BEKKETƏ
SALAM
Natiq Məmmədli
Bakı - 2017
Redaktor: Fuad Babayev
Korrektor: Təvəkkül Dadaşov
Səhifələnmə və dizayn: Elviz İsmayilov
Annotasiya
Natiq Məmmədlinin “Bekketə salam” toplusunda yer
almış on hekayəsi son illərin qələm məhsuludur. Müəlli-
fin sayca üçüncü kitabındakı hekayələr həyata müxtəlif
baxış bucaqlarından işıq salır, fərqli adamlar və oxşar
talelər əsərlərin ana xəttini təşkil edir.
4
BIZƏ ÜRƏK GÖNDƏRIN
-Ata, uşaqlar ölmürlər axı! Bəs onda kim qocalar?
Düz demirəm, ata?
- Düz deyirsən canım-gözüm, düppədüz. Bu, hardan
ağlına gəlib? Heç atan qoyarmı sən öləsən. Eh, bilirsən
nə boyda böyüyəcəksən, məndən də qəlbi kişi olacaq-
san.
- Lap babamdan da qəlbi olacam?
- Hə, lap babanı da keçəcəksən. Sən bizim hamımız-
dan, hamımızdan hündür olacaqsan. Sözlərimi yadından
çıxarma, böyüyəndə görəcəksən ki, düz deyirdim.
- Ağrılarım da olmayacaq, eləmi?
- Ağrın mənə gəlsin, sənin nəyin var ki? Bekara döz,
hər şey yoluna düşəcək. Yadından çıxıb Təbriz doxdur-
ları nə dedilər?
- Dedilər, Allah kərimdi.
- Yox, ondan əvvəl.
- Dedilər Əli kürəyinizdə dursun.
- Canım-gözüm onları axırda dedilər. Əvvəl dedilər
ki, maşallah, qırğı kimi oğlansan, nəsə böyrəklərin sözə
baxmır, onları da ipə-sapa yatırdarıq. Niyə yadından
çıxıb ki?
- Ata, Təbriz doxdurları Bakı doxdurlarından ağıllı
olur?
- Doxdurların ağıllısı, ağılsızı olmur, canım-gözüm,
insaflısı, insafsızı olur. Belə şeyləri böyüyəndə özün
ayırd eləyərsən. Nəyinə lazımdı başını ağrıdırsan? Neçə
5
dəfə demişəm böyüklər kimi düşünmə. Yat, gözlərini
yum, ağıllım mənim.
- Gözümü yumanda sol tərəfim göynəyir axı. Qorxu-
ram böyrəyim yerə düşər.
- Ay səni, mənim pələng balam, qorxma mən yanın-
dayam. Qoymaram böyrəyin düşsün.
- Ata, deyirsən uşaqlar ölmürlər, hə?
- Ölmürlər, qurban olum, ölmürlər. Çıxart bu fikirləri
başından!
Gecənin yarısından xeyli keçmişə qədər Elxan oğlu-
nu dilə tutdu. Uşağın fikrini dağıtmaq, yuxuya vermək
üçün əlaqəsiz-rabitəsiz çox şeylərdən söz açdı. Əvvəllər
yatmamışdan qabaq ona ancaq nağıllar danışardı. İşdə
vaxt tapan kimi müxtəlif nağıl kitablarından mütləq nəsə
əzbərləyər, axşamlar da bir az üstünə qoyub nəql edərdi.
Maşallah, uşağın da hafizəsinə söz ola bilməzdi. Bir na-
ğılı uzağı iki dəfə danışa bilərdin, sonra ağzını açan kimi
“bunu eşitmişəm, təzəsini istəyirəm”, -deyərdi. Atasının
nağıllarına nənəsinin şirin qoğallarından, babasının az
qala hər gün aldığı alabəzək konfetlərdən daha çox bənd
olmuşdu. Zalım xəstəlik beş yaşlı ürəyində yuva qura-
na qədər onun uşaq dünyası atasının rəngli nağıllarının
saldığı doğma naxışlardan ibarət idi. İlk dəfə sancıları
başlayanda əvvəlcə içində nələrin baş verdiyini anlama-
dı. Ağrının dadını təzə-təzə dadanda özünü uşaq kimi
yox, atasının nağıllarındakı qəhrəmanlar sayaq aparmaq
istəyirdi. Ancaq balaca, təzə-tər böyrəyinin sızıltısı güc-
6
ləndikcə uşaq beyni çox da müqavimət göstərə bilmədi.
Əvvəlcə küt, sonra sərt, daha sərt ağrıları bədənin bütün
nahiyələrinə paylayaraq balaca sahibini vaxtsız çağırıl-
mış qonaqdan xəbərdar elədi. Bu, artıq nağıl deyildi.
Yuxularını ərşə çəkən, rahat beşiyində körpə vücudunu
ilan kimi qıvrıldan ağrılar nağıla heç oxşamırdı. Həkim-
lərin günlərlə davam edən müayinələri, analizləri, kon-
sultasiyaları qurtarmaq bilmirdi. Axırda o dəhşətli gün
yetişdi: nağılların bitdiyi, ümidini kəsdiyi, hər şeyin heç
nə olduğu gün. Lənət olaydı o günə… Göydən daş ya-
ğaydı həmin gün… Cavab sərt və amansız oldu: şiş var.
Anası inanmamışdı... Nənəsi eşidən kimi bayılmış-
dı… Babası infarktın bir-iki addımlığında dayanmışdı…
Atası… göydən üç alma salan, Cırtdanı işıqgələn tərəfə
aparıb divdən ağıllı çıxaran nağılların müəllifisə eləcə
susub qalmışdı. Şiş var… Xərçəngin sarmaşıq kolu onun
beş yaşlı yavrusunun güldən, çiçəkdən təmiz bədəninə
necə yol tapa bilmişdi? Necə yox, daha doğrusu, niyə
yol tapmışdı? Gücü yalnız bircə kəlməyə yetdi “ağrın
mənə gəlsin, canım-gözüm”. Ondan sonra hansı nağılı
danışır-danışsın, axırda göydən düşən almaların əvəzinə
bu kəlməni pıçıldayırdı:”ağrın mənə gəlsin”.
…Dan yerinin ağarmasına azca qalmış uşaq gözləri-
ni nəhayət ki, yuma bildi. Bu, dərin yuxuya getməkdən
daha çox mürgüləməyə oxşayırdı. Saata baxdı. Yeni gün
başlamaqdaydı. Hardasa oxumuşdu ki, xərçəng xəstələ-
rinin bir gözü həmişə saatda olur. Görünür, sakitləşdirici
7
iynədən sonra gələn həyat eşqi ilə ağrıların başlayacağı
zaman arasında çırpınan o qısa vaxt məsafəsini ölçmək
üçün. Uşağı xəstələnəndən Elxanın bütün gecələri bir-bi-
rinə oxşayırdı. Yuxusuz gecələrdən adlayıb səhərləri diri
baxışlarla açan qızarmış, altı tulumlanmış gözlərə yalnız
və yalnız bir şey – iynənin ucu boyda ümid lazım idi. O
sızqa ümidin yolunda varından olardı, canından keçər-
di… Bir az dayanıb ağır-ağır nəfəs alan gələcəyinin
əzablardan sarsılsa da, körpə məsumluğunu itirməmiş
çöhrəsinə baxdı. Heç insafdırmı ciyərinin bir parçası
gözlərinin qabağında saralıb-sola, sayılı günlərin için-
də əriyib yox ola, sən də əlini-qolunu sallayıb baxasan.
Bunları düşündükcə kəlmə kəsmir, eləcə göynəyirdi.
Evlərinə dava-dərman ayaq açandan onların sızıntısı adi
hala çevrilmişdi. Ciyər paralarının yanında bacardıqca
özlərini tox tutmağa çalışsalar da, bütün səhərləri ağla-
ya-ağlaya açılır, bütün gecələri ağlaya-ağlaya yola ve-
rilirdi. Kim bilir bəlkə Günəş də bu evin pəncərəsindən
boylananda doluxsunurdu.
Dəhlizə çıxanda burnuna atasının qəlyanının tanış iyi
toxundu. O da səhərləri diri gözlü açmağa vərdiş elə-
mişdi.
- Sən niyə yatmırsan? – soruşdu. Sual heç yerinə
düşmürdü və cavabını da eşitməyə ehtiyac yox idi. Ümi-
di üzülmüş ata-balanın diz-dizə, göz-gözə dərdləşməsi
üçün isə həmişə belə yerinə düşməyən suallar körpü sa-
lardı.
8
- Sənin uşaq çağların yadıma düşüb. Hamısı gözü-
mün qabağındadı; birinci dəfə dil açıb “ata” deməyin,
əlimdən yapışıb birinci addımını atmağın, birinci sinfə
getməyin… Bütün “birincilik”lərin yadımdadı.
- Mən də oğlumun “birincilik”lərini görmək istə-
yirəm, ata…
- Görəcəksən, inşallah! Ümid axırda ölür. Yox, heç
axırda da ölməyəcək…
- Məndən soruşur ki, “ata, uşaqlar ölmürlər axı …”
- Düz deyir, uşaqlar öləndə dünyanın axırı çatar. Onun
kəpənək boyda ürəyindən keçənlərə bax. Bilirsən, mən
ömrüm boyu çalışmışam ki, sənin uşaqlığın mənimkin-
dən yaxşı olsun. Heç nəyi üzünə vurmamışam, xətrinə
dəyməmişəm. Bilirsən nəyə görə? Hər dəfə xatırlayan-
da əzab çəkdiyim yarımçıq uşaqlığımın heyfini səndən
almışam. İstəmişəm ki, sən məndən yaxşı uşaq olasan.
Bax sənin balan da səndən yaxşı uşaq olmalıydı …
- Ata, bilməzdim uşaqlığın ağır keçib? Bəs sən həmişə
maraqlı əhvalatlar danışırdın; dağlarda at çapmağından,
yemlik, qanqal yığmağından… Dədənin qoşalüləsini
götürüb təkbaşına ayı ovuna getməyini demirəm… elə
istəyirdim ki, sənin kimi uşaq olam.
- Sən də inanırdın. Onların hamısı mənim uydurdu-
ğum nağıllar idi. O vaxt bəzəkli nağıl kitabları yox idi
sənin kimi əzbərləyim. Beş yaşından yetim qalan uşağın
ayı ovunda nə iti azmışdı? O mənim sənə arzuladığım
uşaqlıq idi. Səni elə görmək istəyirdim, ona görə…
9
- Amma bir dəfə xətrimə dəymişdin. Yadımdadı, cəmi
bircə dəfə qışqırmışdın üstümə…
- Nə vaxt olub o? Neyləmişdin ki?
- Məktəbimi dəyişdiyin gün yadındadı? Beşinci sinfə
gedəsiydim, qoymadın. Zorla tay-tuşumdan ayırıb rus
məktəbinə göndərdin.
- Niyəsini hələ bu günə kimi aydınlaşdıra bilmə-
misən?
- Açığını desəm, yox. Amma o vaxt dostlarımdan ay-
rılmağıma yaman sarsılmışdım.
- İndi hardadı o dostların, heç xəbərin varmı?
- Yəqin hərəsi öz həyatını yaşayır...
- Elə bilirdim zaman keçdikcə bir vaxt mürəkkəb san-
dığın şeylərin sadədən sadə cavabını özün tapacaqsan.
Görünür, yanılmışam. Səni ona görə zorla rus məktəbinə
düzəltdim ki, heç olmasa babat təhsil alasan. Sentyabrın
ortasından sizin məktəbin qapısına qıfıl asıb ta dekabra-
can pambıq yığdırırdılar, orada dərs öyrənmək olardımı?
Mən səni qul yox, insan kimi böyütmək istəyirdim. İstə-
mirdim ki, yekəlib Bakıya gedəndə səndən əskik kişilər
arxanca “çuşka” desinlər. Əsas odu sən məndən yaxşı
uşaq oldun, bundan ötrü əlimdən gələni elədim.
Ürək dağlayan inilti səsi ata-balanın söhbətini yarım-
çıq kəsdi. Elxan cəld ayağa qalxıb otağa tərəf yüyürdü.
Elə bil uşağın içində yuva qurmuş əcaib varlıq günəşi
görər-görməz riqqətə gəlmişdi. Dan yeri sökülər-sökül-
məz ilan dilini körpənin bütün toxumalarında gəzdirib
10
növbəti dəhşətli günün tədarükünü görürdü.
Baba da oğlunun arxasınca yüyürmək istəsə də, ba-
carmadı. Ayaqları qıc olduğundan pəncəsini yerə basan
kimi müvazinətini itirib səndələdi. O, bütün gecəni otu-
rub qəlyanını tüstülədə-tüstülədə yalnız nəvəsi haqqın-
da düşünmüşdü. Dəhşətli xəbəri eşidən kimi heç kəsin
yanında dilinə gətirməsə də, ilk başdan özünü qınamış-
dı. Bəlkə uşağa mənim yox, başqa birisinin adını qoy-
saydılar belə olmazdı deyə çox düşünmüşdü. Köhnə
dost-tanışdan eşitmişdi ki, sağlığında nəvə-nəticəyə öz
adını verməyin düşər-düşməzi vardı. Ona qalsaydı heç
razılaşmazdı da, yalnız doğum haqqında şəhadətnamə-
sini görəndə gözlərinə inanmamışdı – Mürsəlov Tokay
Elxan oğlu. “Bu necə olur, indi mən sənin oğlun ol-
dum?”, -deyə, bekara nəm-nüm eləmişdi. Heç kəsin ya-
nında etiraf eləməsə də, o biri tərəfdən uşağa adının ve-
rilməsi ürəyinə yağ kimi yayılmışdı. Ayrı cür ola bilərdi-
mi heç… Adının yaşamasını, əbədi olmasını, əzizlənmə-
sini kim istəməz? Bəs kim yavrusunun adını başdaşında
oxumaq istəyər? O, uzun ömrü boyu çox bərkdən-boş-
dan çıxmışdı… Çox zərbələr almış, çox qara qışları yola
vermişdi… Amma indi dərdin rəngi fərqli idi; 75 yaşlı
Tokay, 5 yaşlı Tokay. Üzücü gecələrdə vurnuxanda həm
də özünü ona görə qınayırdı ki, bəlkə dərd gələndə ün-
vanı çaş-baş salıb, 75 yaşlı qocanın əzabını 5 yaşlı uşağa
verib?
Təzədən alışdırdığı qəlyanından dərin bir qullab
11
vurub qapıya qulaq kəsildi. Uşaq sərçə balası kimi ci-
vildəyirdi. Bir azdan civiltilərin yerini əzablı ağrıların
qovurduğu iniltilər tutacaqdı. Yenə göz yaşları, yenə
ah-vay, Mürsəlovların ürəyini üzüb əldən salan növbə-
ti səhər belə açılacaqdı. Belə vaxtlarda baba Tokay baş
götürüb evindən gedər, bir də qaş qaralanda ayaqlarını
sürüyə-sürüyə qayıdardı. Bu gün isə həmişəki tərzini
pozmalı olacaqdı. Axı bu gün əsas gün idi. Həkimlər
son söz deməliydilər – ya bu yanlıq olmalıdı, ya da…
Kişi ürəyinə daman pis şeyi bacardıqca özündən kənar
tutmağa çalışırdı. Ya da nə? Oyanlıq?! Yox, heç vaxt,
oyanlıq ola bilməz. Tutalım bu dağı bəndə götürdü, bəs
Allah necə götürəcəkdi?!
Telefon zəngi fikirlərini yarımçıq qırdı. Yəqin Təb-
rizdəndi! – ilk ağlına gələn bu oldu. Elxan qaranəfəs
özünü dəhlizə atanda telefon susdu.
- Kimiydi görəsən – kişi soruşdu – indi Təbrizdə saat
neçədi ki?
- Bizdən daladılar? Yox, indi orda xoruz banlamaz.
Yəqin kimsə səhv düşüb – oğlu dilləndi və bayaqkı kimi
keçib atasıyla üzbəüz oturdu.
- Neyləyir?
- Sayıqlayırdı… Həmişə belədi də, sol böyrü üstə
çevrilən kimi sancısı tutur. Uşağı necə başa salasan ki,
sol tərəfə çevrilmə.
- Ümid Təbrizə qalıb. Nəhayət Təbrizdən xoş xəbər
eşitsəydik ürəyimiz yerinə gələrdi.
12
- Allah ağzından eşitsin, ay ata!
Təzə-təzə uşağın sancıları başlayanda ciddiyə alma-
mışdılar. Sahə həkimi orasını-burasını yoxlayıb “gül ki-
midi, heç nəyi yoxdu” demişdi. Bu şoqərib sancıların
elə alçaq xasiyyəti varıydı ki, ağ xalatlı görəndə tısbağa
qınına çəkilən kimi yox olurdular. Ağrılar balaca vücu-
dunu təpədən-dırnağa sarmağa başlayanda üz tutduqla-
rı ilk klinikadan aldıqları cavab elə də bəd olmamışdı;
neçə-neçə tanış-bilişə ağız açandan sonra nəhayət qəbu-
luna düşdükləri həkim heç müayinəyə də ehtiyac gör-
məmişdi: “Niyə özünüzə əl qatmısınız, balam, uşağın
böyrəklərinə bekara soyuq olub, dərman yazacağam ke-
çib-gedəcək”. Bu sözləri deyən həkimin o qədər nurlu,
alicənab görkəmi var ki, adama elə gəlirdi ən sağalmaz
xəstəliyə tutulsan belə, dava-dərmana ehtiyac qalmazdı,
eləcə bu nurlu simaya bax, bir-iki kəlmə kəs, yetərdi.
Resepti yazandan sonra həkim dönə-dönə tapşırmışdı ki,
dava-dərmanı mütləq kirxayla üzbəüz aptekdən alsınlar,
“Bakıda hər yerindən duran bir aptek açır, onlara ürəyim
qızmır” -demişdi. Günlər-günə calanırdı… Balaca To-
kayın sol tərəfindən qıyıq kimi batan ağrılar sir-sifətinin
rəngini də dəyişmişdi, iştahadan kəsilən uşaq gözgörəti
əriməkdəydi. Sonradan nurani həkimi nə qədər axtar-
salar da, tapa bilmədilər, köməkçilərinin əzbərlədikləri
bir söz vardı “professor xaricə konfransa gedib, nə vaxt
qayıdacağı bilinmir”. Sən demə gülərüz adam bizim hə-
kimlərin professoru imiş…
13
Ata əriyib gedən gələcəyini xilas eləmək üçün hər şe-
yindən keçməyə hazır idi, elə keçirdi də… Uşağın müa-
licəsi üçün pul çatmayanda evini girov qoyub kredit də
götürmüşdü, maşınını da satlığa çıxarmışdı. İstəsələr lap
canını da verərdi…
Yenə klinikaların yolunu yağır eləməyə başlamışdı-
lar… “Sağlam gələcək” klinikasında qara ciyərdən şü-
bhələnmişdilər. “Sağlam həyat” klinikası uşağın dalağı-
nı qaralamışdı. “Sağlam yaşa” klinikası on iki barmaq
bağırsaqda nəsə axtarmaq istəyirdi. Balaca Tokay san-
cılarının səngidiyi vaxtlarda beş yaşlı fəhmiylə başına
gələnləri götür-qoy eləməyə, qavramağa çalışırdı. Hələ
də çox şeylər ona qəribə gəlirdi, dünya gözünün qaba-
ğında sirr yumağına dönmüşdü. Hələ bir dəfə atasından
soruşmuşdu, doğrudanmı həkimlərin hamısı ağ xalat ge-
yinir. Atası gülümsəyərək başını tərpətmişdi. “Bəs onda
niyə hərəsi bir cürə danışır?” Balacanın naqolay sualının
qabağında çiyinlərini çəkib dayanmışdı.
Nəhayət su yoluna döndərdikləri iki klinikanın “Bö-
yük ümid” və “Saf ruh” klinikalarının diaqnozları üst-
üstə düşmüşdü: “Şiş var, özü də bədindən…”
Həmin günü Elxan heç vaxt xatırlamaq istəməsə də,
hər dəfə güzgüyə baxanda dərdin nişanələrini görməyə
bilməzdi. Bir gecənin içində qara şəvə saçlarının qa-
bağında ağ zolaq yaranmışdı. Dəhşətli xəbərin hikkəsi
gənclik təravətini itirməmiş qara saçların üstünə taba-
şirlə imza atmışdı. Artıq yubanmaq vaxtı deyildi. Saa-
14
tın əqrəblərinin öz ritmi ilə irəliyə hərlənməsi getdikcə
onların ümidlərini qısaldır, səbrlərini tükədirdi. Uşağı
təcili xaricə aparmaq lazım idi. Xariclərin ən yaxını
isə Təbriz idi. Bizim Təbriz… İndi xaric olan Təbriz…
Əhdi kəsilənlərə qucaq açan Təbriz… “İmam Rza”
xəstəxanasının həkimləri bütün müayinələrinə təzədən
başladılar. Uşağın isə artıq heç nə eyninə deyildi. Bap-
balaca ömrünün, ağrıları o qədər olmuşdu ki, artıq ağ-
rıya öyrəşmişdi. Bədəni sızıldamayanda ona elə gəlirdi
ki, nəsə salıb itirib, yalnız sol tərəfə çevrilən kimi küt
ağrılar qovrula-qovrula boy verəndə hər şeyin yerində
olduğunu anlayırdı.
“Həzrət Abbas haqqı, bu uşaq deyil, əjdahadı”
-uzun-uzadı reseptlərə, körpə bədəninə yeridilən dər-
manlara baxanda gözü kəlləsinə çıxmış Təbriz həkimləri
elə belə demişdilər. “Ağa, bu qədər dərmanları bu yeyib-
sə, vallah əjdahadı”. Onların qənaəti bir oldu – günah nə
qaraciyərdə, nə dalaqda, nə də on iki barmaq bağırsaq-
daymış. Uşağa böyrək çatışmazlığı diaqnozunu qoydu-
lar. Qəbul etdiyi dəxlisiz preparatların təsirindən onsuz
da çatışmayan sol böyrəyi demək olar ki, sıradan çıxmaq
ərəfəsindəydi. Təbriz həkimləri iki aya donor tapmağı və
təcili əməliyyata götürməyi məsləhət görmüşdülər. Bu,
xərçəngdən xoş xəbər olsa da, heç yaxşı da deyildi. Hə-
kimlər donor işinin çətinliyini, amma mümkünsüz olma-
dığını dönə-dönə izah etmişdilər. Elxan özünün böyrə-
yini, lap ikisini birdən verərdi, amma həkimlər məsləhət
15
bilməmişdilər. İki ayın günləri seyrəldikcə öləziyən
ümidi dirçəltmək yalnız Təbrizdən gələn cavabdan asılı
qalmışdı. Mürsəlovlar bu iki ayın səksəkədə keçən gün-
lərinin hamısını telefonun yanında keşik çəkməklə yola
verərdilər. Təki Təbrizdən gözlərimizin yaşını qurudan,
dərdin canını alan xəbər gələydi.
Atasının qəlyanını sümürə-sümürə gözlərini qırpma-
dan telefona zillədiyini görüb – inanma, səhər o başdan
zəng eləsinlər, -dedi.
- Təbriz ürəyimizi üzdü, ay bala – kişi dilləndi.
- Çox qəribədi, ağlıma gəlməzdi ki, nə vaxtsa Təbrizə
həkim yanına gedərik.
- Elə bilirsən mənim ağlıma gələrdi, heç yuxuma da
girməzdi.
- Bəs nə oldu birdən-birə, Təbriz də Azərbaycan de-
yilmi?
- Kim deyir birdən-birə oldu? Kitablar yazır ki, ötən
əsrin əvvəlində o taydan gələnlər Bakının neft mədən-
lərində fəhləlik edərmişlər. Sonra sovet hökuməti gəldi,
aradan 70 il ötdü. İndi biz uşağımızı götürüb Təbrizə,
həkim yanına gedirik. Bax, hər nə oldusa, həmən o yet-
miş ildə olub.
Elxan eləcə başını tərpətdi. Artıq səhər saat səkkiz
olmuşdu. Mürsəlovların bütün səksəkəli səhərləri bir-bi-
rinə oxşayırdı: ata-bala televizorda xəbərlərə baxar, iş-
tahasız, könülsüz ala-yarımçıq səhər yeməyindən dadıb
tez də evdən çıxardılar. Telefona keşik çəkmək növbəsi
16
anaya və nənəyə keçərdi…
Bütün televiziyalar səhər xəbərlərində eyni şeydən
danışırdılar -İraqdakı partlayışlar, Suriyadakı bombard-
manlar… Ölənlər arasında bir-birindən məsum, bir-bi-
rindən şirin nə qədər uşaq varıydı. Bəlkə də çoxusu To-
kay yaşdaydı. Bəlkə də bağçada, əyri-üyrü səkilərdə giz-
lənpaç oynayırmışlar… “Alma desəm gəl, armud desəm
gəlmə…”. Birdən göy üzünü alov bürüdü, qırmızı bir
ləkə… və hər şey heç nə oldu. Elxanın gözü uşaq cəsəd-
lərinə sataşanda özündən asılı olmayaraq pıçıldadı: “gör
nə qədər böyrək tökülüb küçələrə…” Atası onun pıçıl-
tısını göydə tutdu, sadəcə özünü elə göstərdi ki, guya
eşitmədi.
Əslində həmin məqamda o da eyni şeylər haqda dü-
şünürdü. Günlər uzandıqca donorun tapılacağıyla bağlı
babanın şübhələri artırdı. Kim öz uşağının, lap elə özü-
nün böyrəyini başqasına verər? Nə qədər pul verirsən
ver, axı bu, ürək məsələsidi. Dünyanın hansısa tərəfində
yerləşən Azərbaycan adlı ölkədə balaca Tokayın yaşa-
ması üçün balasının böyrəyindən kim keçər, kim? Bu-
nun üçün ürək lazımdı! Baba hər dəfə ürək söhbətinə
çatanda susurdu. Daha heç nə düşünə bilmirdi. İndi uşaq
meyitlərinə baxa-baxa onun da beynindən oğlunun pıçıl-
dadığı fikirlər boy göstərməyə başlamışdı. Doğrudan da
küçədə nə qədər böyrək tökülüb qalmışdı. Bunu eləmək
üçün isə artıq ürək lazım deyildi, gərək ürəksiz olaydın,
cahil olaydın, iblis olaydın…
17
Telefon yenidən zəng çaldı. Dəstəyi götürəndə Elxa-
nın ağarmış sifətinin donu qəflətən açıldı. Doğma, şi-
rin ləhcənin ilıqlığı gözlərini yaşartdı. Bakıda qaldı-
rılan dəstəyin o biri başında Təbriz idi. Atası Elxanın
kəkələməsindən bir şey anlamasa da, göz yaşları çox
şeydən xəbər verirdi. Bəlkə, Allah eləməmiş… Kişi ni-
garan baxışlarını oğlunun üzündən çəkə bilmirdi. Düz-
dü, Elxanın çöhrəsindən təbəssümə oxşar nəsə sezilirdi,
amma həm də ağlayırdı. Deyəsən donor tapılmışdı axı…
- İraqdanmı tapıldı, başına dönüm? – kişi əlini hələ də
uşaq meyitləri ilə dolu dəhşət səhnələrini göstərən tele-
vizora sarı uzatdı.
Elxanın dili tutulmuşdu. Yavrusu yatağa düşəndən
bircə kəlmə ürəkaçan şey eşitməmişdi. Yaxşı sözlərin
hamısını yadından çıxarmışdı. Atası sualları yağdırır o,
isə başını bulayırdı.
- Suriyadanmı tapıblar? – kişi soruşdu.
Elxan yenə də başını buladı. Handan-hana özünə gə-
lib dilləndi:
- Hollandiyadan, -dedi və atasının hansı sualı verəcə-
yini duyaraq tez də əlavə etdi – yox ata, orada böyrəkləri
küçəyə tökmürlər. Təbriz doxturu dedi ki, Avropadakı
həmkarları tapıblar. Sözün açığı yaxşı başa düşmədim,
deyəsən kiminsə uşağını maşın vurubmuş, zavallını ya-
şada bilməyiblər. Böyrəyi verməyə valideynləri özləri
razı olublar. Hə, deyəsən belə dedi...
- Allaha and olsun, bunun üçün ürək lazımdı e, ürək!
18
Gərək o avropalı həkimlərə deyəydi ki, bizə də o ürək-
dən göndərsinlər…
Elxan atasının sözlərinə qulaq asa bilmədi. Bala-
ca Tokayın yatdığı otağa cumdu. Kişi qəlyanına dərin
qullab vurub elə hey təkrar eləyirdi: “bizə də o ürəkdən
göndərin…”.
Avqust 2013
19
Hamımız nə vaxtsa tutuquşu olmuşuq.
Ümid qalmışdı Peterburqdan gələn baytar həkim
Xişnikova. Onun diaqnozu təbiətin indiyə kimi görün-
məmiş bu qeyri-adi təzahürünün sirrini açmaqla getdik-
cə başıpozuq ulartıya çevrilən xor kapellasının əvvəlki
ahəngdar ritmini bərpa etməli idi. Balabəyin uzun illərdi
həyatına rəng qatan sevimli tutuquşularının birdən-birə
naxoşlaması, daha doğrusu iki ay bundan qabaq Təzə
bazardan “cuhud” Alikdən aldığı pırpız tutuquşunun
özünü müəmmalı aparması kişinin ovqatına soğan doğ-
ramışdı. Bu vaxta kimi gözünün qabağından o qədər
tutuquşular gəlib keçmişdi ki, hamısı da sözəbaxan,
ələbaxan, nə versən yeyər, nə desə əzbərləyər, dindir-
sən dil-dil ötər, dindirməsən əyri burunlarının altında
özləri üçün quş dilində nəsə qırıldadardılar. Bircə “cu-
hud” Alikin pırpız quşundan savayı… Ay onu alan günə
daş düşəydi; “cuhud” Alik saqqızını necə oğurladısa,
bir də gördü ki, əlini atıb cibinə pul çıxarır. Belə gö-
türəndə özünün də meyli vardı: bəlkə kəkilindən xoşu
gəlmişdi, bəlkə quş özünü şirin satmışdı, hər nəydisə
pırpız tutuquşu elə ilk baxışdan Balabəyin ürəyinə yol
tapa bilmişdi, lap yeniyetmə uşaqların ilk məhəbbətinə
oxşayırdı, ürəyə necə hökm edəsən axı! Balabəy bir-iki
ağız təkrarlamaq üçün quşa söz öyrətməkdə də çətinlik
Dostları ilə paylaş: |