Loqopediya – Nitq inkişafı qüsurları haqqında pedaqoji elm olub, bu qüsurların aradan qaldırılması və qarşısını almaq üçün xüsusi təlim-tərbiyə sistemidir.Loqopediya sözünün mənası loqos-söz paydeo-öyrənirəm tərbiyə edirəm deməkdir.
Nitq insana məxsus olan ali psixi funksiyadır. Nitq ünsiyyəti insanlar arasında sosial əlaqəni spesifik insani vasitələrini yaradıb kollektiv əməyini dərk etmək fəaliyyətinin ali formalarını inkişaf etdirir.Nitq uşağın bütün psixi həyatında mühüm rol oynayıb,onda əsas idrak proseslərinin formalaşmasına səbəb olur.0-3 aylıq uşaq anadan olarkən ağlayır narahatçılığı olanda ac olanda bir yeri ağrıyanda ağlamaqla biruzə verir.3-6 aylıq dərhal səs gələn tərəfə çevrilir qiğıldamağa başlayır anasının səsini tanıyır.6-12 ayliq sözləri və sadə göstərişləri başa düşür. Tək tək hecalardan və sözlərdən isdifadə edir.12-18 aylıq nitqi anlama təqlid etmə başa düşmə dövrü başlayır. 100-ə qədər söz ehtiyyatı olur. Tamamilə aydındır ki, uşağın nitq inkişafında baş verən pozğunluq – onun bütün psixi proseslərinin formalaşmasına çox böyük mənfi təsir göstərə bilər. Bu pozulmalar nəticəsində ətraf mühitlə ünsiyyət yaratma çətinliyi ilə yanaşı, idrak proseslərinin düzgün formalaşmaması, bilik, bacarıq və vərdişlərinin qavranılması kimi ciddi qüsurları uşağı ən vacib vasitədən – özünütəsirlənmədən məhrum edir, onda davranış dəyişmələri, neqativizm, inamsızlıq yaradır. Nitq qüsurlarının aradan qaldırılması və qarşısının alınması şəxsiyyətin harmonik inkişafına kömək edərək, bilikləri qazanmaq üçün mövcud maneələri aradan qaldırır.Buna görə də loqopediya defektologiyanın bir sahəsi olub eyni zamanda ümumpedaqoji vəzifələrin həyata keçməsinə kömək edir.