Əlavə
Milli tədris planı
Giriş
“Təhsilin əsas əhəmiyyəti onun konkret
vərdiş və yaxud konkret məzmun
şəklində verdiyi bilik məhsulunda
deyil, müəyyən olunmuş istiqamətlə
şagirdin qüvvələrinin inkişafındadır” .
Dimitri Uznadze
Milli tədris planı ümumi təhsil sistemi üçün fundamental əhəmiyyətə malik sənədə, Gürcüstanın ümumi təhsil sisteminin necə bir nəsillərin yetişdirilməsinə dəstək verməli olduğunu müəyyənləşdirən “Ümumi təhsilin milli məqsədləri ”nə əsaslanır. Milli tədris planının başlıca vəzifəsi milli məqsədlərə nail olmaq üçün təhsil mühiti və ehtiyatlarını yaratmaqdan ibarətdir. Bu məqsəddən irəli gələrək o, şəxsiyyətin inkişafına yönəldilmiş təhsil konsepsiyasını seçir. Bu konsepsiyanın tərəqqisinə müasir təhsil məkanında 70-ci illərdən müxtəlif elmi sahələrdə (koqnitiv psixologiyada, neyro elmlərdə, təhsil elmlərində, psixolinqvistikada, dillərin didaktikasında və s.) aparılan intensiv tədqiqatlar imkan yaratdılar. Bu tədqiqatlar elmi baxımdan möhkəm, dinamik və funksional biliyin qurulması üçün və müvafiq olaraq müasir aləmin şüarları və tələblərinə cavab verə biləcək vətəndaşın tərbiyəsi üçün onun üstünlüyünün əsaslandırılmasına imkan verdi.
Şəxsiyyətə yönəldilmiş təhsil prosesinin mərkəzində şagird, onun inkişaf prosesi və onun tərəfindən əldə edilən nəticələr dururlar. Nəticəyə yönəlmə şagirdə təqdim edilmiş informasiyanın nəinki təkcə yadda saxlanılmasını, həm də bu informasiyanın möhkəm, dinamik və fundamental biliyə çevrilməsini nəzərdə tutur.
Məhz buna görə də Milli tədris planının fundamental prinsipi şagirdlərin möhkəm biliklə təchiz edilməsini nəzərdə tutan nəticəyə istiqamətlənməkdir. Bu mühüm tələb fənn proqramlarının üç hissəli strukturunda öz əksini tapır:
Fənn proqramlarının strukturu
Fənn proqramlarının ümumi hissəsi fənnin tədrisinin vəzifələrini və ümumi təhsilin milli məqsədlərindən irəli gələn əsas istiqamətləri nəzərdə tutur.
Fənn standartı şagirdlərin qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün yiyələnməli olduqları konkret fənn üzrə səriştələrini nəzərdə tutur. Fənn standartında təsvir olunmuş səriştələr üç kateqoriyadan ibarət biliyi əhatə edirlər: a) deklarativ, yəni prosedur baxımdan biliyin tətbiq olunmasını təmin etməyən statistik xarakterli biliyi. Əgər şagird konkret riyazi əməlin aparılması qaydasını bilirsə, amma onu tətbiq edə bilmirsə, bu zaman şagirdin biliyi deklarativdir; b) prosedur, yaxud da biliyin tətbiq olunmasını, ondan istifadə edilmə imkanlarını verən dinamik bilik; əgər şagird riyazi əməli yerinə yetirə bilirsə, bu zaman şagirdin biliyi prosedurdur. Dəfələrlə məşq etməklə prosedur biliyə yiyələnmək olur və c) şərti bilik, yəni biliyin adekvat tətbiqini təmin edən funksional bilik. Əgər şagird qarşıya qoyulmuş məsələni həll etmək üçün müvafiq riyazi əməli seçə bilirsə, o zaman onun biliyi şərtidir.
Biliyin üç kateqoriyası
Fənn proqramlarının başlıca hissəsinin - standartın fundamental prinsipi nəticəyönümlükdür. Onda tədris məqsədləri konkret nəticələr şəklində formalaşdırılmışdır, yəni tədris prosesi başa çatdıqdan sonra şagirdin nümayiş etdirməli olduğu bilik və qabiliyyət-vərdişlər şəklində. Müəllimə standartla müəyyən edilmiş nəticələr və indikatorlar şəklində siyahıda verilmiş məzmun üzrə məsələləri şagirdlərə necə və hansı tərəfdən işləyib hazırlaması barədə konkret göstərişlər verilir. Bu, tədris prosesinin necə aparılmasını göstərən bir növ bələdçidir ki, şagirdlər biliyi düşünülmüş və əsaslı şəkildə əldə edə bilsinlər.
Proqramın məzmunu icbari və tövsiyə olunan tədris məsələlərinin siyahısından ibarətdir.
İctimai Hüquqlu Hüquqi Şəxs – Milli Tədris Planı və Qiymətləndirmə Mərkəzinin işləyib hazırlayacağı Milli tədris planı ümumi təhsil sahəsində fəaliyyət göstərən və ya iştirak edən bütün subyektlər üçün nəzərdə tutulmuşdur.
I Fəsil
Təlim-tədrisin əsas prinsipləri
I fəsil. Təhsil prosesinin təşkili
Maddə 1. Ümumi təhsilin pillələri
-
Tam ümumi təhsil üç pilləni əhatə edir:
-
İbtidai – I-VI siniflər;
-
Baza – VII-IX siniflər;
-
Orta –X-XII siniflər.
-
İbtidai və baza təhsili məcburidir.
-
Milli tədris planı ilə müəyyən olunmuş səviyyəni əldə etməklə tam ümumi təhsili almaq mümkündür.
Maddə 2. Ümumi təhsil pillələrinin vəzifələri
-
İbtidai pillənin əsas vəzifələri bunlardır:
-
öz imkanlarını aşkara çıxarmaq və təhsil üçün zəruri olan qabiliyyət-vərdişləri aşılamaq üçün şagirdə şəraitlər yaratmaq;
-
şagirddə təhsilə müsbət yanaşmanı və ətraf mühiti dərk etməyə qarşı marağı formalaşdırmaq;
-
növbəti baza pilləsində təhsili müvəffəqiyyətlə davam etdirmək; gələcəkdə lazım olacaq biliyə yiyələnmək, qabiliyyət-vərdişləri inkişaf etdirmək və yanaşmaları formalaşdırmaq üçün şagirdə şərait yaratsın və bunun üçün əsasları müəyyənləşdirsin.
-
Təhsilin beş yaş həddindən başlanması ilə əlaqədar birinci sinifdə:
-
dərs prosesində inkişafetdirici, didaktik oyunlar tətbiq olunmalıdır;
-
dərs başlandıqdan 15dəqiqə sonra fiziki fəallığa vaxt ayrılmalıdır (3-5 dəq.);
-
dərsin fəal və passiv aktivlərinin bir-birini əvəz etməsi ilə keçirilməsi tövsiyə olunur (məs. oxunası tapşırığı rəsm və ya rol oyunu əvəz etsin);
-
tövsiyə olunur ki, imkan daxilində tədris mühiti bir neçə hissəyə bölünsün. Bunlardan isə ən azı biri istirahət və azad aktivliyə ayrılsın.
-
Baza pilləsinin əsas vəzifələri bunlardır:
-
ümumi təhsilin milli məqsədlərinə nail olmaqda şagirdə yardım etmək;
-
bütün həyatı boyu xüsusi əhəmiyyətə malik bacarıq-vərdişləri inkişaf etdirmək üçün şagirdə şarait yaratmaq;
-
təhsili davam etdirmək, yaxud əmək bazarında düzgün seçim etmək üçün şagirdə ilkin şərait yaratmaq.
-
Orta pillənin əsas vəzifələri bunlardır:
-
müasir tələblərə uyğun təhsilin alınmasında şagirdə şəraitlər yaratmaq;
-
gələcək seçimdə şagirdə yardım göstərmək (təhsili davam etdirmək və ya - əmək fəaliyyətinə qoşulmaq) ;
-
şagirdə keyfiyyətli tam ümumi bilik vermək.
Maddə 3. İctimai məktəbdə tədris ilinin təqvimi
-
Tədris ili iki semestrə bölünür. Onu qış tətili semestrə bölür.
-
Tədris ilinin başlanması və başa çatdırılması tarixləri və tətillərin vaxtı və müddəti qanunvericiliklə müəyyənləşdirilir.
-
Dərs həftəsi beşgünlükdür. Lazım gəldiyi halda həftədə altıgünlük tədris də yolveriləndir. Altıgünlük tədris yolveriləndir, əgər:
-
məktəb gündəlik saat yükünü yüngülləşdirmək qərarına gələrsə;
-
nəzərdə tutulmamış səbəblər üzündən məktəbdə dərs günü/günləri boş keçərsə.
-
Dərsin müddəti 45 dəqiqə müəyyənləşdirilir. Birinci sinif istisna təşkil edir, burada dərsin müddəti 35 dəqiqədir. Dərsin müddəti ilə əlaqədar ekstremal şəraitlər zamanı (şaxtalar, kəskin istilər və s.) istisnaların edilməsinə yol verilir. Bu zaman məktəb tədris prosesinin vaxtını azaltmaq məqsədilə dərslərin müddətini qısalda bilər.
-
Dərslər arası ən azı bir tənəffüsün müddəti minimal olaraq 15 dəqiqə müəyyənləşdirilməlidir. Digər tənəffüslərin müddəti məktəbin tədris planı ilə müəyyən olunur.
Maddə 4. İctimai məktəbdə şagirdlərin sayı
-
Sinifdə şagirdlərin maksimal sayı 30 şagird müəyyənləşdirilmişdir.
-
Bu maddənin birinci bəndi ilə müəyyənləşdirilmiş şagirdlərin maksimal sayı ilə əlaqədar istisna Gürcüstan Təhsil və Elm Nazirliyi ilə yazılı razılıq əsasında mümkündür. Bu halda şagirdlərin maksimal sayı 35-dən artıq olmamalıdır.
-
Əgər hər bir paralel sinifdə şagirdlərin minimal sayı 18-dirsə, o zaman paralel siniflərin olmasına icazə verilir. Şagirdlərin sayı ilə əlaqədar istisna Gürcüstan Təhsil və Elm Nazirliyi ilə razılıq əsasında mümkündür.
-
Əgər tədris ili ərzində şagirdlərin hərəkəti üzündən sinifdə şagirdlərin sayı müəyyən olunmuş normaya uyğun olmazsa, o zaman məktəb bu barədə Gürcüstan Təhsil və Elm Nazirliyinə məlumat verməlidir və nazirlik sinfin bölünməsi/birləşdirilməsi/mövcud faktiki vəziyyətin saxlanması barədə qərar qəbul etmək səlahiyyətindədir.
-
Şagirdlərin maksimal sayının müəyyənləşdirilməsi qaydası 2005-2006-cı tədris ilində məktəbin birinci sinfinə daxil olmuş şagirdlərə aiddir və hər bir növbəti nəslə şamil edilir. Daha yuxarı siniflərdə məktəblər bu qaydanı yalnız o zaman tətbiq edə bilərlər, əgər ki, bu hərəkət şagirdlərin məktəbdən çıxarılmasına səbəb olmazsa.
-
Sinif Gürcü dili və ədəbiyyatı və xarici dil dərslərində bölünə bilər, lakin yalnız sinifdə şagirdlərin sayı 25-dən artıq olduğu və məktəbin müvafiq maliyyə imkanlarının olduğu halda. Xarici dil dərslərində bölünmələr şagirdlərin dilləri bilmə səviyyəsini nəzərə almaqla yol verilə bilər.
-
Kiçik şagird kontingentli məktəblərdə sinif-komplektlər yaratmaq olar. Sinif-komplektlərdə şagirdlərin ümumi sayı 15-dən artıq olmamalıdır.
-
Sinif-komplektlərin yaradıldığı halda onların pillələr çərçivəsində yaradılması tövsiyə edilir və bir sinif-komplektə iki sinifdən artıq birləşdirilməməlidir.
-
Sinif-komplektin yaradıldığı halda hər bir sinfin şagirdinə müvafiq sinif/fənn üçün Milli Tədris Planı ilə müəyyənləşdirilmiş icbari saatların miqdarı keçilməlidir.
-
Sinif komplektdə təlim-tədris prosesi tam diferensial tədris prinsiplərinə əsaslanmalıdır.
Maddə 5. Məktəbin ümumi mədəniyyəti
-
Məktəb qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə riayət edilməsinə imkan yaratmalıdır.
-
Məktəb məktəb ictimaiyyətinin üzvləri üçün yaradıcılıq və əməkdaşlıq mühitinin yaradılmasına kömək göstərməlidir.
-
Məktəb müxtəlif sinif şagirdlərinin, müəllimlərin və valideynlərin də cəlb olunduqları idman, incəsənət, klub və məktəb layihələrinin həyata keçirilməsinə və təşkilinə kömək göstərməlidir.
Maddə 6. Sinif rəhbəri
-
İctimai məktəbdə hər bir sinfin sinif rəhbəri olmalıdır. Sinif rəhbəri öz rəhbərlik etdiyi sinifdə dərs deməlidir.
-
Sinif rəhbərinin işinin məqsədi şagirdlərə ümumi təhsilin milli məqsədlərinə nail olmaqda, şəxsi, tərbiyəvi, əqli və fiziki imkanların inkişaf etdirilməsinə kömək göstərməkdən ibarətdir; sinif rəhbəri şagirdlərə sağlam həyat qaydasının aşılanmasında kömək göstərməli, onlarda demokratik dəyərlərə əsaslanan vətəndaşlıq şüurunu inkişaf etdirməli və onların ailə, cəmiyyət və dövlət qarşısında öz hüquq – vəzifələrinin dərk etmələrinə kömək göstərməlidir.
-
Sinif rəhbərinin vəzifələri bunlardır:
-
Şagirdi və onun valideynini/qanuni təmsilçisini (sonralar – valideynini) onların hüquqları və vəzifələri (məktəbin daxili intizamı, şagirdin Etika məcəlləsi, məktəbin tədris planına müvafiq məsələləri və s.) ilə tanış etməlidir;
-
müntəzəm olaraq sinif rəhbəri saatı keçirməlidir (ibtidai və baza pillələrində);
-
akademik və ya sinif mühitində qarşıya çıxan müxtəlif problemlərin həllində şagirdə kömək göstərməlidir;
ç) şagird, valideyn və müəllim arasında problemlərin qarşıya çıxdığı anda vasitəçi olmalıdır;
d) şagirdin akademik nailiyyəti, intizamı, şəxsi problemləri və ya nailiyyətləri barədə valideynə müntəzəm informasiya verməlidir. Bir şagirdin intizamı və akademik nailiyyəti barədə başqasının iştirakı ilə söhbət aparmaq yolverilməzdir;
e) lazım gəldiyi təqdirdə, maraqlanan valideynlə görüşməli və ona şagirdlə və məktəbdə baş
verən proseslərlə əlaqədar informasiya verməlidir;
ə) Şagirdin məktəbdən yayınmasının səbəbini öyrənməlidir;
f) müəllimlər tərəfindən təqdim olunan informasiyalar əsasında rəhbərlik etdiyi sinfin hər bir şagirdinin akademik nailiyyətini, dərslərdə iştirakını, davranışını təhlil etməli və hər bir şagirdin qısa xasiyyətnaməsini yazmalıdır. Xasiyyətnamədə şagirdin güclü tərəfləri, onun həm akademik, həm də sosial münasibətlər nöqteyi-nəzərindən nailiyyətləri, şagirdin qruplarda, idman yarışlarında və ya başqa növ tədbirlərdə iştirakı təsvir olunmalıdır; nəzərə alınması şagird üçün faydalı olan şagirdin akademik, fiziki, emosional və sosial inkişafının əhəmiyyətli məsələləri bu xasiyyətnamədə öz əksini tapmalıdır;
g) şagirdin başqa məktəbə keçdiyi təqdirdə, sinif rəhbəri onun akademik nailiyyəti və dərslərdə iştirakı barədə informasiya hazırlamalıdır.
-
Sinif rəhbərinin işi aşağıdakı prinsiplərə əsaslanmalıdır:
-
Tamdəyərli tərbiyə - tərbiyə işi şəxsin fiziki, psixiki, sosial və mənəvi inkişafına yönəldilməlidir;
-
şagirdin imkanlarının aşkara çıxarılması – sinif rəhbərinin funksiyası şagirdin daxili qüvvəsinin hərəkətə gətirilməsindən və onların istedad və imkanlarının aşkara çıxarılması üçün müvafiq şəraitlərin yaradılmasından ibarətdir;
-
şagirdlərdə məsuliyyət və öhdəlik hissini inkişaf etdirmək – sinif rəhbəri şagirdlərin cəlb olunmasına kömək etmək üçün aktivliklərin (bayramlar, gəzintilər, ekskursiyalar və s.) planlaşdırılmasında və bu zaman qarşıya çıxan problemlərin həllində onların iştirak etmələrinə imkan verməlidir. Sinif rəhbəri şagirdlərin maraqlarını nəzərə almalıdır;
ç) əməkdaşlıq prinsipi – sinif rəhbərinin şagirdlərlə münasibəti əməkdaşlığa, qarşılıqlı hörmətə və qarşılıqlı inama əsaslanmalıdır. İctimai məktəbin sinif rəhbəri iş prosesində Gürcüstan Təhsil və Elm Nazirliyinin (sonralar – nazirlik), İctimai Hüquqlu Hüquqi Şəxs – Milli Tədris Planları Və Qiymətləndirmə Mərkəzinin (sonralar – Mərkəz) və İctimai Hüquqlu Hüquqi Şəxs – Müəllimlərin Peşə İnkişafının Milli Mərkəzi tərəfindən işlənib hazırlanmış və ya tövsiyə edilmiş metodiki dərsliklərdən və tövsiyələrdən istifadə etməlidir.
Maddə 7. İctimai məktəbdə fənn kafedraları
-
İctimai məktəb fənn qruplarına əsasən kafedralar yaratmaq səlahiyyətinə malikdir, bu kafedralarda fənn qruplarının bütün müəllimləri birləşə bilərlər. Əgər məktəbdə fənn qrupunun bir müəllimi vardırsa, müxtəlif fənn qrupunun pedaqoqları bir kafedrada birləşə bilərlər (məs. riyaziyyat və təbiətşünaslıq elmlərinin); məktəb eləcə də ibtidai pillənin kafedrasını yarada bilər.
-
Kafedraların funksiyalarıdır:
-
fənn qrupu fənninin/fənnlərinin tədrisinin əlaqələndirilməsi;
-
kafedra üzvləri arasında təcrübənin paylaşılması, nailiyyətlərin ön şərtlərinin müəyyənləşdirilməsi və problemlərin həlli yollarının axtarılması;
-
dərs prosesi üçün, müəllimlərin peşə inkişafı və məktəb kitabxanası üçün təhsil resurslarının seçilməsi və pedaqoji şuraya təqdim edilməsi;
ç) başqa kafedralarla əlaqəli iş (məs., tarix və gürcü ədəbiyyatında ümumi tematik razılaşma, ekskursiyalar üçün ümumi tapşırıqların düşünülməsi və s.);
-
müəllimin peşə inkişafına qayğı;
-
təlim-tədrisin müasir metodologiyalarının və yanaşmalarının tətbiqi ilə əlaqədar tövsiyələrin işlənib hazırlanması;
-
Kafedraların quruluşu:
-
kafedra kafedranın sədrini bir tədris ili müddətinə seçir:
-
fənn kafedrasının hər bir üzvü rotasiya prinsipi ilə kafedranın sədri olur. Eyni şəxsin ikinci dəfə seçilməsi yalnız fənn qrupunun hər bir üzvünün heç olmasa bir dəfə sədr olduğundan sonra mümkündür .
-
Kafedra sədrinin funksiyaları:
-
kafedranın görüşlərini təşkil etmək (gündəliyi hazırlamaq, protokolları və başqa sənədləri tərtib etmək – saxlamaq);
-
məktəbin idarə orqanları üçün kafedranın görüşləri nəticəsində qəbul edilmiş qərarları çatdırmaq (məs., qrif verilmiş dərsliklərin və başqa tədris materialının seçilməsi barədə);
-
peşə inkişafı üçün faydalı aktivliklərin (həmkarlarla görüşlərin, treninqlərin, konfransların və s.) təşkil edilməsi.
-
Kafedra semestrdə ən azı iki dəfə toplanır. Kafedra mütləq tədris ilinin başlanğıcınadək toplanmalıdır.
II Fəsil. Təhsil resursları
Maddə 8. Təhsil resurslarının idarə olunması
-
Tədris prosesində həm müəllim üçün, eləcə də şagirdlər üçün müxtəlif təhsil resurslarından istifadə etmək zəruridir.
-
Məktəb şagirdlər və müəllimlər üçün məktəbdə mövcud olan təhsil resurslarının (kitabxana, kompüter laboratoriyası və s.) əlçatmasını təmin etməlidir.
-
Məktəb məktəbdə mövcud olan müxtəlif təhsil resurslarının istifadəsi qaydalarını işləyib hazırlamalı və şagirdlərə tanış etməlidir.
Maddə 9. Təhsil resurslarının tipləri
Təhsil resurslarının tipləri bunlardır;
-
qrif verilmiş məktəb dərslikləri;
-
köməkçi ədəbiyyat;
-
elektron təhsil resursları;
ç) müxtəlif növ əyani vəsaitlər (xəritələr, plakatlar, modellər və s.);
d) kitabxana, teatr, muzey, tarixi abidələr, təbii mühit və s.
Maddə10. Qrif verilmiş dərsliklər
-
Məktəb dərslikləri üçün qrifin verilməsi prosesinin inzibatiliyini Mərkəz həyata keçirir.
-
Dərslikləri müəllimlər/kafedralar (kafedraların mövcud olduqları təqdirdə) seçirlər.
-
Pedaqoji şura, qəyyumlar şurası ilə razılaşma əsasında, siniflərə/pillələrə və fənnlərə müvafiq olaraq Mərkəz tərəfindən qrif verilmiş dərsliklər arasından müəllimlərin seçdikləri dərsliklərin nüsxəsini təsdiq edir.
-
Seçilmiş qrif verilmiş dərslik konkret məktəbdə seçildiyi andan minimum altı il müddətində fəaliyyət göstərir.
-
Altıillik müddətin uzadılması ilə bağlı istisna yalnız bu halda mümkündür, əgər:
-
Milli tədris planında dərsliyin dəyişdirilməsini tələb edən əsaslı dəyişiklik edilərsə;
-
Gürcüstan qanunvericiliyi ilə müəyyən olunmuş qaydaya əsasən dərsliyin qrifi ləğv olunur.
-
Bu maddənin beşinci bəndi ilə nəzərdə tutulmuş halda məktəb təyin edilmiş qaydaya əsasən müvafiq sinif/fənn dərsliyini özü seçməyə borcludur.
-
Bir məktəb hüdudlarında hər bir sinfin bütün paralellərində tədris eyni dərsliklə aparılmalıdır.
-
Dərsliyi seçərkən dərsliklərin qiymətləri nəzərə alınmalıdır ki, bu da məktəblər üçün Mərkəz tərəfindən hazırlanmış “Qrif verilmiş dərsliklərin kataloqu” vasitəsi ilə əlçatılandır. “Qrif verilmiş dərsliklərin kataloqunu” Mərkəz özünün rəsmi veb-səhifəsində dərc edir.
-
Dərsliyi seçərkən müəllimlər resurs mərkəzdə yerləşdirilmiş dərsliklərin nüsxələri ilə tanış ola bilərlər.
-
Məktəb seçilmiş dərsliklərin siyahısını tədris ilinin başlanğıcına qədər ən azı bir həftə əvvəl nəzərə çarpan yerdən asmalıdır.
-
Müəllimin tədris zamanı yalnız köməkçi/əlavə material şəklində müəyyən olunmuş prosedurlarla seçilmiş və təsdiq olunmuş istənilən tədris materialından istifadə etmək hüququ vardır. Bununla yanaşı, müəllimə/məktəbə şagirddən qrif olunmamış dərsliyi/başqa tədris materialını əldə etməyi tələb etmək qadağan olunur.
III Fəsil. Məktəbin Tədris Planı
Maddə 11. Məktəbin tədris planının təyinatı və tərkib hissələri
-
Məktəbin tədris planı Milli tədris planına əsaslanmalıdır.
-
Ümumtəhsil müəssisəsi hər yeni tədris ili üçün məktəbin öz tədris planını işləyib hazırlamağa borcludur.
-
İctimai məktəbdə məktəbin tədris planını müəllimlərin/kafedraların (əgər bu axırıncı varsa) və direktorun iştirakı ilə pedaqoji şura işləyib hazırlayır və qəyyumlar şurası ilə razılıq əsasında təsdiq edir.
-
Məktəbin tədris planı yeni dərs ilinin başlanğıcına qədər ən geci bir həftə əvvəl təsdiq olunmalıdır.
-
Məktəbin tədris planının təyinatıdır:
-
Məktəbin prioritetlərini nəzərə almaqla konkret ümumtəhsil müəssisələri üçün Milli tədris planında verilmiş saat yükünü dəqiqləşdirsin;
-
əlavə təhsil və tərbiyə xidmətlərini müəyyənləşdirsin;
-
məktəb-təhsil tədbirlərini planlaşdırsın.
-
Məktəbin tədris planının hissələridirlər:
-
məktəbin missiyası;
-
Milli tədris planı ilə nəzərdə tutulmuş əlavə təhsil xidmətlərinin siyahısı və təsviri;
-
Milli tədris planı ilə nəzərdə tutulmamış əlavə təhsil və tərbiyə xidmətlərinin siyahısı və təsviri;
ç) məktəbin saat yükü;
d) pillələrə və fənnlərə müvafiq olaraq tədris materialının siyahısı, o cümlədən siniflər/səviyyələr və fənnlərə əsasən qrif verilmiş məktəb dərsliklərinin nüsxəsi;
e) xüsusi ehtiyaclı şagird üçün, buna ehtiyac olduğu halda, Milli tədris planına əsaslanaraq işlənib hazırlanmış fərdi tədris planı;
ə) şagirdin akademik nailiyyətinin qiymətləndirilməsi qaydaları (hansı ki, buraxılmış
yekun tapşırıqlarının bərpa edilməsi, payız imtahanlarının keçirilməsi və s. üçün
müddətləri və şərtləri müəyyənləşdirir);
-
dəqiqləşdirilmiş sinif rəhbəri proqramı.
-
Məktəbin müdiriyyəti borcludur ki, təsdiq olunmuş məktəbin tədris planının əsas məsələlərini ən geci tədris ilinin başlanğıcından birinci həftənin sonunadək şagirdlərlə və valideynlərlə tanış etsin (sinif rəhbərinin vasitəsilə mümkündür) və bütün maraqlı tərəflər üçün bu sənədin tam variantının eyni şəkildə əlçatılmasını təmin etsin.
-
Hər hansı bir yeni şagirdi və onun valideynini məktəbin tədris planı ilə tanış etməlidir.
Maddə 12. Əlavə tədris və tərbiyə xidməti
-
Məktəbin şagirdlərə Milli tədris planı ilə nəzərdə tutulmuş əlavə tədris və ya/Milli tədris planı ilə nəzərdə tutulmamış tədris və tərbiyə xidməti göstərmək hüququ vardır.
-
İctimai məktəbin valideynlərlə razılıq əsasında şagirdlərə Milli tədris planı ilə nəzərdə tutulmuş əlavə pullu tədris xidməti göstərməyə o halda hüququ vardır, əgər:
-
qeyd olunan xidmətlərin göstərilməsi həmin məktəbdə çalışan müəllimlər tərəfindən həyata keçirilmirsə;
-
bu xidmətlərin dərs siması yoxdursa;
-
müvafiq şagird üçün qeyd edilən xidmətlərin göstərilməsi dərs prosesinin gedişi zamanı baş vermirsə.
-
Milli Tədris Planı ilə nəzərdə tutulmuş/nəzərdə tutulmamış əlavə tədris və tərbiyə xidməti şagirdə tövsiyə edilən fakültativ və ya icbari fənn şəklində ola bilər.
-
Əlavə icbari fəndə iştirak etmək konkret məktəbin/sinfin bütün şagirdləri üçün zəruridir.
-
əlavə fakültativ fənni ( məşğələni) şagirdlər öz arzularına əsasən seçirlər/iştirak edirlər;
-
Milli Tədris Planı ilə nəzərdə tutulmuş və yaxud nəzərdə tutulmamış əlavə tədris və tərbiyə xidmətlərinin tövsiyə edilməsini məktəb müəyyənləşdirməlidir:
-
əlavə tədris və tərbiyə xidmətlərinin siyahısını;
-
əlavə tədris xidmətlərinin növünü (fakültativ-icbari);
-
hər bir əlavə fənn üçün məktəb tərəfindən işlənib hazırlanmış tədris planı (əgər bu cür plan Milli tədris planının fənn proqramlarında yoxdursa);
ç) məktəbin tədris planı ilə nəzərdə tutulmuş əlavə icbari fənnin/fənnlərin qiymətləndirilməsi prinsipləri.
-
Əlavə icbari fənnin tədris planı əhatə etməlidir:
-
fənnin tədrisi məqsədlərini (burada formalaşdırılmalıdır ki, bu kurs hansı biliyin, qabiliyyət-vərdişlərin və yanaşmaların əldə edilməsini nəzərdə tutur);
-
qiymətləndirmə prinsiplərini (bal, zaçot);
-
lazımi təhsil resurslarının siyahısını.
-
Əlavə tədris və tərbiyə xidmətləri üçün saatların konkret miqdarı Milli tədris planı ilə müəyyənləşdirilməmişdir. Məktəb, bu növ xidmətləri təklif etdiyi təqdirdə, bunu özü müəyyənləşdirməlidir. Məktəbin tədris planında əlavə fənnlər nəzərdə tutulduğu halda, məktəb şagirdlərin müvafiq istirahət etmək və yemək imkanlarının olmasına diqqət yetirməlidir.
Dostları ilə paylaş: |