8. Uşaqlar üzərinə qəyyumlun və himayəçilik Qəyyumluq və himayə ailə qanunvericiliyi ilə müəyyən edilmiş elə bir hüquqi aktdır ki, bu valideynlərini itirmiş uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur.
Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir.
Uşağın qəyyumunun (himayəçisinin) hüquq və vəzifələri Uşağı tərbiyə etmək, onun sağlamlığının, fiziki və psixi, mənəvi və əxlaqi inkişafının qeydinə qalmaq uĢağın qəyyumunun (himayəçisinin) hüquq və vəzifəsidir. Qəyyumluqda (himayədə) olan uşağın qəyyumunun (himayəçisinin) qəyyumluq və himayə orqanlarının tövsiyələrini və uşağın rəyini nəzərə almaqla, onun tərbiyə üsullarını sərbəst müəyyənləşdirmək hüququ vardır. Qəyyum (himayəçi) uşağın rəyinə uyğun olaraq onun ümumi orta təhsil alması üçün təhsil müəssisəsini və təhsilin formasını seçmək hüququna malikdir, uşağın ümumi orta təhsil almasını təmin etməlidir.
Himayədar ailənin yaranması Himayədar ailə uşağı tərbiyə olunmaq üçün vermə müqaviləsi əsasında yaranır. Bu müqavilə qəyyumluq və himayə orqanı ilə himayədar valideynlər (uşağı tərbiyə olunmaq üçün ailəyə götürmək arzusunda olan ərarvad və ya ayrı-ayrı vətəndaşlar) arasında bağlanır. Himayədar ailəyə tərbiyə üçün yalnız yetkinlik yaşına çatmamış uşaq və yalnız müqavilə ilə nəzərdə tutulmuş müddətə verilə bilər.
Himayədar ailə haqqında əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunur.
Qəyyumluq və himayəçiliyin xitam edilməsi Qəyyumluq (himayəçilik) aşağıdakı hallarda xitam edilə bilər:
1. Qəyyumluqda olan uşaqlar valideynlərinin (valideynin) tərbiyəsinə qaytarıldıqda;
2. Uşaqlar övladlığa götürülməyə verildikdə;
3. Himayədə olan uşaqlar dövlət idarələrində və ya ictimai idarələrdə yerləşdirildikdə, çünki bu halda qəyyumların (himayəçilərin) vəzifəsini həmin idarələrin müdiriyyəti həyata keçirir;
4. Qəyyumun (himayəçinin vəsatəti üzrə üzürlü səbəblərə görə (qəyyumun və ya himayəçinin xəstəliyi, başqa yerə getməsi və i.a.;
5. Himayəçilik həmçinin yetkinlik yaşına çatmayan şəxs nikaha daxil olduqda, əgər rayon icra
hakimiyyəti nikah yaşına aşağı salmışsa, xitam edilir. Deməli, yetkinlik yaşını çatmayan müvafiq icazə olmadan nikaha daxil olduqda himayəçilik xitam edilmir;
6. Qəyyum (himayəçi) və ya himayədə olan öldükdə;
7. Öz vəzifələrini lazımınca yerinə yetirmədikdə qəyyumun (himayəçinin) kənar edilməsi nəticəsində xitam edilir.
oxuğduunuz üçün təşəkkür edirəm