“Azərbaycan dili və nitq mədəniyyəti” fənni artıq bir neçə ildir ki, bütün ali məktəblərdə əsas fənlərdən biri olaraq tədris edilir. Bu da təbiidir. Çünki Azərbaycan Respublikası Azər- baycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil döv- lətçiliyinin başlıca rəmzlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsinin qayğısına qalır. Bunu ölkə prezidentinin 23 may 2012-ci ildə imzaladığı “Azərbaycan dili- nin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifa- dəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” adlı sərəncam və bununla bağlı 9 aprel 2013-cü ildə qəbul edilmiş “Dövlət proqramı” sübut edir.
Verilənlərin emalı üçün onları yaddaşda saxlamaq lazımdır. Özü də, onlara hər hansı üsullarla müraciət etmək lazımdır. Adətən, insanlar bir-birinə adı ilə müraciət edirlər. Həmin üsuldan proqramlaşdırmada da istifadə olunur: yaddaşın hər xanasına (və ya bir neçə xanaya) xüsusi ad verilir. Bu addan istifadə edərək xanadan məlumatları oxumaq və yeni məlumatları yazmaq olar.

Tələbələrdə bu fənn haqqında ilk təəssürat yaratmaq məqsədilə aşağıdakı bəndləri nəzərə çatdırmağı vacib sayırıq:
Bunları görmək üçün sonrakı slayda keçid edək.
1.Norma
Hər bir şəxs ədəbi dilin normalarına (fonetik, leksik, qrammatik) uyğun gözəl, səlis danışmağı və yazmağı bacarmalıdır.
2.Məzmun
Nitqin məzmunu aparıcı rola malikdir. Məzmun dərin bilik, zəngin söz ehtiyatı və möhkəm hafizə hesabina başa gəlir. Buna görə də danışan daim öz üzərində işləməli, əlavə mütaliə etməklə öz biliyini, dünyagörüşünü artırmalı, möhkəm hafizəyə malik olmalıdır.
3.Təbiilik
Nitq şəxsi fikirlər əsasında hazırlanmalıdır, yəni əzbərlədiyini deyil, düşündüyünü söyləmək daha düzgün- dür. Bu zaman nitq daha təbii, səmimi, inandırıcı olur və asan yadda qalır. Təbii nitq insanda özünəinam hissi və sərbəstlik yaradır.
Danışan dinləyicinin diq- qətini cəlb etmək üçün intonasiya çalarlarından və vurğudan düzgün istifadə etməklə, fikrini hamının eşidə biləcəyi səs to- nunda ifadə etməlidir.