АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 71, №1, səh. 77-80 (2016)
77
Böyük Qafqazın Cənub Ətəklərində Meşə Siçanlarının (Sylvaemus, Rodentia)
Parazit Faunasının Epizootoloji Və Epidemioloji Xarakteristikası
C.Ə. Nəcəfov¹*, Q.H. Fətəliyev², Q.O. Hüseynova¹
¹Azərbaycan Tibb Universiteti, Bakıxanov küçəsi, 23, Bakı AZ 1022,Azərbaycan;
*E-mail:canbaxish@ gmail.com
²AMEA Zoologiya İnstitutu, A.Abbaszadə küç., 504-cü məhəllə, Bakı AZ 1073, Azərbaycan
Böyük Qafqazın cənub ətəklərində, ilk dəfə olaraq meşə siçanlarının parazitfaunası öyrənilmiş və
onlarda 43 növ parazit aşkar edilmişdir. Bu parazitlərin 22 növü helmint, 6 növü birə, 7 növü gənə, 8
növü isə koksididir. Ümumilikdə, meşə sicanlarının helmintlə yoluxma ekstensivliyi 73,7%, gənələrlə
yoluxma ekstensivliyi 56,4%, birələrlə yoluxması 61,7%, koksidilərlə yoluxması 47,2% təşkil etmişdir.
Aşkar edilmiş parazitlərdən helmintlərin 7 növü, koksidilərin isə 2 növü, ektoparazitlərin 8 növü insan
və ev heyvanlarını müxtəlif xəstəliklərə yoluxdurur. Ona görə də epizootoloji və epidemioloji cəhətdən
ekosistemdə mühüm əhəmiyyət kəsb edir.
Açar sözlər: Meşə siçanları, helmint, gənə, birə, koksidi, fauna, epizootologiya, epidemiologiya
GİRİŞ
Meşə siçanları təbii biosenozun qida zəncirin-
də mühüm əhəmiyyət kəsb edərək vəhşi və əhli ət-
yeyən heyvanların qidasını təşkil edir. Meşə siçan-
ları Azərbaycanın müxtəlif landşaftlarında geniş
yayılaraq 200 m-dən 700 m-ə qədər miqrasiya et-
diklərindən və yaşayış məskənlərinə də daxil olduq-
larından insan sağlamlığı üçün də daim potensial
təhlükə mənbəyi sayılırlar.
Yaşayış məskənlərinə qədər miqrasiya edən
meşə siçanları ətraf mühiti təhlükəli parazit və onun
yumurtaları ilə çirkləndirərək insan və ev heyvan-
larını müxəlif növ parazitlərlə yoluxdurmaq təh-
lükəsi yaradırlar.
Meşə siçanları tulyaremiya, leptospiroz, tif,
qızılyel kimi infeksion, eləcədə piroplazmoz, meso-
cestoidoz, alveokokkoz, koksidioz, trixinel-lyoz,
gənə ensefaliti kimi epidemioloji xəstəliklərin də
əsas və aralıq sahibi olmaqla bərabər, həm də on-
ların təbii daşıyıcıları və ötürücüləridirlər.
Onu da qeyd etmək lazımdır ki, meşə siçan-
larının ektoparazitlərinin özləri – gənə və birələr
ayrılıqda sanitariya cəhətdən mühüm əhəmiyyətə
malik olub, bəzi başlıca helmintoz törədicilərinin ev
heyvanlarına və insanlara ötürülməsində, sinantrop
ocaqlıqların yaranmasında, transmissiv xəstəliklərin
yayılmasında yoluxma mənbəyi kimi mühüm rol
oynayır.
Epizootoloji və epidemioloji cəhətədn xüsusi
əhəmiyyət kəsb etməsinə baxmayaraq, meşə siçan-
larının parazit faunası (helmintləri, ektoparazitləri
və koksidiləri) kifayət qədər öyrənilməmiş, təhlü-
kəli parazitlərin isə epizootoloji və epidemioloji
əhəmiyyəti müəyyən edilməmişdir. Yalnız bir sıra
tədqiqatçılar tərəfindən ayrı-ayrılıqda meşə siçan-
larının parazitlərinin öyrənilməsinə aid bəzi
məlumatlar verilmişdir (Abusəlimov, 1963; Mul-
yarskaya, 1978; Musayev və Veysov, 1965; Haci-
yev, 1988; Fətəliyev, 2009).
Azərbaycanın bəzi rayonlarında aparılmış bu
tədqiqat işlərindən çox uzun müddət keçdiyindən
və bu işlər məqsədyönlü aparılmadığından alınan
nəticələr meşə siçanının bisoenozda oynadığı rolu
müəyyən etməyə imkan verir.
Bu baxımdan Böyük Qafqazın cənub ətəklə-
rinin müxtəlif landşaftları üzrə geniş yayılmış meşə
siçanlarının parazit faunası və onun epizootoloji və
epidemioloji əhəmiyyətinin müəyyən edilməsinin
həm elmi, həm də praktiki əhəmiyyəti vardır. Ona
görə də bu tədqiqatın aparılması müasir dövr üçün
aktual olub, məqsədəuyğundur.
MATERİAL VƏ METODLAR
Böyük Qafqazın cənub ətəklərində meşə siçan-
larının parazit faunasını öyrənmək məqsədilə ərazi-
nin müxtəlif landşaftlarından əldə edilmiş 131 meşə
siçanları müvafiq üsullarla-THY, kompressor,
Fülliborn-Darlinq üsulları ilə tədqiq edilmişdir
(Skryabin, 1928; Vısotskaya, 1973). Parazit fauna-
nın növ tərkibini təyin etmək üçün helmintlərdən -
sestodları rəngləmə üsulu ilə, nematodlardan isə
müvəqqəti preparat hazırlanır. Gənə və birələr 2
kompressor şüşəsi arasında sıxılaraq mikroskop
altında morfoloji əlamətlərə görə növlər təyin edilir.
Koksidlər isə- nəcis nümunələri su ilə qarıçdırılıb,
sentrofuqada 5 dəq. fırladıldıqdan sonra 1 damla
əşya şüşəsi üzərinə qoyulub, mikroskop altında 1
görüş dairəsində görünən oosistalara görə koksidi
növləri təyin edilir.
Nəcəfov və b.
78
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Tədqiqat nəticəsində meşə siçanlarında 43 növ
parazit aşkar edilmişdir. Bu parazitlərin 22 növü
helmint, 6 növü birə, 7 növü gənə, 8 növü isə kok-
siddir.Aşkar edilmiş parazitlər meşə siçanlarının
parazit faunasının tərkib hissəsini təşkil edir. Ümu-
milikdə, meşə siçanlarının helmintlə yoluxması
73,7%, gənələrlə yoluxması 56,4%, birələrlə yolux-
ması 61,7%, koksidilərlə yoluxması isə 47,2%
təşkil etmişdir (Cədvəl 1).
Cədvəldən göründüyü kimi, meşə siçanlarında
helmintlərdən H.diminuta (73%), H.taeniaeformis
(65,6%), H.polygyrus (64,8%), M.lineatus (60,3%);
birələrdən A.schelkovnikovi (74,1%), A.rossica
(55,5%); gənələrdən A.glasgowi (74,8%), İ.reducor-
zevi (71,3%); koksidilərdən isə E.divichinica
(51,9%) yüksək ekstensivlik və intensivliklə geniş
yayılmışdır.
Cədvəl 1. Meşə siçanlarında aşkar edilmiş parazitlərin növ tərkibi
Paraziitlərin adları
Yoluxmuşdur
Yoluxmanın
ekstensivliyi
(%-lə )
Yoluxmanın
intensivliyi
(-dən -dək)
Helmintlərin
ümumi sayı
Helmintlər
Brachylaemus recurvus Dujardin, 1845
24 – 5
20,8
3 – 7
21
Catenotaenia pusilla Goeze, 1782
131 – 69
52,6
5 – 9
145
Hymenolepis diminuta Rudolphi, 1819
131 – 96
73,2
2 – 6
297
Hydatigera taeniaeformis Lamark, 1861
131 – 86
65,6
2 – 4
194
Alveococcus multilocularis Abulatse, 1960
93 – 13
13,9
1 – 4
42
Mesocestoides lineatus Railliet, 1893
131 – 79
60,3
1 – 5
186
Moniliformis moniliformis Bremser, 1811
64 – 11
17,1
1 – 3
19
Trichocephalus muris Schrank, 1788
131 – 45
35,2
5 – 12
186
Tr. Carlieri Gedoelist, 1916
107 – 39
36,4
7 – 14
97
Hepaticola hepatica Hall, 1916
131 – 66
50,4
5 – 9
167
Heliqmosomoides laevus Dujardin, 1845
47-14
29,8
2 – 6
33
H. polygyrus Dujardin, 1845
131 – 84
64,8
4 – 9
236
H. yorkei Schulz, 1926
43 – 18
41,8
3 – 7
78
Heligmosomum costellatum, Dujardin, 1845
60 – 26
43,3
2 – 5
61
Syphacia obvelata Rudolphi, 1802
131 – 69
52,6
12 – 25
216
Syphaciurus rodenti Erkulov, 1975
43 – 19
44,1
7 -14
85
Aspicularis asiatica Schulz, 1927
131 – 57
43,5
4 – 20
146
A.kazakstanica Nasarova et Sweschnikova, 1930
107 – 46
42,7
3 – 21
97
A.schulzi Popow et nazarova, 1936
107 – 41
38,1
5 – 19
92
Gongylonema neoplasticum Fibiger et Ditlevsen, 1914
107 – 33
30,6
3 – 7
58
Rictularia caucasica Schulz, 1927
131 – 48
36,6
5 – 9
89
Mastophorus muris Diesing, 1853
24 – 9
37,5
4 - 7
48
B i r ə l ə r
Myoxopsylla jordani Ioff et Arg., 1934
34
25,7
1 - 4
29
Ceratophyllus fasciatus Bock, 1800
68
51,6
2 - 7
78
C.consimiles Wagn, 1898
57
43,5
3 - 8
98
Frontopsylla elata caucasica Ioff et Arg., 1934
25
19,1
1 - 2
35
Amphipsylla rossica Wagn, 1912
71 - 39
55,5
2 - 4
41
A.schelkovnikovi Wagn, 1909
97
74,1
3 - 8
131
G ə n ə l ə r
Miyatrombicula talyzini Esoensis Salsa et Ogata, 1953
43
32,8
1 - 2
29
M. barbatulus Mulyarskaya, 1978
60 - 19
31,6
1 - 2
21
Eltonella crinita Schluger, 1966
81
61,8
3 - 5
85
Androlaelaps glasgowi Ewing, 1925
98
74,8
2 - 11
98
İxodes reducorzevi Olenev, 1927
93
71,3
4 - 7
96
İxodes laguri Olenev, 1929
59
45,1
1 - 3
41
Dermacentor marginatus Sulzer, 1776
76
58,1
3 - 7
89
K o k s i d i l ə r
Eimeria divichinica Musayev et Veysow, 1963
68
51,9
4 - 25
270
E. badamlinica
28
21,3
2 - 11
60
E.gomurica
21
16,1
2 - 9
41
E.jerfinica
24
18,3
2 - 17
71
E.muris Valerio, 1932
23
17,5
3 - 7
41
E. sylvatica Prasad, 1960
34
25,8
3 - 18
128
E.gumbaschica Musayev et Veysow, 1963
19
14,5
1 - 9
29
E.zaurica Musayev et Veysow, 1963
17
12,8
1 - 3
21
Böyük Qafqazın Cənub Ətəklərində
79
Helmintlərdən B.recurvus, H.laevus, H.yorkei,
M.muris, S.rodenti; birələrdən F.elata caucasica,
M.jordani; gənələrdən M.barbatulus; koksidilərdən
E.zaurica landşaftlarda areal daxilində məhdud
yayılmışdır.
Ümumilikdə, meşə siçanlarının helmintlərlə
yoluxma ekstensivliyi 73,7%, gənələrlə yoluxması
56,4%, birələrlə yoluxmsı 61,7%, koksidlərlə yo-
luxması isə 47,2% təşkil etmişdir.
Meşə siçanları arasında parazitlərin belə fərqli
yayılma qanunauyğunluğu birbaşa landşaftların
bioekoloji xüsusiyyətlərindən, xüsusilə meşə siçan-
larının sıxlığından, landşaftlarda mövcud olan ara-
lıq sahiblərindən, birə və gənələrin inkişafı və ya-
yılması üçün lazım olan optimal iqlim şəraitinin və
yuvalarının nəmişliyinin çox olmasından və s. amil-
lərin təsirindən irəli gəlir. Belə ki, gənə və birələrin
meşə siçanları arasında yayılması onların sıxlığın-
dan, bir-biri ilə təmasından, məskunlaşdığı yuvala-
rın xüsusiyyətlərindən asılıdır. Helmintlərin yumur-
taları ərazidə geniş yayıldiğından meşə siçanlarının
asanlıqla yoluxması baş verir. Birə və gənələr meşə
siçanlarının bir-biri ilə yaxın təmasından asanlıqla
birindən digərinə keçirlər. Koksidilər isə sanitariya
cəhətdən çox natəmiz yerlərdə, yuvaların nəmişliyi
çox, heyvanların sıxlığı yüksək olduqda meşə si-
çanları arasında yüksək ekstensivlik və intensivliklə
yayılırlar. Digər tərəfdən də meşə siçanları daim
özləri-özlərini təkrarən yoluxdururlar.
Tədqiqat zamanı meşə siçanlarında aşkar edil-
miş parazitlər epizootoloji və epidemioloji cəhətdən
hər biri ayrı-ayrılıqda təhlil edilərkən müəyyən
edildi ki, 7 növ helmint (H.diminuta, S.obvelata,
A.multilocularis,
H.taeniaeformis,
M.lineatus,
H.hepatica, G.neoplasticum), 2 növ koksidi
(E.divichinica, E.sylvatica), 4 növ birə (C.fasciatus,
C consimiles, F.elata caucasica, A.rossica), 4 növ
gənə (A.glasgowi, İ.reducorzevi, İ.laguri, D.mar-
ginatus) insan və ev heyvanlarını yoluxduraraq
epizootoloji, epidemioloji əhəmiyyət kəsb edir və
ekosistemdə mühüm rol oynayır. Helmintlərdən
H.diminuta, S.obvelata – insanlar üçün epidemio-
loji; H.taeniaeformis, A.multilo-cularis, M.lineatus,
H.hepatica isə həm epizo-otoloji, həm də epidemio-
loji, G.neoplasticum isə qoyunlar üçün epizootoloji
əhəmiyyət kəsb edir.
Birələrdən C.fasciatus, C.consimiles, F.elata
caucasica, A.rossica- taun infecsion xəstəliyinin
ötürülməsində epizootoloji və epidemioloji əhəmiy-
yət kəsb edir.
Gənələrdən A.glasgowi-nefro-nefrit və tulyare-
miyanın, İ.reducorzevi-tulyaremiya və rikketsiozun;
İ.laguri - patogen rikketsiozun spontan təbii daşıyı-
cısı olub epizootoloji və epidemioloji əhəmiyyət
kəsb edir. Dermacentor marginatus isə at və itlərdə
piroplazmoz, titrətmə, gənə ensefalitinin ötürücüsü
olub, yalnız epizootoloji əhəmiyyət kəsb edir.
Koksidilərdən E.divichinica, E.sylvatica epizo-
otoloji əhəmiyyət kəsb edir.
Beləliklə, bir sıra səbəblərdən müxtəlif land-
şaftlara və insan məskənlərinə miqrasiya edən meşə
siçanlarının sıxlığı artdığından helmintlər, gənə,
birə və koksidlər birindən digərinə asanlıqla keçir.
Təkrari yoluxmalar nəticəsində meşə siçanları ara-
sında daim paraztlərin mübadiləsi gedir və göstə-
rilən ərazilərda həmişə yoluxma mənbəyi saxlanı-
laraq parazitar ocaqlıqlar əmələ gəlir.
Meşə siçanlarının parazit faunasının öyrənil-
məsinin elmi, nəzəri əhəmiyyəti ilə yanaşı mühüm
praktiki əhəmiyyəti də vardır. Parazitlərin meşə si-
çanları arasında yayılma səbəblərini, onların epi-
zoo,-epidemioloji əhəmiyyətini müəyyən etməklə
onlara və yaranmış parazitoloji ocaqlara qarşı
effektli kompleks mübarizə tədbirlərini təşkil etmək
olar.
Ona görə də yeni yaranmış ocaqlıqlara, epizo-
otoloji və epidemioloji əhəmiyyət kəsb edən pa-
razitlərə qarşı müvafiq mübarızə tədbirlərinin təş-
kil edilərək müvafiq yerlərdə tətbiq edilməsi günün
qarşıda duran təxirəsalınmaz vacib məsələlərindən
biridir.
NƏTİCƏLƏR
1.
Böyük Qafqazın cənub ətəklərində ilk dəfə ola-
raq meşə siçanlarının parazitfaunası öyrənilmiş
və onlarda 43 növ parazit aşkar edilmişdir. Pa-
razitlərin 22 növü helmint, 6 növü birə, 7 növü
gənə, 8növü isə koksiddir. Ümumilikdə, meşə
sicanlarının helmintlə yoluxma ekstensivliyi
73,7%, gənələrlə yoluxma ekstensivliyi 56,4%,
birələrlə yoluxması 61,7%, koksidilərlə yolux-
ması 47,2% təşkil etmişdir.
2.
İlk dəfə olaraq, meşə siçanlarında 17 növ para-
zitin insan və ev heyvanlarını yoluxdurmaq üçün
potensial təhlükə törətdikləri müəyyən edilmiş-
dir. Bu parazitlərin 7 növü helmint (H.diminuta,
M.lineatus, H.taeniaeformis, A.multilocularis,
H.hepatica, S.obvelata, G.neoplasticum), 8 növü
ektoparazit (C.fasciatus, C.consimilis, F.elata
caucasica, A.rossica, İ.reducorzevi, İ.laguri,
A.glasgowi, D.marginatus), 2 növü isə koksid-
dir (E.divichinica, E.sylvatica).
ƏDƏBİYYAT
Абусалимов Н.С. (1963) Иксодовые клещи и
гемоспоридиозы сельскохозяйственных жи-
вотных. Баку: Азернешр, 127 с. (на азерб. яз.).
Высоцкая С.О., Даниел М.К. (1973) Методы
паразитологических исследований. Л.: 70 с.
Nəcəfov və b.
80
Гаджиев А.Т., Мустафаева З.А., Дубовченко
Т.А. (1988) Эктопаразиты и кровососы поз-
воночных животных Азербайджана (каталог).
Баку: Элм, 234 с.
Мулярская Л.В. (1978) Тромбокулиды Азер-
байджана. Матер-ы 1-ой Закавказск. конф. по
общей паразитологии. Тбилиси: Мецниереба,
с.156-162.
Мусаев М.А., Вейсов А.М. (1965) Кокцидии
грызунов ССС. Баку: АН АзССР, с. 76-83.
Скрябин К.И. (1928) Методы полных гельмин-
тологических вскрытий позвоночных, включая
человека. М. МГУ, 45 с.
Фаталиев Г.Г. (2009) Гельминтофауна грызу-
нов (Rodentia) Азербайджана и пути ее фор-
мирования. Юг России: Экология, развитие,
№ 4: 118-122.
Эпизоотологическая И Эпидемиологическая Характеристика Лесной Мыши
На Южном Склоне Большого Кавказа
Дж.А. Наджафов¸ Г.Г. Фаталиев¸ Г.О. Гусейнова
Впервые при изучении фауны паразитов на южном склоне Большого Кавказа у лесной мыши было
обнаружено 43 вида паразитов. Из них 22 вида - гельминты, 6 видов- блохи, 7 видов- клещи, 8 видов-
кокциды. В целом, процент экстенсивности зараженных гельминтами составляет 73,7 %, клещами
56,4%, блохами 61,7 %, кокцидами 47,2 %. Выявленные из паразитов -7 видов гельминты, из эктопа-
разитов- 8 видов, из кокцидов- 2 вида являются переносчиками различных заболеваний. Они¸ заражая
человека и животных¸ играют важную роль в экосистеме и имеют важное эпизоотологическое и эпи-
демиологическое значение.
Ключевые слова: Лесная мышь, гельминт, клещ, блоха, фауна, эпизоотология, эпидемиология
The Epizootological And The Epidemiological Characteristics Of The Parasite Fauna
Of The Forest Mice (Sylvaemus, Rodentia) On The South Slopes Of The Big Caucasus
D.A. Nadjafov, Q.H. Fataliev, Q.O. Huseynova
Parasite fauna of forest mice has been studied for the first time on the South slopes of the Big Caucasus and
43 parasite species have been identified. Twenty two of them appeared to be helminths, six were fleas, seven
were flares and eight were coccidia. In general, extensiveness of infections with helminths, flares, fleas and
coccidia were 73.7%, 56.4%, 61.7%, and 47.2%, respectively. Among detected parasites 7 helminth, 2
coccidium and 8 ecoparasite species cause various diseases in human and domestic animals. Therefore, they
are of great epizootiological and epidemiological importance.
Key words: Forest mouse, helmint, tick, flea, fauna, epizootology, epidemiology
Dostları ilə paylaş: |