BöYRƏk daşi xəSTƏLİYİ



Yüklə 50,66 Kb.
səhifə1/5
tarix14.12.2023
ölçüsü50,66 Kb.
#179145
  1   2   3   4   5
referat 3878


BÖYRƏK DAŞI XƏSTƏLİYİ
Böyrək daşı xəstəliyi – böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir. Bu zaman böyrəklərdə və/və ya sidik xaric edən digər orqanlarda daşlar əmələ gəlir.
Daşlar həm kiçik (3 mm-dək), həm də iri (15 sm-dək) ölçülərdə ola bilər. Bəzi hallarda böyrək daşları özünü heç bir əlamətlə büruzə vermədən uzun müddət mövcud ola bilər. Bu halda onlar digər orqanların hər hansı bir xəstəliyinin müayinə edilməsi zamanı aşkar edilir. Əksər hallarda isə onlar ağrı tutmaları, sidik ifrazı zamanı olan pozğunluqlar (bu barədə xəstəliyin simptomları bölməsində oxuya bilərsiniz) və digər əlamətlərlə müşayiət olunurlar. Böyrək daşı xəstəliyini mütləq müalicə etmək lazımdır. Müalicə edilmədiyi halda onun fonunda pielonefrit xəstəliyi də inkişaf edə bilər.
Böyrək daşı xəstəliyinin risk faktorları:
- irsi meylliliyin olması;
- mədə-bağırsaq (qastrit, kolit, xora xəstəliyi və s.) və sidik-cinsiyyət sisteminin (pielonefrit, prostatit, prostat vəzin adenoması, sistit və s.) xroniki xəstəlikləri;
- qalxanvariyanı vəzin funksiyasının pozulması;
- osteomielit, osteoporoz, sümüklərin digər xəstəlikləri və ya travmaları;
- müxtəlif mənşəli zəhərlənmələr və ya infeksion xəstəliklər nəticəsində orqanizmin uzun müddət susuzlaşması;
- orqanizmdə baş verən vitamin (xüsusən D qrupu) çatışmazlıqları;
- sidiyin turşuluğunu artıran qida məhsullarının (kəskin, turş, duzlu qidalar) daimi şəkildə qəbul edilməsi;
- tərkibində duzların yüksək səviyyədə olduğu suların qəbul edilməsi;
- coğrafi faktor. İsti iqlim şəraitində yaşayan insanlarda böyrək daşı xəstəliyinin inkişaf etmə ehtimalı daha yüksək olur;
- ultrabənövşəyi şuaların daimi olaraq çatışmazlığı.
Böyrək daşı xəstəliyinin əlamətləri:
- Bel nahiyəsində olan ağrılar. Bel nahiyəsində (sağ və solda olmaqla bir və ya ikitərəfli)olan küt, üzücü ağrı fiziki gərginlik və ya sadəcə olaraq, bədən vəziyyətinin dəyişməsi zamanı daha da artır. Bu, sidik xaric edən orqanlarda daş olmasının ən xarakterik əlamətlərindən biridir. Daş böyrəkdən sidik axarına keçdikdə ağrı qarının aşağı hissəsində, qasıq nahiyəsində, cinsiyyət orqanlarında hiss olunur, bəzən isə ağrı ayağa da yayıla bilər. Güclü ağrı tutmasından (sancısından) sonra daşlar sidik ilə birlikdə xaric ola bilərlər.
- Böyrək sancısı. Bu zaman bel nahiyəsində həddən artıq ağrı tutması baş verir. Azalaraq və yenidən başlayaraq ağrı tutması bir neçə gün ərzində davam edə bilər. Daş yerini dəyişdikdə və ya sidik axarından sidik kisəsinə düşdükdə ağrı kəsilir.

- Sidik ifrazının tezləşməsi və ağrılı olması. Belə ağrılar – daşların sidik axarında və ya sidik kisəsində olmasına dəlalət edir. Bəzi hallarda sidik kisəsi boşalmasa da sidik ifrazı birdən kəsilə bilər. Bu “tıxanma” sindromu kimi adlandırılır və bədənin vəziyyətini azca dəyişən kimi, sidik ifrazı davam edir.


- Sidikdə qanın olması. Sidikdə qanın olması güclü böyrək sancısından və ya ağır fiziki gərginlikdən sonra baş verə bilər.
- Sidiyin bulanması.
- Arterial təzyiqin yüksəlməsi.
- Bədən temperaturunun 38-40°C-yədək yüksəlməsi – proses pielonefritin qoşulması üçün xarakterikdir;
Müalicəsi
Bu xəstəliyin müalicə metodu daşın (və ya daşların) ölçülərindən, onların yerləşməsindən, xəstənin vəziyyətindən və s.-dən asılıdır. Əsas müalicə metodları – konservativ (dərmanların köməyi ilə) müalicə metodu və cərrahi metoddur.

Konservativ metod daşların ölçüləri 3-5 mm qədər olduqda istifadə oluna bilər. Xəstəyə xüsusi dərman preparatları, fizioterapiya, homeopatiya (otlarla müalicə), pəhriz (daşın mineral tərkibindən asılıdır) təyin olunur. Nəzərinizə çatdıraq ki, böyrək daşı xəstəliyi çox ağır və təhlükəli xəstəlikdir ki, müalicə olunmadığı halda müxtəlif ağırlaşmalara (böyrəyin irinlənməsi, xroniki böyrək çatışmazlığı və s.) və hətta xəstənin həlak olmasına gətirib çıxara bilər. Bu səbəbdən heç bir halda həkimin məsləhəti olmadan dərman və hətta xalq təbabəti üsullarından istifadə etməyin. Öz-özünə müalicə çox ağır nəticələrə gətirib çıxara bilər.


Müalicə zamanı xəstə maye qəbulunu artırmalıdır ki, xırdalanmış daşlar sidiyin axarı ilə böyrəklərdən daha asan xaric olunsun. Gün ərzində xəstə 2,5-3 və daha artıq təmiz filtrdən keçirilmiş su qəbul etməlidir. Daşların böyrəklərdən xaric olunması bəzən ağrılı olduğuna görə həkim xəstəyə ağrıkəsici preparat təyin edə bilər.
Əgər ən böyük daşın ölçüsü 5 mm-dən böyükdürsə müxtəlif cərrahi üsullar tətbiq oluna bilər. Bu üsulların arasında ən az travmatik üsul – distansion-dalğalı litotripsiya.
Xüsusi cihaz (litotriptor) vasitəsilə elektromaqnit şüaları böyrəklərdə olan daşları xırdalayır. Sonra xırdalanmış daşlar sidiyin axarı ilə xaric olunur. Bu üsul daşların ölçüləri 2 sm-dən böyük olmadıqda istifadə oluna bilər. Prosedur damar daxili anesteziya istifadəsi ilə keçirilir. Prosedurdan sonra xəstə klinikada 1-2 gün qaldıqdan sonra evə yazılır.
litotripsiya lazım olan effekt vermədikdə cərrahi əməliyyat təyin olunur. Hal-hazırda bu əməliyyatlar müasir endoskopik üsullarla keçirilir. Uretradan və sidik kisəsindən böyrəyə və ya sidik kanalına kiçik videokamerası ilə təchiz olunmuş xüsusi cihaz – (nazık borucuq) daxil edilir. Bundan sonra daş lazerin köməyi ilə xirdalanır və ya uretradan çıxarılır. Həkim əməliyyata kompüter monitoru vasitəsilə nəzarət edir. Təbii ki, belə müasir üsullar xəstənin əməliyyatdan sonra daha tez bir zamanda bərpa olunmasına imkan verir.
Böyrəkdaşı böyrəklərin başqa patologiyaları ilə müqayisədə tez-tez təsadüf olunan xəstəlikdir. Bu, Yer kürəsində qeyri-bərabər yayılıb. Bu zaman böyrəklərdə və ya sidik xaric edən digər orqanlarda daşlar əmələ gəlir. Böyrəkdaşı xəstəliyinin çox yayıldığı ərazilər arasında Qafqaz və orta Asiya xüsusi yer tutur. Xəstəliyə kişilərdə qadınlara nisbətən çox təsadüf edilir. Daşlar həm kiçik (3 mm-dək), həm də iri (15 sm-dək) ölçülərdə ola bilər. Bəzi hallarda böyrək daşları özünü heç bir əlamətlə büruzə vermədən uzun müddət mövcud ola bilər. Bu halda onlar digər orqanların hər hansı bir xəstəliyinin müayinə edilməsi zamanı aşkar edilir. Əksər hallarda isə onlar ağrı tutmaları, sidik ifrazı zamanı olan pozğunluqlar və digər əlamətlərlə müşayiət olunurlar. Böyrək daşı xəstəliyini mütləq müalicə etmək lazımdır. Müalicə edilmədiyi halda onun fonunda pielonefrit xəstəliyi də inkişaf edə bilər.

Yüklə 50,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin