəticələri isə adətən aşağıdakılardan ibarət olur.

  • Məhsulun çeşidi təzələnir, rəqabət qabiliyyəti yüksəlir, əhalini tələbatının ödənilməsinə kömək edir.

  • İstehsalın səmərəliyi yüksəlir,məhdud resurslardan qənaətlə istifadə olunur,istehsal xərcləri azalmaqla mənfəət artır.

  • Yeniliklər sosial nəticələrlə səciyyələnir.

İnnovasiyanı həyata keçirmək üçün iri məbləğdə istehsal, insan, təşkilatı-sosial xərclər çəkmədən mümkün deyil. Həm də innovasiya eksperimentlərlə bağlıdır. Mütamadi olaraq tətqiqatlar, təcrübələr, praktikalar, planlar tələb edir. Ona görə də innovasiya sahibkarlığını istehsala tətbiq etmək elə də asan məsələ deyil. Bu çətinliyi aradan qaldırmaq yollarından biri lizinq müqavilələrinın bağlanmasıdır. Bu müqaviləyə uyğun olaraq, lizinq şirkəti sifariş olunan maşın, avadanlıq və s. malı istehsalçıdan alır və sifarişçiyə icarəyə verir.Müqaviləyə əsasən icarə haqqı amartizasiya ayırmaları və lizinq şirkətinin mənfəətindən ibarət olur.
Xarici iqtisadçılar innovasiya sahibkarlığı ilə iri müəssisələrin məşğul olmasını məqsədəuyğun sayırlar. Buna səbəb bilavasitə, yuxarıda qeyd etdiyimiz kimi innovasiyanın mənimsənilməsinin yüksək xərc tələb etməsidir. Bu xərc isə əsasən qiymətli ixtiralar və yeni sınaq nümunələrinin hazırlanması işinin çoxsaylı əmək kollektivinin səyini və çox güclü maddi texniki baza tələb etməsindən irəli gəlir. Odur ki, yalniz yüksək maliyyə vəsaitinə malik olan iri firmalar innovasiya layihələrini başa çatdıra bilərlər.İri firmaların digər üstünlüyü orada çoxməqsədi tədqiqatların hazırlanmasıdır. Həm də bu firmalarda sınaq layihə və elmi tədqiqat işlərinin aparılması zamanı müxtəlif yanaşmalardan istifadə edilməsi də onların digər üstünlüyünü müəyyən edir.
Yuxarıda deyilənləri nəzərə alsaq görərik ki,innovasiya prosesinin son məqsədi yeni məhsulun kommersiya qabiliyyətinin yüksəldilməsi və kütləvi istehsalının təşkilidir. Buna görə də fəaliyyətində uğur qazanmaq istəyən hər bir sahibkar istehsala innovasiyanı tətbiq etməlidir.
Yüklə 18,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin