Bakı Dövlət Universiteti
Beynəlxalq münasibətlər və İqtisadiyyat
Politologiya
II Kurs
Mövzu:Diplomatik şəxsiyyət haqqında essay-A.Hitler
Səttarova Ruqiyə
HİTLER HAQQINDA ESSAY
Adolf Hitler (d. 20 aprel 1889, Braunau am İnn, Avstriya-Macarıstan – ö. 30 aprel 1945, Berlin, Almaniya)— nasional sosializm (nasizm) ideyasının yaradıcısı, Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) sədri, 1933-1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer).
Adolf Hitler tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısında beşinci sıraya daxil edilib
16 yaşında orta təhsilini başa vursa da buraxlış imtahanlarından kəsilir. Orta məktəbdə çox zəif oxumasına baxmayaraq, yaxşı rəssamlıq qabiliyyəti olduğuna görə Vyana İncəsənət Akademiyasına daxil olmaq istəyir. Lakin akademiya tərəfindən ona rəssamlığa yararsız olması izahatı ilə iki dəfə (1907, 1908) rədd cavabı verilir. Ancaq öz istedadını daha çox memarlıq sahəsində göstərə biləcəyi tövsiyəsini alır. Sonradan üzləşdiyi maliyyə problemləri və imtahanlara lazımınca hazırlaşa bilməməsi onun memarlıq məktəbinə imtahan verməsinə imkan vermir
1913-cü ilin mayında Hitler Münhen şəhərinə köçür. Burada o akvarel satmaqla dolanır. 1914-cü ilin sentyabrında Almaniyanın Birinci dünya müharibəsinə qatılması ilə könüllü olaraq cəbhəyə yollanır və artıq oktyabr ayında sıravi əsgər kimi 16-cı Bavariya ehtiyat alayının 1-ci bölüyünün tərkibində Qərb cəbhəsinə göndərilir. Həmin ilin dekabrında II dərəcəli Dəmir xaç ordeni ilə təltif olunur. 1916-ci il oktyabrın 16-da Somma çayı sahilindəki döyüşdə ayağından yaralanır. 1917-ci ilin martında hospitaldan çıxdıqdan sonra baş əsgər (yefreytor) kimi yenidən öz alayına qayıdır. 1918-ci ilin avqustunda sıravi əsgərlərə çox nadir hallarda verilən I dərəcəli Dəmir xaç ordeni ilə təltif edilir.1918-ci il oktyabrın 13-də İpr şəhəri yaxınlığındakı döyüşdə ingilislərin almanlara qarşı işlətdiyi gözyaşardıcı kimyəvi qazın təsirindən kontuziyaya uğrayır və müvəqqəti olaraq görmə qabiliyyətini itirir.Noyabr ayında hospitalda ikən Almaniyanın qeyd-şərtsiz təslim olduğunu və kayzerin devrildiyini öyrənir].Bu xəbər onu hədsiz dərəcədə sarsıdır.
Alman ordularının həmin dövrdə hələ də düşmən ərazisində və üstün vəziyyətdə olduğu halda birdən-birə müharibədə məğlub olması Hitlerin sonrakı baxışlarına da ciddi təsir göstərmişdi
Hitler Almaniyanın müharibədəki məğlubiyyətini və monarxiyanı devirən 1918-ci il Noyabr inqilabını xainlər tərəfindən müzəffər alman ordusuna "arxadan vurulmuş zərbə" hesab edirdi.
1918-ci ilin sonunda Hitler Münhenə geri qayıtdı və yenidən ordu sıralarına yazıldı. Hərbi hissə komandirinin tapşırığına əsasən o Münhendə baş vermiş inqilabi hadisələrin iştirakçıları əleyhinə məlumat toplayırdı. Kapitan Ernst Remin tövsiyəsi ilə "Alman Fəhlə Partiyası"na qoşulan Hitler tezliklə partiyanın yaradıcılarını kənarlaşdıraraq onun yeganə liderinə çevrildi. Onun təşəbbüsü ilə 1919-cu ildə partiyanın adı dəyişdirilərək "Nasional Sosialist Alman Fəhlə Partiyası" (Nationalsozialistische Deutsche Arbeiterpartei, NSDAP) adlandırılır.
Partiyadakı tərəfdarları alovlu çıxışlarına və qətiyyətliliyinə görə Hitlerə "Fürer" (alm. führer – rəhbər) ləqəbi verirlər
1920-ci illərin əvvəllərində NSDAP Bavariyada güclü təşkilatlardan birinə çevrildi. Partiyanın silahlı dəstələrinə Ernst Rem rəhbərlik edirdi. Partiyanın rəhbərliyini demək olar ki, tamamilə öz əlində cəmləşdirmiş Hitler isə Bavariyada nəzərəçarpan və əhəmiyyətli şəxsə çevrildi
1923-cü ildə Rur ərazisinin Fransa tərəfindən işğal edilməsi Almaniyada yeni gərginlik yaratdı. Əvvəlcə xalqı mübarizəyə səsləyərək ölkədə iqtisadi böhrana səbəb olan sosial-demokrat hökuməti, sonradan Fransanın tələblərini qəbul etməklə həm sağ təmayüllü qüvvələr, həm də kommunistlər tərəfindən tənqidlərə məruz qaldı. Bu şəraitdə nasistlər Bavariyada hakimiyyətdə olan sağ konservativ-separatçılarla ittifaqa girərək Berlindəki sosial-demokrat hökumətinə qarşı birlikdə çıxış etməyə qərar verdilər. Bavariya sağlarının rəhbəri və Bavariya torpağının diktator səlahiyyətlərinə malik olan komissarı fon Karr rəsmi Berlinin bəzi tələblərinə əməl etməkdən, xüsusilə də nasist dəstələrini buraxmaq və "Xalqın nəzarətçiləri" qəzetini (alm. Völkischen Beobachters) bağlamaqdan imtina etdi. Lakin alman Baş Qərargahının qəti mövqeyi qarşısında geriyə addım atan Bavariya rəhbərləri Hitlerə bildirdilər ki, hələ Berlin hakimiyyətinə qarşı açıq şəkildə çıxış etməyə hazır deyillər. Bu, Hitleri vəziyyəti öz əlinə almaq istəyinə sövq etdi.
8 noyabr 1923-cü il axşam saat 9-da Hitler və Lüdendorf silahlı hücum dəstələrinin başında Bavariya hökuməti rəhbərlərinin mitinqinin keçirildiyi Münhenin "Bürgerbroykeler" pivəxanasına gəldilər. İçəri girən Hitler "Berlindəki xain hökumət"in devrildiyini elan etdi. Buranı tərk edən Karr NSDAP-nin və hücum dəstələrinin buraxılması haqqında qərar verdi. Eyni zamanda E.Remin rəhbərliyi altındakı hücum dəstələri Hərb Nazirliyinin Quru qoşunları komandanlığının qərargahını ələ keçirdilər, lakin ordu qüvvələri tərəfindən mühasirəyə alındılar.
Noyabrın 9-u səhər tezdən Hitler və Lüdendorf 3 min nəfərlik dəstə ilə birlikdə Hərb Nazirliyinə tərəf irəliləməyə başladılar. Lakin, Rezidentştrasse küçəsində polis dəstəsi onların qarşısını kəsərək atəş açdı və qiyamçılar dağıldılar. 16 partiya üzvünün həlak olduğu bu hadisə Almaniya tarixinə "Pivə qiyamı" kimi düşdü.
1924-cü ilin fevral-mart aylarında keçirilən məhkəmənin qərarı ilə Adolf Hitler 5 il müddətinə həbsə məhkum edilsə də, cəmi 10 ay sonra azadlığa buraxıldı. Həbsdə olduğu müddətdə özünün məşhur "Mənim mübarizəm" (alm. Mein Kampf) adlı kitabının birinci hissəsini yazdı. Tezliklə bu kitab NSDAP-nin əsas ideya qaynağına çevrildi.
Hitlerin həbsxanada olduğu müddətdə partiya olduqca zəifləyir və həbsdən çıxdıqdan sonra o ilk növbədə partiyanı bərpa etməyə çalışır. Bu işdə ona E.Rem hücum dəstələrini bərpa etməklə yaxından kömək edir. Lakin NSDAP-nin dirçəlməsində həlledici rolu Şimali və Şimal-Qərbi Almaniyanın sağ ekstremistlərini partiyaya cəlb edən Qreqor Ştrasser oynadı. Bu işdə ona qardaşı Otto və Yozef Gebbels yardım etmişdilər. Bu, NSDAP-nin regional partiyadan ümummilli partiyaya çevrilməsinə şərait yaratdı.
Eyni zamanda Hitler daha yüksək təbəqələr arasında da dəstək axtarırdı. O, həm ordu rəhbərliyinin bir hissəsini özünə yaxınlaşdıra bildi, həm də sənaye maqnatları ilə əlaqələr qurdu. 1930 və 1932-ci illərdəki parlament seçkiləri nasistlərin Reyxstaqdakı sayını ciddi surətdə artırdı. Bu hal digər parlament partiyalarını nasistlərə daha ciddi yanaşmağa, onlarla hesablaşmağa və hətta koalisiya hökumətində ortaq kimi nəzərdən keçirməyə sövq edirdi.
1930-cu il seçkilərində partiya 18,3% səs toplayaraq 107 yerə, 5 mart 1933-cü ildə keçirilmiş seçkilərdə isə səslərin 43,9%-ni toplayaraq 288 yerə sahib oldu və Reyxstaqda hakim partiyaya çevrildi
Adolf Hitler 30 yanvar 1933-cü ildə hakimiyyətə gəldikdən sonra Almaniyada nasistlər xeyli gücləndilər. Hitler ilk günlərdən etibarən ölkədə demokratik azadlıqları ləğv etməyə və siyasi rəqiblərinə qarşı açıq terrora başladı. Buna haqq qazandırmaq məqsədilə 1933-cü ilin fevralın 27-də Reyxstaqın binasının yandırılması təşkil olundu. Bunun təqsiri kommunistlərin üzərinə atıldı və 1933-cü ilin sentyabrında Leypsiqdə qondarma mühakimə prosesi də keçirildi. Fevralın 28-də faşist hökumətinin təklifi əsasında prezident Paul fon Hindenburq "Xalqı və dövləti müdafiə etmək" adlı fövqəladə fərmanla Veymar konstitusiyasının müəyyən etdiyi bütün azadlıqları ləğv etdi
Almaniyada Nasist partiyası istisna olmaqla bütün siyasi partiyaların fəaliyyəti dayandırıldı. Gizli polis (Gestapo) yaradıldı. 1933-cü ilin martında Hitler federativ dövlətin tərkibinə daxil olan alman torpaqlarının muxtariyyətini ləğv etdi. 1934-cü ilin avqustunda prezident Hindenburqun ölümündən sonra bütün hakimiyyət Hitlerin əlində cəmləşdi. Beləliklə, Hitlerin böyük səyləri nəticəsində Almaniyada terrorçu avtoritar faşist diktaturası bərqərar oldu. Hitler antisemitizmi dövlət siyasətinə çevirdi. 1933-cü ilin yazından yəhudilərə məxsus müəssisələrin boykot edilməsinə başlanıldı.1935-ci ildə yəhudiləri alman vətəndaşlığından məhrum edən və onların dövlət aparatında hər hansı vəzifə tutmalarını qadağan edən bir sıra qanunlar qəbul edildi. Faşist diktaturasının yaradılması ilə Versal-Vaşinqton sistemi iflasa uğramağa başladı. 1933-cü il oktyabrın 14-də Almaniya Millətlər Cəmiyyətindən çıxdı, tərksilah üzrə konfransı tərk etdi.
Hitler 1933-cü il dekabrın 18-də Versal müqaviləsinin bütün hərbi müddəalarını ləğv etməyə, alman ordusunun sayını artırmağa, bütün silah növlərinin istehsalının bərpa olunmasına, hərbsizləşdirilmiş Reyn zonasına ordu yeridilməsinə icazə verilməsini tələb etdi. Hitlerçilərin səyi nəticəsində Almaniya Avropada müharibə ocağına çevrildi
1939-cu il 1 sentyabr 1939-cu ildə özəl müzakirələrdə, Hitler Britaniyanı məğlub etmək və Polşanı məhv etmək məqsədi ilə bu dövlətlərə qarşı muharibə etmək niyyətində idi.1939-cu il 1 sentyabr tarixində Alman qoşunları Polşaya hücuma keçdilər, 2 gün sonra buna cavab olaraq Polşa ilə aralarındakı müttəfiqlik sazişinə əsasən İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər.
Lakin İngiltərə və Fransa 1940-cı ilin may ayına qədər fəal hücumlar etmədilər. Bu hadisə tarixə "Qəribə müharibə" adı ilə daxil oldu. Tezliklə müharibənin miqyası genişləndi və tezliklə Avropanı, sonra isə İtalyanın səyləri ilə Şimali Afrikanı və Yaponiyanın qoşulması ilə Şərqi və Cənub-şərqi Asiyanı bürüdü.
Hitler həyat yoldaşı Eva Braunla birlikdə 30 aprel 1945-ci ildə bunkerlərin birində intihar edir
Adolf Hitlerin iki vəsiyyətnaməsi mövcuddur. Onlardan birincisi Hitlerin siyasi vəsiyyətnaməsidir. Hitler siyasi vəsiyyətnaməsində bildirirdi ki, Almaniya alman xalqının və ümumiyyətlə bütün millətlərin gələcəyi üçün ən böyük təhlükə olan yəhudilər və bolşevizm ilə mübarizədən gələcəkdə də çəkinməməlidir. O, bu siyasi vəsiyyətnaməsində özünün yəhudilər ilə apardığı mübarizəsinə haqq qazandırırdı. O, bildirirdi ki, yəhudilər və bolşeviklər dünya üçün zəhər kimi təhlükəlidir.O, iddia edir ki, Almaniyanın gələcəyi məhz bu məsələdən asılıdır. O, bu vəsiyyətnaməsində bildirirdi ki, o haqlı olaraq müharibəyə başlamışdır, müharibədə məğlubiyyətə uğramasının səbəbini isə, qorxaq generallarının səhvləri ilə izah edir.
İkinci vəsiyyətnamə isə, Hitlerin şəxsi vəsiyyətnaməsidir. Bu vəsiyyətnamədə o bütün həyatı boyunca topladığı şəxsi sənət əsərlərinin hamısının toplanaraq doğulduğu şəhər olan Linzdə bir muzey açılaraq bu muzeydə sərgilənməsini istəmişdir. Özünün bütün şəxsi mallarını isə, partiyasına,əgər partiyası qalmamışdırsa, onda dövlətə vəsiyyət etmişdir.
İngiltərənin "The Times" qəzetinin məlumatına görə Adolf Hitler 1933-1945-ci illər arasında futbol üzrə 6 dəfə Almaniya çempionluğunu qazanmış "Şalke 04" klubuna azarkeşlik edirmiş.Lakin, klubun rəsmiləri bu məlumatı qətiyyətlə inkar edir və bildirirlər ki, Hitler nəinki Şalke azarkeşi, ümumiyyətlə futbol azarkeşi olmayıb və cəmi bir dəfə, 1936-cı ildə Almaniyada keçirilmiş olan Yay Olimpiya oyunlarının futbol üzrə final matçında stadionda olub və həmin oyunda Almaniya yığması Norveçə 2-0 hesabı ilə məğlub olub
Hitler salamı (alm. Hitlergruß) — Nasist salamlaşması adı ilə də tanınan və Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvləri tərəfindən yaradılmış salamlaşma forması. Hitler salamı verən şəxs Adolf Hitlerə və onun apardığı siyasətə öz bağlılığını ifadə etməkdədir.
Hitleri salamı vermək 1933-cü ildə Almaniyada Nasional Sosialist Alman Fəhlə Partiyası hakimiyyətə gələndən sonra Vermaxt əsgərləri və dinc əhali üçün məcburiyyət halına gətirilmişdir. Üçüncü Reyx dönəmi ərzində sözügedən jest ümumi birlik ifadəsi kimi izah olunurdu. Günümüzdə keçmiş adı ilə Hitler salamı olaraq bilinən Nasist salamı vermək Almaniya və Avstriyada cinayət məsuliyyəti daşıyır.
1923-cü ilin əvvəllərinə qədər Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvü olan şəxslər öz liderlərini yuxarı istiqamətdə tam şəkildə açılmış qol hərəkəti ilə salamlamaqda idi. Adolf Hitler kütlə qarşısında ona ünvanlanan Hitler salamına sağ əlini qaldırır, dirsəyini yuxarı doğru bükərək cavab verirdi.
Dostları ilə paylaş: |