Ceyhunun çiynindən dəyən güllə həmin yerdə paltara qan izi açmışdı. Güllə yəqin ki iriçaplı



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix14.04.2023
ölçüsü0,53 Mb.
#97770
  1   2   3
Kitab-2 Sınaq oxunuşu




Ceyhunun çiynindən dəyən güllə həmin yerdə 
paltara qan izi açmışdı.Güllə yəqin ki iriçaplı 
silahdan atılmışdı.Yoxsa ki onun bağırtısı aləmi 
götürməzdi. 
– AAAA.Vurdulaaar.Vurulduuuum.Köməy 
eləəə.Fariiiiiz.Sanitttaarrr!İt oğluuu! 
Fariz də heç bilmirdi ki neyləsin.Düşmənin 
şok atəşi bütün əsgərləri çıxılmaz vəziyyətə 
salmışdı.Bir neçə saniyədə ağlına bəlkədə 50 fikir 
gələn Fariz qışqıraraq Cavidə etməli olduğu 
şeyləri deyirdi. 
– Caaviid.Eşidirsəən qardaşıııım?? – var gücü 
ilə bağıraraq Cavidə yarasını bərk sıxmaq lazım 
olduğunu demək istəyirdi. 
– Yaranın üstünü əlinlə bərk sııııx.İndi kömək 
gələcəək. – mativasiya xarakterli yalan ilə Cavidə 
toxtaxlıq vermək istəyirdi.Axı yoxsa onun ürəyi 
partlaya da bilərdi.Onlar bir arada oturub söhbət 
edərkən öz qorxularından danışardılar.Cavid isə 
həmişəki kimi şən əhval-ruhiyədə, suallara 
zarafatyana cavablar verərdi.Ancaq yarızarafat 
demək olar.



– Qardaşım nə yalan deyim?Məni ermənilərin 
əlində qoyub qaçsaz varee..Pəhhh.Sizi necə olursa 
olsun o ermənilərnən bir gecə yatmağın bahasına 
da olur olsun oradan çıxıb gəlib sizin üzünüzə 
tüpürüb təzdən qayıdaram ee.Aha ahha ha! 
– Ay səniii öldürdün bizi gülməydən. Ha ha 
ha –silah yoldaşları qışqıra-qışqıra gülərək cavab 
verirdilər. 
Ancaq burada vəziyyət ciddi idi.Qorxduğu 
şey Cavidin başına gələ bilərdi.Düşmənin şok 
atəşi artıq demək olar ki səngimişdi.Arada 
təxminən yüz metr məsafə olardı.Xoşbəxtlikdən 
isə 
Fariz 
gilin 
mövqeyi 
daha 
yüksək 
idi.Kamandirin verdiyi tapşırığın yollarını 
Həsənov cızmışdı.Onun bir çox tapşırıqda çox 
əməyi var idi.Hətta bir neçə dəfə cızdığı yol ilə 
getməsəydilər pusquya da düşəcəkləri vəziyyət 
olmuşdu.Buna görə də əsgərlər onunla ən ağır 
tapşırığa getsələr də nisbətən rahat idilər.Nə də 
olsa, Həsənov vəziyyətdən çıxaracaq. Yoxuşda 
olan qayanın arxasında olan Cavid yarası ilə 
əlləşirdi.Bir qədər özünə gəlmişdi. 



– Şəmi bax, mən deyəndə o qayanın arxasına 
var gücünlə qaç.Ceyhunu götürüb tez qaçmalıyıq 
burdan. Şərəfsizlər deyəsən çoxdular. – öz 
beynində cızdığı planı sanitara başa saırdı. 
– Şəmii eşitmirsən mənii?Özüvə gəl. 
Ceyhunun yanına get onun yarasına bax.Qan itirib 
öləcəy uşağ. 
Şəminin əsil adı Şəmsəddin idi.Ancaq hərbi 
xidmətin ilk həftələrində komandir əsgərlərin 
vəziy-yətinə baxmağa gələndə ona bu adı 
qoymuşdu. 
– Əsgər adın nədi? – vahiməli bir səs ilə sual 
soruşurdu.Bu səsə heç ayı da dözməzdi.Səsin 
içində qorxu, vahimə, əsəb və bir o qədər də sərt 
bir xarakter var idi.Şəmsəddin yavaşca udqundu, 
ancaq bunu elə şəkildə etdi ki komandir görməsin. 
– Cümşüdov Şəmsəddin! – qorxmuş halda 
birtəhər cavab verdi. 
– Bundan sonra sən artığ Şəmisən.Nə 
soyadın,nə də ki adın normal deyil.Adı mən 
düzəldim heç olmasa.Təşəkkür də lazım deyil – 
ağzının yanı ilə yüngül gülümsədi.Nə deyəcəyini 



bilməyən “ Şəmi” 2-ci dəfə udqunaraq cavab 
verdi.Bəlkədə ömründə hələ bu qədər müddətə o 
qədər tər ifraz eləməmişdi. 
–Saol! 
Hamının ən az 1 ay lağa qoyub güldüyü Şəmi 
sanitar idi,üstəlik isə döyüşün ortasında hamının 
ona ehtiyacı var idi.Eynilə Ceyhun kimi...Onun 
qulağı deyəsən batmışdı.Kazarmadakı sərt 
xarakterli komandir isə Fariz gildən 5-7 metr 
arxada idi.Həmin qorxuducu komandirdən əsər 
əlamət yox idi.O sadəcə evi istəyirdi.Bu dəqiqə 
evində 
isti 
divara 
söykənib, 
arvadının 
çiyinlərindən öpməyi üçün oradakı 24 əsgərin 
hamısını öldürərdi.Fariz darağı bir saniyə içində 
yenisi ilə əvəz elədi.Onun bu bacarığı yaman ad 
çıxartmışdı. Yaxın vaxtlarda onu yarışlara da 
göndərməli idilər.Ancaq müharibə başlayanda 
Abasovu heç kim orada tuta bilməzdi.Abasov 
Fariz düşmən tərəfə atəş açmağa başladı.Mərmini 
düşmənin üzərinə səpələyib, dişlərini az qala 
qırılana qədər sıxaraq sərt bir səs ilə qışqırdı: 
– Qaçç Şəmii! –şəmi sanki çita kimi yerindən 
atıldı.Təlimdə üzərindəki ləvazimatlar ilə heç 



addım belə ata bilməyən Şəmi necə qaçırdısa, gəl 
görə-sən.Ölüm qorxusu həqiqətən hər şeyə qadir 
idi.O bir sıçrayış ilə Cavidin yanına sağ-salamat 
gələ bildi. 
– Cavid hardadı yaran?? – yaranın yüngül 
olmağı ümidi ilə ondan yerini soruşurdu.Cavid 
artıq halsız idi.Deyəsən çox qan itirmişdi.Ancaq o 
güclü 
idi, 
əzmkar idi.Dözə bilərdi bu 
yaraya.Əvvəl sanitara etdiyi lağlağı zarafatlar onu 
qanın içində həmdə utanc suyu ilə qarışdırıb 
boğurdu.Əli ilə heysiz şəkildə yarasını göstərən 
Cavid gözlərini yumdu.Bu etdiklərindən sonra 
Şəminin ona kömək etməsi həqiqətən ona təsir 
etmişdi.O, bu tapşırıqdan sağ çıxsa,Şəmiyə 
edəcəkləri şeyləri fikirləşirdi.Sadəcə nəsə bir şey 
olsun,uzun ağ paltarlı biri gəlsin və onu boynuna 
götürüb uçsun pambıq kimi buludların üzərinə. 
Fariz 
də 
vəziyyətin 
pis 
olduğunu 
anlayırdı.Onun ko-mandası sadəcə düşmənə kor 
güllələr endirir-dilər.Əsas məqsəd düşmənin irəli 
çıxıb hücum etməməsi idi.Amma bura təlim 
düşərgəsi 
deyildi.Güllə 
önəmli 
idi.Bütün 
komanda Şəmi ilə Cavidi gözləyirdi.Onları qoyub 



gedə bilməzdilər.Axı onlar qardaş idilər...Axı 
onlar silah yoldaşı idilər...Axı onlar Xüsusi 
Təyinatlı idilər! 
Şəminin başının yuxarı aşağı getdiyini 
görəndə öz komandasına əli ilə atəş etmələrini 
qışqırdı.Əmr yox! Qışqırmaq.Rütbəsi olmayan 
Fariz döyüşdə elə idi ki, sanki birinci Qarabağ 
müharibəsində də iştirak etmişdi.Onun on səkkiz 
yaşında olduğunu təsəvvür edəndə insan 
vahiməyə düşür.Yaşıdları bəlkədə Universitetdə, 
kollecdə qələmi əlində fırladaraq məllimlərin 
lazımsız sözlərinə qulaq asır.Bəlkədə Fariz silahın 
darağını həyacan ilə dəyişəndə, başqaları dərsdən 
sonra evə bir gedəcəkləri qıza “darıxmışam 
ürəyim ” yazırdı.Yada Gənclik metrosunda 
izdihamın içində öz halına söyürdü.Ancaq bir 
saniyəlik döyüşün ortasında olsaydı,oradakı 
hamıya yol verərdi. Ümu-miyyətcə bunları 
müqayisə etmək də düzgün deyil. 
Şəmi yaralı əsgəri çiyninə aldı.bir əlində 
silahı, digər əlində isə Cavidin qanlı kürəyi 
idi...Cavidin arabir gələn mızıltı səsləri silah 
səsindən tam olaraq eşi-dilmirdi.İyirmi dörd 



əsgərdən 2 yaralı var idi.O biri ya-ralı isə Rüstəm 
idi və o öz çarəsinə baxmış-dı.Xoşbəxtlikdən 
güllə sürtüb keçmişdi.Yuxarı–meşəyə tərəf 
qaçırdılar.Sonra isə Allah kərimdir... 
Düşmənin say üstünlüyü özünü bir qədər 
biruzə verirdi.Onlarda tək bir taktika var 
idi.Gizlən, vur.Ya uzaq məsafə, ya da ki, pusqu 
onların ən ləziz təamlarından idi.Qorxmaqdan 
əlavə onlar öz torpaq-larında vuruşmadığı üçün də 
heç könüllü tətik çəkmək istəmirdilər.Ancaq bu 
onların yaxşı olduğu anlamına gəlmirdi. 
Meşəyə girəndən sonra bir az irəliləmişdilər 
ki, artıq axır ki, rabitəyə kimsə çıxmışdı.Yazıq 
Şəmi az qala bü-tün işi görürdü.O Cavidi yavaşca 
yerə uzadandan sonra rabitəyə keçdi və xəbər 
gözləyirdi.Komandir isə on sa-niyədən bir ona nə 
dediyini soruşurdu.Şəminin əsəbləri o həddə 
çatmışdıki artıq rabitəni komandirin düz başına 
keçirmək istəyirdi.Amma nə olsun? Ona yavaşca 
bir də-fə toxun, gör sənin bütün nəslivi yox edir 
ya yox.Buna görə də bütün acıqlar dodaqlardan 
çıxılırdı.Dodaqlar çə-nənin təzyiqinə dözməyib 



qan ağlayırdı.Susuzluq quru-dan dodaqlar 
onsuzda himə bənd idi ki, qanasın. 
Arxadan düşmənin gəlməyindən ehtiyyat 
edən ko-mandir ora beş əsgər qoymuşdu.Sağ və 
sol 
tərəfə 
bax-mağa 
isə 
hərəsinə 

əsgər.Düşmənin sadə yol ilə gəl-məsini əlbətdəki 
gözləmirdi.Şəmi bir anda ayağa qalx-dı.Bir 
arxasına baxdı bir də irəliyə: 
– Qabağqa çay var.Onu keçəndən sonra 500 
metr getsək “P” dəstəsinə çata bilərik. 
Həsənov 
tez 
pulemyotunu 
yerdən 
qaldırdı.Sanki əs-gərlərə bir həvəs gəldi.Ancaq 
bilmirdilər ki, bu sadəcə yalan idi.Sonuncu 
yalan...Şəminin sonuncu yala-nı.Cavidi də 
götürüb tez irəlilədilər.Arxadan isə düşmənin 
muzdlu 
silahlıları 
yavaş-yavaş 
görünür-
dü.Məsafənin uzaqlığı onlara sərf edirdi.Axı onlar 
tez bir şəkildə yalan olan “P” dəstəsinə çatmalı 
idilər.Şəmi Cavidi daşımadığı üçün artıq tez-tez 
arxaya dönüb gə-lənlərə atəş aça bilirdi.Sərrast 
atıcı olan Şəmsəddin artıq 2 düşmən əsgərini yerə 
sərə bilmişdi. 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin