Corc Qordon Noel Bayron



Yüklə 47,12 Kb.
səhifə1/5
tarix16.12.2023
ölçüsü47,12 Kb.
#181847
  1   2   3   4   5
Bayron ve Siller haqqında


Corc Qordon Noel Bayron 1788-ci il yanvar aynın 22-də Londonda yoxsullaşmış bir lord ailəsində anadan olmuşdur. Onun uşaqlığı Şotlandiyanın Eberdin adlanan kiçik şəhərində keçmişdir. Şairin böyük zadəgan ailəsindən olan atası Corc Bayron müflis vəziyyətə düşərək 1791-ci ildə öz borclularının əlindən Fransaya qaçır və orada vəfat edir.
Bayron «Çayld Haroldun səyahətləri», «Şərq poemaları», «Qabil», «Don Juan», «Manfred» və sair kimi dünya ədəbiyyatı xəzinəsinə daxil olmuş əsərlərin müəllifidir. Yaxın Şərq ölkələrinə səyahətdən qayıtdıqdan sonra 1813-1815-ci illər ərzində Bayron bir neçə poema yazır. Sonradan bu poemaları ədəbiyyat tarixində «Şərq poemaları» adı ilə məşhur olur. «Şərq poemaları»na aşağıdakı altı poema daxildir: «Gavur» (may, 1813) «Abidos gəlini» (dekabr, 1813), «Korsar» (1814-cü ilin əvvəlləri), «Lara» (avqust, 1814), «Korinfin mühasirəsi», «Parizina» (1815-ci ilin sonu, 1816-cı ilin əvvəlləri). Bu poemaların süjeti gərgin dramatik hadisələrlə başlayıb, kəskin faciəvi sonluqla bitir. Bu poemalarda əsas rolu mahiyyətcə üç şəxs : qəhrəman, onun məşuqəsi və rəqibi oynayır. Bayronun qəhrəmanları cəmiyyətə qarşı üsyan edən mübariz, lakin, təkbaşına mübarizə aparan qəhrəmanlardır. Bayron, şəxsiyyəti hər şeydən üstün tutur, onun poemalarında əsas yeri ancaq tək-tək qəhrəmanlar tutur və Bayron ancaq bu şəxsləri mədh edir. Buna misal olaraq «Gavur» poemasından Gavuru, «Abidos qəlini»ndə Səlimi göstərmək olar. «Korinfin mühasirəsi»ndə Bayron bir qədər də ilə gedir. Azadlıq ideyası, vətən istiqlaliyyəti uğrunda kütləvi hərəkət, kütlə və qəhrəmanın münasibəti burada artıq ayın naxışlarla seçilir. «Şərq poemaları»ndan danışarkən Bayronun həmin dövr yaradıcılığının iki əsas xüsusiyyəti nəzərə alınmalıdır. Bunlardan biri Bayronun Şərq ölkələrinə səyahətdən sonra yazdığı əsərlərə Şərq poeziyasının müsbət təsiri, digəri isə bu poemalardan daxili və xarici irtica qüvvələrinə qarşı kəskin etiraz və üsyan motivlərinin zəngin olmasıdır.
Məlum olduğu kimi Şərq mövzusu başqa ingilis ədiblərini əsərlərində də öz bədii əksini tapmışdır. Yazıçılardan fərqli olaraq Bayron şərqi özünəməxsus bir şəkildə. Avropaya təqdim etmişdir. Bayron Avropa ədəbiyyatında yeni lirik-romantik tipli poema janrını yaratmışdır. Bayron Soutinin əksinə olaraq türk, yunan, alban xalqlarının folklorundan, adət və ənənələrindən kor-koranə şəkildə deyil insan şəxsiyyətini yüksəklərə qaldırmaq məqsədi ilə istifadə etmişdir. Həmin mahnını Bayron da eşitmişdi. Bu günahsız qızın taleyi Bayronu və onun yol yoldaşı Hobhauzu çox maraqlandırmış və onlar bu hadisəni müfəssəl öyrənməyə çalışmışdılar. Əli paşanın gəlini, əri Muxtarın son zamanlar onu gözdən saldığından qayınatasına şikayət edir. Poemanın qəhrəmanları atəşli məhəbbətlə sevən, qəlbi düşmənə qarşı nifrət və intiqam hissi ilə dolu olan şərqlidir. Bayron üsyankar təbiətli qəhrəmanlarını yaradarkən onların iztirab, hiss və düşüncələrini, alovlu duyğularını, dünyagörüşlərini bütün dolğunluğu və dərinliyi ilə təsvir etmək üçün islam dini və əqidəsi ilə bağlı olan sözlər də işlətmişdir. Şübhəsiz, şairin bu sözləri həmin əqidənin təbliğinə deyil, hər şeydən əvvəl onların xarakterik xüsusiyyətlərinin, mənəviyyatının təsvirinə xidmət etmişdir. «Şərq poemaları»nda «Leyli və Məcnun» dastanındakı Leyli obrazını xatırladan əlamətlərə də təsadüf edilir. Professor Əli Sultanlı Nizaminin «Leyli və Məcnun» poemasının Avropada ən çox təsirini «Abidos gəlini»ndə görür.
Şərq haqqında yazan başqa ingilis şairlərindən Bayronun üstünlüyü ondadır ki, o, Şərq adətlərini özünəməxsus bir şəkildə vermişdir. Müsəlman qadınlarının naməhrəmlərə baxmaq hüququndan məhrum olması və sair buna misaldır. «Abidos gəlini»ndə üsyan, protest motivləri kəskin bir şəkildə verilmişdir. Böyük emosional gücə malik olan bu əsərin qəhrəmanı Konrat daha üsyankar, daha barışmaz bir obrazdır. «Korsar», «Dara», və «Parisin əsərləri»ndə Bayron Şərq adət və ənənələrinə nə qədər yaxından bələd olduğunu nümayiş etdirmiş, Şərq həyatını gözəl , romantik ifadəsini verə bilmişdir.
Şərq şeirinin ən gözəl xüsusiyyətlərini, ifadə tərzini, ingilis poeziyasında ilk dəfə özünəməxsus bir şəkildə işlətməklə yanaşı, müəyyən şərq sözlərini də ingilis dilinə ilk dəfə gətirən Bayron olmuşdur. Bayron istifadə etdiyi bu sözləri mexaniki mənada işlətmir və bəzən onlara yeni məna verir. Bayronun yeni məna verib işlətdiyi şərq sözlərinə həmin mənada başqa ingilis yazıçılarının d0a əsərlərində rast gəlirik. Məsələn, Sultanə-xanım mənasında, saray-hərəmxana mənasına və s.

Yüklə 47,12 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin