Ixtisas: Nəqliyyat və logistika texnalogiyalar mühəndisliyi


Ər-arvadın hüquq və vəzifələri



Yüklə 33,81 Kb.
səhifə5/8
tarix21.12.2023
ölçüsü33,81 Kb.
#187685
növüQaydalar
1   2   3   4   5   6   7   8
Azərbaycan Respublikası Konstitusiyası və hüququn əsasları

5. Ər-arvadın hüquq və vəzifələri
Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Nikahın qeydə alınması nəticəsində ər-arvad arasında əmələ gələn hüquqi münasibətlər iki qrupa:
a) şəxsi, yəni qeyri-əmlak münasibətlərinə;
b) Əmlak xarakterli münasibətlərə.
Ər-arvadın şəxsi hüquqlarına aiddir:
a) İstədiyi məşğuliyyəti, sənəti və yaşayış yerini seçmək hüququ;
b) Ailə həyatının məsələlərini birlikdə həll etmək hüququ.
Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ər (arvad) özünə məşğuliyyət, sənət və yaşayış yeri seçməkdə azaddır.
Nikaha daxil olanadək onlara məxsus olan əmlak habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ararvadın hər birinin əmlakıdır).
Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.)
Nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur
Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş
əmanətlər həmin uşaqlara məxsus hesab edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır.
Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş ritmini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər.
Ər-arvadın öhdəlikləri üzrə məsuliyyət
Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı
bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad
onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

Yüklə 33,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin