MARAĞI İFADƏ EDƏN ƏRİZƏlər üçün DƏVƏT Ölkə: Azərbaycan
Kredit №: 4210 AZ
Layihənin Adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yanında Səhiyyə Sektorunda İslahatlar Layihəsi
Tapşırığın adı: Ölüm və Xəstəliklərin Kodlaşdırılması Üzrə Tibb İşçilərinin XBT-10-dan İstifadəyə dair bilik və bacarıqlarının təkmilləşdirilməsi Tapşırıq üçün əsas № : MÜQAVILƏ No. SSİL/ XBT-09 və 10 və AZS#66 haqqında Seminar və Təlimlər /TR/AP/10.02-1 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində yaradılmış Səhiyyə Sektorunda İslahatlar Layihəsi (SSİL) Səhiyyə Sektorunda İslahatlar Layihəsinin (SSİL) icrası üçün Dünya Bankından (DB) maliyyə vəsaiti almışdır və onun müəyyən hissəsini məsləhətçi xidmətlərinə sərf etmək niyyətindədir.
Məsləhətçi şirkətin xidmətlərinə (“Xidmətlər”) aşağıdakılar daxildir:
Məsləhətçi şirkətin tapşırığı Ölüm və Xəstəliklərin Kodlaşdırılması üzrə Tibb İşçilərinin XBT-10-dan İstifadəyə dair bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
XBT-10 və XBT- 09 - PKS diaqnozların kodlaşdırma sistemi üzrə bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə Azərbaycanın əksər dövlət stasionar tibbi xidmət müəssələrində həkimlərin 4 günlük təlimlə təmin edilməsi bu tapşırığın başlıca məqsədini təşkil edir. Nəzərdə tutulmuş təlim aşağıdakı mövzuları əhatə edir: