Pedaqoji psixologiyanın predmeti, vəzifə və metodları



Yüklə 17,88 Kb.
tarix22.12.2022
ölçüsü17,88 Kb.
#77211
Psixologiya sərbəst iş


Pedaqoji psixologiyanın predmeti, vəzifə və metodları
Pedaqoji psixologiya- təlim-tərbiyə prosesinin təsiri nəticəsində şəxsiyyətin dəyişməsinin psixolojimexanizmlərini öyrənən elm sahəsidir.
Bir sıra elm sahələrində olduğu kimi pedaqoji psixologiyanın da obyekti insandır. Ancaq elmləri bir-birindən tədqiq etdiyi obyekti deyil, predmeti fərqləndirir,onların bir-birindən ayrılmasına və müstəqil elm sahəsi kimi fəaliyyət göstərməsinə şərait yaradır.
Pedaqoji psixologiyanın predmetinin öyrənilməsinə geniş aspektdən yanaşsaq onun predmetinin müəyyənləşdirilməsində aşağıdakı istiqamətlərin olduğunu görə bilərik:

  1. Pedaqoji psixologiya psixologiya və pedaqogika arasında aralıq mövqe

tutan,bu iki elmin kompleks biliklərinin əhatə dairəsinin sərhəd nöqtəsində dayanan müştərək elm sahəsi olub təlim,tərbiyə və inkişafın, eləcə də onların qarşılıqlı əlaqəsinin qanunauyğunluqlarını öyrənən elm sahəsidir.

  1. Pedaqoji psixologiyanın predmetini- özünün

strukturu, səciyyəvi cəhətləri,qanunauyğunluqları ilə, şagirdlərin yaş və fərdi xüsusiyyətlərini və onların inkişafının psixoloji şərtlərini özündə əks etdirən, öyrənmə prosesində şəxsiyyətin inkişafına effektiv təsir göstərən təlim prosesi təşkil edir.

  1. Pedaqoji psixologiya bilik, bacarıq və vərdişlərin

mənimsənilməsininmexanizmlərini öyrənir, bu prosesdə mövcud olan fərdi fərdləri ayırd edir, məktəblilərdə yaradıcı və müstəqil təfəkkürün formalaşmasının qanunauyğunluqlarını,eləcə də təlim və tərbiyənin təsiri altında psixikada baş verən dəyişiklikləri tədqiq edir.

  1. Pedaqoji psixologiyanın predmetini

İnsanın sosial mədəni təcrübəni nimsəməsinin faktları,mexanizmləri və qanunauyğunluqları təşkil edir.
Pedaqoji psixologiyanın predmetini təhsil prosesinin subyektlərinin qarşılıqlı əlaqəsi, məqsədyönlü təşkil olunmuş şəraitdə sosial-mədəni təcrübənin mənimsənilməsi və gənc nəslə ötürülməsi prosesinin qanuna uyğunluqları, psixoloji mexanizmi, məzmunu və spesifikası təşkil edir.
Pedaqoji psixologiyanın qarşısında bir sıra nəzəri və praktik məsələlərin həlli durur. Onlar aşağıdakılardır:

  1. Nəzəri məsələlər:

  1. Təlim və tərbiyənin psixoloji məzmununun açılması;

  2. İnkişafetdirici təlimin psixoloji mexanizmləri və qanunauyğunluqlarının müəyyən edilməsi;

  3. Tərbiyə edici və öyrədici texnologiyaların psixoloji mexanizminin ayırd edilməsi;

  4. Müxtəlif formalı pedaqoji əməkdaşlığın gerçəkləşdirilməsinin psixoloji baxımdan əsaslandırılmış mexanizmlərinin işlənib hazırlanması.




  1. Praktik vəzifələr:

  1. Təlim və tərbiyənin psixoloji əsaslar üzərində qurulmasında müəllimə yardımçı olmaq;

  2. Məktəbdə yaradıcı və inkişaf etdirici şəraitin yaradılmasına kömək etmək;

  3. Proqressiv öyrədici texnologiyaların,fəal təlim metodlarının istifadəsinə çalışmaq,fərdi və diferensiasiya olunmuş yanaşmanın qəbul edilməsini həyata keçirmək;

  4. Pedaqoji fəaliyyətdə müəllimin peşəkar və şəxsi keyfiyyətlərinin gerçəkləşdirməsinə şərait yaratmaq və ona kömək etmək.

Məlumdur ki,hər bir elmin müstəqil elm sahəsi kimi formalaşması üçün onun özünəməxsus metodları olmalıdır. Metod hadisələrə, onların qarşılıqlı təsir prosesində və qarşılıqlı münasibətlərdə birinin ortaya çıxmasına digərinin səbəb olduğunu müəyyən etməyə imkan verir.


Pedaqoji psixologiyanın tədqiqat metodları aşağıdakı tələblərə cavab verməlidir: metodların əsaslı olması(validliyi), obyektivliyi və mötəbərliyi.
Ümumi və pedaqoji psixologiyada tədqiqat metodlarının müəyyən prinsipləri əsasında təsnif edilməsi cəhdləri həmişə olmuşdur. Pedaqoji psixologiyada L.A.Qriqoryeviç tədqiqat metodlarını aşağıdakı kimi təsnif edir:

  1. Elmi idrakın səviyyələrinə görə;

  2. Tədqiqatın məqsəd və ardıcıllığına görə;

  3. Tədqiqat obyekti ilə işləməyə görə;

  4. Öyrənilən obyektin xüsusiyyətlərinə görə;

  1. Elmi idrakın səviyyələrinə görə tədqiqat metodlarını iki yerə bölürlər:

  1. Nəzəri tədqiqat metodları;

  2. Empirik tədqiqat metodları.

Nəzəri tədqiqat metodları problemin müəyyənləşdirilməsi, fərziyyənin irəli sürülməsi və toplanış faktları müəyyən etmək üçün istifadə olunur. Məhz bu metodların köməyi ilə psixi hadisələrin xüsusiyyətləri, ayrı-ayrı əlamətləri ayırd edilir.
Empirik tədqiqat metodlarına müşahidə,söhbət,intervü,eksperiment, testləşdirmə və s. daxildir.

  1. Tədqiqatın məqsəd və ardıcıllığına görə pedaqoji psixologiyada tədqiqat

metodları iki yerə bölünür:

  1. Obyektin,prosesin,hadisənin aktual vəziyyətinin öyrənilməsi metodu. Bu

metodlar içərisində xarakterik təzahürləri,tipik çətinləşmələri, normadan yayınmaları müəyyən etməyə imkan verən metod “eninə kəsiklər” metodudur.

  1. Obyektin, prosesin,hadisələrin zamanda dəyişilməsi dinamikasının

öyrənilməsi metodu.
Yüklə 17,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin