Giriş. Elektron qurğularının təsnifatı. Elektronika



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə1/41
tarix27.10.2022
ölçüsü1,76 Mb.
#66564
  1   2   3   4   5   6   7   8   9   ...   41
ELEKTRONIKA-VE-MPT.-III-kurs-.-I-sem




Giriş. Elektron qurğularının təsnifatı. 
Elektronika – elm, texnika, istehsalat sahəsi olub, elektron vasitələrinin (EV) işlənib 
hazırlanması, tədqiqi və onlardan istifadə olunması prinsiplərini əhatə edir. Bu baxımdan 
analoq elektronika – yalnız fasiləsiz (kəsilməz), rəqəm elektronikası – diskret funksiya 
qanunu ilə dəyişən informasiyanın çevirilməsi və emalı üçün nəzərdə tutulan ellektron 
vasitələrini əhatə edir.
İstifadə olunan element bazasından asılı olaraq elektronikanın 4 əsas inkişaf mərhələsini 
göstərmək olar. 
Birinci nəsil (1904 - 1950) elektron cihazların səciyyələndirən əsas xüsusiyyət 
element bazasını elektrovakkum və qazboşalma cihazlarının təşkil etməsidir. 
Qazboşaldıcı cihazlara aiddir: elektron lampalar, elektron-vakuum borucuqlar
qazboşaldıcı indikatorlar və s. 
İkinci nəsil (1950 - 60-cı illərin əvvəli) diskret yarımkeçirici cihazların (диодların, 
tranzistorların, тиристорların və c.) tətbiqi ilə səciyyələnir. 
Üçüncü nəsil (1960-1980) mikroelektronika və müxtəlif inteqrasiya dərəcəli inteqral 
sxemlərin və elece də mikrosxemlərin geniş inkişafı ilə bağlıdır. Bu mərhələdə elektron 
qurğular etibarlılığın kəskin artması, ölçülərin, çəkinin, enerji sərfinin azaldılması ilə 
səciyyələnir. 
Dördüncü nəsil (1980-ci ildən hal- hazıra qədər) böyük və ifrat böyük inteqral 
sxemlərdən istifadə etməklə elektron qurğuların getdikcə mikrrominiaturləşməsi ilə 
xarakterizə olunur. İdarəedici siqnalların fomalaşması və ötürülməsi üsullarına görə elektron 
qurğular (EQ) iki sinifə bölünür: analoq və diskret.
 
Analoq elektron qurğular fasiləsiz dəyişən (analoq) siqnalların qəbulu, ötürülməsi 
üçün nəzərdə tutulub. Analoq elektron qurğular sadəliyi, sürətliliyi ilə fərqlənir. Lakin xətaya 
davamlılığın aşağı olması və stabilliyi pozan xarici amillərin təsiri, məsələn, rütubət, zaman 
və s. AEQ-lərin catışmayan cəhətləridir. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin