Loqopediya elmi haqqında anlayış. Loqopediya, onun mövzusu, vəzifəsi və əhəmiyyəti



Yüklə 110,15 Kb.
səhifə1/7
tarix14.12.2022
ölçüsü110,15 Kb.
#74588
  1   2   3   4   5   6   7
mövzu 1 (1)



Loqopediya elmi haqqında anlayış.
Loqopediya, onun mövzusu, vəzifəsi və əhəmiyyəti.

Nitq ancaq insana məxsus olan çox vacib psixi funksiyadır Nitq ünsiyyəti vasitəsilə insanın şüuru inkişaf edir və zənginləşir. Bu da ictimai şüurda əks olunur,! insanların bütövlükdə içtimai- istehsalat və mədəni fəaliyyətinin nailiyyətləriylə bağlı olur.
Beləliklə, nitq bu və ya digər dil vasitəsilə həyata keçən əsas kommunikativ funksiyadır.
Nitq və onun məna vahidi olan sözün əsasında qavrayış, təxəyyül və yaddaş kimi psixi proseslər formalaşır və inkişaf edir.
Lakin cəmiyyətdə normal nitq inkişafı olan insanlarla yanaşı nitqində müxtəlif qüsurlar və əyintilər olan insanlar da mövcuddur. Bu kateqoriyadan olan anomal uşaqlar “nitq qüsuru olan uşaqlar“ qrupuna daxildir.

Nitq qüsurlarının öyrənilməsi, qarşısının alınması və korreksiyası ilə defektologiyanın əsas sahələrindən biri olan loqopediya məşğul olur.
j , !|Loqopediya - nitq qüsurları, xüsusi təlim və tərbiyə vasTfəsrlə onların qarşısının alınması, aşkar edilməsi və aradan qaldırılması metodları haqqında elmdir. Loqopediya nitq fəaliyyəti­nin pozulmasının səbəbini, mexanizmini, simptomatikasını, və quruluşunu öyrəninjtədqiq edir)
“Loqopediya” termini iki yunan sözünün birləşməsindən əmələ gəlmişdir:
Loqos (söz), paydeo (tərbiyyə edirəm, öyrədirəm) - tərcüməsi “düzgün nitq tərbiyəsi” mənasını bildirir.
Loqopediyanın bir elm kimi mövzusu - nitq pozğuntusu və nitq fəaliyyəti pozulmuş şəxsin təlimi və tərbiyəsi prosesidir.
Loqopediyanın tədqiqat obyekti nitq qüsurundan əziyyət çəkən insandır, (fərddir)

Nitqin pozulması bir sıra elm sahələri tərəfindən tədqia edilir: (linqivistika, fiziologiya, nevropotologiya, psixologiya və s.). Bu zaman hər bir elm sahəsi buna öz elminin məqsəd və vəzifələrinə uyğun nöqteyi - nəzərdən yanaşır.
Müasir loqopediyanın quruluşunu məktəbəqədər, məktəb loqopediyası və yeniyetmə və yaşlıların loqopediyası
təşkil edir.
Loqopediyanın məqsədi və vəzifələri
Loqopediyanm əsas məqsədi nitq qüsuru olan şəxsin təliminin tərbiyəsinin və yenidən tərbiyə edilməsi elmi əsaslar sistemini işləyib hazırlamaq, eyni zamanda nitq pozğunluqlarının qarşısını almaqdan ibarətdinA Loqopediyanın bir elm kimi qarşısındakı vəzifələr aşağTtfä'kılardır:

  1. Müxtəlif növ nitq pozqunluqları zamanı nitq fəaliyyətinin ontogenezini (inkişaf dövrünü) öyrənmək.

  2. Nitq pozğunluqlarının yayılmasını, simptomatikasını və ağırlıq dərəcəsini müəyyən etmək.

  3. Nitq fəaliyyəti pozulmuş uşaqların daxili səbəblərdən törəyən

(spontan) yönəldilmiş inkişaf dinamikasını və eyni zamanda onların şəxsiyyətinin, psixi inkişafının, müxtəlif növ fəaliyyətlərinin, davranışlarının formalaşmasına nitq pozğunluqlarının təsiri xarakterini aydınlaşdırmaq.

  1. İnkişafında müxtəlif əyintilər olan uşaqların nitqinin və nitq pozğunluqlarının formalaşması xüsusiyyətlərini öyrənmək (İntelekti, eşitməsi, görməsi və dayaq-hərəki aparatı pozul­muş uşaqlar).

  2. Nitq pozğunluqlarının etiologiyasını, mexanizmini, qurulu­şunu və simptomatikasını müəyyənləşdirmək.

  3. Nitq pozğunluqlarının pedaqoji diaqnostika metotlarını işləyib

hazırlamaq.

  1. Nitq pozğunluqlarını sistemləşdirmək.

  2. Nitq pozğunluqlarının differensiallaşmış metodlarının və aradan qaldırılması vasitələrinin prinsiplərini işləyib hazırla­maq.

  3. Nitq pozğunluqlarının profilaktik metodlarını təkmilləşdirmək.

  4. Loqopedik köməkliyin təşkili məsələlərini işləyib hazırlamaq.

Göstərilən vəzifələr loqopediyanın həm nəzəri, həm də praktik istiqaamətlərini müəyyən edir. Nəzəri baxımdan nitq pozğunluqlarının tədqiqi, onların profilaktikasının, aşkar edilmə­sinin və qarşısının alınmasının elmi əsasları işlənib hazırlanır.
Praktik baxımdan loqopedik iş nitq pozğunluqlarının qarşısının alınması, aşkar edilməsi və aradan qaldırılmasından ibarətdir. Loqopediyanın nəzəri və praktik məsələləri bir - biriylə qarşılıqlı əlaqədədir.
Loqopediyanın əhəmiyyəti
Loqopediya bir eim kimi dilin və nitqin sosial mahiyyətiylə şərtləşən, uşağın nitq ihkişafı,təfəkkürü və bütövlükdə psixi fəaliyyətiylə sıx əlaqədə olan vacib nəzəri və praktik əhəmiyyətə malikdir.
Nitq funksyası insanın ən vacib psixi funksyalarından biri sayılır. Nitq inkişafı prosesində idrak fəaliyyətinin ali formaları, təfəkkür anlayışları formalaşır.
Uşağın psixi inkişaf prosesi zamanı mürəkkəb və keyfiyyət­cə yeni olan nitq təfəkkürü, nitqi qavrama fəaliyyəti yaranır. Nitq ünsiyyəti qabiliyyətini mənimsəmə insan üçün spesifik olan sosial kontaktın lazım olan ilkin şərtlərini yaradır, uşaqda ətraf .mühit haqqında təsəvvürün formalaşmasına və onların formalarının təkmilləşməsinə köməklik edir.
Uşağın nitqi mənimsəməsi onun davranışının şüurlu, planlı və düzgün idarə olunmasına köməklik edir. Nitq fəaliyyəti koi ektiv əməkdə müxtəlif növ fəaliyyətin və iştirakın inkişafı üçün lazimi şərait yaradır. Bu və ya digər dərəcədə nitqin pozulması uşağın psixi inkişafına mənfi təsir göstərir, onun davranışında və fəaliyyətində öz əksini tapır. Nitqin ağır dərəcədə pozulması əqli inkişafa, xüsusən idrak fəaliyyətinin yüksək dərəcədə formalaşmasına mənfi təsir gö.stərə bilər. Bu da nitqlə təfəkkürün sıx qarşılıqlı əlaqəsiylə şərtləşir.
Nitqin pozulması, nitq ünsiyyətinin məhtudluğu uşağın şəxsiyyətinin formalaşmasına da mənfi təsir göstərə bilər, psixi təbəqələşmə və emosional - iradi sahədə spesifik xüsusiyyətlər yaradar, (utancaqlar, neqativizim, acizlik və s.)
Bütün bunlar savad mənimsəməyə, bütövlükdə müvəffəqiy­yətə və peşə seçməyə mənfi təsir göstərir.
cLoqopediyanın əsasən əhəmiyyəti ondan ibarətdir ki, nitq .qüsurunun aradan qaldırılmasında (islahına) uşağa köməklik göstərsin və bununla onun mükəmməl, hərtərəfli inkişafını təmin etmiş olsun.x>
Loqopediyanın başqa elmlərlə əlaqəsi
Loqopediyanın bir sıra elmlərlə sıx əlaqəsi vardır. Müxtəlif növ nitq pozğunluqlarının korreksiyası və profilaktikası ilə müvəffəqiyyətlə məşğul olmaq, şəxsiyyətə hərtərəfli təsir göstər­mək üçün nitq pozğunluqlarının simptomatikasını, onların etiologi- yasını, mexanizmini, nitq fəaliyyətinin pozulmasının quruluşunda nitq və nitqdənkənar simptomların əlaqəsini bilmək lazımdır. Bu loqopediyanın başqa elmlərlə sıx əlaqəsini müəyyən etdir.
Bu əlaqələr iki qrupa ayrılır: sistemdaxili və sistem- lərarası.
Sistemdaxili əlaqəyə loqopediyanın pedaqogikayla, xüsusi pedaqogikanın sahələri ilə (surdopedaqogika, tiflopedaqogika, oliqofrenopedaqogika), ana dilinin təlimi metodikası ilə, riyaziyyat­la, loqopedik ritmikayla, ümumi və xüsusi psixoloqiyayla əlaqəsi daxildir
Sistemlərarası əlaqəyə loqopediyanın tibbi - bioloji və linqvistik eUtfnlərlə əlaqəsi aid edilir.
Loqopediya ümumi anatomiya, fiziologiya və nevropato- logiya elmindən nitqlə bağlı məsələlərin həllində geniş istifadə edir.
Loqopediyanın otorinolarınqologiya, nevropatologiya, oliqofreniyanın klinikası, pediatriya kimi tibb elminin sahələriylə də çox sıx əlaqəsi vardır. Məsələn, eşitmə və nitq patologiyası haqqında məlumatlar pozulmanın etiologiyasım müəyyən etməyə köməklik edir, eyni zamanda loqopedik işlə tibbi təsiri (dərman və fizioterapevtik müalicə, operativ müdaxilə və s.) düzgün əlaqələn­dirmək imkanı verir. Nitq pozğunluqlarının bir çox növləri mərkəzi sinir sisteminin orqanik zədələnməsiylə bağlıdır və onların düzgün diaqnostikası loqopedlə həkim-nevropotoloqun birgə səyi nəticə­sində mümkündür.
Tibb elmlərindən əldə .etdiyi biliklər loqopedə nitq pozğun­luqlarının etiologiyasım, mexanizmini düzgün araşdırmaqda köməklik edir, müxtəlif növ nitq pozğunluqlarının aradan qaldırılması (islahı) zamanı diaqnostik məsələləri və differensial- laşmış loqopedik təsiri yüksək səviyyədə həll etmək imkanı verir. Xüsusi tipli müəssələrə uşaqların düzgün təyin oluması diaqnozun dəqiqliyindən çox asılıdır.
Loqopediya linqvistika elmiylə və psixolinqvistikayla da
sıx əlaqədədir. Müasir loqopediyada nitq pozğunluqlarının sistemli öyrənilməsi və aradan qaldırılması zamanı psixolinqvistikanın naliyyətlərindən geniş istifadə edilir. L,.S. Viqotskinin, A.R. Luryanın, A.A. Leontyevanın nitq fəaliyyətinin mürəkkəb quruluşu, qavrama və nitqin söylənməsinin törənməsi əməliyyatı təliminə əsaslanır.
Nitq mürəkkəb dərəcədə dil vahidlərindən və onların işləmə qaydalarından istifadə etməyi tələb edir. Müxtəlif nitq pozulmaları zamanı onlar müxtəlif cür pozula bilər. Dilin normalarını və uşaq tərəfindən ardıcıllıqla mənimsənilməsi qanunlarını bilmək loqo- pedik rəyi dəqiqləşdirməyə köməklik edir, loqopedik təsir sistemi düzgün işlənib hazırlanır.
Nitq pozğunluqlarının korreksiyası zamanı psixoloji yanaş­ma loqopedik işə böyük təsir göstərir. Odur ki, loqopediyanır. ümumi və xüsusi psixologiya ilə, psixodiaqnostikayla da sıx əlaqəsi vardır.
Loqopedə uşağın psixi inkişafının qanunauyğunluqlarını bilmək, müxtəlif yaş dövrlərində psixoloji-pedaqoji müayinə metotlarından istifadə etmək bacarığına yiyələnmək vacib lazımdır.
Bu metodlardan istifadə etməklə loqoped müxtəlif növ nitq pozğunluqlarını differensiallaşdırar, onları intelektual, emosional və davranış pozğuntusu ilə bağlı nitq pozğunluqlarından ayıra bilər.
Bu bilik loqopedə müxtəlif yaş dövründə uşaqla əlaqə yaratmağa, onun nitqini, intelektini, emosional - iradi sahəsini, qavrayışını, yaddaşını, diqqətini müayinə etmək üçün adekvat metodlar seçməyə, eyni zamanda yaş səviyyəsinin fəaliyyət növü nəzərə alınmaqla loqopedik iş aparmasına köməklik edər.

Yüklə 110,15 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin