Baxtrioni üsyanı (gürcücə:ბახტრიონის აჯანყება) — 1659-cu ildə Səfəvi ağalığına qarşı şərqi Gürcüstanda yerləşən Kaxetiya krallığında baş vermiş üsyandır. Üsyan üsyanın gedişatında baş vermiş əsas döyüş yerinin adı ilə Baxtrioni adlandırılmışdır. Baxtrioni qala adıdır.
Baxtrioni üsyanı
Əsas döyüşlərdən birinin baş verdiyi Alaverdi monastırı
Tarix
1659-cu ilin sentyabrı
Yeri
Baxtrioni qalası, Alaverdi monastırı
Səbəbi
Gürcülərin üsyan qaldırması
Nəticəsi
Səfəvi imperiyasının qələbəsi
Münaqişə tərəfləri
Tuşların, pşavilərin və xevsuretilərin yardımı ilə Kaxetiya krallığı
XVII əsrin ilk yarısında Kaxetiya kralı I Teymuraz illərdir davam edən və yerli əhalinin narazılığına səbəb olan Səfəvi ağalığına qarşı üsyana qalxdı. 1610-cu illərdə başlayan üsyanın gedişatında gürcülər səfəvilərin ilk hücumlarının qarşısını alsalar da, 1616-cı ildə Şahın özü Kaxetiyanı bir daha ələ keçirdi və oranın əhalisinin bir çoxunu İrana köçürdü və ya qətlə yetirdi. Növbəti illərdə, qızılbaş zadəganlar şərqi Gürcüstana qubernator kimi təyin edildilər və xeyli sayda Qızılbaş tayfa mənsubları orada yerləşdirildilər. Bununla Gürcüstanın tamamilə tabe etdirilməsi planlaşdırılırdı. 1630-cu illərdə səfəvilər Kaxetiyanı daha itaətkar Kartlinin tabeliyinə keçirməyə çalışdılar. Kartli hökmdarı islamı qəbul etmiş və şaha sadiqliyi ilə seçilən Rüstəm idi. Rüstəm özü də gürcü şahzadəsi idi. Belə bir nəzarət qurulduqdan və Teymurazın qərbi Gürcüstana qaçmasından sonra - 1650-ci illərdə Səfəvi hakimiyyəti Kaxetiyanı Qızılmaş türkmənlərlə məskunlaşdırmaq qərarına gəldilər. Belə bir qərara gəlinməsinin bir neçə səbəbi var idi. Onlardan birincisi əyalətin müəyyən hissələrini yenidən insanlarla məskunlaşdırmaq, ikincisi narazı zadəganlara nəzarət etmək idi. Sonuncu səbəb isə Gürcüstandakı Səfəvi mülklərinin coğrafi olaraq Dağıstana yaxın olması idi. Dağıstanlı ləzgi yağmaçılar tez-tez Səfəvi Gürcüstanı da daxil olmaqla, imperiyanın şimal-qərb sərhədlərinə talançı yürüşlər təşkil edirdilər. Bunun həmçinin, Dağıstana öz təzyiqlərini artıran Rusiyaya qarşı önləm kimi də əhəmiyyəti var idi.
Kaxetiya iki inzibati bölgəyə bölünmüşdü. Cənub-şərq qismi Qarabağ bəylərbəyi, geri qalanı Çuxursəədin nəzarəti altında idi. 80.000 türkmən Kaxetiyaya köç etdi. Baxtrionidə qala inşa etməyə və köhnə Alaverdi monastrını tək struktura çevirməyə başladılar.
Üsyan
Üsyan 1615-ci ildə olduğu kimi I Teymuraza sadiq qalan əsas zadəgan ailələrdən ilham alaraq başladı. 1648-ci ildə Rüstəmə və səfəvilərə bağlılıq andı içən və beləcə daha da güclənən, Teymurazın köhnə izləyicilərindən olan Araqvi zadəganı Eristavi Zaal üsyanın rəhbərliyinə keçdi. Liderlər arasında Bidzina Çolokaşvili, Şalva, Ksanili Eristavi və qardaşı Eristvisşvili də var idi. Zezva Qaprindauli, Nadir Hoşarauli və Gogolauri öndərliyində tuşlar, hevsurlar və pşavlar kimi, gürcü dağlıları da üsyana qalxdı.
Gürcü qüvvələri birləşdikdən sonra Baxtrionu və Alaverdidəki türkmən qalalarına hücum etdilər və onları məğlub etdilər. Daha sonra Kaxetiyanın digər yerlərindəki Qızılbaş türkllərini məğlub etdilər. Ancaq üsyançıların zəif təşkilatlanması və təcrid edilməsi Şah II Abbasın şəxsi komandanlığı altında olan Səfəvi ordsununu uğurlu formada əks hücuma keçmələrinə və onları məğlub etmələrinə şərait yaratdı.
Eristavi Zaal şahın əmri ilə öz qohumları tərəfindən qətlə yetirildi və uşaqları Səfəvi məhkəməsinə göndərildi. Bu xəbərlərdən sonra Bidzina Çolokaşvili, Ksanili Şalva və Elizbar Eristvisşvili şahdan bağışlanmalarını diləmiş, ancaq şah daha sonra onları qətl etdikləri tayfaların yerdə qalan üzvlərinə təslim etmişdir. Tayfa üzvləri gürcü zadəganlara işğəncə etdilər və öldürdülər. Gürcü Ortodoks Kilsəsi tərəfindən sonradan müqəddəs elan edildilər.
Kaxetiya üsyançılar Qızılbaş türkmənləri məğlub etməyi bacarsalar da, sonda ordu qarşısında məğlub oldular və Kaxetiya yenə də Səfəvi hakimiyyəti altında qaldı. 1664-cü ildə Səfəvilər Kartli vassal kralının oğlu Arçilin (Şahnəzər xan) Kaxetiya vassal hökmdarı təyin edilməsinə razı oldular.
Xatirəsi
Üsyan tezliklə gürcülərin kollektiv yaddaşına daxil oldu, onlar üsyan barədə çoxlu sayda mahnı və poemalar yaratdılar. Dağlı döyüşçüləri məşhur xalq qəhrəmanlarına çevrildilər. XIX əsr gürcü şairi Vaja Pşavela özünün məşhur "Baxtrioni" (1892) şerini bu hadisəyə həsr etmişdir. Akaki Sereteli üsyan barədə "Başi-Açuki" adlı roman yazmışdır. Lakin Gürcüstanın şərqi hələ uzun müddət Səfəvi Qızılbaş tayfalarının hakimiyyəti altında qaldı.