Azərbaycan Respublikası DİNİ qurumlarla iş üzrə dövlət komitəsi
Azərbaycan İlahiyyat İnstitutu
İslamşünaslıq ixtisası
Ill kurs
Qrup İ- 1802
Fənn : Dini xitabət və peşə hazırlığı
Müəllim: Fuad Nurullayev
Tələbə: Aytac Əhmədzadə
Mövzu: İslama dəvət
İslama dəvət haqqında
İslam dini hər bir şeyi tənzimlədiyi kimi Allahın yoluna dəvət etməyi də tənzimləmişdir. Bunun üçün qaydalar müəyyən etmişdir ki, özünə müsəlman deyən hər bir kəsin bunları bilməsi və dəvət edərkən bunlardan kənara çıxmaması gərəkdir.
1.Elm
Allahın dininə çağıran müsəlmanın mütləq şəriətdən elmi olmalıdır. İslam elmi olmayan insanın dinə dəvət etməsi düzgün deyildir. Belə olan halda o kəsin xəta etməsi qaçılmazdır.
Ona görə Uca Allah Qurani-Kərimdə birinci elmi qeyd edərək buyurur: «Bil ki, Allahdan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur”. (Muhəmməd, 19)
Ona görə İmam Buxari öz “Səhih» kitabında belə bir fəsil qeyd edir, «Elm söz və əməldən əvvəldir».
Elmin fəzilətinə aid dəlillər çoxdur. Uca Allah elmli insanlar elimsizin fərqləndirərək buyurur:
De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?’‘ (Zumər, 9).
Bəli, bilənlərlə bilməyənlər eyni ola bilməz. Heç onların etidkləri dəvət də eyni ola bilməz. Məhz buna görə də kim yaxınlarının halına yanırsa, onların zəlalətdə olmasını istəmirsə ilk olaraq özü elm almalı, lazımı şəkildə dini çatdırmalıdır.
2.Ixlas
Bildiyimiz kimi hər bir ibadətin başında ixlas durur. İbadətdə ixlas itdikdə o sahibinə fayda vermir. Uca Allah buyurur: ‘‘De: “Mənə, dini yalnız Allaha məxsus edərək, Ona ibadət etmək əmr olunmuşdur» (Zumər, 11).
Digər bir ayədə buyurur: «Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər. Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar». (Hud, 15-16).
Cabir (Allah ondan razı olsun) rəvayət edir ki, döyüşə çıxdıqda Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: «Mədinədə elə kişilər vardır ki, getdiyiniz elə bir yer, keçdiyiniz elə bir vadi olmadı ki, onlar da sizinlə birlikdə olmasınlar. (Yəni onlar da sizin qədər savab qazanmasınlar). Onların gəlməsinə mane olan səbəb xəstələnmələridir».
Yəni onlar öz ixlas və niyyətlərinə görə bu savabı qazandılar.
Bir kəs Allahın dininə, haqq yola dəvət edərsə niyyətini xalis etməlidir. Filankəsi mən dəvət etmişəm, mən dəvət etdiyim insanlar daha çoxdur və ya mənim ardımca gələnlərin sayı daha çoxdur deyə düşünməməlidir.
3.Mutabaa
Yəni Peyğəmbər (Allahın ona salavat və salamı olsun) necə dəvət edibsə elə dəvət etmək. Bu dövrdə bəzi insanlar vardır ki, Allahın yoluna dəvət edərkən yeni metodlar fikirləşirlər. Məsələn, Ərəb ölkələrinin birində aşkarlanmış mərkəzlərin birində bir qrup musəlman kompyüter vasitəsi ilə müxtəlif şeylər düzəldib (Quranı cıran kəsin meymuna dönməsi, Kəbənin üstünə mələk qonması və s. kimi) insanlara yaymaqla Allahın dininə dəvət edirlər. Əslində isə belə vasitələrə ehtiyac yoxdur. Çünki möcüzə axtarmağa ehtiyac yoxdur. Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) verilən Qurandan böyük möcüzə yoxdur.
Uca Allah buyurur: ‘‘Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!” (Kəhf, 110)
Saleh əməl deyildikdə isə Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sünnəsinə muvafiq olan əməllərə deyilir. İstər dəvətdə istər Peyğəmbərdə (Allahın ona salavat və salamı olsun) bizlər üçün örnəklər vardır. Necə ki, Allah-Təala buyurur: «Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir». (Əhzab, 21)
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ilk dəvətini tovhidlə başladığı halda bir kəsi dinə dəvət edərkən haramlardan çəkindirməklə başlamağımız düzgün deyildir. Belə ki, Allaha şərik qoşan birini siqaretin haramlığından danışaraq dinə dəvət etmək sünnəyə müxalifdir.
Dostları ilə paylaş: |