Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту


BƏDİİ MƏTNDƏ PERSONAJ NİTQİNİN LEKSİK XÜSUSİYYƏTLƏRİ



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə9/45
tarix05.05.2017
ölçüsü3,95 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   45

 

BƏDİİ MƏTNDƏ PERSONAJ NİTQİNİN LEKSİK XÜSUSİYYƏTLƏRİ 

      

Açar sözlər: bədii mətn, müəllif nitqi, xaraktereloji nitq, dialekt, leksik xüsusiyyətlər 

Key words : literary text, author`s speech, characterological speech, dialect, lexical 

features 



Ключевые слова:  художественный текст, авторская речь, 

характерологическая речь, диалект, лексические особенности. 



 

Xarakteroloji nitqin leksik tərkibi özünün zənginliyi ilə diqqəti cəlb  edir.      

«Müəllifin dili ədəbi dilimizin bütün qanun və normalarını özündə eks etdirdiyi halda, 

obrazların dili, onların xarakteri, dünyagörüşü, peşə  və  məşğuliyyəti,  ətrafdakılara 

münasibəti ilə əlaqələndirildiyi üçün müəllifin dilindən fərqlənir. Çünki tipin işlətdiyi 

hər bir söz onun xarakterinin müəyyənləşməsində müstəsna rol oynayır. Onlar ana 

dilində danışsalar da, yeri gəldikcə, hamı tərəfindən işlənməyən və başa düşülməyən 

sözlərdən də istifadə edirlər. Bu baxımdan onların dili məişət üslubuna daha çox уa-

xın olur» [2, s. 80]. Burada ancaq şifahi nitqdə  işlədilən danışıq sözləri, okka-

zionalizmlər, emosional-ekspressiv çalarlı sözlər, terminlər və  sənət-peşə leksikası, 

nidalar, loru sözlər, dialektizmlər, jarqonlar, klişelər, varvarizmlər və s. oxucu (ta-

maşaçı-dinləyici) diqqətini personajın nitq xüsusiyyətlərinə cəlb etmək üçün işlədilir. 

Belə zənginlik müəllifdən düzgün söz seçimi qabiliyyətinin olmasını tələb edir: dəqiq 

sözişlətmə müəllifin sənətkarlıq səviyyəsini niümayiş etdirir. Bu zaman nitqin az işlə-

nən nadir sözlərlə yüklənməsi nitqin düzgün qəbul edilməsini çətinləşdirir. Deməli, 

«müəllifin sözişlətmə qabiliyyəti» dedikdə, onun təkcə hansı sözləri seçib işlətdiyi 

deyil, həm də belə sözləri nə  qədər işlətdiyi nəzərdə tutulur. Əlbəttə,  əksəriyyət 

etibarilə personaj nitqində işlədilən sözləri adresat başa düşür və asanlıqla qəbul edir. 

Çünki nitqin bu cür ekspressiv formaları «təkcə subyektiv-xarakteristik və ideya 

qiymətləndirilməsini əks etdirmir, təkcə şəxsiyyətin, sosial qrupun nitq üslubunu ifa-

də etmir, həmçinin asanlıqla intellektual dilə tərcümə oluna bilir» [3, s. 181]. 

Həqiqətən də bədii əsərin yazılması zamanı müəllifin qarşısında külli miqdar-

da məlum dil və nitq faktları durur. Müəllif onlardan öz üslubuna xas olan bir şəkil-

də istifadə edir və personaj nitqində hansısa bir fikri məhz həmin məlum dil hadisə-

lərinə istinad etməklə generalizasiya yaradır. Ancaq burada «məlum fakt» dedikdə, 

hansısa bir faktın bütün oxucu -tamaşaçı – dinləyici kütləsinə aydın olduğu nəzərdə 

tutulmur: bu faktlar ümumiyyətlə dil fondu üçün məlum olub, ədəbi dil hüdudların-

dan kənarda və ya ədəbi dilin periferiyasında yerləşə bilər. Buna görə də tam haqla 

deyə bilərik ki, hər bir müəllif bədii təxəyyülünü kağıza köçürərkən ana dilinin lü-

ğət fondunda, о cümlədən dialektlərdə, şivələrdə, jarqonlarda, terminologiyada və s. 

sahələrdə  məhz «məlum olan» dil faktlarından istifadə edir; hətta hər hansı bir 

müəllifin quraşdırıb dildə işlədilməsi üçün təklif etdiyi hər hansı bir neologizm özü 

də əslində boş yerdən götürülmür, məlum dil faktları əsasında tərtib edilir. Beləlik-

lə, ucsuz-bucaqsız dil faktlarının hansı tərzdə istifadə edilməsi hər bir müəllifin ya-

radıcılıq axtarışlarının nəticəsi kimi qəbul edilə bilər. Bu isə bədii söz ustasına dilin 

istənilən sahəsindən, istənilən qatından söz və ifadə götürüb işlətməyə imkan verir. 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



81

Buna görə də bədii əsərin müəllifinə dilin lüğət fondunda mövcud olan hansısa bir 

sözü niyə istifadə etdiyinə irad tutmaq olmaz. Onun ana dilindən bütövlükdə istədi-

yi kimi faydalanmaq səlahiyyəti vardır. Onun bu səlahiyyəti hansı şəkildə icra etmə-

si isə yazdığı əsərin bədii keyfiyyətini və oxunaqlığını müəyyənləşdirir. Əksinə, ya-

zıçının hamı üçün deyil, yalnız müəyyən zümrə üçün məlum olan dil faktından 

istifadə etməsi onun (yazıçının) həmin faktı bədii ədəbiyyat vasitəsi ilə ədəbi dildə 

məşhurlaşdırması kimi – müsbət hal kimi qiymətləndirilə bilər. Burada isə  həmin 

cür faktların personaj nitqində işlədilməsi onların geniş oxucu kütləsi üçün daha da 

şəffaflaşdırılmasına imkan verir, çünki belə sözlər müəllif nitqində  işlədilərkən 

müəyyən dərəcədə «üstündən keçildiyi halda», personaj nitqində işlədilərkən müəy-

yən izahla aydınlaşdırılması imkanına malik olur. Hərçənd ki, buna qarşı  çıxan 

dilçilər də vardır. Məsələn, V.V.Veselitski yazır ki, loru dil sözlərindən ədəbi dili 

zəif bilən və ya ona saymazyana yanaşanlar daha çox istifadə edir; digər tərəfdən, 

loru və dialektlərdən alınmış sözlərdən həm də uğursuz yerə nitqi «dirçəltmək», ona 

daha çox obrazlılıq vermək istəyənlar istifadə edirlər. Jarqonizmlərdən və 

vulqarizmlərdən istifadə edənlər dahaçox nitqdə orijinallıq etmək, «dəb sözləri» 

işlətmək istəyənlərdir. Zənnimizcə, bu fikir bədii  əsərlərə münasibətdə haqsızlıq 

sayıla bilər. Hər şeydən başqa ona görə ki, bədii mətndə personaj nitqi personajın 

mənsub olduğu zümrəni təmsil etməyəndə, bir qayda olaraq, əsərin dili həddən artıq 

normalaşdırılmış olur və ağırlaşır. 

Deməli, bədii ədəbiyyatda loru dil sözlərindən, dialektizmlərdən, jarqonizm-

lərdən və s. istifadə edilməsi heç də yazıçının «şıltaqlığı» ilə əlaqələndirilməməlidir, 

əksinə, bu hal bədii mətnin reallıqla əlaqəsini daha da gücləndirir, oxucunu «inan-

dırmağa» kömək edir. Şekspirin təqdimatında təlxəklərin hamısı yalnız nəsrlə danı-

şır. «Maqbet»də qapıçının və ya «Hamlet»də qəbirqazanların poetik dildə danışdığı-

nı təsəvvür etmək çətindir. Deməli, nitq situasiya ilə də sıx əlaqədar olur, təkcə da-

nışanın deyil, həm də vəziyyətin səciyyələndirilməsinə xidmət edə bilir. 

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, yaratdığı personajları fərdiləşdirərkən 

Şekspir hər kəs üçün ayrıca spesifik leksikadan istifadə etməmişdir (Şekspir döv-

ründə xarakteroloji nitq yaradılması  hələ  ədiblərin diqqətini cəlb etmirdi). Yalnız 

tək-tük komik personajların dilində leksik fərqlər özünü göstərir. Bir qayda olaraq, 

xarakteroloji leksika Şekspir  əsərlərində ayrıca leksikadan daha çox, obrazların 

qəlizliyi ilə  əvəz edilir. Bununla belə, bəzən hər halda leksik xarakterologiya da 

özünü göstərir. Məsələn, Yaqonun nitqində dənizçilik metaforlarından və müqayisə-

lərindən istifadə edilmişdir. Görünür, Yaqo keçmişdə dənizçi olmuşdur [1, s. 56]. 

Eləcə  də Yaqonun əsərin qəhrəmanlarına tələ qurduğu səhnələrdə poetiklik 

sıradan çıxır, Yaqo «normal» nəsr dili ilə danışır. Məsələn, müq. et: 



 Yaqonun səhnəyə ilk gəlişindəki nitqindən parça:  

 Iago. 

 

Despise me, if I do not. There great ones of the city, 

In personal suit to make me his lieutenant, 

         Off capp'd to him: - and, by the faith of man, 

         I know my price, I'm worth no worse a place: - 

But he, as loving his own pride and purposes,   

Evades them, with a bombast circumstance  

II aktda Roderiqo ilə söhbətindən parça: 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



82

 Iago. Lay thy finger thus, and let thy soul be instructed. Mark me with what 

violence she first loved the Moor, but for bragging, and telling her fantastical lies: 

and will she love him still for prating? Let not thy discreet heart think it. Her eye 

must be fed; and what delight shall she have to look on the devil? When the blood is 

made dull with the act of sport, there should be - again to inflame it, and to give 

satiety a fresh appetite - lovelyness in favour, sympathy in years, manners, and 

beauties; all which the Moor is defective in: now, for want of thes. 

Ümumiyyətlə,  əsərdə Yaqonun nəsrlə danışdığı belə epizodlara tez-tez rast 

gəlirik. Bu, bir tərəfdən, Yaqonun nitqinin pafosunu aşağı salmağa, onu başqa-ları-

nın nitqindən fərqləndirməyə (xəyanəti yüksək pafoslu poetik nitqlə quraşdırmaq 

çətin və görünür, lazımsızmış), digər tərəfdən, başqa epizodlardan fərqlənən nitq si-

tuasiyası yaratmağa xidmət edir. Ancaq eyni personajın danışığında poetik nitqdən 

tez-tez nəsrə keçid özü də Yaqonun nitqini xarakterolojiləşdirir, onu başqalarının 

nitqindən ayırır, tipik bir hala çevirir. 

Bəzən personajın nitq strukturu poliqlossiya amili əsasında da qurulur. Tomas 

Mannın qəhrəmanları içərisində qoca İohann Buddenbrokun nitqi ədəbi dil, aşağı al-

man dialekti və fransız dili elementlərinin struktur-leksik qatışığı şəklində təqdim edil-

mişdir. E.Ştrittmatterin qəhrəmanı vaxtilə bir qədər tibb təhsili almış meşəqıran Ramşın 

nitqi təbabət terminləri ilə ingilis söyləmlərinin və leksik vahidlərin qatışığından 

ibarətdir. Hər iki halda personajların bu cür nitq strukturu müəlliflər tərəfindən qəhrə-

manın xarakterologiyasının verilməsi məqsədi güdür. Ancaq birinci halda öz dövrünün 

nəslini təmsil edən qoca İohannın nitq xarakterologiyası sosial-tipikləşdirilmiş və fərdi-

obrazlı nitq strukturunu əks etdirirsə, ikinci halda poliqlossiyadan qəhrəmanın ən parlaq 

sifətlərini kinayəli səsləndirmək məqsədi ilə istifadə edilmişdir. Bununla yanaşı, hər iki 

halda personajların nitqi onların səciyyəsinin tipoloji modelini müəyyənləşdirən  əla-

mətdar xüsusiyyətlərlə əlaqələndirilir [4, s. 112]. 

Şivə ünsürlərinə,  əcnəbi sözlərə, arqo vo jarqon ifadələrinə, söyüş  səciyyəli 

leksik vahidlərə «yalnız bədii üslubda rast gəlmək olur, özü də  sırf gərgin üslubi 

məqsədlə əlaqədar: personajların nitqinin fərdiləşdirilməsi, yerli, ya milli koloritin 

və s. yaradılması üçün». Dialekt və  şivə elementlərinin, məhəlli sözlərin personaj 

nitqində  işlədilməsi hər  şeydən  əvvəl həmin nitqi söyləyən personajın regional 

mənsubiyyəti haqqında siqnal verir. 

T.Drayzerin «Аmerika faciəsi» romanından aşağıdakı epizoda baxmaq olar: 

In the meantime, Clyde, in tow of this new mentor, was listening to a line of 

information such as never previously had come to his ears anywhere. 

"You needn't be frightened, if you ain't never worked at anything like dis 

before," began this youth, whose last name was Hegglund as Clyde later learned, 

and who hailed from Jersey City, New Jersey, exotic lingo, gestures and all. He was 

tall, vigorous, sandy-haired, freckled, genial and voluble. They had entered upon an 

elevator labeled "employees." "It ain't so hard. I got my first job in Buffalo t`ree 

years ago and I never knowed a t'ing about it up to dat time. All you gotta do is to 

watch dc udders an' sec how dey do, see. Yu get dat, do you?" 

Clyde whose education was not a little superior to that of his guide, 

commented quite sharply in his own mind on the use of such words as "knowed," 

and "gotta" - also upon "t'ing," "dat," "udders," and so on, but so gratefulwas he 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



83

for any courtesy at this time that he was inclined to forgive his obviously kindly 

mentor anything for his geniality. 

Klayd yol yoldaşından daha savadlı idi, beynində onun knowed, gotta, t'ing, 



dat, udders kimi sözləri səhv tələffüz etməsi və jarqon sözlərindən istifadə etməsini 

qınayırdı. 

Eləcə də nəzərə almaq lazımdır ki, real nitq heç də ancaq dialekt ünsürlərin-

dən ibarət olmur. Burada dialekt loru dillə çulğalaşır ki, bu da özlüyündə bir norma-

dır, ancaq qeyri-ədəbi bir normadır. Əgr belə çulğalaşma olmasa, yalnız dialektdə 

işlənən sözlər özlüyündə hamı tərəfindən başa düşülməz, loru dildə işlənmə dialekt 

ünsürlərini ədəbi dilə yaxınlaşdırır, onları anlaşıqlı edir. 

A.Ueskerin «Köklər» pyesində Biti Londondan Norfolkdakı öz doğma kəndi-

nə gəlir. Burada dramaturq çox böyük cidd-cəhdlə yerli dialekti verməyə çalışır. Bi-

ti öz qohumları – kənd təsərrüfatında çalışan fəhlə Cimmi və onun arvadı Cenni ilə 

söhbət edir: 

Jenny: ...Did Jimmy tell you he've bin  chosen for the Territorials' Jubilee in 

London this year? 

 Beatie:   What's this then? What'll you do there? 

Jimmy: Demonstrate and parade wi `arms and such like. 

Beatie: Won't do you any good. 

Jimmy: Don't you recon? Gotta show we can defend the country, you know. 

Demonstrate arms and you prevent war. 

 Beatie: Won't demonstrate anything bor... Have a hydrogen bomb fall on you 

and you'll find the things silly in your hands. 



Jimmy: So you say gal? So you say? That'll frighten them other buggers 

though. 


 Beatie: Frighten yourself у'mean...     

Göründüyü kimi, mətn parçasında Norfolk kəndlərindən birinin əhalisinin 

yerli nitq xüsusiyyətləri fərqləndirilmişdir.  Əsərin qəhrəmanı Biti də qayıtdığı 

doğma kəndinin danışıq xüsusiyyətlərini öz nitqində bərpa etməyə çalışır. 

Again a series of ejaculations went up. 

"Sure!" 


"Would your daughter like to learn Chinese?"  

"Hey, I can speak Italian! My mother was a wop." 



"Maybe she'd like t'learna speak N'Yawk!"  

"If she's the little one with the big blue eyes I can teach her a lot of things 

better than Italian."  

"I know some Irish songs—and I could hammer brass once't." 

Mr. Washington reached forward suddenly with his cane and pushed the 

button in the grass so that the picture below went out instantly, and there remained 

only that great dark mouth covered dismally with the black teeth of the grating. 

(F.Scott Fitzgerald) 

Verilmiş parçada "Maybe she'd like t'learna speak N'Yawk!" = to learn to 

speak New York -«Nyu York dilində danışmağı öyrənmək» deməkdir; qəribədir ki, 

bu sözlərin özü də Nyu York loru dilini əks etdirir. 

Bununla məlum olur ki, dialekt ünsürləri hətta personaj nitqi – müəllif nitqi  

ədəbi dil inkişaf xəttini keçərək  ədəbi dilin leksik tərkibinə daxil ola bilir. Bunun 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



84

üçün ilk növbədə belə sözlərin bədii əsərdəki personajın nitqinə yol tapması, onun 

personaj nitqində işlənmə tezliyinin yüksəlməsi və bununla kütləviləşməsi, müəllif 

nitqinə yol tapması  əsas  şərtdir. Lakin dialekt ünsürlərinin bu cür inkişaf xəttini 

keçməsi üçün uzun bir zaman kəsiyi tələb olunur; dialektizmlərin  ədəbi dilə 

keçməsini hansısa bir nəsil açıq-aşkar hiss etmir, bu hadisə  nəsillər arasında gizli 

şəkildə cərəyan edir; xalqın müəyyən bir nəslinin nümayəndələri belə dialektizmlə-

rin yalnız yazıya gətirilmə prosesini izləyə bilirlər. Buna görə də dialekt və loru dil 

sözlərinin işlədilməsi əsasən xarakteroloji nitq üçün səciyyəvi sayılır.  

S.İ.Vinoqradov XIX-XX əsrin  əvvəllərinin rus ədəbiyyatında personajları 

səciyyələndirən xarakteroloji nitq əlamətlərini aşağıdakı  şəkildə ümumiləş-

dirmişdir: 

  1) səhv və ya yersiz xarici dil sözlərinin işlədilməsi; 

  2) bədahətən meydana çıxan təbii danışıq nitqi elementlərinin işlədilməsi; 

  3)  qeyri-ədəbi dildə, loru dildə, dialekt və  şivələrdə, jarqonlarda və  sənət-peşə 

leksikasında mövcud olan leksik və frazeoloji vahidlərin işlədilməsi. 

Göstərilən leksik qatlara məxsus nominasiyaların işlədilməsi personajların 

fərdiləşdirilməsinə, obrazın daha parlaq və tam dramatik təcəssümünə kömək edən 

vasitə rolunu oynayır. 

Beləliklə, leksik xarakterologiya dedikdə, bir tərəfdən,  ədəbi dil hüdudların-

dan kənarda yerləşən danışıq dili sözlərinin, digər tərəfdən isə,  ədəbi dilin özünə 

məxsus leksik vahidlərin köməyi ilə nitqin fərdiləşdirilməsi və bununla personajın 

nitq vasitəsi ilə səciyyələndirilməsi başa düşülür. 

 

Ədəbiyyat 



 

1.

 



Qazıyeva M.Ə. Səhnə və ekran nitqinin linqvistik və kulturoloji xüsusiyyətləri. 

Bakı, Mütərcim, 2001, 160 s. 

2.

 

Paşayev A, Cəfərova E. Bədii üslubda obrazlılığın ifadə imkanları. Bakı, 



Mütərcim, 2006, 124 s. 

3.

 



Виноградов В.В. О языке художественной литературы. Москва, Худ. лит-

ра, 1959, 656 с. 

4.

 

Гогулан М.В. Роль фразеологических единиц в формировании авторской и 



персонажной модальности. Москва, 1988, с.121-128. 

5.

 



Гончарова Е.А. Пути лингвостилистического выражения категорий автор-

персонаж в художественном тексте. Томск, 1984, 150 с. 

6.

 

F.Scott.Fitzgerald. Selected Short Stories. Moscow, Progress Publishers, 1979. 



 

       Лала Рзаева  

Лексические особенности  речи персонажа в художественном тексте 

Резюме 


 

Для  придания  характерологичности  речи  персонажа  автор  в  основном 

использует так называемые непопулярные слова из периферии литературного 

языка. Лексический состав характерологической речи вызывает внимание бо-

гатством  своего  арсенала.  Здесь  в  определенно  максимальной  дозе  упот-

ребляются  чисторазговорные  слова,  окказионализмы,  слова  с  эмоционально-



 

Filologiya  məsələləri – №7, 2013

 

 



85

экспрессивной окрашенностью, термины и образцы профессиональной лекси-

ки,  междометия,  диалектизмы,  жаргонизмы,  клише,  варваризмы  и  т.п.,  кото-

рые и определяют характер персонажа с разнообразных ракурсов. 

 

                                      Lala Rzayeva  



Lexical features of personage speech in a literary text 

Summary 


 

For making personage`s speech characterological the author mostly uses 

unpopular words from periphery of the literary language. Lexic content of charac-

terological speech attracts attention of rich arsenal. 

Conversational words are used in maximal dose, occasionalisms, the words 

with expressive colouring, terms and the patterns of occupational lexics, dialec-

ticism, interjections, slang, barbarisms, etc, which determine the character of per-

sonage from different point of view. 

 

Rəyçi: Dosent Leyla Cəfərova  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



86

SƏBİNƏ QULİYEVA                         

                                                                                                                    AMİ 

                          

MÜASİR TƏHSİLİN MƏZMUNU VƏ ONUN HƏYATA 

KEÇİRİLMƏSİ 

 

Açar sözlər: təhsilin məzmunu, müəllimin peşəkarlığı, texnologiya və məzmun, 

kurikulum, öyrənənlər kontingenti 



Key words:  the content of the education, teacher's professionalism, technology and 

content, National Curikulum, learners' contingency 



Ключевые слова:  содержание образования, профессиональностучителя, 

технология  и содежания Национальный Курикулум, контингент учащихся 



 

 Cəmiyyətdə təhsilin rolu mürkkəb və ziddiyyətlidir. Xüsusilə, formalaşan ye-

ni ictimai, iqtisadi münasibətlər cəmiyyətin inkişafında əvəzsiz rol oynayan təhsilin 

qarşısında daha mürəkkəb vəzifələr qoyur. Bu səbəbdən öz həyat və  fəaliyyətini 

düzgün təşkil etməklə cəmiyyət üçün faydalı olan, ömürboyunca təhsilini davam et-

dirməyi bacaran, icma ilə təmasdan çəkinməyən,  tənqidi düşünən fəal, tədqiqatçı, 

ictimaiyyətçi, idarəçi, bir şəxsiyyəti, demokratik cəmiyyətin vətəndaşını yetişdir-

mək təhsilin qarşısında duran əsas vəzifəyə çevrildi. Qeyd olunan vəzifəni həyata 

keçirmək üçün Azərbaycanda bir sira düşünülmüş islahatlar həyata keçirildi, təhsili-

mizin kursu müəyyənləşdi və həmin kurs uğurla davam etdirilir. Aparılan islahatla-

rın ilk günündən milli liderimiz Heydər Əliyevin tövsiyələri əldə rəhbər tutulmuş-

dur. O deyirdi: “Mənim sizə tövsiyəm ondan ibarətdir ki, islahatları düşünülmüş 

qaydada aparasınız, formalizmə, konyunkturaya yol verməyəsiniz, Azərbaycanın 

milli ənənələrinin üstündəm keçməyəsiniz. Bunlar həqiqətən lazımdır ki, həm Azər-

baycan təhsilini dünyanın inkişaf etmiş ölkələrinin təhsili səviyyəsinə ardıcıl surət-

də çatdırsın, həm də burada səhvlər buraxılmasın, mövcud yaxşı işlər pozulmasın”. 

(1, 3) 

Azərbaycanda təhsilin məzmunun və onun keyfiyyətinin müasir tələblərə ca-



vab verməsini təmin etmək üçün atılan uğurlu addımlardan biri təhsil standartlarının 

tətbiqidir. Təhsil standartı ictimai idealı  əks etdirən, bu ideala nail olmaq üçün 

şəxsiyyətin və təhsil sisteminin real imkanlarını nəzərə alan və dövlət təhsil norma-

ları kimi qəbul edilən əsas parametrlər sistemidir.(4, 124). Təhsil standartları əksər 

ölkələrdə tətbiq olunur və daim yenilənir. Təhsil standartları aydın şəkildə müəyyən 

qaydalar toplusu kimi məktəb kurikulumlarının məzmunu təşkil edir, yəni məcburi 

minimum bilik və bacarıqların məcmusudur ki, ölkənin bütün şagirdləri ona sahib 

olmalıdır. 



Təhsilin məzmunu. Uzun müddət didaktika anlayışının  mənsını izah etmək 

üçün deyirdilər: o aşağıdakı suallara cavab verir: nəyi və necə öyrətmək? Bu suallar  

öz aktullığını saxlasa da, günün tələblərinə uyğun olaraq təhsilin qarşısında yeni 

sualar yaranıb: nə üçün öyrədim(məqsəd), kimi öyrədim (obyekt).  Əgər bu sualları 

birləşdirsək 4 sualdan ibarət bir zəncir yaranacaq: kimi öyrədək?(öyənənlər kontin-

genti), nə üçün öyrədək(məqsəd), nəyi öyrədək(məzmun) və necə öyrədək (metod). 

Təhsilin məzmunu pedaqoji ədəbiyyatlərda müxtəlif cür izah edilir. Təhsilin 

məzmunu-bilik, bacarıq, təcrubə, yaradıcı fəaliyyət, dünyaya emosional münasibə-



 

Filologiya  məsələləri – №7, 2013

 

 



87

tin pedaqoji uyğunlaşması olub və onların mənimsənilməsi insan şəxsiyyətini  for-

malaşdırır. 

Təhsilin məzmunu-müəyyən tip tədris müəsissələrində öyrənmək üçün 

seçilmiş biliklər sistemi başa düşülür(4, 125) 

 Təhsilin keyfiyyətini yüksəltmək üçün aşağıdakı  məsələlər daim diqqət 

mərkəzində saxlanılmalıdır. 



Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə