ERP (müəssisə ehtiyatlarının planlaşdırılması) – müəssisə və təşkilatların idarə edilməsi üçün mükəmməl səviyyədə yaradılmış çox-funksiyalı avtomatlaşdırılmış sistem
Kadrların idarə edilməsi proqramı – yerli və beynəlxalq əmək qanunvericiliyinə, mövcud standartlara uyğun olaraq kadr ehtiyatlarının idarə edilməsi, işə davamiyyətə nəzarət və işçilərin attestasiyalarının keçirilməsi üçün avtomatlaşdırılmış sistem. Proqram təminatı əmək haqlarının hesablanması, ezamiyyələr, inzibati tənbehlər, işə davamiyyət və digər vacib funksiyaları dəstəkləyir.
Kargüzarlığın aparılması proqramı (E-kargüzarlığın tətbiqi) – müəssisə və təşkilatlarda kargüzarlığın Azərbaycan Respublikasının mövcud qanunvericilik aktlarına uyğun aparılmasını yüksək səviyyədə təmin edir, zəruri hesabatların hazırlanması və bir çox funksiyaların yerinə yetirilməsi avtomatlaşdırılmışdır.
Sığorta biznesinin idarə edilməsi sistemi (SBIES) – sığorta əməliyyatlarının avtomatlaşdırılmış uçotu üzrə proqram təminatı.Təqdim olunan proqram sığorta şirkətində istifadə olunan mühasibatlıq proqramını 1C 8.2 mühasibatlıq proqramına inteqrasiya etmək imkanına malik olmaqla, onun əsasında yaradılan Sistemin sığorta şirkəti tərəfindən aparılan fəaliyyət, potensial müştərilərlə aparılan işlər, bağlanmış müqavilələr üzrə aparılan işlər, onların uçotu və nəzarəti ilə bağlı biznes proseslərini dəstəklənməsini təmin edir.Proqram təminatının tətbiqi nəticəsində yaradılan Sistem aşağıdakı fəaliyyət istiqamətlərini əhatə edir:
«Sığorta müqavilələri üzrə debitor borclar» modulu
«Reqress/Subroqasiya» modulu
● Əlavə modullarSistem eyni zamanda 6 altsistemdən — obyektlərin yaradılması, 1C-dən interfeyslərin təminatı, biznes proseslərinin dəstəklənməsi, veb-interfeyslərin təminatı, axtarışa daxiloma və hesabatlar altsistemlərindən ibarətdir.