Beynəlxalq erməni terrorizminin mərhələləri
Erməni terrorizmin aparıcı ana xətti ermənilərin məzlum,min illər boyu əzilən, məhv edilən, işgəncələrə məruz qalan, dövlətçiliyi əlindən alınaraq topaqlarından qovulan, nəhayət 1915 –ci ildə Osmalı imperiyası ərazisində türklər tərəfindən soyqırıma məruz qalan (“guya milyon yarım ermənilər milli xüsusiyyətlərinə görə məhv edilmişdir) tamamilə məhv olma mərhələsini yaşayan bir xalq kimi, guya “dənizdən dənizə böyük erməni dövləti”ni itirmişdilər. Erməni terrorizminin məqsədi və fəaliyyəti bu yalanları özlərinin havadarlarının köməyi ilə dünya dövlətlərinə, xalqlarına çatdırmaq, onlarda böyük ermənistan mifinə inandırmaq ayrı ayrı dövlətlərə və beynəlxalq təşkilatlara öz xeyirlərinə qərarların qəbul edilməsinə nail olmaqdan ibarətdir.
Məlum olduğu kimi, birinci dünya müharibəsi zamanı qanunsuz erməni silahlı dəstələri de-fakto vuruşan tərəf idi. Türkiyə vətəndaşları olan ermənilərin döyüş dəstələri — Türkiyəyə qarşı çar Rusiyası tərəfində vuruşurdular. Bundan başqa, erməni silahlı dəstələri həmçinin türk ordusunun arxasında hərbi əməliyyatlardan uzaqda da fəaliyyət göstərirdilər. Onlar talanlar edir, yaşayış məntəqələrini dağıdır, kütləvi surətdə insanları (etnik türkləri və kürdləri) öldürürdülər. Qanunsuz erməni silahlı hərbi hissələrinin fəaliyyətinin planlaşdırılması və idarə edilməsi erməni partiyalarının və onların özəklərinin “komitə üzvü” adlandırılan rəhbərləri tərəfindən aparılırdı. Bu şəraitdə Osmanlı hökuməti “komitə üzvləri”nin həbsi haqqında qərar qəbul etdi və 1915-ci il aprelin 24-də dövlətə qarışı fəaliyyətdə ittiham edilən 2345 “komitə üzvü” həbs edilmişdi. Eçmiadzində erməni kilsəsinin katolikosu V Qevorq ABŞ prezidentinə göndərdiyi teleqramda Osmanlı hökuməti tərəfindən ermənilərin kütləvi məhv etməsini bildirir və erməni xalqına kömək göstərməyi xahiş edirdi. Bu haqda çar Rusiyası da məlumatlandırılmışdı və Xarici İşlər Nazirliyi dərhal Rusiyanın Londonda, Vaşinqtonda, Parisdə və Romada səfirlərinə teleqram göndərir. Bu teleqramlarda çar Rusiyasının Xarici İşlər Nazirliyi öz səfirlərini fəaliyyətlərini aktivləşdirməyi və Britaniya, ABŞ, Fransa və İtaliyanın “Osmanlı dövlətində ermənilərin soyqırımı”nı tanımalarına nail olmağı xahiş edirdi.
Beləliklə, erməni siyasətçiləri, alimləri və ictimai xadimlərinin haqqında çox danışdıqları 1915-ci ilin 24 aprel gününün, birincisi, Osmanlı dövlətinin daxilində reallaşdırılması həmin ilin mayın sonundan başlanan ermənilərin köçürülməsilə heç bir əlaqəsi yoxdur. İkincisi, uydurma “erməni soyqırımı” uzun illər üçün erməni terrorçularının hücumunun obyektlərini müəyyən etdi — bu Türkiyə və Azərbaycanın dövlət və ictimai xadimləri, həmçinin Türkiyə ilə dost münasibətində olan ölkələrin vətəndaşları oldu.
Birinci dünya müharibəsi və Azərbaycan Demokratik Respublikasının (ADR) devrilməsindən sonra Türkiyə və Azərbaycanın ictimai-siyasi xadimlərinin qətli “Daşnaksütyun”un əsas vəzifələrindən biri oldu. Bu məqsədlə 1919-cu ildə Yerevanda “Daşnaksütyun”un IX qurultayında əsl adı Qaregin Pastermacyan olan Armen Qaronun rəhbərliyi altında “Nemesis” (“Cəza”) xüsusi terror təşkilatının aksiyasının başlanğıcı haqqında qərar qəbul edilmişdi. O, Osmanlı parlamentinin keçmiş deputatı idi və birinci dünya müharibəsinin başlanğıcında qaçıb çar Rusiyası tərəfə keçmişdi. “Nemesis” əməliyyatlarının koordinatoru Amerikada yaşayan, əsl adı Akop Ter-Akopyan (Hagop Ter Hagopian) olan Türkiyədən gəlmə erməni Şahan Natali (Shahan Natali) idi. Maliyyə, logistika və kadrların hazırlanmasına Aron Saçaklyan (Aaron Sachaklian) cavabdeh idi. “Nemesis”in siyahısına Türkiyə və Azərbaycanın 650 siyasi və dövlət xadiminin adı daxil edilmişdi. Tezliklə, 1920-ci ilin cəmi bir neçə ayı ərzində ADR-in görkəmli xadimləri N.Yusifbəyli (may, 1920-ci il), F.Xoyski və X.Xasməmmədov (19 iyun 1920-ci il), H.Ağayev (19 iyul 1920-ci il) erməni terrorçularının qurbanları oldular. “Nemesis” qurbanlarından biri də Osmanlı hökumətinin daxili işlər naziri və daha sonra hərbi naziri olmuş Tələt Paşa idi. O, 1921-ci il martın 15-də Berlinin ən izdihamlı küçələrindən birində Soqomon Teyleryan tərəfindən yüzlərlə şahidin gözləri önündə öldürülmüşdü. Siyasi təzyiqlər nəticəsində məhkəmə prosesi “soyqırım” haqqında iddialarla şouya çevirilmişdi — məhkəmə terrorçuya bəraət hökmü çıxardır və Berlin dairə məhkəməsində terrorçu Teyleryanı deyil, faktiki olaraq Türkiyəni mühakimə edirdilər. Ölüm cəzası tələb etmiş prokurorluq məhkəmənin bəraət hökmünə etiraz edir, amma sonra öz tələbindən geri çəkilir. Məhkəmə üzvləri siyasi düşüncələrinə görə seçilmişdilər və işin müzakirəsi zamanı ittiham edilənin vəkili tərəfindən gizli təhdidlərə məruz qalırdılar. Məhkəmədə Teyleryan öz hərəkətlərinə onunla haqq qazandırırdı ki, onun ailə üzvləri birinci dünya müharibəsi dövründə Türkiyə hökuməti tərəfindən məhv edilmişdi. Ancaq onun anası və qardaşlarından biri Osmanlı dövlətinin daxilində köçürülmə zamanı həyatlarını itirmişdilər. Professor Hünterin yazdığı kimi, o özü bu zaman, “Rusiyanın xeyrinə könüllü olaraq türklərin qətliylə məşğul idi” və onun “başqa qardaşı ruslara qoşulmuşdu”, “atası və əmisi isə ehtimal var ki, Serbiyada idilər və ailə biznesini genişləndirirdilər”. Bununla belə, təəssüf ki, o vaxtkı Berlin dairə məhkəməsi hüquqi deyil, siyasi qərar qəbul etdi və faktiki olaraq, bütovlükdə erməni terrorizminə bəraət hökmü çıxartdı və bununla da erməni terrorçularının 70-80-cı illərdə bütün dünyada türk diplomatlarına qarşı qanlı aksiyalarına “yaşıl işıq” yandırdı.
Həqiqətən də, daşnak qəzeti Armenian Weekly 1983-cü il martın 9-da Yuqoslaviyada türk səfiri Qalip Balkarı öldürmüş iki erməni terrorçusu üzərində qurulan məhkəmə prosesiylə əlaqədar yazırdı ki, bu proses “o cəhətdən “Teyleryanın prosesinə” oxşadı ki, terrorçular öz hərəkətlərini Türkiyəyə qarşı siyasi tələblərilə doğrultmağı bacardılar”. Həmçinin qeyd etmək lazımdır ki, Berlin dairə məhkəməsinin biabırçı hökmündən dərhal sonra dünyanın müxtəlif ölkələrində erməni terrorçuları tərəfindən Türkiyə və Azərbaycan dövlət xadimlərinin silsilə qətlləri baş verdi. Onlar İstanbulda Behbud xan Cavanşiri (18 mart 1921-ci il), Romada Seid Helim Paşanı (6 dekabr 1921-ci il), Berlində Osmanlı hökumətinin keçmiş baş naziri Bahattin Şekeri və Trabzonun keçmiş qubernatoru, professor Cemal Azmi (17 aprel 1922-ci il), Tiflisdə Kamal Paşa və onun müavini Sureyya bəyi (25 iyul 1922-ci il), Buxarada Ənvər Paşanı (4 avqust 1922-ci il) öldürmüşdülər. Bu qanlı aksiyalar erməni terror təşkilatlarının fəaliyyətinin növbəti mərhələsinin başlanğıcı oldu.
Qeyd etmək lazımdır ki, Birinci dünya müharibəsindən sonra Osmanlı Türkiyəsi və Azərbaycanın rəsmi şəxslərinin qətllərində ixtisaslaşmış “Nemesis” erməni xüsusi terror təşkilatının qruplaşmaları 1920-ci illərin ortalarında öz fəaliyyətlərini dayandırdılar, lakin onların mövcudluğu bitmədi. Həqiqətən, 1981-ci ildə Erməni Milli Komitəsinin (Los-Anceles) “Christian Science Monitor”un redaktoruna ünvanlanmış məktubunda hiyləylə vurğulanırdı ki, beynəlxalq səhnədə onilliklərlə mövcud olmuş bir sıra təşkilatlar (“Nemesis” nəzərdə tutulur — qeyd. R.S.), … erməni müqavimətini bütün mümkün olan sülh yollarıyla davam etdirməyə çalışırdı. Sonda, bəzi ermənilər sülh yolu ilə nizamlanmanın nəticəsi olmadığından məyus olaraq zorakılıqdan istifadə etməyə başladılar. Bizim fikrimizcə, bu və başqa erməni terror təşkilatları həqiqətdə öz cinayətkar fəaliyyətini yenidən başlamaq üçün uyğun beynəlxalq vəziyyətin yaranmasını gözləyirdilər.
Beləliklə, XIX-XX əsrlərin hüdudları erməni terrorizminin tarixində ən amansız və insafsız dövr kimi qeyd edilmişdi. XX əsrin 20-90-cı illəri ərzində “Daşnaksütyun” nəinki siyasi səhnədən düşmədi, əksinə, erməni diasporunun vasitəsilə mövcud olan güclü siyasi qüvvəyə çevrildi və əsasən, əsrin əvvəllərindəki proqramı davam etdirirdi. İkinci dünya müharibəsindən sonra keçirilən Erməni milli konqreslərində, “Daşnaksütyun” və ASALA liderləri dəfələrlə bildiriblər ki, erməni xalqının Türkiyəyə qarşı mübarizəsi azadlıq mübarizəsidir və xarakterinə görə Fələstin xalqının mübarizəsinə oxşardır. Beləliklə, mübarizənin bu mərhələsindəki taktika da oxşar — yəni terror olmalıdır.
Erməni terrorizminin qanlı təcrübəsi mövcudluğunun bütün dövrü ərzində “Böyük Ermənistan” və “erməni soyqırımı” haqqında uzunmüddətli və bacarıqlı təbliğatla və təşkil olunmuş ictimai rəyə psixoloji təzyiqlə pərdələnmişdi. Nəticədə, xeyli vaxt ərzində dünyada bir çox ictimai xadimlər və siyasətçilər erməni terror təşkilatlarını milli-azadlıq hərəkatının bir hissəsi kimi bilavasitə və ya dolayısilə, onların cinayətkar fəaliyyətini bəyənərək qəbul ediblər və qəbul etməkdə davam edirlər. Erməni terrorizmi Türkiyənin sabitliyini sarsıtmaq və bəzi başqa dövlətlər tərəfindən ona təzyiq etmək vasitəsidir. Qondarma “erməni soyqırımı”, tarixi faktların əksinə, ən yüksək səviyyələrdə siyasi spekulyasiya predmetinə çevrildi.
Erməni terrorizminin növbəti mərhələsi Türkiyənin Los-Ancelesdə konsulu Mehmet Baydar və vitse- konsulu Bahadır Demirin 1973-cü il yanvarın 27-də Santa Barbarada qətliylə başlandı. Terror aktı Yanikyan tərəfindən törədilmişdi və fərdi erməni terroru kimi qəbul edilmişdi. Amma tezliklə aydın oldu ki, bu aksiya 1975-ci ildən başlayan erməni terrorizminin planlaşdırılmış, təşkil olunmuş və məqsədyönlü hissəsidir, hansı ki, daha da dağıdıcı olub, həqiqətən ümumdünya miqyası əldə etmişdi. Buna həmçinin Yanikyanın ölümündən sonra ABŞ-da dərc edilmiş Armenian Reporter erməni qəzetinin iddiası şahidlik edir. Qəzet yazırdı: o “siyasi mübarizənin yeni erasını açdı” və “erməni tarixinin gedişini dəyişdirdi”.
Belə ki, Fransa, Böyük Britaniya, ABŞ, Yaxın Şərq ölkələrinin erməni təşkilatları, XX əsrin 70-ci illərinin əvvəllərində Fələstin terror təşkilatlarının təcrübəsindən ruhlanaraq (bu haqda aşağıda söhbət gedəcək) və siyasi mübarizənin səmərəsizliyi haqqında nəticəyə gələrək, dünya ictimaiyyətinin diqqətini “erməni xalqının probleminə” cəlb edilməsi məqsədi ilə, terror aktlarının həyata keçirilməsi metoduna qayıtmağa qərar verirlər. Bu dövrdə “Daşnaksütyun”un çoxsaylı terror qruplaşmaları yaradılmışdı — “Erməni inqilab ordusu”, “Yeni erməni müqaviməti”, “Ermənistanın azad olması üçün yeni erməni müqaviməti”, “Erməni azadlıq təşkilatı”, “Erməni soyqırımına münasibətdə ədalət mübarizləri”, “Erməni soyqırımı ədalət Kommandosları”, “Erməni soyqırımının qisasçıları” və s. 1972 -1991-ci illər ərzində bu qruplaşmalar tərəfindən türk diplomatları, siyasətçiləri və biznesmenlərinə qarşı 300-dən çox terror aktı törədilmişdi. Xüsusilə, onlar Avstriya, Fransa, Yuqoslaviya, İsveçrə, Avstraliya, Belçika, Bolqarıstan, Danimarka, İspaniya, ABŞ, BMT-də və b.türk diplomatlarını öldürmüşdülər.
Terror aktlarına bəraət qazandırmaq üçün daşnak qəzeti Armenian Weekly bildirirdi ki, “erməni ordusu və kommandosun Türkiyənin rəsmi şəxslərinə qarşı aktları ədalətlidir və erməni xalqının əksəriyyəti tərəfindən dəstəklənir” və “ermənilər yalnız “yaradılış aktları” kimi bu zorakı aktlar nəticəsində oyana bilərlər, çünki Türkiyənin istənilən nümayəndəsinin məhv edilməsi erməni ləyaqətinin bərqərar olmasını bildirir”. Daşnaklar, ermənilərin “belə hərəkətlərdə iştirak etməsinə” “müstəsna hüququ” olduğunu bildirir və deyirdilər ki, “bu hərəkətlər terrorizm deyil”. Onlar iddia edirdilər ki, “bizim işimiz, nə qədər silahlı olduğundan asılı olmayaraq, heç vaxt beynəlxalq terrorizmin bir hissəsi olmayıb”. 1985-ci ildə “Daşnaksütyun”un 23-cü Ümumdünya Konqresində “Siyasi Platforma” qəbul edilmişdi. Burada elan edilirdi ki, “Naxçıvan, Qarabağ və Axalkalakini əhatə edən Vilson sərhədlərində azad, müstəqil və birləşdirilmiş Ermənistanın yaradılması EİF-in əsas siyasi məqsədidir”. Platformada həmçinin bildirilirdi ki, “erməni məsələsinin həlli yolunda Türkiyə — bizim düşmənimizdir” və “türk imperiyasının mövcudluğu erməni məsələsinin həllinə prinsipial olaraq ziddir”, həmçinin iddia edilirdi ki, “erməni xalqının fiziki mövcudluğunu və öz müqəddəratını təyin etmək hüququnu təmin etməsi üçün özünümüdafiəyə müraciət etməkdən başqa seçimi qalmamışdı “.
70-ci illərin əvvəllərində marksizm-leninizm ideologiyasına tərəfdar olan ASALA (Armenian Secret Army for the Liberation of Armenia) terror təşkilatı yaradılmışdı. Bu erməni terror təşkilatının məqsədi Türkiyənin şərqi, şimali İran, indiki Ermənistan ərazisi, Azərbaycanın Dağlıq Qarabağ regionu və Naxçıvan Muxtar Respublikası əraziləri daxil olmaqla “Böyük Ermənistan” yaratmaq və həmçinin uydurma “erməni soyqırımı”nın dünya ictimaiyyəti tərəfindən tanınması idi. Bu təşkilat Türkiyə hökumətini “1915-ci ildə guya 1.5 milyon erməninin qətli üçün “öz məsuliyyətini açıq tanımağa, təzminat ödəməyə və ermənilərə ərazi güzəştə getməyə məcbur etmək fikrindədir. Simptomatikdir ki, 1982-ci il avqustun 7-də Ankaranın beynəlxalq aeroportunda erməni terrorçuları 10 sərnişini öldürmüş və 71-ni yaralamışdılar. Polis terror aktı zamanı öldürülmüş və yaralanmışların sayını həbs edilmiş erməni terrorçularından biri Levon Ekmekçiyana məlumat verdikdə, o, “bu çox azdır” demişdi. O, Osmanlı dövlətində 1915-ci ilin faciəli hadisələrinə istinad edərək: “Bizdən bir milyondan çox öldürülmüşdü. Nə fərq edər ki, əgər sizdən 25 nəfər öləcəksə” deyə qışqırmağa başlayır.
Bu təşkilatın məqsədlərinin reallaşdırılmasının əsas metodu – terror aktlarının keçirilməsidir. ASALA ABŞ, Yunanıstan, yunan Kipri, Fransa, İran, Livan və Suriyadan erməni diasporunun dəstəyini alır. SSRİ-nin mövcudluğu dövründə ASALA öz məqsədlərinə nail olmaq üçün əməliyyat meydanı kimi Ermənistan SSR-dən fəal istifadə edirdi. 1975-ci ilin yanvarında Beyrutda Ümumdünya Kilsələr Şurasının binasında ASALA döyüşçüləri tərəfindən həyata keçirilmiş terror aktı erməni terror təşkilatlarının qanlı fəaliyyətində yeni eranın başlanğıcı haqqında dünya ictimaiyyətinə xəbər verdi. ASALA döyüşçüləri hesab edirdilər ki, bu qanlı aksiya təşkilatın terror kampaniyasının başlandığını bildirdi. Belə ki, ASALA nümayəndəsinin bəyanatına əsasən, “1975-ci ildə təşkilatın birinci əməliyyatı ermənilərin Birləşmiş Ştatlara mühacirətinin dəstəklənməsi məqsədilə Ümumdünya Kilsələr Şurasının ofisinə qarşı keçirilmişdi”.
Tezliklə ASALA-nın çoxsaylı erməni terror qrupları yaradılır— “Erməni azadlıq cəbhəsi” (1979-cu il), “Erməni azadlıq hərəkatı” (1981-ci il), “Orli” (1981-ci il), “İntihar edənlərin eskadronu” (1981-ci il), “9 İyun” (1991-ci il), “Erməni birliyi” (1988-ci il), “Gənc ermənilər ittifaqı” (1990-cı il) və b. Bundan başqa, ASALA terror təşkilatı qanlı aksiyalarını tez-tez “Orli” və “3 oktyabr” qrupları adından həyata keçirirdi. Əvvəlcə bu təşkilatların həmlələrinin obyekti türk diplomatları idi. Sonradan onlar Türkiyə ilə dost münasibətinədə olan və ASALA-nın döyüşçülərini həbs edən dövlətlərin vətəndaşlarına və nümayəndələrinə qarşı çoxsaylı hücumlar edirlər. Qarabağ münaqişəsinin gərginləşdiyi dövrdə onlar Dağlıq Qarabağa silah çatdırılması və muzdurluların cəlb olunması ilə məşğul olurdular, həmçinin Dağlıq Qarabağda etnik azərbaycanlılara qarşı çoxsaylı hücumlar həyata keçirirdilər.
1975 – 1985-ci illər ərzində dünyanın 21 ölkəsinin 38 şəhərində ASALA-nın terror qruplaşmaları tərəfindən 110-dan çox terror aktı həyata keçirilmişdi, onlardan 39-u silahlı hücum, 70-dən çoxu bomba partlayışı ilə müşayiət olunmuşdu. Bu aktlar nəticəsində 42 türk diplomatı və digər dövlətlərin 4 diplomatı öldürülmüşdü, həmçinin 15 Türkiyə vətəndaşı və digər dövlətlərin 66 vətəndaşı müxtəlif ağırlıq dərəcəsində yaralanmışlar
Əlbəttə, XIX-XX əsrlərin sərhəddində erməni terrorizminin səciyyəvi xüsusiyyətlərı yeni yaranmış erməni terror təşkilatlarına da məxsus idi. Eyni zamanda XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində erməni terrorizmi öz sələflərinin “zəngin” təcrübəsinə söykənərək aşağıda göstərilmiş bəzi əhəmiyyətli səbəblər sayəsində daha genişmiqyaslı oldu və stabil olaraq inkişaf edərək, dünyanın bütün regionlarını bürüdü.
1. Erməni terrorizmi, beynəlxalq terrorizm olaraq, həmişə kilsədən hərtərəfli dəstək alıb və almaqda davam edir. O başqa xalqlara qarşı nifrət və dözümsüzlük formalaşdırmaqda mühüm rol oynayır.
Yuxarıda qeyd edildiyi kimi, erməni terror təşkilatlarının meydana gəlməsi və formalaşması tarixində kilsə əhəmiyyətli rol oynayıb. Bu, xüsusilə, çar Rusiyası, Fransa və İngiltərənin regionun gələcəyilə bağlı geostrateji planlarının olmasından doğmuşdu. Digər tərəfdən, məlum olduğu kimi, Osmanlı dövləti çərçivəsində ermənilər xristian azlığı təşkil edirdilər. Erməni xristianlığı dünyanın başqa xristian qruplarından onunla fərqlənirdi ki, erməni kilsəsi Roma kilsəsinin hakimliyini tanımırdı, papa hakimiyyətinə heç bir maraq göstərmirdi, öz qriqorianlıq inamına üstünlük verirdi. Təbii ki, Roma kilsəsinin nöqteyi-nəzərindən öz ideyaları və inamı olan xristian qrupunun mövcudluğu faktı bütün xristian dünyası üçün təhlükəli idi. Buna görə Roma kilsəsinin əsas vəzifələrindən biri ermənilərin arasına nifaq salmaq və onun hakimliyini tanıyan müxtəlif erməni dini qruplarının yaradılması idi. Bu məqsəd Fransa, İngiltərə və Rusiyanın Osmanlı dövlətinin erməni icması daxilində bu və ya digər əlaqədar tərəfin maraqlarına xidmət edəcək müxtəlif qrupların yaradılması planlarına uyğun idi. Beləliklə, geostrateji planlarının reallaşdırılmasında dini amildən istifadə edilməsi əlaqədar dövlətlərin siyasətində əhəmiyyətli yer tuturdu. Bu ona gətirib çıxartdı ki, ilk terror aktları dönüklərin qaytarılması üçün erməni kilsələri tərəfindən planlaşdırılır və həyata keçirilirdi. Eyni zamanda Osmanlı dövlətinin əsasını dağıtmağa çalışan Fransa, İngiltərə və Rusiya müxtəlif erməni qruplaşmalarına mənəvi və maliyyə dəstəyi göstərirdi. Məhz belə tarixi şəraitdə kilsənin bilavasitə iştirakı ilə erməni terrorizmi yarandı və daha da inkişaf etdi.
Digər tərəfdən, pravoslav və katoliklərin dönük hesab etdikləri erməni qriqorian kilsəsi V əsrdə Bizans və Roma kilsələrindən qopdu, həmçinin Roma kilsəsi tərəfindən udulmaq qorxusuna görə, 1441-ci ildə erməni qriqorian kilsəsi katolikosunun iqamətgahı Kilikiyadan Eçmiədzinə köçürüldü. Buna görə o vaxtlar, erməni kilsəsi erməniləri başqa xristianlarla birləşdirən amil deyil, ayıran amil oldu. Təmiz erməni kilsəsi olmaqla özünü təcrid etmənin, qapalılığın amili oldu, sonrakı etnik və dini dözümsüzlük, həmçinin ekstremizm və separatizm üçün özül qoydu.
Erməni kilsəsi həmişə siyasətdə fəal iştirak edib və ermənilərin qonşularına qarşı nifrət hissini qızışdırmaqda xüsusi rol oynayıb. Bu barədə S.Uims yazır ki, xristian ermənilərin və müsəlman Osmanlıların arasında yaranan nifrətin kökündə erməni kilsəsinin əməyi və səyləri durur. Baş keşiş Gevond Turyan 1917-ci ildə İstanbulda dərc edilmiş kitabında erməni terror təşkilatlarının formalaşmasında kilsənin rolunu açmışdır. Bu kitab, bir növ erməni kilsəsinin etirafıdır, onun “çox qiymətli” fəaliyyətinə işıq salır və erməni ictimai şüurunun formalaşmasında və erməni terror təşkilatlarının yaradılmasında erməni patriarxiyasının həqiqi mahiyyətini açır. Məsələn, Turyan yazır ki, “uzun müddət dini icmalar erməni inqilabçı partiyalarının mərkəzi idi, burada ən dəhşətli proqramlar hazırlanmışdı… Dini mərkəzlər danışıqlarla və yazıyla xalqı üsyana çağırırdı. Çıxışlarda yüksək sözlər və İncilin doktrinaları xatırlanmırdı. Sədaqət və düzgünlük yerinə üsyana, insanlıq yerinə nifrətə və qisasa, əxlaq yerinə alçaqlığa və rüsvayçılığa çağırışlar eşidilirdi”. Sonra o yazırdı ki, komitələr tərəfindən təşkil edilmiş bütün yığıncaqlar və başqa tədbirlər dini liderlərin rəhbərliyi altında keçirilirdi və nə ermənilərin ən yüksək dini lideri — Eçmiədzin katolikosu, nə başqa erməni kilsələrinin başçıları, nə inqilabçı partiyaların rəhbərləri, nə başqa ermənilər dərk edə bilmədilər ki, “ermənilər 600 ildən çox, türklərlə bərabər sosial və dini azadlıqdan istifadə edərək, onlarla yanaşı Türkiyə torpaqlarında yaşayırdılar” və komitələr bu həqiqəti inkar edərək, nifrət və dözümsüzlük toxumu yayırdılar. Gözlənildiyi kimi, erməni kilsəsi və erməni terror təşkilatları baş keşiş Gevond Turyana “cəsarətli” açıqlamalarını bağışlaya bilmədi və o, 1933-cü il dekabrın 24-də Nyu-Yorkda erməni kilsəsində “Daşnaksütyun” terrorçuları tərəfindən, prixoda mənsub yüzlərlə adamın gözləri önündə öldürüldü. Turyan keçidlə getdiyi zaman bir qrup kişi onun yolunu kəsir, bıçaqlar parıldayır və o ölür. Turyanın qətlinin bütün şahidləri istintaq zamanı iddia etdilər ki, hücum edənləri görməyiblər və ifadə verməkdən imtina etdilər. Baş keşişin qətlini araşdıran Nyu-York dairə prokuroru deyirdi ki, “xəfiyyələr sükut divarı ilə rastlaşırlar ki, bu sirli qətlin açılması üçün yaxşı olmayan proqnozdur. Ya bu ermənilər qisası özlərinə məxsus daxili qanlı çəkişmə ilə ayırd etmək istəyirdilər, ya da onlar şəxsi təhlükəsizlikləri üçün çox qorxduqlarından bildiklərini açmaq istəmirdilər”. Bəzi məlumatlara görə, Gevond Turyanın qətlini Qaregin Njde həyata keçirtmişdi, lakin o, bu cinayətdə iştirakını inkar edirdi. Njdenin dediyinə görə, Gevond Turyanın qətli (burada qurbanın soyadı Duryan kimi göstərilir — qeyd. R.S.) “Daşnaksütyun”un başqa rəhbərləriylə birlikdə Ruben Ter-Minasyan tərəfindən təşkil edilmişdi.
Terror qruplaşmalarına himayədarlıq, sıravi erməniləri “soyqırım”a görə qisasa təhrik etmək, erməni terror qruplaşmaları tərəfindən törədilən cinayətlərin planlarının tərtib edilməsi, “ali məqsəd” və “günahsız öldürülmüş ermənilər”in qisası naminə ianə yığılmasının təşkili, tarixi hadisələrin saxtalaşdırılması, erməni xalqının “qədimliyi” və “əzabkeşliyi” haqqında yeni miflərin yaradılması erməni kilsələrinin fəaliyyətində xüsusi yeri tutur.
Erməni kilsəsi erməni terror təşkilatlarına daim maddi və mənəvi dəstək göstərirdi. 1983-cü il noyabrın 21-də Kaliforniyada erməni kilsəsi katolikos E.Tabakyanın başçılığı ilə “Xampiq axşamı” keçirdir. Axşam Livan ermənisi terrorçu Xampiq Sasunyana həsr edilmişdi. O, 1982-ci il yanvarın 28-də Los-Ancelesdə türk konsulu K.Arikanı öldürmüşdü və bu cinayətə görə məhkum edilmişdi. 1982-ci ildə Los-Ancelesdə erməni terrorçusu X. Sasunyan tərəfindən Türkiyənin baş konsulu K.Arikananın qətlindən sonra, ” Erməni soyqırımına görə ədalət Kommandosu” bildirmişdi ki, “bizim yeganə hədəfimiz – türk diplomatları və türk təsisatlarıdır”.
Qeyd edək ki, məşhur terrorçulara erməni kilsəsi tərəfindən bu cür ehtiramın göstərilməsi təsadüfi hadisə deyil. Belə ki, erməni terrorçuları Yeganyan, Daqleyan, Krcleyan, Acemyan və Abramyan 1983-cü il iyulun 27-də Lissabonda (Portuqaliya) türk səfirliyinin binasını tuturlar. “Lissabon beşliyı” adını almış bu terror qrupu “Daşnaksütyun”a ən yaxın terror təşkilatı “Erməni inqilabçı ordusu”- nun tərkibinə daxil idi. Polisin hücumu zamanı onlar özlərini partladırlar və bu zaman səfirin arvadı da həlak olur. 1984-cü ilin yanvar ayı ərzində erməni kilsələri “Daşnaksütyun”un köməkliyi ilə ABŞ-ın bir neçə ştatında “Lissabon beşliyi”nin xatırə günlərini keçirir. Xüsusilə, yanvarın 12-də Vaşinqton yaxınlıqda erməni kilsəsində, yanvarın 21-də İllinoys ştatı Qlenidə Müqəddəs Peyğəmbərlər erməni kilsəsində, yanvarın 22-də Rod-Aylenddə Müqəddəs Vartanyans erməni kilsələrində və yanvarın 29-da Nyu-Cersidə və b. xatirə günləri keçirilmişdi.
1987-ci ildə Eçmiədzində erməni kilsəsinin katolikosu I Vazgen ABŞ-a və Kanadaya səfər edib. Nyu-York, San-Fransisko və Los-Ancelesdə, həmçinin Kanadada etnik ermənilərlə görüşləri zamanı katolikosun çıxışlarının əsas leytmotivi “Böyük Ermənistan” naminə bütün ermənilərin birləşməsinə çağırış idi. O həmçinin dünya ermənilərini bütün vasitə və metodlarla qondarma “erməni soyqırımı”nın Avropa Parlamentinin ardınca Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına nail olmağa çağırırdı. Onun fikirincə bu “xristian hərəkatının və xristian ədalətinin təntənəsinin əsası” olacaqdır. Bir ildən sonra kilsənin aktiv dəstəyilə rəsmi Ermənistan hökuməti indiki Ermənistan ərazisindən 250 mindən çox azərbaycanlını deportasiya etdi və bu respublikanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə bağlı çoxdankı planının reallaşdırılması açıq mərhələyə keçdi.
Bundan başqa, 1994-cü il dekabrın 26-da Kaliforniyada Müqəddəs Qriqori erməni kilsəsi tərəfindən keçirilən kütləvi xatirə mərasimi məşhur beynəlxalq terrorçu, Dağlıq Qarabağda terror qrupuna rəhbərlik etmiş və Azərbaycanın Silahlı qüvvələri tərəfindən məhv edilmiş ASALA liderlərindən biri Monte Melkonyanın ölümünün birinci ildönümü vaxtına salınmışdı. Mərasimdə erməni siyasi partiyalarının liderləri, erməni kilsələrinin nümayəndələri, erməni alimləri və ictimai xadimlər iştirak edirdilər.
Qeyd edək ki, erməni kilsəsi terror təşkilatlarına yalnız mənəvi dəstək göstərmir. Kilsə azərbaycanlıların tarixi vətənlərindən — indiki Ermənistanın əraziləri -deportasiyasının planlaşdırılmasında və qorxunc planının həyata keçirilməsində ən aktiv iştirak edib. Azərbaycanın Dağlıq Qarabağ regionunda diversiya-terror müharibəsinin başlanğıcına qədər və müharibə dövrü erməni kilsəsinin din xadimləri terror aktlarının bilavasitə icraçıları idilər. Nümunə kimi qeyd etmək lazımdır ki, Makaravan monastırının baş keşişi Stepan (dünyəvi adı Stepan Davtyan), 1988-ci ilin iyununda üç butulka fitilli yandırıcı qarışıq və əldəqayırma fin bıçağıyla Bakıda milis tərəfindən saxlanılmışdı. Bundan başqa, Azərbaycanın etnik ermənilər tərəfindən məskunlaşmış bir çox məntəqələrində erməni kilsələri silah anbarlarına çevirilmişdi. Belə ki, məsələn, Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Əsgəran rayonunun Kılıçbak kəndinin erməni kilsəsində 6 minaatan, 16 əldəqayırma mina, 130 əldəqayırma əl qumbarası, seriya istehsalı qumbaraatanlar üçün 7 qumbara, radiostansiya üçün 2 qidalandırma bloku aşkar edilmişdi.
Digər dövlətlərin ərazilərində fəaliyyət göstərən erməni kilsələri dəfələrlə erməni gənclərini “tarixi ədalətin təntənəsi üçün” Dağlıq Qarabağda mübarizə aparan döyüşçülərin sıralarını doldurmağa çağırıblar. Belə ki, 1993-cü il sentyabrın 6-dan 9-dək Livanın iki erməni kilsəsində 150 gənc erməni ilə keçirilən görüşdə bu ölkədə erməni ortodoksal kilsəsinin baş keşişi, erməni partiyalarının, həmçinin PKK və ASALA terror təşkilatlarının rəhbərləri iştirak edirdi. Görüş zamanı ayrıca qeyd edilmişdi ki, “erməni soyqırımı” dünyada keçirilən təbliğat nəticəsində daha yaxşı qəbul edilir, erməni cəmiyyəti yüksəlməkdədir, erməni dövləti yaradılıb və ərazisi Azərbaycanın Dağlıq Qarabağ regionundakı döyüş əməliyyatları nəticəsində genişlənir və Ermənistan “erməni soyqırımı” üçün mütləq qisas alacaq. İştirakçılar, Ermənistanın xaricdən mənəvi, maliyyə və texniki dəstək alması faktını təsdiq edərək “qədim erməni torpaqlarının azad olması üçün” Dağlıq Qarabağda vuruşan ermənilərin sıralarını doldurmağı qərara aldılar. Həmçinin Türkiyə iqtisadiyyatını dağıdıb ərazisini parçalayaraq bir hissəsində kürd dövləti yaratmaq, başqa hissəsini Ermənistana birləşməsi məqsədilə Kürd Fəhlə Partiyasının döyüşçülərinin iştirakıyla Türkiyənin daxilində terror aktlarının həyata keçirilməsini davam etmək qərarı alınmışdı. Qərara alınmışdı ki, Azərbaycana qarşı müharibədə və Türkiyəyə qarşı mübarizədə erməni və kürd terror təşkilatları bir-birini dəstəkləyəcək və vahid mövqedən çıxış edəcəklər.
2002-ci ilin əvvəllərində Buxarestdə (Rumıniya) fəaliyyət göstərən erməni dini mərkəzində dünyanın müxtəlif ölkələrindən olan erməni təşkilatlarının nümayəndələri yığıncaq keçirdilər. Burada Azərbaycana və Türkiyəyə qarşı yeni terror aktlarının həyata keçirilməsi planı qəbul edilmişdi. İştirakçıların fikrincə, bu bütün erməni təşkilatları üçün mütləq xarakter daşımalı idi. Yığıncaqda həmçinin Ermənistandan və Fransadan gəlmiş “Daşnaksütyun” nümayəndələri iştirak edirdilər. Bu görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıq proseslərinə mane olmaq qərara alınmışdı, xüsusilə “Daşnaksütyun” nümayəndəsi K.Arakelyan bildirdi ki, “erməni terrorunun qurbanları ərəblər və başqa müsəlmanlar deyil, türklər və azərbaycanlılar olmalıdır”. Qeyd edək ki, tədbirin iştirakçıları həmçinin Rumıniyada Ermənistanın səfiri Karen Kasiyanla görüşüblər. Bu fakt göstərir ki, bu yığıncaq rəsmi Yerevanın icazəsi ilə təşkil edilib.
Beləliklə, erməni terror təşkilatlarının fəaliyyətində kilsə hərtərəfli fəal iştirak edir və yalnız Azərbaycanın deyil, həm də başqa dövlətlərin mülki əhalisinə qarşı “cəza” aktlarını erməni terror təşkilatları dini liderlərinin xeyir-duası ilə həyata keçirirlər.
2. Dünyanın bir çox ölkələrində yaşayan ermənilər tərəfindən yaradılmış ictimai birliklər, fondlar və hərəkatlar erməni terrorizminin aparıcı gücü və maliyyə mənbəyidir. İndiki Ermənistan ərazisini uydurma “Böyük Ermənistan”ın miqyaslarına qədər genişləndirmək və qondarma “erməni soyqırımı”nı tanıması üçün dünya ictimaiyyətinə təzyiq edilməsi bu təşkilatların ən ümdə vəzifəsi idi.
Belə ki, məsələn, 3-6 sentyabr 1979-cu ildə Parisdə dünya erməni təşkilatları birinci konqreslərini keçirib. Konqresin məqsədi ” dünya ermənilərinin bir ideya ətrafında, bir bayraq altında birləşməsi və ərazi tələblərini təqdim etmək üçün siyasi vəziyyətin qiymətləndirilməsi” doktrinasının hazırlaması idi. Konqress erməni terror təşkilatları tərəfindən törədilmiş zorakılığın sayının artmasıyla ruhlanmış, Fransada yaşayan ermənilərin bilavasitə dəstəyilə təşkil edilmişdi. Konqresin hazırlanmasında və keçirilməsində aparıcı rol oynayan ASALA terror təşkilatı, xüsusilə, beynəlxalq “erməni cəbhəsinin” yaradılması və Ermənistan SSR-i, SSRİ-nin başqa respublikalarında yaşayan erməniləri bu qərarın reallaşdırmasına cəlb edilməsi haqqında qərar qəbul etdi.
Hazırlanması və keçirilməsində “Daşnaksütyun” rəhbərlərinin fəal iştirak etdiyi dünya erməni təşkilatlarının növbəti konqresi 1983-cü ildə Lozannada keçirilmişdi. Dünya erməniləri konqreslərinə demokratik imic vermək məqsədilə “erməni konstitusiyası” hazırlamağa qərar verilmişdi. Eyni zamanda Lozanna konqresi ASALA və “Daşnaksütyun” sıralarında parçalanmaya gətirib çıxardı və bunun nəticəsində çoxsaylı erməni terror qruplaşmaları yaradıldı.
7-13 iyul 1985-ci ildə Sevrdə keçirilmiş erməni təşkilatlarının üçüncü beynəlxalq konqresi “erməni konstitusiyasını” qəbul etdi. Konqress “Daşnaksütyun” tərəfindən təşkil edilmişdi və ASALA onun işində iştirak etmirdi. Konqress “Sovet Ermənistanında erməni mədəniyyətinin saxlanılmasında göstərdiyi səyə görə” və “1985-ci ilin aprelində “Pravda” qəzetində “1915-ci il soyqırımı”nı ittiham edən məqalənin nəşri üçün ” Sovet İttifaqına ayrıca qərarla minnətdarlığını bildirdi. Bu aksiya göstərdi ki, “Daşnaksütyun” və SSRİ-nın ideoloji platformalarda düşmən münasibətləri haqqında rəsmi versiyalar həqiqətə uyğun deyil və sonuncular xeyli müddət kifayət qədər müvəffəqiyyətli əməkdaşlıq edirdilər.
Göründüyü kimi, bütün konqreslərin hazırlanmasında və keçirilməsində aparıcı rolu erməni terror təşkilatları oynayırdı. Bu hal iddia etməyə imkan verir ki, bu cür konqreslərin işi zamanı, iştirakçıların bu tədbirlərə demokratik imic vermək cəhdlərinin əksinə, erməni terror təşkilatlarının hərəkətinin qorxunc planları müzakirə edilirdi və qəbul edilirdi.
T.Poloskovanın qeyd etdiyi kimi, “dünya təcrübəsi onu göstəririr ki, dünyada diasporaların əksəriyyəti “materik”in – dövlətin təmənnasızlığına ümid etmədən korporativ marağını yaşadığı ölkələrdə fəal reallaşdırır. Lobbiçiliyin fəal sistemini yaratmış bütün dünya diasporları, həmçinin beynəlxalq təşkilatlar səviyyəsində, öz fəaliyyətini təkcə maddi motivlər əsasında deyil, həmçinin, səpələnmiş olsa da, mənəvi bütövlüyünü itirməmiş xalqının taleyi üçün vətənpərvərlik və məsuliyyət hissilə qururdular “. Bizim fikrimizcə, bütün dünyada səpələnmiş və lobbiçiliyin həqiqətdə effektiv sistemini yaratmış erməni diasporunun vətənpərvərliyi “Böyük Ermənistan” yaradılması və qondarma “erməni soyqırımı”nın tanınması haqqında ideyanın reallaşdırılmasına əsaslanmışdır. Erməni diasporası hesab edir ki, planlarının reallaşdırılması üçün əvvəlki kimi ən yaxşı və effektiv vasitə terrordur. Məsələn, 1988-ci ildə Moskvada yaradılmış Rusiya Erməniləri İttifaqı ASALA ilə sıx əlaqələrə malikdir, onun üzvlərini keçmiş SSRİ-nin ərazisində maneəsiz hərəkəti üçün saxta sənədlərlə təmin edir, Dağlıq Qarabağa silah və muzdluların çatdırılmasının təminatı məsələlərində fəal iştirak edir.
SSRİ dağıldıqdan sonra müstəqillik əldə etmiş Ermənistan bu gün ətrafında çoxsaylı erməni diaspor hərəkatları və terror təşkilatlarının birləşməsinə yönəldilmiş “özəkdir”. Buna Şarl Aznavurun dünyanın etnik ermənilərinə ünvanlanmış sözləri şahidlik edir, ” əgər sən — ermənisənsə, onda Ermənistana kömək et”. Hal-hazırda Ermənistan erməni fondları və birləşmələrindən, həm də lobbiçilik sistemi vasitəsilə böyük maliyyə dəstəklərini alaraq, erməni terror təşkilatlarının sponsoru rolunda çıxış edərək onların fəaliyyətini planlaşdırır və koordinasiya edir.
3. Erməni terror qruplaşmaları öz məqsədlərinə çatmaq üçün siyasi və ideoloji vəziyyətdən asılı olaraq, eyni zamanda öz aralarında düşmən olan rejimlərlə tez-tez əməkdaşlıq edərək manevr etmək və uyğunlaşmaq qabiliyyətinə malikdirlər. Erməni terror təşkilatları yarandıqları andan çar Rusiyası, Böyük Britaniya, Fransadan dəstək alır, SSRİ ilə əlaqələr qurur və Hitler Almaniyasıyla əməkdaşlıq edirdilər. Bu gün onlar Yaxın Şərqin ən radikal rejimlərilə əməkdaşlıq etməyə, eyni zamanda inkişaf etmiş ölkələrin siyasi dairələri tərəfindən davamlı, ardıcıl dəstəyə malik olmağa müvəffəq olublar.
Yuxarıda qeyd edildiyi kimi, erməni terror təşkilatları Osmanlı dövlətinin əraziləri uğrunda çar Rusiyası, Böyük Britaniya və Fransanın güclü geosiyasi rəqabəti şəraitində formalaşmış və inkişaf etmişdi və onlar bu təşkilatlara maddi-texniki və maliyyə dəstəyi göstərirdilər. Birinci dünya müharibəsindən sonra, SSRİ və Türkiyə Respublikasının yaranması bütovlükdə beynəlxalq vəziyyətin dəyişməsinə və o cümlədən regionda güclərin bölgüsünə gətirib çıxartdı. O vaxt ən güclü və nüfuzlu erməni təşkilatı olan “Daşnaksütyun”un bölmələri bütün dünyada yayılmışdı. Rəsmi versiyaya görə o, SSRİ ilə əks ideologiyaya tərəfdar idi və sosializmin dayağını öz düşməni hesab edirdi. Eyni zamanda, necə biz aşağıda göstərəcəyik, “Daşnaksütyun”un nümayəndələri kürd terror təşkilatlarının formalaşmasında və üzvlərin diversiya-terror müharibəsinin aparılması metodlarına yiyələnməsi təlimində ən fəal iştirak edirdilər, fəaliyyətləri barədə Moskvanı daim məlumatlandırırdılar və ondan uyğun təlimatlar alırdılar. Bundan başqa, bizim fikrimizcə, Moskva, heç vaxt “Daşnaksütyun”la əlaqələri kəsə bilmirdi, çünki, onun da Yaxın Şərq əraziləri barədə planları var idi və hələ XIX əsrin sonlarından “Daşnaksütyun” bu ərazilərdə çoxsaylı bazalarını və geniş yayılmış şəbəkələrini yaratmışdı. Bu dövr ərzində “Daşnaksütyun”un əldə etdiyi təcrübə Moskvaya ideoloji mübarizə çərçivəsində regionda bu və ya digər terror aksiyalarını müvəffəqiyyətlə həyata keçirməyə imkan verirdi. Qeyd edək ki, sovet hakimiyyətinin yüksək eşelonlarında “Daşnaksütyun” rəhbərliyilə çox yaxşı əlaqələrə malik olan etnik ermənilər işləyirdilər. Bu hal, xüsusilə, Zaqafqaziya Federasiyasının yaranması və ləğvi dövründə Moskvaya müəyyən dərəcədə imkan verdi ki, sərhədlərin dəqiqləşdirilməsi bəhanəsilə SSRİ tərkibində Azərbaycan SSR və Ermənistan SSR-nın yaradılması zamanı Azərbaycan torpaqlarını Ermənistan SSR-ə versin, bu və ya digər üsullarla yerli Azərbaycan əhalisini doğma torpaqlarını tərk etməyə məcbur etsin.
Qeyd edək ki, İkinci dünya müharibəsi dövründə erməni terror təşkilatları Almaniyada faşist rejimilə kifayət qədər müvəffəqiyyətli əməkdaşlıq edirdi. Nasist Almaniyasında “Erməni milli şurası” yaradılmışdı. Dro (Drastamat Kanayan) şurasının üzvləri, Qaregin Njde və “Daşnaksütyun”un başqa xadimləri “erməni legionu” yaradılması üçün ermənilərin arasında fəal iş aparırdılar və müxtəlif fikirlərə görə Hitler ordusu tərkibində “Böyük Ermənistan” uğrunda vuruşmaq çağırışına 30000-dən çox erməni səs vermişdi. Onlar erməni dilində “Hayastan” (Ermənistan) və “Hayrenik” (Vətən) həftəlik buraxılışlarını təşkil etmişdilər. “Erməni legionu” tərkibində və onun komandiri general Dronun tabeliyində, Şimali Qafqazda bir neçə “abverkomand”, yəni ermənilərdən ibarət kəşfiyyat-diversiya bölmələri fəaliyyət göstərirdi. İşğal edilmiş ərazidə onlar “minillik reyx”in xidmətində yerli erməni bölmələrini formalaşdırır və “əks-kəşfiyyat işini” həyata keçirirdilər.
İkinci dünya müharibəsindən sonra SSRİ-nin xarici erməni təşkilatlarıyla, həmçinin “Daşnaksütyun”la münasibətləri bərpa edilmişdi. Ordu generalı və SSRİ-nin keçmiş Dövlət Təhlükəsizlik Komitəsi Sədrinin birinci müavini F.Bobkovun məlumatına görə, “daşnaklar ermənilərdə hər cür millətçi əhval-ruhiyyə qızışdıraraq inadla türk xalqına qarşı nifrət hissi oyadırdılar” və “1946-cı ildə Sovet İttifaqı Türkiyə ilə münaqişə həddinə çatmışdı”. “Dərhal, Türkiyədən torpaqların alınıb Sovet Ermənistanına verilməsi haqqında şayiələr və söhbətlər yayılmağa başladı. Daşnaklar, Sovet İttifaqını bu qərara yönəltməklə, şübhəsiz onu dünənki müttəfiqlərilə qarşılaşdırmaq istəyirdi, çünki ABŞ və Böyük Britaniyanın hökmən münaqişəyə qarışacağı şübhə doğurmurdu”.
Məlum olduğu kimi, İkinci dünya müharibəsinin sonuna Sovet İttifaqının Milli Təhlükəsizlik Nazirliyinin “Casuslara ölüm” Əks-Kkəşfiyyat Baş İdarəsi azad edilmiş ərazilərdə cəza əməliyyatları keçirir və Hitler Almaniyası ilə əməkdaşlıq etmiş siyasətçiləri həbs edirdi. Onda “Daşnaksütyun”un bəzi üzvləri, həmçinin Qaregin Njde həbs edilmişdi. Bu dövrdə SSRİ rəhbərliyi gələcəkdə Türkiyəyə qarşı ekspansionist siyasətini həyata keçirməsində istifadə etmək üçün xarici ermənilərlə əməkdaşlığın qurulması üzrə konkret addımlar atmağa başlamışdı. Türkiyəyə qarşı mübarizədə xarici ermənilərin qüvvələrini səfərbər etmək məqsədilə, onların arasında amansız millətçi və nüfuzlu şəxs kimi tanınan Njdenin imkanlarından istifadə etmək üçün SSRİ rəhbərliyi məhkum olmasına baxmayaraq iki dəfə (1946 və 1952 illərdə) onu Ermənistana göndərmişdi. 1947-ci ildə Njde SSRİ rəhbərliyinə xarici ümumerməni hərbi-siyasi təşkilatı “Erməni irredenta”sını yaratmağı təklif etdi. Təşkilatın məqsədi Türkiyə ərazisinin bir hissəsinin zorla Ermənistan SSR-ə birləşməsi idi. Njdenin təklifində belə təşkilatın yaradılmasının tarixi zəruriliyi əsaslandırılmışdı, onun strukturu və fəaliyyət metodları sovet rəhbərlərində ciddi maraq oyatmışdı və müxtəlif instansiyalarda ona bir neçə dəfə baxılmışdı.
Qeyd edək ki, Qaregin Njde 1918-ci ilin sonundan Naxçıvanda və 1919-cu ilin avqustundan 1921-ci ilin iyulunadək Zəngəzurda azərbaycanlılara qarşı cəza əməliyyatlarına rəhbərlik edib. Bu dövr ərzində Zəngəzurda onun rəhbərliyi altında erməni silahlı dəstələri 200 Azərbaycan kəndini dağıtmış və 15000 azərbaycanlını öldürmüşdülər. Njde bölmələri 30-cu illərdə ABŞ (Boston, Detroyt, Çikaqo və b.), Bolqarıstan (Sofiya, Plovdiv, Varna, Burqas və b.), Yunanıstan, Fransa və Rumıniyada fəaliyyət göstərən “Seqakron” hərəkatının ideoloqu və bilavasitə yaradılmasının təşkilatçısı idi. “Seqakron” hərəkatı, italyan faşizminin və alman nasizminin prototipi olub, həmçinin ekstremal millətçiliyin təmiz erməni təzahürü və “erməni soyqırımı” uğrunda “qisasçıların ocağı” olaraq, “erməni nəslinin, Tanrı kimi” əzəliliyinə və zorun gücünə sitayiş edirdi. Njde iddia edirdi ki, “o (erməni nəsli — qeyd. R.S.) əsrlərin şahidi, əbədi erməni, Allahın şəriki”dir. Njdenin cinayətləri yalnız türklərə və azərbaycanlılara qarşı yönəldilməmişdi, həmçinin hadisələrə öz baxışı olan ermənilərə qarşı da yönəldilmişdi. Belə ki, erməni şahidlərinin ifadələrinə görə, 1920-ci ilin dekabr və 1921-ci ilin yanvar ayları ərzində Zəngəzurun Tatev dərəsində Njdenin rəhbərliyi altında ” 400-dən çox qızıl ordunun rus əsgəri, kommunistlər və inqilabiçı erməni kəndli və fəhlələri güllələnib və diri-diri qayadan dərəyə atılaraq məhv edilmişdi”. Göründüyü kimi, Türkiyəyə qarşı öz xarici ekspansionist siyasətində, SSRİ əvvəlki kimi, erməni terrorçularından istifadə etməyi planlaşdırırdı, bu halda hətta onların SSRİ-nin özünə qarşı yönəldilmiş ideoloji baxışları və cinayətkar keçmişi heç bir əhəmiyyətə malik deyildi.
SSRİ-nin “Daşnaksütyun”la əməkdaşlığı nəticəsində, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və deportasiya siyasəti sonrakı dövrdə də davam edirdi və o rəsmi Moskva tərəfindən həyata keçirilirdi. Belə ki, SSRİ Nazirlər Şurası “Ermənistan SSR-ə gələn xarici ermənilərin yerləşdirilməsi ” bəhanəsilə, “Kolxozçular və başqa azərbaycan əhalisini Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi Haqqında” 23 dekabr 1947-ci il tarixli 4083 saylı və ” Kolxozçular və başqa azərbaycanlı əhalini Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi tədbirləri Haqqında” 10 mart 1948-ci il tarixli 754 saylı Qətnamələri qəbul etdi. Bu Qətnamələrin əsasında təxminən 150 min azərbaycanlı tarixi vətənindən deportasiya edilmişdi.
General F.Bobkovun məlumatına görə, daşnaklar, Türkiyə torpaqlarını Ermənistan SSR-ə birləşdirməyin mümkün olmadığını anlayaraq, “”Böyük Ermənistan”(dırnaqlar mənim tərəfimdən qoyulub — qeyd. R.S.) yaradılması ideyasını Sovet İttifaqının ərazisindəki torpaqlar hesabına həyata keçirmək niyyətində idilər. Bu, həm də həmyerlilərinin qərb ölkələrindən mühacirətdən qayıtması hesabına Ermənistan SSR-də erməni əhalisinin sayının nəzərə çarpacaq artımı ilə üst-üstə düşdü”. F.Bobkov sonra yazır ki, “repatriantların arasında adət və əxlaq haqqında öz təsəvvürləri olan ticarət adamları üstünlük təşkil edirdi. Onların gəlişilə xırda burjua partiyası olan “Daşnaksütyun”un respublikada nüfuzu güclənir və millətçi ruhlu ekstremist dairələrə arxalanaraq bütün vasitələrlə, hətta terrorla öz ideyalarını müdafiə edərək təxribatçılıq fəaliyyətini davam etdirirdi”.
50-60-cı illərdə Sovet rəhbərliyi Yaxın Şərqdə Türkiyəyə qarşı erməni amilindən istifadə etməkdə davam edirdi. C.Həsənlinin qeyd etdiyi kimi, “1957-ci ilin avqustunda sovet rəhbərliyi “Ramkavar Azatakan” partiyasının lideri P.Tovmasyana saxta sənədlərlə, gizlicə SSRİ-yə gəlməsinə icazə verdi. Yerevanda P.Tovmasyan respublikanın bütün rəhbər şəxslərilə, həmçinin Kommunist Partiyasının birinci katibi Suren Tovmasyanla və Moskvada SSRİ-nin Xarici İşlər Nazirliyinin Yaxın Şərq bölməsinin rəis müavini D.Solodla görüşüb. Ermənistan Kommunist Partiyasının rəhbərləri Moskvaya ünvanladıqları məktublarda Sovet İttifaqının xeyrinə xarici ermənilərlə əməkdaşlığın inkişafı üçün sovet səfirliklərinin əməkdaşlarının sayını erməni millətilə artırmağı israrla təklif edirdilər. Öz növbəsində, Moskvada danışıqlarda P.Tovmasyan DQMV-nin Ermənistan tərkibinə qatılması əvəzində SSRİ-yə gizli əməkdaşlıq təklif edirdi”.
Qeyd edək ki, SSRİ yalnız “Daşnaksütyun”la möhkəm əlaqələrə malik deyildi, o həmçinin yarandığı vaxtdan Fələstin Azadlıq Təşkilatı ilə əməkdaşlıq əlaqələri olan ASALA terror təşkilatını da dəstəkləyirdi. Məlumdur ki, erməni terror təşkilatları, həmçinin ASALA, digər Fələstin terror təşkilatlarıyla— Fələstin Xalq Azadlıq Cəbhəsi, Fələstin Xalq Azadlıq Cəbhəsi – Əsas komandanlıq, Abu-Nidal təşkilatı və b., həmçinin kürd terror təşkilatları, o cümlədən Kürd Fəhlə Partiyası ilə möhkəm əlaqələrə malikdir və fəal əməkdaşlıq edirlər.
Sovet İttifaqı Fələstin Azadlıq Təşkilatı və başqa Fələstin terror təşkilatlarına həm maliyyə, həm də maddi-texniki dəstək göstərirdi. Eyni zamanda erməni terror təşkilatları öz fəaliyyətlərini Fələstin terrorçularıyla uzlaşdırırdılar və Yaxın Şərq terror təşkilatları tərəfindən planlaşdırılan bir çox terror aktlarının icraçıları rolunda çıxış edirdilər. SSRİ eyni zamanda erməni terror təşkilatlarına, həmçinin ASALA-ya birbaşa kömək edirdi. Bu dəstək ondan irəli gəlirdi ki, SSRİ Türkiyə ilə ümumi sərhədlərə malik idi və ona NATO-nun üzvü kimi, yəni dövlət təhlükəsizliyinə əsas təhdid kimi baxırdı, ASALA və başqa erməni terror təşkilatlarının fəaliyyəti isə Türkiyəyə qarşı yönəldilmişdi.
O fakt diqqəti çəkir ki, 1977-ci il yanvarın 8-də Moskvada həyata keçirilən üç partlayış aktı SSRİ-nin bütün tarixi boyu Rusiya ərazisində erməni terror təşkilatlarının yeganə təzahürü idi. Həmin gün üç nəfərdən ibarət erməni terrorçuları qrupu — Zatikyan, Stepanyan və Baqdasaryan— “Bir may” metro stansiyasında, Bauman rayonunda mağazanın ticarət salonunda və 25 oktyabr küçəsində partlayış törədirlər. Partlayışlar nəticəsində 29 nəfər həlak olur. Həmin terrorçular qrupu noyabrın 7-də – Oktyabr inqilabının 60-cı ildönümü günündə Moskvada partlayışlar seriyasını həyata keçirməyi planlaşdırırdılar. 1979-cu ildə hər üç terrorçunu Ali Məhkəmənin hökmü üzrə edam etdilər.
Bəzi tədqiqatçılar hesab edir ki, terrorçular ASALA döyüşçüləri idilər, lakin başqaları iddia edirlər ki, onlar “Daşnaksütyun”a aid idilər. Bizim fikrimizcə, terrorçular hər iki terror təşkilatı adından çıxış edə bilərdilər, çünki, 80-ci illərin başlanğıcına qədər “Daşnaksütyun” və ASALA sıx əlaqələrə malik idi və onların fəaliyyəti əlaqəli həyata keçirilirdi.
Moskva partlayışlarının icraçıları üzərində keçirilən məhkəmənin müddəti faktı maraqlıdır – hökmün tez çıxarılması və onun tələsik yerinə yetirilməsi. Bununla əlaqədar politoloq Nurani bildirir ki, “istintaqda iştirak etmiş Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları uzun sükutdan sonra səbəbi izah etdilər. Onların dediklərinə görə, Moskvada partlayışların təhqiqatı, hətta Ermənistan SSR-nin hakimiyyət strukturlarına daxil olmuş ASALA-nın olduqca geniş yayılmış və çoxsaylı şəbəkəsinə aparıb çıxartdı. Beləliklə, istintaqın nəticəsində müqəssirlər skamyasında eyni millətin həddən artıq çox nümayəndəsinin oturduğu məhkəmə prosesi ola bilərdi. Siyasi problemlərə səbəb olmamaq üçün, çekistlər Moskvada terror aktlarının bilavasitə icraçılarının həbsilə kifayətlənməyə, amma şəbəkələrə toxunmamağa qərar verdilər”. Xüsusilə o fakt buna şahidlik edir ki, ” respublikanın əhalisindən bu qanlı cinayəti gizlətmək üçün erməni rəhbərliyi hər şey etdi. Ermənistan Kommunist partiyası MK-nin birinci katibi Dəmirçyanın göstərişinə görə erməni dilində çıxan heç bir qəzet terror aktı haqqında xəbərləri dərc etmədi. Zatikyan və onun cinayət ortaqları üzərində proses haqqında Ali Məhkəmənin iclasları zamanı çəkilmiş sənədli filmi hətta Ermənistanın partiya aktivlərinə göstərməyi qadağan etdilər, yalnız ali rəhbərliyin məhdud dairəsində onu göstərirdilər”.
Nuraninin tədqiqatına əsasən, “Dövlət Təhlükəsizlik Komitəsinin moskvalı əməkdaşları hesab edirdilər ki, ASALA-nın agenti, əslində, Ermənistan SSR-nin Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri Yüzbaşyan idi. ASALA Dövlət Təhlükəsizlik Komitəsinin “himayəsi” altında beynəlxalq statusa malik Yerevan aeroportunun nəzarət buraxılış məntəqəsi vasitəsilə qızıl və valyuta sərvətlərini çıxardırdı, Dövlət Təhlükəsizlik Komitəsində düzəldilmiş sənədlərlə öz fəallarını keçirirdi. Tez-tez hətta ASALA döyüşçüləri Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı kimi təqdim edilirdilər”. Nurani, bu fakta diqqət yetirərək sual verir ki, erməni terror təşkilatları həmişə müxtəlif ölkələrdə öz döyüşçülərinin həbsinə və məhv edilməsinə yeni terror aktlarıyla cavab verirdi, bəs niyə Moskva partlayışlarının icraçılarının ölüm cəzasına onlar reaksiya vermədilər? Bizim fikrimizcə, politoloq əsaslı güman edir ki, ” Zatikyanın həbsindən sonra ASALA və Dövlət Təhlükəsizlik Komitəsi arasında “hücum etməmək haqqında müqavilə” bağlanmışdı. Moskva partlayışlarını təşkil edənləri təhvil “verməklə”, ASALA bütün şəbəkənin toxunulmazlığını saxlayırdı, “özünü yaxşı aparmaq” öhdəliyi və SSRİ-yə qarşı terror aktları etməməyi, həm də Dövlət Təhlükəsizlik Komitəsinin “ayrı-ayrı tapşırıqlarını yerinə yetirməyi” öz üzərinə götürürdü “.
Bizim fikrimizcə, Ermənistan SSR-də erməni terror təşkilatlarının geniş yayılmış və çoxsaylı şəbəkəsi, bu respublikanın rəhbərliyinin və terror təşkilatlarının əlaqəli fəaliyyəti, həmçinin Moskva məmurlarının dəstəyi Ermənistan rəhbərliyinə terror təşkilatlarının döyüşçüləri ilə birgə 1988-ci ildə qısa müddət ərzində etnik azərbaycanlıları öz tarixi vətənindən deportasiya etməyə və Azərbaycana əsassız ərazi tələblərini irəli sürməyə imkan verdi.
Beləliklə, iddia etmək olar ki, erməni terrorizmi bir çox dövlətlərin ilk növbədə, Rusiya, Fransa, İngiltərə və ABŞ-ın Yaxın Şərqdə geosiyasi məqsədlərinin reallaşdırılması vasitəsi kimi yaranmışdı və bu dövlətlərin çoxsaylı səylərinin məntiqi nəticəsi Osmanlı dövlətinin zəiflətməsinə və devirilməsinə yönəldilməsi oldu. O sonsuz qəddarlıqla səciyyələnən və etnik təmizləmələrlə, kütləvi talanlarla və çoxsaylı insan təlafatı ilə müşayiət olunan terrorizmin xüsusi növü kimi XIX-XX əsrlərin hüdudunda formalaşmışdı, əsasını isə guya xalqına qarşı tarixi haqsızlıq, əzabkeşlik, başqa milli qruplarla etnik uyğunsuzluq, milli istisnalıq və üstünlük ideyaları təşkil edirdi. Terror fəaliyyətinin müasir təcrübəsində terrorizmin geniş yayılmış bu növü, cəmiyyətdə sosial gərginliyi artırmaq, milli düşmənçiliyi qızışdırmaq və dövlətin dağıdılmasına səbəb olan xüsusi dağıdıcı gücə malikdir. Əslində, XIX-XX əsrlərin hüdudunda erməni terrorizmi təcavüzkar separatizmin baza elementi olan etno-milli xarakterə malik olub və olmaqda davam edir.
Beynəlxalq erməni terririzmi və onun inkişaf mərhələləri
Erməni terroprizminin yaranma səbəbləri və şəraiti
Çar Rusiyasının köçürmə siyasəti
Müasir dövrdə bir sıra dövlətlər beynəlxalq birlik tərəfindən terrorçu dövlət kimi tanınmasalar da bu dövlətlər terror siyasətindən aktiv şəkildə istifadə edirlər. Heç şübhəsiz ki, Ermənistan Rcspublikası bu siyahıda birinci yeri tutur. Bunu ermənilərin şüurlu şəkildə bir dövlət siyasəti kimi Türkiyə və Azərbaycana qarşı illərlə həyata keçirdikləri terror aktları da sübut edir.
Tarixi həqiqətlər təsdiq edir ki, erməni terrorizminin 200 ilə yaxın yaşı vardır. Erməni terrorizmini şərtləndirən əsas səbəblər nədən ibarətdir.
Ərazisinin əlverişli geostrateji mövqeyinə görə həmişə bir çox dövlətlərin diqqət mərkəzində olan Osmanlı dövləti XVIII-XIX yüzilliklərin hüdudunda zəifləməyə başlayır. Çar Rusiyası, Fransa, İngiltərə, Avstriya və İtaliyanın Osmanlı dövlətinin zəiflədilməsi və devrilməsinə yönəldilmiş ekspansionist siyasəti bu dövrdə daha çox güclənmişdi. Bu dövlətlər Yaxın Şərqdə öz mövqelərini möhkəmləndirmək və Aralıq dənizinə azad giriş əldə etmək üçün mübarizədə daim “milli məsələ” adlandırılan kartdan istifadə edir, etnik azlıqların nümayəndələriylə, əsasən də etnik ermənilərlə birbaşa əlaqə qurur, çoxsaylı terror təşkilatlarının yaradılması üçün onlara mənəvi, maliyyə və maddi dəstək göstərirdilər
IX-X əsrdən başlayaraq Osmanlı dövləti ərazisində məskən salan ermənilər imperiyada varlı bir təbəqə halında yaşamaqlarına baxmayaraq XIX əsrə qədər demək olar ki, təsirli zorakılıq aktları törətmir, dövlətə qarşı çıxmırdılar. Ancaq 1877-78-ci illərdə baş vermiş Rus-Türk müharibəsində Osmanlıların məğlubiyyətini şərtləndirən San-Stefano müqaviləsinin ( San-Stefano sülh müqaviləsi - 3 mart 1878-ci ildə Rusiya-Türkiyə müharibəsini başa çatdırmış ilkin müqavilədir. Fevralın 19-da İstanbul yaxınlığındakı San-Stefano şəhərində imzalanmışdır. Müqaviləyə görə Çernoqoriya, Serbiya və Rumıniya müstəqil dövlətlər elan edildilər. Osmanlı imperiyası daxilində Bosniya və Herseqovinaya muxtariyyət verildi. Bolqarıstan Türkiyədən vassal asılılığında dövlət elan olundu. Batum, Ərdəhan , Qars, Bayazid və Cənubi Bessarabiya Rusiyanın tabeliyinə keçdi. Türkiyə Epirə, Fessaliya və Albaniyaya özünüidarə hüququ verməyi, Türkiyənin şəhərlərində ermənilər yaşayan ərazilərdə islahatlar keçirməyi və s. öhdəsinə götürdü. Müqavilə Cənubi Qafqazda yeni bir münaqişə ocağının meydana gəlməsinin başlanğıcını qoydu. Türkiyənin heç bir vilayətində əhalinin əksəriyyətini təşkil etməyən ermənilərə muxtariyyət vədlər verilməsi onların arasında terrorçuluq, separatçılıq meyllərinin güclənməsinə, "erməni məsələsi" nin sonralar beynəlxalq səviyyələrdə müzakirə obyektinə çevrilməsinə, dənizdən-dənizə "Böyük Ermənistan" xülyaları əsasında xəritələr cızılmasına, Azərbaycana və Türkiyəyə, xüsusilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazilərinəəsassız iddialar irəli sürülməsinə və s. səbəb oldu. Sonralar Avropa dövlətləri və Rusiyanın imzaladığı Berlin konqresi traktatı və Rusiya ilə Türkiyə arasında imzalanmış İstanbul müqaviləsi San-Stefano sülh müqaviləsinin şərtlərində dəyişikliklər etmiş və onda dəqiqləşmələr aparmışsa da, bunlar erməni terrorizminin və separatçılığının təşkilatlandırılmasını aradan qaldırmamışdı. və Berlin müqaviləsinin (Bu müqavilənin şərtləri Osmanlı baxımından son dərəcə ağır idi və Rusiyanı Balkan yarımadasında tək böyük güc edirdi. Bu vəziyyət başda Böyük Britaniya olmaqla Avropanın digər iri dövlətlərini qane etmirdi.
Avropa dövlətlərindən gələn təzyiqlər nəticəsində onlarla müharibəyə hazır olmayan Rusiya müqavilənin şərtlərinə yenidən baxılmasına razılıq verdi.
1878-ci il, 13 iyunda Almaniya kansleri Otto fon Bismarkın başçılığı altında Berlində, Osmanlı, Rusiya, İngiltərə, Almaniya, Fransa, Avstriya-Macarıstan və İtaliyanın iştirakə ilə bir konqres toplandı və Berlin müqaviləsi imzalandı. Bu müqavilə nəticəsində bosniya , hersoqovina və şərqi rumel vilayət elan olundu, Bolqarıstan krallığı yaradıldı,Kipr, Niş, Tesseniya müvafiq olaraq İngiltərə, Serbiya,Yunanıstana,Qars ,Batumi,Artvin,Ərdahan Rusiyaya, bir neçə qəza çernoqoriya və Vanın şərqindəki Qotur bölgəsi İrana verildı. Bu müqaviləyə əsaslanaraq Tunisi işğal etdi. ) imzalanmasından sonra Rusiya və bəzi Avropa dövlətlərinin təsiri ilə Osmanlı imperiyasına qarşı çıxan ermənilər müstəqil erməni dövləti qurmaq üçün fəaliyyətə başladılar. Regionda böyük gücə çevrilmə ehtimalı olan Türkiyə və Azərbaycan sərhədləri arasında müstəqil erməni dövləti yaratmaq ideyası və "Böyük Ermənistan" xülyası da məhz Rusiya imperiyasının "mətbəxbtində" hazırlanmışdı. Bütün bunları isə reallığa çevirmək istəyən ermənilərin Türkiyə və Azərbaycana qarşı vəhşilikləri tez bir zamanda özünü soyqırım, zorakılıq, etnik təmizləmə və terrorizm formasında büruzə vermişdir.
Erməni terrorizminə beynəlxalq terrorizmin tərkib hissəsi kimi baxılır. Tarixdən məlumdur ki,Rusiya, İngiltərə, Fransa kimi iri dövlətlər yaxın şərqdə öz mövqelərini möhkəmlətmək və aralıq dənizinə azad giriş əldə etmək üçün XVIII əsrdən başlayaraq Osmanlı dövlətini zəiflətməyə və onu məhv etməyə yönələn çoxsaylı cəhdlər göstərmişlər.Təbii ki,bu dövlətlərin hər biri öz eksponsionist və geosiyasi məqsədlərini güdür və Osmanlı dövlətini bir neçə istiqamətdə zəiflətmək cəhtləri edilmişdir. Bununla əlaqədar, erməni terrorizminin böyük dövlətlərin siyasi amili kimi yaranması tarixi və səbəblərini başa düşmək üçün, ilk növbədə Çar Rusiyasının geostrateji maraqlarını,Osmanlı dövlətinin devrilməsi ilə Bosfor boğazı üzərində hökmranlıq əldə etməsi kimi eksponsionist niyyətlərinə diqqət yetirilməlidir. Bu siyasətin yerinə yetirilməsində ermənilər dəfələrlə xırdalanmışlar, ən rəzil alçaqlıqlara əl atmışlar.
Məlum olduğu kimi ,1813-cü ildə Rusiya və İran arasında Gülüstan müqaviləsi bağlandıqdan sonra tarixi Azərbaycan əraziləri keçmiş SSRİ sərhəddi boyunca Rusiyaya verildi. Daha sonra 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandı və müqaviləyə əsasən Azərbaycanın Naxcıvan və İrəvan əraziləri də Rusiyanın əlinə keçdi. Bu dövrdə döyüşlərdə Rusiya tərəfindən erməni döyüşçü dəstələri vuruşurdu ki, məhz bu döyüşlərdən sonra ruslar gələcəkdə ermənilərdən istifadə etmək qərarına gəldilər. Məhz bu dövrdən erməni məsələsi məqsədli şəkildə ortaya atıldı. Belə ki, bu dövrdən Cənubi Qafqazın muxtəlif vilayətlərinə ermənilərin kütləvi köçürülməsi başlandı. Tarixi Azərbaycan torpaqlarına 1828-1829cu illərdə Yaxın Şərq ölkələrindən 130 min, sonra isə daha 600 min erməni köçürüldü. Bütövlükdə tarixi Azərbaycan topaqlarına XIX əsrdə bir milyondan çox erməni köçürülmüşdür.
Terrorizm – təkcə siyasi, sosial və ya dini etiraz forması və üsulu deyil, həmçinin geosiyasi rəqabətin, o cümlədən həm də daimi olaraq böyük siyasətin aləti olmuşdur.
Terror təşkilatlarının əksəriyyəti dünyanın müxtəlif regionlarında aparıcı dövlətlər arasında geosiyasi qarşıdurmanın gücləndiyi dövrlərdə meydana gəlib və onların vasitəsilə hadisələrin gedişatına dolayısı ilə təsir göstərmək, həmçinin cari vəziyyətdə bu və ya digər ölkədə və ya regionda “milli məsələ”dən istifadə edərək manipulyasiya etmək məqsədi güdürdü. Eyni zamanda mübarizənin terror formalarından istifadə edərək müharibənin gizli aparılması onların hərbi-siyasi strategiyalarının əsası olur.
. XIX əsrin ikinci yarısında aparıcı dövlətlərin məhz belə siyasəti terrorizmin xüsusi növünün formalaşmasına gətirib çıxardı. Təcavüzkar separatizmə və milli dözümsüzlüyə əsaslanan erməni terrorizmi bunun parlaq nümunəsidir. Terror fəaliyyətinin müasir təcrübəsində terrorizmin geniş yayılmış bu növü etnik təmizləmə, kütləvi talanlar və çoxsaylı insan tələfatları ilə müşayiət olunan sonsuz qəddarlığı ilə səciyyələnir. O xüsusi dağıdıcı gücə malikdir, cəmiyyətdə sosial gərginliyi artırmaq, milli düşmənçiliyi qızışdırmaq və dövlətin dağıdılmasına gətirib çıxartmaq iqtidarındadır. Təbii ki, bu dövlətlərin hər biri öz geosiyasi və ekspansionist məqsədlərini güdürdü və müvafiq olaraq Osmanlı dövlətini zəiflətmək cəhdi bir neçə istiqamətdə həyata keçirilirdi.
Bununla əlaqədar, erməni terrorizminin böyük dövlətlərin siyasətinin amili kimi yaranma səbəbini və tarixini anlamaq üçün, ilk növbədə çar Rusiyasının geostrateji məqsədlərinin həyata keçirilməsinə yönəldilmiş ekspansionist siyasətinə diqqəti yönəltmək lazımdır — Osmanlı dövlətinin devrilməsi və Bosfor boğazı üzərində hökmranlığın qurulmasının reallaşdırılmasında ermənilərdən dəfələrlə alət kimi istifadə olunub.
Məlum olduğu kimi, 1813-cü ildə Rusiya və İran arasında Gülüstan müqaviləsinin bağlanmasından sonra tarixi Azərbaycan əraziləri təxminən keçmiş İran-sovet sərhədinə qədər Rusiyanın tərkibinə keçdi. Sonra, 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsinə əsasən Azərbaycanın bir sıra əraziləri — İrəvan və Naxçıvan xanlıqları da çar Rusiyasına verildi. Qeyd etmək lazımdır ki, bu dövrdə ilk dəfə silahlı erməni dəstələri döyüşlərdə iştirak edir və ruslar dərhal anlayırlar ki, gələcəkdə hansı məqsədlərlə ermənilərdən istifadə edə bilərlər.
Göstərilən müqavilələrin imzalanmasının faciəli nəticəsi Azərbaycan xalqının bölünməsi və tarixi Azərbaycan torpaqlarının parçalanması, qondarma “erməni məsələsi”nin siyasi gündəliyə gətirilməsi, həmçinin Cənubi Qafqazda demoqrafik vəziyyətin dəyişməsi oldu. Məhz bu andan ermənilərin Cənubi Qafqazın müxtəlif ərazilərinə kütləvi köçürülməsi başlandı və çar Rusiyasının dəstəyilə onlar yerli Azərbaycan əhalisini sıxışdırmağa başladılar. 1828-1829-cu illərdə tarixi Azərbaycan torpaqlarına Yaxın Şərq ölkələrindən 130 min, daha sonra 600 min erməni köçürülmüşdü. Rus alimi N.İ.Şavrova görə, XIX əsr ərzində tarixi Azərbaycan ərazilərinə köçürülmüş etnik ermənilərin ümumi sayı bir milyondan çox idi. Hərçənd İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşmış ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil edirdilər, 1828-ci il martın 21-də Rus çarı I Nikolayın fərmanına əsasən Naxçıvan və İrəvan xanlıqları ləğv edildi. Onların yerində 1849-cu ildən İrəvan quberniyası adlandırılan “erməni vilayəti” adı ilə yeni inzibati ərazi vahidi yaradılmışdı. Əslində belə süni ərazi bölgüsü ilə etnik təmizləmə və separatizm siyasətinin gələcəkdə reallaşması üçün ilkin şərtlər yaradılmışdı. Son 200 il ərzində əvvəlcə çar Rusiyası, sonra Sovet İttifaqı tərəfindən Cənubi Qafqazda keçirilən siyasət nəticəsində, azərbaycanlılar öz tarixi torpaqlarında doğma yurdlarından zorakı köçürülmənin qurbanı olublar.
Digər tərəfdən, XVIII-XIX əsrlərin hüdudunda Amerika Birləşmiş Ştatları hökumətinin Aralıq dənizində ticarət və hərbi ekspansiyası başlanır ki, bu da paralel olaraq ideoloji nüfuzetməklə həyata keçirilir — Amerikanın protestant missionerləri Osmanlı dövlətinin nəzarəti altında olan xristianlığın Müqəddəs Torpağını fəth etməyi qarşılarına məqsəd qoyurlar. Missionerlər iqtisadi, siyasi və hərbi kəşfiyyat aparırlar. Onlar geniş miqyasda pro-amerikan təbliğatı aparır, idarətmə dairələrilə sıx əlaqə qurmağa çalışır və yerli agenturanın hazırlığına çox diqqət ayırırdılar. Hərçənd missionerlər formal olaraq hökumətlə əlaqəsiz, müstəqil hərəkət edirdilər, əslində onlar həmişə dövlətin fəal dəstəyindən istifadə edirdilər. Amerika missioner şəbəkəsi Şərqdə planlı və ətraflı düşünülərək yaradılırdı. 1810-cu ildə Bostonda (Massaçusets ştatı) “xarici missiyaların fəaliyyətini idarə edən Amerika bürosu” yaradılmışdı. Nizamnaməsi 1812-ci ildə ştatın ali məhkəməsi tərəfindən təsdiq edilmiş bu büro xaricdə, əsasən Şərqdə missioner fəaliyyətinin təşkili mərkəzi olmuşdu. Bu aksiya, xeyriyyə tədbiri kimi nəzərdə tutulsada, Rusiya, Fransa və İngiltərənin maraqlarına çox uyğun gəlirdi. Təbii ki, nə müsəlman, nə yəhudi, nə xristianlığın müxtəlif istiqamətlərinin nümayəndələri protestantlığı qəbul etmədi. 1821-ci ildə bir qrup Amerika missioneri Yerusəlimdəki uğursuz cəhddən sonra Beyrutda (Livan) məskən saldılar və orada müvəffəqiyyət qazandılar — iki etnik erməni, Qriqori Vartapet və Karapet Dionisi, protestantlığı qəbul etdilər. Bundan sonra Amerika missionerləri Osmanlı dövlətinin başqa ərazilərində öz müvəffəqiyyətlərini inkişaf etdirməyə başladılar. Onlar İstambulda, sonradan Bursa, Trabzon, Van, Bitlis, Konya, Ərzurum, Maraş və Mardində mənzil-qərargahlarını açdılar. N.A.Xalfinin məlumatına görə, XIX əsrin 80-ci illərində Türkiyədə 45 “əsas” və 254 “ikinci dərəcəli” Amerika missioner məntəqəsi, 98 kilsə və 129 missioner vardı. N.A.Xalfin, rus səyyahı Putyataya istinad edərək, yazır ki, “hələ 1845-ci ildə Kiçik Asiyada cəmi 34 missioner-protestant, yerlilərdən 12 köməkçi, hər iki cinsdən 135 şagirdi olan 7 məktəb mövcud idisə, 1890-cı ildə 177 missioner, 791 köməkçi, 117 kilsə, 11709 erməni-protestant, 464 ibtidai məktəb, 26 ali kişi məktəbi, 16990 şagirdi olan 18 qadın məktəbi və 5 kollec vardı… Beləliklə, protestantların ümumi sayı 28667 nəfərə çatırdı… Gələcəkdə protestant təbliğatının səylə tərəqqisi gözlənilir”.
Erməni ruhaniləri ermənilər arasında Amerika protestant missionerlərinin müvəffəqiyyətlərindən narahat olaraq , 1839-cu ildə bu missionerlərdən qurtulmaq və dönükləri qaytarmağa cəhd etdilər. Erməni kilsəsi tərəddüd etmədən güc tətbiq edirdi. E.Fayqlın istinad etdiyi Vilyam E.Stronqun söylədiklərinə görə, “erməni-amerikan protestant təqibi” adlandırılan bu aksiya zamanı “məktəblər yandırılmış, həbslər edilmiş və terror yayılmışdı”. Müasir beynəlxalq terrorizmin ən yaxşı ənənələrində yerinə yetirilmiş bu aksiya çar Rusiyası tərəfindən start verilən erməni faciəsinin davamı oldu və bir çox xalqlara, ilk növbədə türk və Azərbaycan xalqlarına və təbii erməni xalqına da saysız-hesabsız qurbanlar gətirdi.
Qeyd edək ki, bu hadisələrdən dərhal sonra böyük dövlətlər, ilk növbədə İngiltərə, erməni protestantlarına yardım göstərməyə cəhd etdi, çünki, vəziyyət müdaxilə üçün əlverişli görünürdü. Protestant kilsəsinin yaradılmasından sonra Osmanlı dövlətinin erməniləri uğrunda mübarizə daha amansız xarakter aldı. Bu onunla izah olunurdu ki, birincisi - Osmanlı imperiyasında erməni qriqorian kilsəsi tarixən mövcud idi, ikincisi - 1850-ci ildən erməni protestant kilsəsi rəsmi status aldı və üçüncüsü - erməni katolik kilsəsi də fəaliyyət göstərirdi. Əgər erməni-protestantları, Amerika missionerləri ilə yanaşı, İngiltərə də himayə edirdisə, Fransa isə erməni katolisizminin “müdafiəçisi”rolunda çıxış edirdi.
Beləliklə, Rusiya cənub dənizlərinə çıxmaq, İngiltərənin Hindistana yolunu kəsmək üçün ermənilərdən istifadə edirdi. İngiltərə Rusiyanı və Fransanı geridə qoyaraq Hindistana həyat yolunun müdafiəsində protestant-ermənilərdən istifadə edirdi. Fransızlara katolik-ermənilər Yaxın Şərqdə şəxsi maraqları üçün lazım idi. Bütün bu dövlətlər, xaçpərəstlərin dini haqlarının və missionerlərinin işinin müdafiəsi bəhanəsi ilə, əslində Osmanlı ərazisinin bir hissəsini tutmağa çalışırdılar. Eyni zamanda böyük dövlətlərin cəhdləri erməni liderləri tərəfindən siyasi hədəflərinin reallaşdırılması üçün istifadə edilirdi. Bu vəziyyət və daha sonrakı tarixi hadisələr rus-türk müharibələri zamanından Birinci dünya müharibəsinin sonuna qədər erməni ekstremizminin və dözümsüzlüyünün mənşəyi üçün əsas oldu. Nəticədə Rusiyanın, İngiltərənin və Fransanın müəyyən dairələri tərəfindən qızışdırılan, real tarixi faktları rədd edib, daha amansız metodlara— terrora əl atan sui-qəsdçi qrupları yarandı, inqilabçılar, kilsə xadimləri və ziyalıların nümayəndələri meydana çıxdı. Bunun nəticəsi kimi, XIX-XX əsrlərin hüdudunda yaranmış bütün erməni partiyaları,”Armenakan”, “Qnçak”, “Daşnaksütyun” siyasi mübarizə vasitəsi kimi terroru seçdilər. Erməni terror təşkilatları tərəfindən törədilmiş qanlı aksiyalar xüsusi qəddarlıq və kəskinliyi ilə fərqlənirdi və bir qayda olaraq bütöv yaşayış məskənlərinin, mədəni və dini abidələrin məhv edilməsi, uşaqlar və qadınlar da daxil olmaqla mülki əhalinin kütləvi qətlləri ilə müşayiət olunurdu.
ənilərMövzu № 9 Erməni terrorizmi
Dostları ilə paylaş: |