Ixtisas: Nəqliyyat və logistika texnalogiyalar mühəndisliyi



Yüklə 33,81 Kb.
səhifə1/8
tarix21.12.2023
ölçüsü33,81 Kb.
#187685
növüQaydalar
  1   2   3   4   5   6   7   8
Azərbaycan Respublikası Konstitusiyası və hüququn əsasları


Azərbaycan texniki univerisdeti
Tələbə: Qəhrəmanov Hikmət
Qurup.161a2
Fakültə:Nəqliyyat və logistika
Ixtisas: Nəqliyyat və logistika texnalogiyalar mühəndisliyi
Müəllim: İlqar Cəfərov
Fənn: Azərbaycan Respublikası Konstitusiyası və hüququn əsasları
Mövzu: AĠLƏ HÜQUQUNUN ƏSASLARI
Plan:
1. Ailə hüququn anlayıĢı və predmeti.
2. Nikahın anlayıĢı. Nikahın bağlanma Ģərtləri və qaydaları.
3. Nikahın xitam edilməsi
4. Nikahın etibarsız hesab edilməsi.
5. Ər-arvadın hüquq və vəzifələri.
6. Valideynlərin və uĢaqların aliment vəzifələri.
7. Övladlığa götürmə.
8. Qəyyumluq və himayəçilik.
1. Ailə hüququn anlayışı və predmeti
Ailə hüququ vahid hüququnun müstəqil bir sahəsi olub nikahdan, qohumluqdan, uşaqları övladlığa və
daimi tərbiyəyə götürməkdən əmələ gələn şəxsi, yəni qeyri-əmlak münasibətlərini və bunlarla əlaqədar əmlakmünasibətlərini tənzim edir. Ailə hüququ qeyri-əmlak və əmlak münasibətlərini tənzim etdiyinə görə, onu mülkihüququn bir hissəsi hesab etmək düzgün deyildir. Ailə hüququ ilə tənzim edilən şəxsi münasibətlərin təbiəti mülki hüququn institutları (müəlliflik,ixtiraçılıq, kəşf və s.) üçün səciyyəvi olan şəxsi münasibətlərdən keyfiyyətcə fərqlənir. Belə ki, mülki hüquqagörə bu məsələlərdən əmələ gələn hüquq münasibətlərinin subyektləri həm vətəndaşlar, həm də təşkilatlar olabilər. Ailə hüquq münasibətlərinin subyektləri isə yalnız vətəndaşlar ola bilər.
Hüquq ədəbiyyatında haqlı olaraq qeyd edilir ki, Sovet dövlətinin inkişaf tarixi boyunca mülki və ailə qanunvericiliyinin məcəllə halına salınması məsələsi də bir-birindən ayrı olmuş və olmaqdadır. Ailə hüququnun müstəqilliyi onun öz predmetinin olması ilə də təsdiq edilir. Bu və ya digər hüquq sahəsinin predmeti dedikdə, həmin hüquq sahəsinin normaları ilə tənzim edilən ictimai münasibətlər başa düşülür. Bu baxımdan ailə hüququnun predmetinə ailədə ərlə arvad arasında, ailənin digər üzvləri arasında əmələ gələn şəxsi və əmlak münasibətləri daxildir.
Birinci qrup münasibətlərə ərlə arvad arasında olan elə münasibətlər daxildir ki, onlar şəxsi azadlığın, müstəqilliyin və hüquq bərabərliyinin ailə həyatında ər-arvad tərəfindən həyata keçirilməsi ilə əmələ gəlir. Bu qrup münasibətlərə, habelə uşaqların tərbiyə edilməsi prosesində valideynlərlə uşaqlar arasında, uşaqlarla onları tərbiyəyə götürmüş digər şəxslər arasında əmələ gələn münasibətlər də daxildir.
İkinci qrup münasibətlərə isə ərlə arvad arasında olan elə münasibətlər daxildir ki, onlar ər-arvadın nikah müddətində qazandıqları əmlakla və bir-birinə qarşılıqlı aliment (maddi yardım) vermək vəzifələri ilə əlaqədar
olaraq əmələ gəlir. Bu qrup münasibətlərə həm də valideynlərin öz uşaqlarını və ailənin digər üzvlərini saxlamaq vəzifələri ilə əlaqədar əmələ gələn münasibətlər daxildir
Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yol verilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.
Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövləttərəfindən həyata keçirilir və yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanında bağlanmış nikah tanınır. Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir.
Ailə Məcəllənin 2-ci maddəsində deyilir: «Azərbaycan Respublikası Ailə Məcəlləsi nikahın bağlanması,nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar, eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və hədd başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir).

Yüklə 33,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin