Bakterioloji (bioloji) v
ə
toksin silahlar haqqında
1972-
ci il tarixli Konvensiyanın və
BMT-nin
T
ə
hlük
əsizlik Şurasının 1540 saylı Qərarının
müvafiq t
ə
l
ə
bl
ə
rinin h
ə
yata keçirilm
ə
sin
ə
dair Milli
Aktın nümunəvi forması
© VERTIC 2012
1
GİRİŞ
Bu “Nümunəvi Akt forması” ölkələrə Bakterioloji (bioloji) və toksin silahlar haqqında 1972-ci il
tarixli Konvensiyanın və BMT-nin Təhlükəsizlik Şurasının 1540 saylı Qərarının bioloji silahlarla
əlaqədar müddəalarını həyata keçirmək üçün müvafiq qanunvericilik hazırlamaqda kömək etmək
məqsədilə hazırlanmışdır. O, qanunvericilərin öz ölkələrinin hüquqi bazasını, biotexnoloji inkişaf
səviyyəsini və digər milli şəraitini nəzərə almaqla sərbəst şəkildə istifadə edə biləcəyi vasitədir.
Bioloji və toksin silahlarla fəaliyyətlərin qarşısının alınması və qadağan edilməsi sahəsində
qanunvericilik, bioloji vasitələrdən və toksinlərdən qeyri-dövlət subyektləri tərəfindən qanunsuz
istifadə edilməsi cinayətlərini və həmin cinayətlərə görə cəzaları, həmçinin dövlətlərin qanuni
fəaliyyətləri effektiv şəkildə tənzimləməsinə imkan yaradan müddəaları əhatə etməlidir. Bu iki
yanaşma birlikdə, xəstəliklərin qəsdən yayılması vasitəsilə qorxu və təlaş, xəsarət və ölüm yaya
biləcək şəxslərə qarşı güclü maneə təşkil edir.
Nümunəvi Akt formasının A hissəsi qısa giriş hissəsindən ibarətdir və qanunvericilikdə xüsusi
mənaya malik olan terminlər müəyyənləşdirir. B hissəsi bioloji vasitələrdən və toksinlərdən
xəsarət yetirmək və ya öldürmək məqsədilə istifadə edən qeyri-dövlət subyektlərinin qanunla
cəzalandırılan cinayət törətdiyini təsbit edir. Bölmə 5, xüsusilə, bioloji silahlarla əlaqədar
fəaliyyətləri, patogenlərin qəsdən yayılmasını özündə ehtiva edən terrorçuluq aktlarını, həmçinin
nəzarət edilən bioloji vasitələri və toksinləri özündə ehtiva edən bəzi fəaliyyətləri, o cümlədən
lazımi şəkildə əldə edilmiş müvafiq icazə olmadan onların ölkədaxili və beynəlxalq daşınmasını
qadağan edir. Bölmə 6 təsdiq edir ki, patogenlər vasitəsilə xəsarət yetirməyə və ya öldürməyə
istənilən hazırlıq, o cümlədən belə əməllərə cəhdlər, yardım, belə əməlləri maliyyələşdirmə və ya
belə əməllər törətməklə hədələmə qanunla cəzalandırılmalı olan cinayətlərdir.
Nümunəvi Akt formasının C hissəsi bioloji və toksin silahların yayılmasının qarşısının alınması
üçün möhkəm və hərtərəfli sistem, o cümlədən biotəhlükəsizlik tədbirləri müəyyənləşdirir. Bölmə
9 və 10 bioloji vasitələrin və toksinlərin, həmçinin avadanlıq və texnologiyanın siyahılarının
müəyyənləşdirilməsi vasitəsilə önləyici tədbirlərin əsasını təşkil edir ki, onlara dövlətlər nəzarət
sistemi vasitəsilə nəzarət etməyi arzu edə bilərlər. 11-14-cü bölmələr nəzarət edilən vasitələr və
toksinlərlə əlaqədar fəaliyyətlərin lisenziyalaşdırılması, beynəlxalq daşınmaların qeydə alınması,
nəzarət edilən vasitələrin və toksinlərin, yaxud avadanlıq və ya texnologiyanın beynəlxalq
daşınmaları üçün idxal/ixrac icazələri, həmçinin bu maddələri daşımaq üçün təsdiq edilmiş
yükdaşıyan şirkətlərə ciddi nəzarət vasitəsilə önləyici şəbəkə formalaşdırır.
D hissəsi 15-ci və 16-cı bölmələrdə göstərilən iki planlaşdırılmış orqan vasitəsilə icra və nəzarətə
dəstək göstərir. Onlardan birincisi ümumi siyasətin koordinasiyasına, həmçinin müvafiq
qanunvericiliyin və hər hansı qaydaların milli səviyyədə icrasına nəzarətə məsul idarələrarası
orqan olan Məsul Orqandır. Onlardan ikincisi isə xəstəliklərin təbii şəkildə, təsadüfi və ya qəsdən
yayılması hallarında səhiyyə və hüquq-mühafizə orqanlarının cavab tədbirlərini koordinasiya
etməyə məsul olan Bioloji Xarakterli Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması və
Araşdırmalara Dəstək Sistemidir (BERISS). Hissə D həmçinin lisenziya almış fiziki şəxslərin,
hüquqi şəxslərin və yükdaşıyanların 17 və 18-ci bölmələrdə göstərilmiş hesabatvermə tələblərinə
və imkanların yoxlanılması şərtlərinə əməl etmələrini tələb edir və 22-ci bölmədə göstərilmiş
müvafiq qanunvericiliyin güman edilən pozulmalarının xüsusi təlim keçmiş hüquq-mühafizə
orqanları əməkdaşları tərəfindən araşdırılmasından bəhs edir. Bölmə 26 B, C və D hissələrində
göstərilmiş qanun pozuntuları üçün müəyyənləşdirilmiş cəzalar haqqında məlumatı özündə əks
etdirir. Bölmə 27 və 28 hüquqi əməkdaşlığa, həmçinin digər dövlətlər və beynəlxalq təşkilatlar
2
tərəfindən yardıma dair yurisdiksiya və metodlar müəyyənləşdirir. Son olaraq, E hissəsi Məsul
Orqana və ya müvafiq nazirə qanunvericiliyə uyğun olaraq, zəruri qaydalar hazırlama imkanı
verir.
VERTIC (
www.vertic.org
) tələb olunan hallarda milli səviyyədə icraya dair
qanunvericiliyin hazırlanmasına (o cümlədən paytaxt şəhərlərində) kömək etmək
imkanındadır. Bu xidmət pulsuzdur. Daha ətraflı məlumat əldə etmək üçün, xahiş edirik,
VERTIC ilə əlaqə saxlayasınız.
Tədqiqat, Təlim və İnformasiya Mərkəzi (VERTIC)
Development House, 56-64 Leonard Street, London EC2A 4LT, Böyük Britaniya
Telefon: +44 (0) 20 7065 0880, Faks: +44 (0) 20 7065 0890
e-poçt: NIM [at] vertic.org
Veb-sayt: www.vertic.org
VERTIC Böyük Britaniyanın London şəhərində yerləşən müstəqil qeyri-kommersiya və qeyri-
hökumət təşkilatıdır. VERTIC beynəlxalq sazişlərin həyata keçirilməsinə inamı təmin edən vasitə
olaraq,effektiv və səmərəli araşdırmalara kömək edir.
VERTIC-in Milli İcra Tədbirləri (NIM) Proqramı dövlətlərə nüvə, kimyəvi və bioloji silahlara
dair çoxsaylı sazişlər və BMT-nin Təhlükəsizlik Şurasının qərarları ilə müəyyənləşdirilmiş
öhdəliklərə əməl etmək üçün milli səviyyədə hansı tədbirlərin tələb edildiyini və onların necə
həyata keçirilməli olduğunu başa düşməkdə kömək edir.
VERTIC Kanada (Qlobal Tərəfdaşlıq Proqramı, DFAIT) və Böyük Britaniya (Strateji Proqram
Fondu, FCO) hökumətlərinə bu proqrama maliyyə formasında və natural formada göstərdikləri
köməyə görə öz təşəkkürünü bildirmək istəyir. VERTIC tərəfindən ifadə olunmuş fikirlər heç də
mütləq olaraq həmin hökumətlərin və ya dövlət orqanlarının mövqelərini əks etdirmir.
Baxmayaraq ki, bu nümun
ə
vi Akt forma
sının
hazırlanması üçün hər bir iş görülmüşdür,
bununla bel
ə
, VERTIC ondan h
ər hansı f
ormada istifad
ə
edilm
ə
sind
ə
n ir
ə
li g
ə
l
ə
bil
ə
c
ə
k
heç bir m
ə
suliyy
ə
ti öz üz
ə
rin
ə
götürmür. N
ə
z
ə
rimiz
ə
çatdıracağınız bütün sə
hvl
ə
r
ə
gör
ə
VERTIC siz
ə
minn
ətdar olardı
.
Versiya: Fevral 2012
Bakterioloji (bioloji) v
ə
toksin sil
ahlar haqqında
1972-
ci il tarixli Konvensiyanın
v
ə
BMT-nin
T
ə
hlük
əsizlik Şurasının [İL
]
tarixli 1540 saylı
Q
ərarının müvafiq tə
l
ə
bl
ə
rinin yerin
ə
yetirilm
ə
sin
ə
dair
[AKT, ƏSASNAMƏ, QƏRAR, QANUN
]
[ÖLKƏNİN ADI]
-nin [PARLAMENT
İ, MİLLİ ŞURA
SI]
t
ə
r
ə
find
ə
n q
ə
bul
edilmiş və
[TARİX
]-d
ə
[
HÖKUMƏT BAŞÇISI, DÖVLƏT BAŞÇISI
]
t
ə
r
ə
find
ən imzalanmışdır.
BÖLMƏLƏRİN STRUKTURU
HİSSƏ A. GİRİŞ
1.
Qısa giriş
2.
Məqsəd
3.
Dövlətin üzərinə öhdəlik qoyan [AKT, ƏSASNAMƏ, QƏRAR, QANUN]
4.
İzah
HİSSƏ B. QADAĞALAR
5.
Bioloji vasitələrdən və toksinlərdən qanunsuz istifadə
6.
Alternativ cinayət məsuliyyəti
7.
Rəsmi şəxslərin müdafiəsinə haqq qazandırılmaması
HİSSƏ C. BİOLOJİ TƏHLÜKƏSİZLİK
8.
Məqsəd
9.
Nəzarət edilən vasitələr və toksinlər
10. Nəzarət edilən avadanlıq və texnologiya
11.
Nəzarət edilən vasitələr və toksinlər üçün lisenziya verilməsi
12.
Nəzarət edilən vasitələrin və toksinlərin ölkə daxilində bir şəxsdən digərinə ötürülməsinə
nəzarət
13.
Beynəlxalq miqyasda bir şəxsdən digərinə ötürülməyə nəzarət
14.
Nəzarət edilən vasitələrin və toksinlərin daşınması
HİSSƏ D. QANUNLARIN YERİNƏ YETİRİLMƏSİNƏ NƏZARƏT
15.
[MƏSUL ORQANIN] yaradılması, mandatı və qanunların yerinə yetirilməsinə nəzarətlə
bağlı səlahiyyətləri
16.
[[ÖLKƏNİN ADI]-nin Bioloji Xarakterli Fövqəladə Halların Nəticələrinin Aradan
Qaldırılması və Araşdırmalara Dəstək Sisteminin (BERISS)] yaradılması
17.
Sənədləşdirmə, hesabatvermə və müvafiq qanun pozuntuları
18.
Yoxlamalar
19.
Müfəttişlərin öhdəlikləri
20.
Təftiş aparılan obyektlərə/ ərazilərə nəzarət edən şəxslərin öhdəlikləri və müvafiq qanun
pozuntuları
21.
Təhlükəsizlik tədbirləri tələb edən göstərişlər və müvafiq qanun pozuntusu
22.
Yoxlamalar
23.
Müsadirə, mülkiyyət hüquqlarından məhrum etmə və məhv etmə
24.
Məhkəmə qərarları
25.
Davam edən qanun pozuntusu
26.
Cinayət məsuliyyəti və mülki məsuliyyət
27.
Tətbiq etmə
28.
Hüquq sahəsində əməkdaşlıq və yardım
HİSSƏ E. Qaydalar
29.
Qaydalar
2
HİSSƏ
A.
GİRİŞ
1.
Qısa giriş
Bu [AKTA, ƏSASNAMƏYƏ, QƏRARA, QANUNA] BİOLOJİ VƏ TOKSİN SİLAHLAR
HAQQINDA KONVENSİYANIN HƏYATA KEÇİRİLMƏSİNƏ DAİR [İL] tarixli [AKT,
ƏSASNAMƏ, QƏRAR, QANUN] kimi istinad edilə bilər.
2.
Məqsəd
Bu [AKTIN, ƏSASNAMƏNİN, QƏRARIN, QANUNUN] məqsədi bioloji vasitələrdən və
toksinlərdən qanunsuz istifadəni qadağan etməklə, biotəhlükəsizliyə kömək etməklə, həmçinin
bioloji və toksin silahların yayılmasının qarşısını almaq üçün [ÖLKƏNİN ADI]-nin öz
öhdəliklərini yerinə yetirməsinə imkan yaratmaqla 1972-ci il tarixli Bioloji və toksin silahlar
haqqında Konvensiyanın və BMT-nin Təhlükəsizlik Şurasının 1540 saylı Qərarının bioloji
silahlarla əlaqədar müddəalarının həyata keçirilməsindən ibarətdir. B hissəsində bioloji
vasitələrdən və toksinlərdən qanunsuz istifadəyə, həmçinin onlarla əlaqəli qanun pozuntularına
qadağalar müəyyənləşdirilir. C hissəsi bəzi bioloji vasitələrə, toksinlərə, avadanlıq və
texnologiyaya, həmçinin müvafiq qanun pozuntularına nəzarətdən bəhs edir. D hissəsində
cəzalardan və bu [AKTIN, ƏSASNAMƏNİN, QƏRARIN, QANUNUN] icrasına nəzarətdən bəhs
edilir. E hissəsi bu [AKTA, ƏSASNAMƏYƏ, QƏRARA, QANUNA] uyğun qaydalar haqqında
danışılır.
3.
Dövlətin üzərinə öhdəlik qoyan [AKT, ƏSASNAMƏ, QƏRAR, QANUN]
Bu [AKT, ƏSASNAMƏ, QƏRAR, QANUN] [ÖLKƏNİN ADI] üçün öhdəlik müəyyənləşdirir.
4.
İzah
(1) Bu [AKTDA, ƏSASNAMƏDƏ, QƏRARDA, QANUNDA] –
(a)
“Bioloji və ya toksin silah” dedikdə, aşağıdakılar nəzərdə tutulur:
i.
mikrobial və ya digər bioloji vasitələr, yaxud toksinlər, onların mənşəyi və ya
hazırlanma metodu , həmçinin onların profilaktik, qoruyucu və ya digər dinc
məqsədlər üçün istifadəsinə icazə verilməyən növləri və miqdarları;
ii.
bu cür vasitələdən və ya toksinlərdən bədxah məqsədlər üçün və ya silahlı
münaqişədə istifadə etmək üçün hazırlanan silahlar, avadanlıq və ya hazırlıq
vasitələri;
(b)
“Nəzarət edilən vasitələr və toksinlər” və “nəzarət edilən vasitələrin və toksinlərin
siyahısı” dedikdə, bu [AKTIN, ƏSASNAMƏNİN, QƏRARIN, QANUNUN] 9-cu
bölməsində onların hər biri üçün müəyyənləşdirilmiş məna nəzərdə tutulur;
(c)
“Nəzarət edilən avadanlıq və texnologiya” və “nəzarət edilən avadanlıq və
texnologiyaların siyahısı” dedikdə, onların hər biri üçün bu [AKTIN, ƏSASNAMƏNİN,
QƏRARIN, QANUNUN] 10-cu bölməsində müəyyənləşdirilmiş məna nəzərdə tutulur;
(d)
“Hüquqi şəxs” dedikdə, hər hansı dövlət orqanı, akademik institut, korporasiya, şirkət,
cəmiyyət, birlik, firma, təkbaşçı müəssisə və ya digər hüquqi şəxs başa düşülür;
3
(e)
“Şəxs” dedikdə, hər hansı fiziki şəxs və ya cinayət məsuliyyəti ilə əlaqədar yerli
qanunvericiliyə uyğun dərəcədə hər hansı hüquqi şəxs başa düşülür;
(f)
“Məsul orqan” dedikdə, bu [AKTIN, ƏSASNAMƏNİN, QƏRARIN, QANUNUN] 15-ci
bölməsinə əsasən yaradılmış orqan nəzərdə tutulur;
(g)
“Ərazi” dedikdə, [ÖLKƏNİN ADI]-nin daxilində, yaxud onun yurisdiksiyası və ya
nəzarəti altında olan istənilən ərazi nəzərdə tutulur.
(2) [MƏSUL ORQAN] bu [AKTIN, ƏSASNAMƏNİN, QƏRARIN, QANUNUN] məqsədləri
üçün,“bioloji vasitə”, “toksin”, “avadanlıq” və “texnologiyalar”ı müəyyən edən qaydalar
hazırlaya bilər.
HİSSƏ
B.
QADAĞALAR
5.
Bioloji vasitələrdən və toksinlərdən qanunsuz istifadə
(1)
Aşağıdakı əməllərə qəsdən yol verən hər hansı bir şəxs cinayət törətmiş olur:
(a)
hər hansı bioloji və ya toksin silahı hazırlama, istehsal etmə, başqa yolla əldə etmə,
ehtiyatda saxlama, mülkiyyətinə daxil edən, nəqliyyatla daşıma, saxlama, yaxud hər hansı
bioloji və ya toksin silahı birbaşa və ya dolayı yolla hər hansı bir şəxsə ötürmə;
(b)
hər hansı bioloji və ya toksin silahdan istifadə etmə;
(c)
hər hansı bioloji və ya toksin silahdan istifadə etməyə hazırlıq görmə;
(d)
bioloji və ya toksin silahların istehsalı üçün nəzərdə tutulan hər hansı ərazini tikmə, əldə
etmə və ya saxlama;
(e)
hər hansı bioloji vasitəni və ya toksini silaha çevirmə.
(2) Siyasi və ya sosial məqsədlərə kömək etməkdən ötrü hər hansı bir hökuməti və ya mülki
əhalini qorxutmaq və ya məcbur etmək məqsədilə bioloji vasitələri və ya toksinləri insanlara,
heyvanlara və ya bitkilərə xəsarət yetirmək üçün qəsdən buraxan hər hansı bir şəxs cinayət
törətmiş olur.
(3) Aşağıdakı əməllərə yol verən hər hansı bir şəxs cinayət törətmiş olur:
(a)
nəzarət edilən vasitələri və ya toksinləri aşağıdakı qaydada hazırlama, əldə etmə, istehsal
etmə, mülkiyyətə daxil etmə, saxlama, nəqliyyatla daşıma, başqalarına ötürmə və ya
istifadə etmə –
i.
[MƏSUL ORQAN] tərəfindən bu [AKTIN, ƏSASNAMƏNİN, QƏRARIN,
QANUNUN] 11-ci bölməsinə uyğun olaraq verilmiş lisenziya olmadan;
ii.
in violation of the conditions of a license granted by the [MƏSUL ORQAN]
tərəfindən bu [AKTIN, ƏSASNAMƏNİN, QƏRARIN, QANUNUN] 11-ci
bölməsinə uyğun olaraq verilmiş lisenziyanın şərtləri pozulmaqla;
iii.
bu [AKTIN, ƏSASNAMƏNİN, QƏRARIN, QANUNUN] 11-ci bölməsinin hər
hansı digər müddəası pozulmaqla;
(b)
bu [AKTIN, ƏSASNAMƏNİN, QƏRARIN, QANUNUN] 12-ci bölməsinə uyğun olaraq
müvafiq lisenziya əldə etmədən nəzarət edilən vasitələri və ya toksinləri [ÖLKƏNİN
ADI]-nin ərazisində fiziki və ya hüquqi şəxslərə ötürmə və ya belə ötürmə barədə
[MƏSUL ORQANI] xəbərdar etməmə;
4
(c)
nəzarət edilən hər hansı vasitəni və ya toksini, yaxud nəzarət edilən hər hansı avadanlıq
və ya texnologiyanı [ÖLKƏNİN ADI]-nin ərazisi vasitəsilə idxal etmə, ixrac etmə, təkrar
ixrac etmə və ya bir nəqlliyat vasitəsindən digərinə yükləmə –
i.
onların başqa şəxslərə ötürülməsi üçün bu [AKTIN, ƏSASNAMƏNİN,
QƏRARIN, QANUNUN] 13-cü bölməsinə uyğun şəkildə verilmiş icazə
olmadan;
ii.
bu [AKTIN, ƏSASNAMƏNİN, QƏRARIN, QANUNUN] 13-cü bölməsinə
uyğun istehlakçı sertifikatı olmadan;
(d)
nəzarət edilən vasitələri və ya toksinləri təsdiq edilmiş yükdaşıyan şirkət vasitəsilə ölkə
daxilində və ya beynəlxalq miqyasda daşıma şərtinə və ya 14-cü bölmənin hər hansı digər
şərtinə əməl etməmə;
(e)
bu [AKTA, ƏSASNAMƏYƏ, QƏRARA, QANUNA] və ya onun əsasında hazırlanmış
hər hansı qaydalara, yaxud hər hansı digər [AKTA, ƏSASNAMƏYƏ, QƏRARA,
QANUNA] uyğun hallar istisna olmaqla, nəzarət edilən hər hansı vasitənin və ya toksinin
istehsalı, yaxud onlara dair dair tədqiqat aparmaq üçün hazırlanmış və ya nəzərdə
tutulmuş hər hansı ərazi tikmə, əldə etmə və ya saxlama;
(f)
içərisində nəzarət edilən vasitələr və ya toksinlər olan hər hansı ərazini, konteyneri və ya
nüvə reaktorundan müdafiə örtüyünü həmin vasitələri və ya toksinləri çıxarmaq
məqsədilə korlama;
(g)
nəzarət edilən vasitələri və ya toksinləri hər hansı bir ərazidən və ya icazə verilmiş
nəqliyyat vasitəsindən başqa yerə daşıma və ya oğurlama, yaxud içərisində nəzarət edilən
vasitələr və ya toksinlər olan hər hansı bir icazəli nəqliyyat vasitəsindən istifadə və ya
belə nəqliyyat vasitəsinə nəzarəti ələ keçirmə (həmin nəzarət edilən vasitələrin və ya
toksinlərin çıxarılmasına nail olmaq məqsədilə).
Dostları ilə paylaş: |