Çətin tərbiyə olunan



Yüklə 39,91 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü39,91 Kb.
#45994
  1   2   3
Mövzu 5 çətin tərb


Mövzu 5 : “Çətin tərbiyə olunan” yeniyetmələrin şəxsiyyətinin formalaşmasının səbəbləri və şəraiti.

Plan:

  1. Yeniyetməlik yaşı dövrünün ümumi səciyyəsi.

  2. Yeniyetməlik yaşı dövründə özünütəsdiq tələbatları.

  3. Yeniyetmə reaksiyaları.

  4. Çətin yeniyetmələrin motiv tələbat sferasının xüsusiyyətləri.

  5. Çətin yeniyetmələrin yaşlılar və həmyaşıdları ilə qarşılıqlı mük-ri.

Yeniyetmə yaşı dövründə mənlik şüurunun möhkəmlənməsi, özünə tənqidi münasibətin aşağı olması, sosial cavabdehliyin tam formalaşması, asan təlqinə və təsirə məruz qalma və s. kimi sosial-psixolojı amillər onların davranışının pozulmasına əlverişli şərait yaradır. Məhz bu yaş dövründə bəzi yeniyetmələr, antisosial qruplarla və kompaniyalarla qoşulurlar, bu da əksər hallarda, onları müttəhimlər kürsünündə əyləşməsi ilə nəticələnir. Bu baxımdan pedaqoqlar çətin yeniyetmələrin spesifik psixolojı xüsusiyyətlərini nəzərə almalı və təlim-tərbiyə işində buna əsaslanmalıdırlar. Onlar əksər hallarda tərbiyə etməyə cəhd göstərdikləri yeniyetmələrin psixolojı xüsusiyyətlərinə bələd olmur və şablon tərbiyə metodlarından istifadə edirlər.

Şəxsiyyətin davranışını motivləşdirən əsas tələbatlardan biri özünütəsdiq tələbatıdır. Bu sosial tələbət yeniyetmə yaşı dövründə xüsusi əhəmiyyət kəsb etməyə başlayır. Özünütəsdiq tələbatı şəxsiyyətin təzahürü üçün bir vasitədir, yəni bu tələbat şəxsiyyətə özünü reallaşdırmağa, onun nəyə qadir olduğunu ətrafdakılara sübüt etməyə şərait yaradır. Normal yeniyetmələr özünütəsdiq tələbatını yaxşı oxumaqla, yaxşı davranışla asanlıqla ödəyir və ətrafdakıların rəğbətini qazanırlar. Çətin yeniyetmələr üçün isə göstərilən imkanlar məhduddur. Məlum olduğu kimi belələri pis oxuyur, böyüklərə, xüsusən də müəllimlərlə tez-tez münaqişəyə girir, sinif yoldaşları ilə ümumi dil tapa bilmirlər və s. Çətin yeniyetmələrdə də, özünütəsdiq tələbatı bürüzə verir və onlar da, ətrafdakıların müəyyən dərəcədə rəğbətini qazanmaq istəyirlər. Məhz bu tələbat onları antisosial qruplara qoşulmağa təhrik edir. Belə qruplarda onları qəbul edir, rəğbətləyir, onların rəyləri ilə razılaşırlar, bir sözlə, özünü təsdiq tələbatının edilməsinə obyektiv şərait yaranır.

Yaşlılıq hissinin inkişafı dövründə özünütəsdiqə olan tələbat o zaman müsbət təzahür edə bilər ki, o, yaxşı məcraya yönəlmiş olsun. Yeniyetmələrin bu tələbatını yaxşı məcraya yönəltmək vəzifəsi birinci növbədə valideyinlər və müəllimlər üzərinə düşür. Böyüklərlə yeniyetmələr arasında yarana biləcək münaqişılırin qarşısının qabaqcadan alınması, yeniyetmələri ictimai faydalı fealiyyətinin genişlənməsi, yeniyetmə ünsiyyət klublarının təşkili, böyüklərin yeniyetmələrlə etibarlı, inamlı ünsiyyəti genişləndirməsi və bir sıra başqa tədbirlər çətin yeniyetmələrin özünütəsdiq tələbatının ödənilməsini yaxşı məcraya yönəlməyə imkan verə bilər.

Məktəbdə və ailədə “emosional sığınacaq” tapa bilməyən yeniyetmələr bu sığınacağı küçə qruplarında axtarırlar. Bu gün özünütəsdiq tələbatını ödəmək imkanlarını axtaran, müxtəlif antisosial yeniyetmə qruplaşmaları müəllimlərin və valideyinlərin qeyri-pedaqojı yanaşmasının nəticəsidir. Müəllimlər və valideyinlər belə yeniyetmələrə xüsusi həssaslıqla yanaşmalı, onlara inamlı ünsiyyət yaratmalı və rastlaşdıqları çətinliklərdən çıxmaqda onlara köməklik göstərməlidirlər. Pedaqojı inam olmayan yerdə tərbiyəvi təsirdən danışmaq əbəsdir.

Tərbiyə işinin bütövlükdə ölkə üzrə axsaması cəmiyyəti və pedaqojı-psixolojı elmi getdikcə daha çox narahat etməyə başlayır, çünki bu günün yeniyetmələri sabah cəmiyyətin müqəddəratını həll etməlidirlər. Buna görə də, yetişməkdə olan gənc nəsli tərbiyə etmək sistemini dəyişdirmək, onu amirlik sistemindən uzaqlaşdırmaq və günün tələblərinə uyğun olaraq yenidən qurmaq, dövrün ən vacib məsələlərindən birinə çevrilmişdir.

Yeniyetmə yaşı dövrünü, ümumiyyətlə “çətin” yaş dövrü adlandırırlar. Bu çətinlik yalnız ətrafdakılar üçün deyil, eyni zamanda yeniyetmənin özləri üçün də mövcüddür. Başqa sözlə, bu çətinlik yeniyetmənin şəxsi həyatını da çətinləşdirir. Bu çətinlik nə təsadüfi hadisə nə də antisosial qrupunun təsirinin nəticəsi deyildir. Çətinliyin meydana gəlməsi, həmişə şəxsiyyətin uzun müddət və fasiləsiz olaraq düzgün formalaşması prosesinin nəticəsidir.

Çətinliyin xarici əlamətləri,adətən özünü aydın bürüzə verir. Əsas məsələ isə onun səbəblərində və yaranması tarixindədir. Psixoloqların əksəriyyətinin fikirincə yeniyetmə yaş dövrünün çətinliyi öz məmbəyini ailə münasibətlərindən və təribiyəsindən götürür. Çoxdan məlumdur ki emosional gərginliyin davranışının pozulmasının və başqa psixolojı problemlərin əmələ gəlməsi uşağlıq dövrünün bir sıra çatişmamazlıqları ilə şərtlənir. Ailə müqaşirələri, uşağa diqqətsizlik, valideynlərindən birinin xüsusən də atanın, vaxtsız vəfatı, uşaq evində tərbiyə almaq, valideynlərin uşağa qarşı qəddarlığı pedaqojı baxımsızlıq və s. kimi amillər uşağın psixi inkişafına mənfi təsir göstərir. Belə şəraitdə böyüyən uşaqların yeniyetmə yaşı dövründə davranışında pozğunluqların meydana çıxmasına tez-tez rast gəlmək olur. Əlbəttə, mövcüd ailə şəraitinin dəyişdirmək çox nadir hallarda mümkün olur. Lakin, hadisələrin gedişini qismən dəyişdirmək və lazımı istiqamətə yönəltmək imkanı qalır. Bu çətin və məsuliyyətli vəzifə müəllimlərin üzərinə düşür.

Müəllimlər belə uşaqların ailə şəraitini nəzərə almalı və onlara maksimum həssaslıqla yanaşmalıdırlar.

Müəllimlərin əksəriyyəti çətinlərlə iş zamanı öz vəzifələrini onlara öyüd-nəsihət verməklə, yaxud güc tətbiq etməklə bitmiş hesab edirlər. Bəziləri isə belələri ilə ümümiyyətlə, hər hansı bir tərbiyəvi iş aparmaqdan çəkinir və bunun əbəs olduğunu sübüt etməyə çalışırlar. Çətin yeniyetmələrin əksəriyyətinin böyüklərlə münasibəti pozulmuş olur. Onlar məhz böyüklərlə inamlı ünsiyyət çərçivəsində birgə yaşayış normalarına, insani qarşılıqlı münasibətlər normalarına yiyələnə bilirlər. Pozulmuş qarşılıqlı münasibətlər yalnız bu yolla bərpa oluna bilər. Çətin yeniyetmələrin böyüklərə qarşı nümayiş etdirdikləri “üsyan”, münasibət özünə uyğun münasibət doğurur prinsipinə əsaslanır. Yalnız xeyirxah münasibət, inam şəxsiyyətdə məsuliyyət hissi yaradır və potensial tərbiyəvi təsirinə malik olur.


Yüklə 39,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin