Soyad: Məmmədzadə



Yüklə 71,69 Kb.
tarix28.03.2022
ölçüsü71,69 Kb.
#54340
gelirinfliyasiya


Ad:Vaqif


Soyad:Məmmədzadə

Fakültə:Iqtisadiyyat

İxtisas:Iqtisadiyyat

Qrup:159


Kurs:2

Fənn:Gəlir və əmək haqqı siyasəti

Müəllim: Q.Natiq

Mövzu:Inflyasiyanın əməkhaqqına və gəlirlərə təsiri



İnflyasiya dedikdə, qiymətlərin ümumi (orta) səviyyəsinin artırılmasına yönəldilən və özlüyündə pulun alıcılıq qabiliyyətinin uzunmüddətli aşağı düşməsini əks etdirən davamlı prosesdir. İnflyasiya hər bir ölkənin iqtisadiyyatında ciddi problem kimi qarşıya çıxan mürəkkəb sosial-iqtisadi prosesdir. Bu prosesə yalnız qiymətlərin ümumi səviyyəsinin yüksəlməsi və ya tədavül dairəsinin çoxlu pulla dolması kimi yanaşmaq düzgün deyil. Eyni zamanda, inflyasiyanın əhalinin gəlirlərinin bölüşdürməsinə və həyat səviyyəsinə ciddi təsirini nəzərə almaq lazımdır. Bu təsir əhalinin əksər hissəsinin real gəlirlərinin azalmasında və nəticədə həyat səviyyəsinin aşağı düşməsində özünü göstərir. Sabit nominal gəlirlər əldə edən insanların real gəlirləri, hətta nominal əmək haqqı və müavinat artırıldığı halda da azalır, çünki əksər hallarda bu gəlirlərin artım qiymətlərin 48 artımından az olur. Əmanətlər də qiymətdən düşür. Gəlirləri sabit olmayan, yəni mənfəətdən gəlir əldə edən şəxslərin real gəlirləri isə arta bilər. Məsələn, əgər nominal gəlirlərin artımı qiymətlərin artmasından yüksəkdirsə, bu halda sahibkarların və bəzi başqa şəxslərin real gəlirləri artır. Bu vəziyyət çox vaxt inhisarçı müəssisələr tərəfindən qiymətlərin süni şəkildə artırılması nəticəsində baş verir. İnflyasiyanın iki növünü fərqləndirmək lazımdır: 1) açıq inflyasiya azad qiymətlər şəraitində əmələ gəlir və onun səviyyəsi cari ildə qiymətlərin orta səviyyəsindən əvvəlki ildə qiymətlərinin orta səviyyəsini çıxmaq və alınan nəticəni əvvəlki ildə qiymətlərinin orta səviyyəsinə bölməklə müəyyən olunur; 2) gizli inflyasiya malların yox olması şəraitində özünü göstərir, yəni əmtəə bazarında defisit yaranır. Belə inflyasiya növü bütün iqtisadi sistemlərdə müşahidə oluna bilər və onun səviyyəsini müəyyən etmək çox qəlizdir. Burada bir neçə göstəricilərdən istifadə olunur: iqtisadiyyatda kəsirin səviyyəsi, dövlət qiymətlərinin gizli bazar qiymətləri ilə mütənasibliyi, defisit malın axtarılmasına sərf olunan vaxt itkiləri və s. İnflyasiyanın qarşısını almaq məqsədilə iqtisadi siyasətin iki tipindən isifadə olunur: - büdcə kəsirinin azalmasına, kreditlərin verilməsində məhdudiyyətlərə, pul emissiyasının saxlanılmasına yönəldilmiş siyasət; - əmək haqqının, qiymətlərin artımını və gəlirlərin indeksləşməsini əlaqələndirmək məqsədilə gəlirlərin və qiymətlərin tənzimlənməsi siyasəti.
Yüklə 71,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin