Erməni terrorizmi yarandığı andan bir sıra xüsusiyyətlərə malikdir.
Birinci-erməni terrorizmi yarandığıandan mütəşəkkilliyi,qəddarlığı,sistematik Planlı beynəlxalq xarakteri ilə fərqlənmişdir.
1885-ci ildə Vanda (Türkiyə),üzvüləri Osmanlı dövləti və avropa ölkələri ilə yanaşı,həmçinin Rusiya və İran ərazisində fəaliyyət göstərən ilk erməni siyasi partiyası “Armenikan” yaradılmişdır. Partiyanın rəhbəri Fransanın Marsel şəhərindən olan M.Portakalyan oldu. O,”erməni vətənpərvərlər cəmiyyətini”təşkil etdi. Bu cəmiyyət pul toplamaq və müasir silahlar almaqla məşğul idi ki, bu silahlar vanda və onun ətrafında yaşayan ermənilər üçün nəzərdə tutulmuşdur. Orada onlar özlərinə dost olan dövlətlərin köməyinə arxalanır, dəstələr yaradır və bu dəstələrə diversiya terror aktlarını öyrədərək van əhalisini üsyana hazırlayırdılar.
1887-ci ildə Cenevrədə yaradılmış “Qınçaq” erməni partiyası Osmanlı dövlətinə qarşı mübarizə yolunu terroru secdiyini elan etdi. “Qınçak”ın ideoloqları Türkiyədə və bütün avropada inqilabi yolla erməni dövləti yaradılması üçün silah almaq, terrorçu dəstələr hazırlamaq üçün ermənilərdən pul toplamağa başladılar. Bunun üçün onlar şantaj, hədə-qorxu, bütün zorakı üsullardan istifadə edir müsbət nətiçə alınmadıqda isə həmin ermənilər qəddarlıqla məhv edilirdilər.
Bu partiyanın nizamnaməsnin 4-cü bəndində nəzərdə tutulurdu: “nəzərdə tutulan hədəflərə nail olmaq üçün, inqilabçı hökümət aşağıdakı metodlara etməlidir : təbliğat, təşviqat, terror, təxribatçı təşkilatların yaradılması, Fəhlə kəndli hərəkatının inkişafı.... Təşviqat və terror insanların daha güclü və cəsarətli yetişməsinə xidmət etməlidir və s...”.
Digər bir siyasi təşkilat “Daşnaksütyun” erməni inqilabi federasiyası (EİF) partiyası 1890-çı ildə Çar Rusiyasının ərazisində Tiflis şəhərində yarandı.”Daşnaksyütun”un mərkəzi mətbuatı olan “Droşak”(bayraq) 1891-çi ildən başlayaraq 1930-çu ilə qədər Cenevrədə dərc olundu. “Daşnaksütyun”un da fəaliyyəti digər erməni təşkilatları kimi Türkiyənin dövlət və içtimai xadimlərinə qarşi terror və “dənizdən dənizə böyük ermənistan”uğrunda mübarizə aparmaq idi. Az bir müddət ərzində “Daşnaksütyun”un Cənubi Qafqazın şəhərlərində,İran,Türkiyə,Avropa ölkələri,Rusiyada və digər bir çox ölkə ərazilərində özəkləri yaradıldı.
Daşnaksütyun öz fəaliyyətində insanları silahlandırmaq üçün istənilən vasitələrə əl atır, toqquşmalar təşkil edir, hökumət məmurları və informatorları qorxudur, dövlət idarələrini qarət edir, və dağıdırdı və s. “Daşnaksütyun”un liderlərindən biri, soret rusiyasına birləşənə qədər bir müddət erməni dövlətinin baş naziri olmuş Saymon Vratzyan yazırdı ki, EİF “Daşnaksütyun”un 1891-ci il proqramına əsasən inqilabçı yolla məqsədlərinə nail olmaq üçün silahlı dəstələr yaradır, onlar isə hökumətə (Osmanlı) qarşı silahlı mübarizə aparırıdılar.
Erməni müəəllifi A.Ter Minasyan yazır ki, “XX əsrdə erməni fədailərinin hərəkatı İrandan Əlcəzairə qədər müsəlman dünyasında azadlıq mübarizəsinin xəbərçisi oldu”. Osmanlı dövlətini ərazisindəki terror aktları və kütləvi talanlar yalnız İsmanlı ərazisində yaşayan ermənilər tərəfidən deyil, həmçinin İran və Rusiya ərasində yaşayan ermənilər tərəfindən də həyata keçirilird transmilli xarakter daşıyırdı. Belə ki, Gülüstan və Türkməncay müqavilələrinə əsasən Azərbaycanın Dağlıq Qarabağ, Naxcıvan və digər regionlarına köçən ermənilər, XIX əsrin sonlarında Osmanlı dövlədinin ərazisində dövlət obyektlərinə və yaşayış məntəqələrinə hücumlar etmək məqsədi ilə dəfələrlə sərhəddi keçməyə cəhdlər göstərmişlər. Osmanlı dövlətinin Tflisdəki baş konsulluğunun məlumatına əsasən, həmçinin 1891, 1894, 1897 ci illərdə Daxili İşlər və Ədliyyə Nazirliklərinin yazışmalarına görə onlar İrandan gəlmiş ermənilərlə Qars ətrafında birləşməyi və Van, Bəyazid və Muşa hücumlar həyata keçirməyi planlamışdılar. Ermənilərin bu cinayətkar əməlləri Eçmiədzinkilsəsi tərəfindən dəstəklənmişdir.
İkinci xüsusiyyət erməni terrorizminin dünyada nümunə rolunu oynaması idi ki, bütün terror təşkilatları yaranmasına və fəaliyyətinə görə erməni terrorizminə “minnətdar” olmalıdırlar. 26 avqust 1896-ccı ildə əslən rusiyalı olan erməni vətəndaşları Osmanlı bankını hücum yolu ilə tutaraq orada işləyənlərə atəş açmış,onları girov götürmüş hakimiyyətə qarşı tələb irəli sürmüşlər. “Daşnaksütyun” partiyasının həyata keçirdiyi bu aksiyanın əsas sensasion xüsusiyyətlərindən biri də o idi ki, terrorçular Türkiyənin ərazisindən maneəsiz də çıxmaq istəyirdilər.
III xüsusiyyət, özünün formalaşması anından etibarən erməni terrorizmi törətdiyi zorakılıqların qəddarliğı, kəskinliyi, geniş əhatəliliyi ilə fərqlənmişdir. Öz məqsədinə çatmaq üçün eyni dərəcəli zorakılıqları etnik ermənilərə qarşı yönəltməkdən çəkinməmək. Məsələn: 1895-ci ildə erməni terrorçuları Avet partiyasının üzvüləri guya “türklərin törətdikləri vəhşiliklər” barədə dünya içtimaiyyatına çatdırmaq üçün böyük Van üsyanı hazırladılar. Van gölü ətrafındakı Axtamar monastırının abbatı monastırın əmanətlərindən bu məqsəd üçun istifadə etməkdən imtina etdi ona görə ki, hesab edirdi ki, Osmanlı imperiyasında ermənilər xoşbəxt yaşayırlar. Nətiçədə inqilabçı ermənilər abbatı və onun köməkçisini qətlə yetirərək 4 yerə bölüb gölə atdılar. Abbatın varisi isə tələb olunan məbləği ödədi. Bir ildən sonra isə başlayan aksiya zamanı ermənilər Vanın ətrafındakı müsəlman əhalisini tamamilə məhv etdilər. Bu erməni vəhşiliyi təxminən 100 ildən sonra 1988-ci ildə Sumqayıt şəhərində təkrarlandı. Sumqayıt hadisələrinin icraçıları SSRİ DTK-nın təhriki ilə Eduard Qriqoryanın başçılığı ilə erməni terrorçuları oldu. Ermənilər bu qəddarlıqları bütün millətlərə qarşı törədirlər,ilk növbədə isə türklərə və azərbaycanlılara qarşı işlədirlər. Sonralar tarix ermənilərin qeyri insani və əxlaqsız zorakılıqlarının, o cümlədən meyitlərin təhqir edilməsi, meyitlərin və canlı insanın dərisinin soyulması, insan bədəninin üzərində zorakılıq, ətraflarının kəsilməsi, qadınların və azyaşlı uşaqların zorlanması, hamilə qadınların qarınlarının cırılması, gözlərinin çıxarılması, insanların diri-diri şaqqalanması və yandırılması, məscidlərdə insanları kütləvi yandırmaq, kütləvi torpağa basdırmaq erməni terrorizminin törətdiyi qeyri insani, müdhiş zorakılıqlardır.