Sərbəst iş
Fakültə: Məktəbəqədər
İxtisas: Təhsildə psixologiya
Qrup: 2204B
Fənn: Azərbaycan tarixi
Tələbə: Əhmədzadə Aytac
Müəllim: Xaneliyev Cəfər
Sərbəst işin adı: Azərbaycan XVIII əsrin I yarısında
Səfəvi dövlətinin tənəzzülü və XVIII əsrin əvvəllərində Azərbaycanda xalq azadlıq hərəkatının qüvvətlənməsi. XVIII əsrin əvvəllərində tərkibinə bir çox ölkələrlə yanaşı, Azərbaycanın da daxil olduğu Səfəvi dövləti dərin iqtisadi və siyasi tənəzzül dövrü keçirirdi. şah, saray əyanları və dövlət məmurları boşalmış dövlət xəzinəsini doldurmağın yeganə yolunu vergi və mükəlləfiyyətlərin sayını, həcmini artırmaqda görürdülər. Bu məqsədlə onlar yeni-yeni vergi növləri "ixtira" edir, vergi toplamaq üsulunu daha da sərtləşdirirdilər. Saray əyanları və dövlət məmurlarının fıtvalarına uyan, dövlət işlərindən uzaqlaşaraq günlərini məscidlərdə ibadətdə və hərəmxanada eyş-işrətdə keçirən iradəcə zəif şah Sultan Hüseyn 1699- cu ildə vergi sistemini "qaydaya" salmaq məqsədilə 15 yaşına çatmış hər kəsin siyahıya alınması barədə əmr verdi. Əhalinin var-dövləti və əmlakı da siyahıya almırdı. Yeni şahın məmurları siyahı tərtib etməkdə çətinlik çəkirdilər; imkanı olan şəxslər ailəsi və əmlakı ilə birlikdə acgöz şah məmurlarının təqibindən qaçaraq əlçatmaz yerlərdə gizlənirdilər. Belə halların qarşısını almaq məqsədilə şah yeni bir fərman verdi: " Gizlənən şəxsi kim tapsa və şaha bu barədə xəbər versə, onun başı şaha, əmlakı isə xəbər verən adama çatacaqdır". Siyahıyaalma üç il - 1699-cu ildən 1702-ci ilədək davam etdi. Siyahıya daxil edilən şəxslərdən əlavə olaraq yeni vergilə Har tələb olundu. Vergilər əvvəlkilərdən üç dəfə artıq idi. Tezliklə şahın vergi toplayanları əhalidən yeni qayda üzrə üçillik vergi yığmağa başladılar. XVIII əsrin əvvəllərində, təqribən 1700-1703-cü illərdə Azərbaycanda, xüsusilə Şirvanda keçən quraqlıq özü ilə dəhşətli aclıq gətirmişdi. Bu isə bahalığa, bazarlarda qiymətlərin bir neçə dəfə artmasına səbəb olmuşdu.
Şah sarayı yerli hakimlərə etibar etmədiyindən öz məmurlarını və nökərlərini vergi toplamaq üçün yerlərə göndərirdi. Məsələn, Qarabağda vergi toplamaq üçün şaha yaxın olan və Təbrizdə oturan Cənubi Azərbaycan bəylərbəyi Mirzə Tahir 1100 nəfərlik cəza dəstəsi ilə buraya göndərilmişdi. Müasirin yazdığına görə, əzab və işgəncələrlə kəndliləri vergi verməyə məcbur edirdilər. Lakin belə Üsulla vergi toplamaq dövlətin iqtisadi vəziyyətinin canlanmasına gətirib çıxara bilmədi. Əksinə, ağır feodal istismarı maddi nemətlərin əsas istehsalçıları olan kəndlilərin təsərrüfatının daha da dağılması və iqtisadi böhranın dərinləşməsi ilə nəticələndi. Mərkəzi hakimiyyətin zəiflədiyi bir dövrdə hakim feodallar arasında mərkəzə tabe olmamaq əhvali-ruhiyyəsi hiss olunurdu. Azərbaycandakı bəylərbəyilər (Şirvan, Qarabağ, Cənubi Azərbaycan və Çuxursəd bəylərbəyilikləri) vilayətlərdə toplanan vergilərin böyük əksəriyyətini mənimsəyirdilər. 1716 -cı ildə Rus dövlətinin Azərbaycandan Ġrana gedən elçisi A.P.Volınski belə halları müşahidə edərək öz gündəliyində yazmıĢdı ki, bəylərbəyilər toplanan vergilərin "yalnız yarpağını şaha göndərirlər, meyvəsini isə özləri üçün saxlayırlar. Bu, onlarda adət şəklini almışdır". Dövrün başqa bir şahidi Qerber bu barədə yazır: "Şirvan hakimləri şahın xəzinəsinə istədikləri qədər (topladıqları vergilərdən. - məsul red.) göndərirdilər". Bəzi hallarda bəylərbəyilər mərkəzin göstərişi olmadan vergilərin miqdarını və həcmini artırırdılar. Feodal istismarının həddini aşması, Səfəvi dövlətinin bir çox yerlərində olduğu kimi, Azərbaycanda da Ģah üsuli-idarəsinə və yerli feodallar əleyhinə üsyanların baş verməsinə səbəb oldu. XVIII əsrin əvvəllərində Azərbaycanda ilk üsyan 1707-ci ildə Car-Balakən bölgəsində alovlandı. Tezliklə qonşu kəndlərin əhalisi də onlara qoşuldu. Bu, kortəbii kəndli hərəkatı idi. Dövlətin hakim dairələrinin üsyanı yatırmaq üçün göndərdiyi cəza dəstələri Car kəndini talan edib yandırdılar.
1709-cu ildə ġimali Azərbaycanda-Şirvan hüdudlarında daha bir silahlı üsyan baş verdi. 1711-ci ildə Car camaatı yenidən silaha əl atdı. Onlar Şamaxı şəhərinə hücum edib, Şirvan bəylərbəyinin malikanəsinə od vurmağı qərara aldılar. Bu dövrdə Şirvanın böyük bir hissəsində həm iran, həm də yerli feodalların zülmünə qarşı qalxan silahlı üsyan dalğaları geniş vüsət almaqda idi. Üsyançılar kortəbii şəkildə feodalların malikanələrinə basqın edərək qarətlə məĢğul olur, sonra isə onu yandırırdılar. Carlılar şah xəzinəsinə vergilərdən azad idilər. Sərhədləri qoruduqlarına görə onlar hətta xəzinədən pul da alırdılar. ġirvan bəylərbəyinin özbaşına carlılara ödənişi dayandırması onların qəzəbinə səbəb olmuşdu. Car üsyançılarına Ərəş hakimi Əli Sultan başçılıq edirdi. Tezliklə ġirvan torpağında carlılar şirvanlılarla birləşib, böyük bir dəstə yaratdılar. Çox keçmədi ki, onlara şəkililər və Gəncə ətrafındakı kəndlərin əli silah tutan əhalisi də qoşuldu. Silahlanmış xalq kütləsi ġamaxı, Gəncə, Qazax, Ağstafa, Şəmşədil, Şəmkir şəhərlərinə basqın edərək Bərdə şəhərinə kimi gedib çatmışdı. Onlar yolboyu qarşılarına çıxan hər hansı feodal malikanəsini qarət edib yandırırdılar. Üsyançıların qarşısını almaq məqsədilə şah hökuməti yerli hakimlərə qüvvələrini səfərbərliyə almağı əmr etdi. Lakin üsyanın öhdəsindən gəlmək olmurdu. Bu barədə müasirlərdən Yesai Həsən Cəlal belə yazır: "Şah Şamaxıda, Gəncədə yerləşən iran qoşunlarına üsyançılar əleyhinə çıxmağı əmr etsə də, həmin şəhərlərdə yerləşən xanlar üsyançılarla bacara bilmədilər. Əksinə, özləri məğlub oldular". Üsyançı dəstələrə divan tutmağa ilk dəfə Şirvan bəylərbəyi Həsənəli xan cəhd göstərdi.
O, üsyançıların gələcək hücumunun qarşısını almaq üçün on beş minlik qoşunla onların qarşısına çıxdı. Şəki mahalında baş vermiş toqquşmada Şirvan bəylərbəyinin qoşunu məğlub olub geri oturduldu. Döyüş meydanında bəylərbəyi Həsənəli xanın özü də qətlə yetirildi. Şəki hakimi Kiçik xan vuruşma zamanı həlak oldu. Üsyançıların hücumunun qarşısını ala bilməyən Gəncəli Uğurlu xan qalaya çəkilərək canını xilas edə bildi. 1707-1711-ci illərdə Şirvanda baş verən silahlı üsyanlar isfahan sarayında böyük həyəcana səbəb oldu. Şirvan bəylərbəyi döyüş meydanında həlak olduqdan sonra Şah Sultan Hüseyn buraya yenil bəylərbəyini - Keyxosrovu göndərdi. 1709-cu ildə Qəndəhar şəhərini zəbt edib isfahanı hədələyən əfqan qəbilələri mərkəzi hökumətə Azərbaycanda baş verən üsyanları yatırmağa macal vermirdi. Səfəvi dövlətinə daxil olan bütün ölkələri XVIII əsrin əvvəllərində xarici işğalçılara qarşı mübarizə bürümüşdü. Bu mübarizə yerli feodalların zülmünə qarşı genişlənən xalq hərəkatı ilə birləşərək mərkəzi hökumətin əleyhinə ümumi cəbhəyə çevrilmişdi. Şirvan üsyanı. 1722-1735-ci illərdə Azərbaycanın Xəzərboyu əyalətlərinin Rusiya tərəfindən işğal olunması. Səfəvi dövlətinin ağır günlərində ġah Sultan Hüseyn Rus dövlətindən kömək almaq üçün onunla yaxınlaşmağı qərara aldı. Bu məqsədlə 1713-cü ildə "dostluq və ticarət müqaviləsi" bağlamaq üçün Fəzlulla bəyi Peterburqa göndərdi. İran dövlətinin Rusiyaya müraciəti I Pyotrun Şərqdə siyasətinin reallaşması dövrünə təsadüf edir. Həmin illər Rus dövləti Türkiyə ilə uğursuz müharibə aparmış və. 1723-cü il iyulun 21-də rus donanması Bakı limanına daxil oldu.
Ciddi müqavimət göstərməsinə baxmayaraq, Bakı qarnizonu çoxsaylı orduya və hərbi texnikaya malik olan düşmən hücumuna tab gətirmədi və bombardman nəticəsində şəhərdə baş verəcək yanğının, tələfatın qarşısını almaq məqsədilə qalanı yadelli işğalçılara təslim etməyə məcbur oldu. Bakı qalası alındıqdan sonra burada yerli inzibati hakimiyyət edildi və komendantlıq idarəsi yaradıldı. Bakının ilk komendantı knyaz Baryatinski təyin olundu. Bakıdan sonra ruslar asanlıqla Salyan şəhərini işğal etdilər. Rus qoşunları Xəzərboyu əyalətlərin bir hissəsini işğal etdikdən sonra I Pyotr İranın elçisi İsmayıl bəyə Dərbənddən Gilana qədər olan torpaqları, habelə Şamaxı, Mazandaran və Astrabadı İran dövlətinin rəsmi şəkildə Rusiyaya güzəştə getməsi barədə müqavilə bağlanmasını təklif etdi. Yuxarıda deyildiyi kimi, şahın onu səlahiyyətlərdən məhrum etməsindən xəbəri olmayan İsmayıl bəy İran şahından heç bir icazə almadan 1723-cü il sentyabrın 12-də göstərilən şərtlər əsasında Peterburqda Rusiya ilə müqavilə imzaladı. Rusiya əvəzində Səfəvi şahına öz hakimiyyətini qorumaq üçün hərbi yardım göstərməyi öhdəsinə götürdü. Beləliklə, 1722-1723-cü illərdə Azərbaycanın Xəzərboyu əyalətləri Rusiya tərəfindən işğal edildi. 1721-ci ildə isə Şirvan üsyanı nəticəsində Şamaxı ətrafında gələcək Şamaxı xanlığının təməli qoyulmuş oldu. Lakin II Təhmasib əvvəlcədən hüquqi əsasdan məhrum olan bu müqaviləni təsdiqləməkdən qəti boyun qaçırdı. Ġsmayıl bəy vətən xaini elan olundu və geri qayıtmağa cəsarət etməyib ömrünün sonunadək Rusiyada qaldı. 1723-cü ildə İranda və Azərbaycanda ticarət aparan səhmdar cəmiyyəti yaradıldı. Əvvəllər ticarət yönümlü bu səhmdar cəmiyyətləri böyük ümidlər verirdi.
Cəmiyyətin yaradıldığı il Bakıdan, Dərbənddən və Ənzəlidən Həştərxana 140 tay və iki bağlama xam ipək, 64 bağlama işlənmiş ipək, 131 tay və 192 bağlama parça göndərildi. Rusiya özünün işğal dairəsində ticarətin inkişafı məqsədilə həri cür vasitədən istifadə etməyə çalışırdı. 1723-cü ildə Bakı şəhəri rus qoşunları tərəfindən işğal edildikdən sonra burada komendant üsuli-idarəsi yaradıldı. Rus komandanlığı tərəfındən Bakı və Abşerona komendant təyin olunmuş Baryatinski tezliklə yerli feodalların neft quyularını müsadirə edərək onları mədaxildən məhrum etdi. Komendantın bu hərəkətindən təşvişə düşən Bakı feodalları xarici işğalçılara qarşı üsyan qaldırmağı qərara aldılar. Lakin sui-qəsdin üstü açıldıqda üsyanın təşkilatçısı, sabiq Bakı yüzbaşısı Dərgahqulu bəy qalanı tərk edib qaçdı. Rus komendantlığı üsyana cəhd göstərdiklərinə görə, bakılıların bir dəstəsini Rusiyanın müxtəlif şəhərlərinə sürgün etdi. Rus komendantlığının belə bir hərəkəti Bakıda və ümumiyyətlə Xəzərboyu münbit torpaqlarda məskunlaşmağa can atan ermənilər üçün bir fürsət idi. I Pyotra müraciətlə "yeni əldə olunmuş torpaqlarda", xüsusilə Bakıda onlar üçün yer ayırmağı xahiş etdilər. Ermənilərin müraciəti 1 Pyotrun ürəyindən oldu. Onsuz da bu yerlərdə o, ilk növbədə xristianları, xüsusilə ticarət aləmində fəallıq göstərən erməniləri görmək istəyirdi. Rus tarixçisi P.Butkov yazır ki, 1724 -cü il İstanbul müqaviləsindən sonra I Pyotr briqadir Rumyantsevə tapşırmışdı ki, erməniləri Xəzərboyu əyalətlərdə istədikləri şəhərlərdə yerləşdirmək gərəkdir, lazım gələrsə, yerli əhalini qovub, erməniləri həmin yerlərdə məskunlaşdırsın. Çar cənub sərhədlərdə, Xəzərboyu əyalətlərdə erməniləri yeriləşdirməklə iki məqsəd güdürdü: həm cənubdan qismən ərazinin əmin-amanlığını təmin etsin, həm də ticarətdə olan ermənilərin xidmətindən faydalansın.
Ermənilərin ġirvana köçürülməsi təkcə I Pyotrun istəyi deyil, eyni zamanda onların bilavasitə arzusundan da irəli gəlirdi. P.Butkovun yazdığına görə, ermənilər üç dəfə I Pyotra müraciət edib "yalvarmışlar ki, onlara Xəzər dənizi sahillərində daimi yaşayış üçün yer versin".. 1725-ci ilə yaxın Şirvanda öz hakimiyyətini bir qədər rnöhkəmləndirən Hacı Davud artıq rusları Azərbaycandan sıxışdırmağı planlaşdırır və Gəncədəki türk paşasından hərbi yardım göndərməyi xahiş edirdi. Surxay xanın basqınlarının qarşısını almağa çalışan osmanlılar onun Şirvana yolunu kəsmək üçün Topkaraqan qalasını tikməyə başlamışdılar. Ancaq Surxay xanın tərəfdarı olan carlılar bu qalanı dağıtdılar. Surxay xanı zərərsizləşdirmək üçün osmanlılar 1727-ci ildə ona ikibunçuqlu paşa rütbəsi verib, aylıq məvacib təyin etdilər. Qəbələnin idarəsi də Surxay xana tapşırıldı. Surxay xan bununla kifayətlənməyib Ağdaşı da zəbt etdi və yalnız bundan sonra Osmanlı imperiyasına sədaqət andı içdi. Şübhəsiz, bu, Hacı Davudu narahat etdi və o, Türkiyəyə meylində tərəddüdə başladı. İş o yerə çatdı ki, türk paşası Hacı Dav udun Osmanlı imperiyasına sədaqətinə şübhə ilə yanaşmağa, onun Rusiyaya meyil etdiyini düşünməyə başladı. Səfəvilərə qarşı mübarizə dövründə xalq kütlələrinə bol-bol vədlər verən Hacı Davud hakimiyyət başına gəldikdən sonra xalqın vəziyyətini yüngülləşdirmək üçün heç nə etmədiyindən, Şirvanda ictimai dayağını itirmiş və kənarda kömək axtarmağa başlamışdı. O, hətta II Təhmasibə də məktub göndərərək şaha qulluq etməyə hazır olduğunu bildirmişdi.
1728-ci il iyunun 6-da Osmanlı hökuməti Hacı Davudu xanlıqdan kənar etdi və o, ailəsi ilə birlikdə Gəncəyə gətirildi. Hacı Davud 4 oğlu, 2 qardaşı və bütün ailəsi ilə birlikdə Kipr adasına aparıldı, 1735-ci ildə isə Geliboluya köçürülərək orada da öldü. Qazıqumuxlu Surxay xan ġirvan xanı təyin olundu. Osmanlı hakimiyyəti dövründə Azərbaycanda aqrar münasibələrin məzmununda ciddi dəyişiklik baş verməmişdi. Divani və xass torpaqları vahid miri torpaqları kateqoriyasına daxil edilmişdi. Osmanlı hakimiyyətinə loyal münasibət bəsləyən mülkədar və tiyuldarların mülkiyyət hüququna toxunulmurdu. İtaətsizlik göstərənlərin torpaqları isə müsadirə olunub, osmanlı döyüşçülərinə paylanır, yaxud satılırdı. Maraqlıdır ki, 1730-cu ildə Osmanlı komandanlığı Təbrizi İran qoşunlarına təslim edərkən oradakı yeniçərlər yiyələndikləri malikanələrdən məhrum olduqları üçün qiyam qaldırmışdılar. Osmanlı hakimiyyət orqanları işğal olunmuş yerlərdə əhalinin siyahısını tutub hər sancaqlıq, vilayət üçün vergi qanunnaməsi tərtib edirdilər. Xüsusi vergi dəftərlərində kişi əhalisi və vergilər əks olunurdu. 1736-cı ilin martında Nadir İran şahı elan edildi. Azərbaycanın bəzi feodalları Nadirin şah elan edilməsinə mənfı münasibət bəsləyirdilər. Bu baxımdan Ziyadoğlu nəslindən olan Gəncə xanları xüsusilə fərqlənirdilər. Nadir şah olduqdan sonra onları cəzalandırdı, hüquqlarını məhdudlaşdırdı və həmin xanları Qazax, Borçalı elatlarının hakimləri ilə birlikdə Gürcüstan çarlarına tabe etdi. Yeni şahın namizədliyinə qarşı çıxmış Otuzikilər və Kəbirli kimi Azərbaycan tayfalarının başçıları da cəzalandırıldılar. Nadir ġah onlardan bir çoxunu ailəsi ilə birlikdə Xorasana köçürdü.
Nadir şah vilayətlərin köhnə hakimlərinin təsdiq edilməsinə və yenilərinin təyin olunmasına böyük ehtiyatla yanaşırdı. Yeni şahın hakimiyyətini qəbul etmiş hakimlərə nəzarət üçün Nadir şah tərəfindən onların yanına xüsusi naib təyin olunurdu. İbrahim xanın başçılıq etdiyi belə dəstələrdən biri 1737-ci ildə Car vilayətinə göndərildi. Cənubi Dağıstandan köməl almış carlı dəstələrinə Car tayfaları arasında Ģöhrət qazanmış Divai İbrahim və Xəlil başçılıq edirdilər. Təbrizə qayıdan Sam Mirzə hakimiyyətdə uzun müddət qala bilmədi. Tezliklə Əmiraslan xanın ordusu Təbrizə doğru irəliləyərək Sam Mirzənin dəstəsini məğlubiyyətə uğratdı, özünü isə edam etdi. Yalançı şahzadə üzərindəki qələbədən sonra Əmiraslan xan 1748-ci ildə özünü İranın müstəqil hakimi elan etdi. Onun ilkin mülkləri sırasına Təbriz və onun bölgələri daxil idi. Lakin şah taxtının iddiaçıları ilə döyüş meydanında toqquşmaq istəməyən Əmiraslan xan özünü şah elan etməkdən çəkindi. Məhz bu mülahizələrə görə Əmiraslan xan pulları da öz adından deyil, İmam Rza adından buraxdırırdı. Əmiraslan xan qısa müddət ərzində çox böyük əraziləri, o cümlədən bütün əyalətləri ilə birlikdə Təbrizi, Ərdəbili, Xalxalı, Gəncəni və Azərbaycanın cənubundakı bir sıra əyalətləri özünə tabe etdi. Lakin Azərbaycanın şimal ərazilərində yerləşən bir sıra xanlıqlar, o cümlədən Bakı, Şamaxı, Şəki, Dərbənd, Quba onun hakimiyyətini tanımaqdan qəti imtina etdilər. Həmin vaxt Adil şah müxtəlif üsullarla Əmiraslan xanı öz tərəfinə çəkməyə hazırlaşırdı. O, hətta ittifaq bağlamaq təklifı ilə Əmiraslan xanın yanına öz elçisini də göndərmişdi. Lakin Adil şahın təklifıni qəbul etməyən Əmiraslan xan ərdəbilli Rzaqulu xanın ordusu ilə Rəştə tərəf hərəkət etməyə və şəhəri ələ keçirməyə çalışdı.
Rzaqulu xan geri dönərkən Adil şahın göndərdiyi ordu tərəfindən darmadağın edildi. Əmiraslan xan Şirvan və ġəkiyə doğru yürüşündə uğur qazana bilmədi. Bu vilayətlərin xanları ordu toplayaraq Əmiraslan xanın yolunu kəsdilər və onun ordusuna Kür çayını keçməyə imkan vermədilər. Əmiraslan xan geri dönməyə məcbur oldu. Bu dövrdə Azərbaycanın şimal vilayətlərinin xanları öz müstəqilliklərini həm də Adil şahın ordularından qorumağa çalışırdılar. Bu münasibətlə Qarabağ, Bakı, Dərbənd, Quba, Şamaxı, Şəki hakimləri Adil şahın yanına nümayəndələr göndərib onların müstəqilliyini tanımaq tələbini irəli sürdülər. "Əks halda özlərini Nadir şahın vaxtındakı kimi aparmağa məcbur olacaqlarını" elan etdilər. Belə cəsarətli ultimatuma görə onları cəzalandırmaq imkanı olmayan Adil şah təklif edilən şərtlərlə razılaşdı və hətta onlara xələt bağışladı. Əmiraslan xan da, öz növbəsində, Azərbaycanın şimal vilayətləri hakimlərinə qarşı silah işlətməyin mənasızlığını başa düşərək, könüllü tabe olmaq haqqında onlarla danışıqlar aparmaq qərarına gəldi. Əmiraslan xanın cəhdləri heç bir nəticə vermədi. Belə olduqda, o öz ordusunu parçalamaq və əvvəlcə, heç olmazsa, Şirvanın qədim paytaxtı Şamaxını əvəz edən Yeni Şamaxını ələ keçirməyi qərara aldı. Düşmən ordusunun yaxmlaşması xəbəri ġamaxı hakimlərini qorxuya saldı. Müttəfıqlərin köməyi olmadan düşməni dəf etmək iqtidarında olmayan hakimlər əhalini taleyin ümidinə buraxaraq qalanı tərk etdilər.
Şamaxını müqavimətsiz ələ keçirən Əmiraslan xan şəhərnin hakimi vəzifəsinə Əhməd xanı təyin etdi və onun yanında döyüşçü qoyaraq sürətlə Gəncəyə doğru irəlilədi. Əmiraslan xan getdikdən sonra ətraf kəndlərin əhalisi şəhəri tərk edən şamaxılılarla birləşərək düşməni təqib etməyə və ona böyük zərbələr vurmağa başladılar. Sonra onlar ġamaxıya dönərək, Əhməd xanın başçılığı altında olan qarnizonu bütünlüklə məhv etdilər. Azərbaycan xanlarının müstəqilliyindən çox narahat olan Adil şah onları öz tərəfınə çəkmək üçün hakimlərə yenidən hədiyyələr göndərməyi qərara aldı. Lakin Azərbaycan xanları İranda vəziyyəti gündən-günə pisləşən Adil şahdan hədiyyələr qəbul etmək istəmədilər. Azərbaycan xanları cənubdan İran, şimaldan isə Dərbənd qoşunlarının gələ biləcəyini güman etmirdilər. Onlar həmçinin Yeni Şamaxım azsaylı qoşunla ələ keçirə biləcəklərini düşünmüşdülər və buna görə də hər bir xan 200-300 döyüşçü ilə kifayətlənmişdi. Azsaylı müttəfiq qoşunları üç hissəyə bölünməyə və üç cəbhədə döyüşməyə məcbur oldular. Bu gözlənilməz hadisə Azərbaycan xanlarını möhkəm qəzəbləndirdi və onlar ittifaqa girərək heç vaxt İbrahim şaha tabe olmayacaqlarına and içdilər. Hələ 1748-ci ildə Azərbaycan feodallarının İrana qarşı yaranmış ittifaqı Azərbaycanda İran hökmranlığının tam ləğv olunduğunu göstərirdi. İttifaq bağlandıqdan sonra xanlar ilk növbədə ġamaxı xanından intiqam almaq qərarına gəldilər. Bu dəfə nisbətən böyük qüvvə toplayan müttəfiqlər öz qoşunlarını Yeni ġamaxıya doğru yönəltdilər. Yeni Şamaxının -Ağsunun mühasirəsi cəmi 8 gün çəkdi.
Hacı Məhəmmədəli xanı hakimiyyətdən devirən qaliblər şamaxılılara "iranlı şah İbrahimə xidmət etməməyə və onun təbəəsi olmamağa and içdirdilər". XVIII əsrin birinci yarısında İran hökmranlığına qarşı çıxış edən Azərbaycanın feodal hakimləri yerli əhaliyə arxalanırdılar. Məhz bu mübarizə Azərbaycan ərazisində yadelli hökmranlığın ləğv edilməsinə gətirən əsas amillərdən olmuşdur.
Dostları ilə paylaş: |