Biliklərin əldə olunması strategiyası



Yüklə 26,29 Kb.
səhifə1/2
tarix11.06.2023
ölçüsü26,29 Kb.
#128436
  1   2
Biliklərin əldə olunması strategiyası


Biliklərin əldə olunması strategiyası
Bilik əldə etmə (Knowledge Acquisition) komputer sistemində xüsusi tapşırıqların yerinə yetirilməsi üçün lazım olan informasiyanın və onun formallaşdırılmış strukturunun əldə edilmə prosesidir. Bu proses müəyyən məqsəd üçün biliyi komputerdə əks etdirmək texnikasını dərk edən və bununla bağlı aldığı bilikləri tərcümə edərək uyğun formaya sala bilən insan, yəni bilik mühəndisi tərəfindən həyata keçirilir. Başlanğıcda bilik mühəndisi həmin sahə ilə tanış olmaya bilər, ancaq sistemi qurmaq üçün bu sahədə olan bilik mənbələrini araşdıraraq qısa müddətdə işin öhdəsindən gəlməyi bacarmalıdır.
Ekspertdən bilik əldə edilməsi elə də asan proses deyil. Aşağıda verilənlər ekspertdən bilik əldə etmə və onları komputerə köçürməni mürəkkəbləşdirən faktorlardır:

  • Ekspert fikrini necə ifadə edəcəyini bilmir;

  • Ekspert vaxt ayırmaq və ya əməkdaşlıq etməkdən çəkinir;

  • Biliyin yoxlanması və emalı olduqca mürəkkəbdir;

  • Biliyin formalaşdırılması metodlarının təyin edilməsi zəifdir;

  • Sistem qurucuları bir mənbədən bilik almaq istəyərkən, biliklər səpələnmiş halda ola bilir;

  • Ekspert əvəzinə əsaslandırılmış bilikləri almağa cəhd edir, bu biliklər də çox vaxt yarımçıq olur;

  • Lazımsız verilənlərə qarışan biliyi ayırd etmək çətin olur;

Bilik əldə etmənin üç strategiyası mövcuddur:

  • bilikləri ələ keçirmə;

  • biliklərə yiyələnmə;

  • bilikləri formalaşdırma.

Biliklərin ələ keçirilməsi zamanı ekspert bilik mənbəyi ilə qarşılıqlı əlaqədə olur və predmet oblastı barədə qərar qəbul edərkən fikri əyaniləşmiş olur.
Biliklərə yiyələnmə biliklər bazasının avtomatik yaradılmasını nəzərdə tutur. Yəni bu zaman xüsusi proqramın köməyilə biliklər avtomatlaşdırılmış qaydada biliklər bazasının doldurur. Bu da dialoq rejimi ilə ekspertdən alınmış biliklər vasitəsilə həyata keçirilir. Bunun üçün predmet oblastı baza qurulmamışdan əvvəl hərtərəfli formada araşdırılmalıdır.
Biliklərin formalaşdırılması zamanı alqoritm, model və metodların işlənib hazırlanması prosesi baş tutur.
Biliklərin ələ keçirilməsi olduqca uzun və ağır prosesdir. Biliklər bazası qurularkən ən çox zəhmət tələb edən də məhz müxtəlif mənbələrdən biliklərin çıxarılmasıdır. Bu bilik mühəndisinin vəzifəsidir və sistem təhlili, koqnitiv psixologiya, riyazi məntiq kimi xüsusi biliyə malik mühəndis predmet oblastının modelini qurmalıdır. Həmin model ekspertin istifadə etdiyi modeli təkrarlaya bilməlidir.
Bilik ələ keçirmənin bir neçə metodu var ki, əsas olanları aşağıdakılardır:

  1. Ən yararlı bilik əldə etmək üsulu ekspertin əvvəlki təcrübələrinə göz gəzdirməkdən çox onunla üzbəüz müsahibə almaqdır.

  2. Müxtəlif əlaqə vasitələrindən istifadə ilə bilik mübadiləsini həyata keçirmək də effektivdir.

  3. Video əlaqə də bilik ələ keçirmə və fikir mübadiləsi üçün indiki dövrdə əlverişli vasitədir.

Bilik əldə ediləcək şəxslə yaxşı müsahibə informasiyanın daha tam və dəqiq təqdim edəcəyinə stimul verir. Sadəcə sual verməklə qarşı tərəfdən almaq istədiyin bildiyi ala, həmçinin onu lazım olan vəziyyətə gətirmək olar. Yaxşı suallar qəraraların arxasındakı səbəbləri araşdırır.
Bilik ələ keçirmənin 3 aspekti və hər aspektin müxtəlif təbəqələri vardır.

  • Psixoloji aspekt

    • Kontakt

    • Prosedur

    • Koqnitiv

  • Linqvistik aspekt

    • Ümumi kod problemi

    • İstifadəçi tezaurusu(lüğəti)

    • Anlayış strukturu

  • Qnoseoloji aspekt

Psixoloji aspekt ünsiyyət modeli olub bazanı yaradacaq bilik mühəndisi və ekspertin dialoqu nəticəsində biliklərin çıxarılması aspektidir. Biliyin ələ keçirilməsinin ən yaxşı üsulu ünsiyyət sayılsa da onun da bir neçə çatızmazlıqları var. Belə ki, ekspertlə mühəndis arasında dialoq baş tutarkən ekspert ümumi biliyinin ən yaxşı halda 90%-ini ifadə edə bilir, mühəndis isə bunun 80%-ini eşidir, 60%-ini başa düşür, yadda qalan həcmi isə sadəcə 24%-ə bərabər olur. Yəni, bilik üzrə mühəndis ekspertin biliyinin sadəcə ¼-ini ələ keçirməyə müvəffəq olur. Əlbəttə ki, bu faizi artırmaqçün müxtəlif əlavə təsirlər etmək mümkündür. Bunun üçün psixoloji aspektin təbəqələrinə nəzər salaq.
Ilk təbəqə kontakt təbəqəsidir, hansı ki ekspertlə mühəndisin bilik mübadiləsinə ətraf mühitin təsirindən birbaşa asılıdır. Bilik ələ keçirmə zamanı adətən elə yerlər seçilməlidir ki, orada fikir dağınıqlılığına səbəb olacaq hər hansı bir təsir olmasın. Həmçinin, uğurlu nəticə almaq üçün rəqabət halında deyil, birlik formasında fəaliyyət göstərmək olduqca əhəmiyyətlidir. Yaxşı yaddaş, diqqət, müşahidəçilik, analitik düşünmə və nəticə çıxara bilmə bacarığı, o cümlədən öz xarici görünüşünə fikir vermə kimi xüsusiyyətlər bilik mühəndisinə bilik əldə etmək üçün yardım edəcək xassələrdir.

Yüklə 26,29 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin