DAĞliq qarabağda erməNĠ terroru qaradağLI



Yüklə 438,31 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix31.01.2017
ölçüsü438,31 Kb.
  1   2

                                                                                                  

                                                                                

  DAĞLIQ QARABAĞDA   ERMƏNĠ TERRORU 

 

       



 

 

 

        QARADAĞLI        FACĠƏSI 

 

                17 fevral 1992-ci il

 

 



 

 

                           

 

 

 



                               

 

                                 Bakı  2010 



 

 



 

 

                                                                                                         



 

 

 



 

 

                                                                                                                                                              



Bu  kitab  Azərbaycan  Respublikasının  Prezidenti yanında  Qeyri-Hökumət  Təşkilatlarına 

Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə nəşr edilmişdir.

 

 

               



 

 

 



 

Müəllif:  tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı 

 

 

Mündəricat 



 

Ön söz 


I    Faciədən əvvəl kəndin vəziyyəti 

II    Qaradağlının işğalı 

III    Faciənin canlı şahidləri 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

    



Ön söz 

 

Azərbaycanın  çağdaş  tarixinin  dərindən  öyrənilməmiş  səhifələrindən  biri  də  XX 



əsrin  sonlarında  yenidən  qızışdırılan  Dağlıq  Qarabağ  münanaqişəsi  zəminində 

azərbaycanlıların yaşadığı kənd və rayonlarda törədilən soyqırım hadısələridir.  

Bu  hadisələr  zamanı  çoxlu  sayda  yerli  azərbaycan  əhalisi  erməni  işğalçıları 

tərəfindən  məhv  edilməklə  yanaşı,    xeyli  maddi  –  mədəniyyyət  abidələri  də  məhv 

edilmişdir. Münaqişə başlayandan 547 memarlıq abidəsi, o cümlədən 5 dünya, 393 ölkə 

və  149  yerli  əhəmiyyətli  memarlıq  abidəsi,  205  arxeoloji  abidə,  927  kitabxana,  808 

klub  müəssisəsi,  85  musiqi  məktəbi,  12  monument,  22  muzey,  4  şəkil  qalereyası,  10 

mədəniyyət  və  istirahət  parkı,  4  dövlət  teatrı  və  2  konsert  müəssisəsi  dağıdılmış, 

beynəlxalq əhəmiyyətə malik 40 minə yaxın qiymətli və XI-XIX əsrlərin nadir muzey 

əşyaları,  erməni  təcavüzkarları  tərəfindən  qarət  edilmişdir.(1)  Dağlıq  Qarabağ 

probleminin  1988  –  2010  –  cu  illər  tarixşünaslığının  tədqiqi  göstərir  ki,  bu  mövzuda 

çoxlu  sayda  kitab  və  məqalələr  yazılıb.  (2)  Lakin  bunların  mütləq  əksəriyyəti  yalnız 

yerli  oxucu  üçün  nəzərdə  tutulduğundan  bu  nəşrlərdən  beynəlxalq  ictimaiyyət  demək 

olar ki, xəbərsizdir. 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  1994-cü  ildə  qəbul  etdiyi  Xocalı 

soyqırımı  günü  haqqında  qərarından  sonra  Xocalı  faciəsi  haqqında  həqiqətlərin 

dünyaya çatdırılmasında bir sıra məqsədyönlü işlər görülüb.  

Xocalı faciəsi haqqında bir sıra kitab və məqalələr yazılıb (3), faciənin baş verdiyi 

dövrdə  hətta müxtəlif xarici KİV - lərdə hadisə barədə məlumatlar yayılıb.(4)   

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA)  

da  Xocalı  soyqırımının  haqqında  obyektiv  məlumatların  dünyaya  çatdırılmasında  bir 

sıra  mühüm  işlər  həyata  keçirib  və  3  kitab  nəşr  edib.(5)  Kitabların  elektron  variantı 

www.avciya.az

  saytına  yerləşdirilib.  Assosiasiya  2006  -  cı  ildə  Xocalı  soyqırımının 

beynəlxalq  aləmdə  tanınması  tələbilə  kütləvi  imzatoplama  kampaniyasına  başlayaraq 

bir milyon Azərbaycan vətəndaşının imzası toplanmış və “Xocalı soyqırımı (sənədlər, 

faktlarda və xarici mətbuatda)” adlı kitabı azərbaycan, ingilis, rus dillərində nəşr edib 

müxtəlif beynəlxalq qurumlara göndərib.  

Xocalı faciəsi ilə əlaqədar informasiya blokadasını yarmaq sahəsində müəyyən işlər 

görülsə də, digər faciələr haqqında bunu etmək  çox təəssüf  hələ ki, mümkün olmayıb. 

Diqqətdən  kənarda  qalmış  və  az  öyrənilmiş  belə  faciələrdən  biri   

Xocavənd  rayonu 

Qaradağlı kəndində baş vermiş faciədir. 

Hətta Azərbaycan Respublikası Milli Məclisin 

rəsmi saytında (www.meclis.gov.az) - Münaqişələrin tarixi “Ermənistanın Azərbaycana 

təcavüzü”  başlıqlı  yazının  1992  –  ci  ilə  aid  xronologiyasında  da  Qaradağlı  faciəsi 

haqqında  məlumat  yoxdur.  Fikrimizcə  bunu  əsas  səbəbi  Dağlıq  Qarabağda  erməni 

cinayətlərinin    həddən  artıq  çox  olması  və  bu  cinayətlərin  əksəriyyəti  haqqında 

informasiya qıtlığının mövcudluğudur.  

Çağdaş tarixdə dünyanın digər bölgələrində də  Qaradağlı faciəsinə oxşar hadisələr 

baş  verib  və  beynəlxalq  ictimaiyyət  bunlar  barədə  kifayət  qədər  məlumatlıdırlar.  

Məsələn, 1995-ci ilin iyulunda serb etnik millətçiləri tərəfindən Bosniyanın Srebrenitsa 

şəhərində 17-70 yaş arası olan 10 mindən artıq müsəlman əhalini kütləvi şəkildə qətlə 

yetirmış,  insanlar diri-diri kütləvi məzarlıqlarda basıdırılmışdır. Bu dövrdə Bosniyanın 



 

13  yaşayış  məntəqəsində  müsəlmanlara  qarşı  kütləvi  qətliamlar  həyata  keçirilib.  Bu 



hadisələrdə 200 mindən artıq günahsız insan qətlə yetirilib, minlərlə insan yaralanıb, 2 

milyondan artıq adam qaçqına çevrilib. Bosniyanın 13 yaşayış məntəqəsində baş verən 

soyqırımdan,  BMT,  Avropa  Parlamenti  və  digər  beynəlxalq  qurumlar  heç  olmasa  

birini,  Srebrenitsa  soyqırımını  tanımasına  baxmayaraq,  ermənilərin  azərbaycanlılara 

qarşı törətdikləri  çoxsaylı soyqırımlarla bağlı hələ ki, susmağa üstünlük verirlər.(6) 

Qaradağlı faciəsinin canlı şahidləri bu faciəni Xocalı soyqırımı 

ilə müqayisə edilə 

biləcək faciə kimi  qiymətləndirirlər.  Bəziləri Qaradağlı faciəsini ikinci  Xaocalı  faciəsi 

adlandırılar. 

Dağlıq  Qarabağda    Xocavənd  rayonunun  Qaradağlı  kəndi  və  azərbaycanlıların 

yaşadığı  digər  yaşayış  məntəqələrində  baş  vermiş  cinayətlər  haqqında  uzun  müddət 

mövcud olmuş informasiya qıtlığının əsas səbəbləri fikrimizcə aşağıdakılardır: 

 

Hadisələrin baş verdiyi dövrdə Mockvadan idarə olunan yerli hakimiyyətin 



faciələri    haqqında  məlumatları  ört-  basdır  etməyə,  ictimaiyyətdən 

gizlətməyə çalışması; 

 

Cənubi Qafqazda, o cümlədən Azərbaycanda siyasi sabitliyin pozulmasında 



maraqlı  olan  daxili  və  xarici  qüvvələrin  faciələrdən  öz  məqsədləri  üçün 

istifadə etmək  cəhdləri; 

 

SSRİ  –  nin    dağılmasında  maraqlı  olan  beynəlxalq  qüvvələrin  bu  facələrə 



biganə qalması; 

 



Faciələrin baş verdiyi ərazilərin dünyadan təcrid edilməsi, həmin ərazilərdən 

informasiya əldə etməyin olduqca çətin və təhlükəli olması; 

 

Cinayətkarların  öz  vəhşiliklərinin  izini  itirmək  üçün  müxtəlif  qabaqlayıcı 



tədbirlər görməsi; 

 



Faciələrin  baş  verdiyi  dövrdə  Azərbaycanın  haqq  səsinin  beynəlxalq 

qurumlar tərəfindən eşidilməməsi  və   ya onların  Azərbaycanın  haqq səsini 

eşitmək istəməmələri və  s. 

Qaradağlı  faciəsi  haqqında  informasiya  qıtlığının  olmasına  baxmayaraq  canlı 

şahidlərin  verdiyi  məlumatlar  çağdaş  tarixin    bir  sıra  qaranlıq  səhifələrinə  işıq 

salınmasına kömək edir. 

Qaradağlı faciəsi ilə bağlı tədqiqat işləri apararkən məlum olmuşdur ki, “Qaradağlı” 

adında  Azərbaycanın  16  rayonlarında  eyni  adlı  kənd  mövcuddur.  Konkret  olaraq 

Azərbaycan  Respublikasının    Şəki,  Xaçmaz,  Gədəbəy,  Salyan,  Şuşa,  Ağdam,  Füzuli, 

Cəbrayıl,  Kəlbəcər,  Beyləqan,  Tərtər,  Goranboy,  Kəngərli,  Bərdə,  Ağaş,  Ucar 

rayonlarında,  bundan  başqa  tarixi  Azərbaycan  ərəzisi  olan,  hazırda    Rusiya 

Federasiyasının  Dağıstan  MR  tərkibindəki  Dərbənd  rayonda  da  əhalisi 

azərbaycanlılardan  ibarət  Qaradağlı  kəndi  var.  Hətta  Ermənistan  SSR-in 

azərbaycanlılar  yaşayan  Qəmərli  (Artaşat)  rayonunda  da  Qaradağlı  kəndi  olub.  Lakin 

sonradan  kəndin  adı  dəyişdirilib.  Cənubi  Azərbaycanda  Qaradağ  vilayətinin  olması, 

Xürrəmilərin əsas iqamətgahı olan Bəzz qalasının bu vilayətdə yerləşməsi, Azərbaycan 

xalqının qəhraman oğlu, 1905 - 1911 – ci illər hərəkatının lideri, “Sərdari milli” adını 

almış Səttar xanın burada anadan olması və s. faktlar  qaradağlıların tarixən qəhrəman 

və  mərd  insanlar  olduğunu  sübut  edir.  (7)  Bundan  başqa  Xocavənd  atlılarının  I  və  II 

Rus  –  İran  müharibəsində  rus  işğalcılarına  qarşı  göstərdiyi  qəhrəmanlıqlar  haqqında  

hətta xarici tarixçilərin kitablarında (8) geniş məlumatlar verməsi bu torpaqda yaşayan 

əhalinin vətən uğrunda canından keçməyə hazır olan mərd insanlar olduğunu göstərir. 



 

Şuşa,  Ağdam,  Füzuli,  Cəbrayıl,  Kəlbəcər  rayonlarının  Qaradağlı  kəndlərinin  də  



işğal  altında  olduğunu  və    faciələr  yaşadığını  nəzərə  alsaq,  deməli  tədqiq  olunan 

problemi digərləri ilə qarışdırmamasına ciddi ehtiyac var. Cənubi və Qafqaz ərazisində, 

həmçinin  Cənubi  Azərbaycan  ərazisində  Qaradağlı  adlı  kəndlər  çox  olsa  da  çağdaş 

tarixdə Xocavəndin Qaradağlı kəndi, başına gətirilən faciələrin, dəhşətlərin miqyasına 

görə digərlərindən fərqlənir. 

Milli  Təhlükəsizlik,  Daxili  İşlər  nazirlikləri  və  Respublika  Prokurorluğunun  birgə 

istintaq-əməliyyat  qrupunda  Xocalı,  Qaradağlı,  Meşəli,  Bağanıs  Ayrım  və  digər 

Azərbaycan kəndlərində ermənilərin törətdikləri cinayətlərlə bağlı 286 nəfərin insanlıq 

əleyhinə  cinayətlərdə  günahkar  bilinərək,  təqsirləndirilən  şəxs  qismində  məsuliyyətə 

cəlb  olunması  üçün  qərar  qəbul  edilib.  Əməliyyat-istintaq  qrupunda  Qaradağlı 

soyqırımı  ilə  bağlı  6  nəfər  barəsində  məsuliyyətə  cəlb  etmə  qərarı  verilib.  Bundan 

başqa Qaradağlı soyqırımı ilə bağlı kifayət qədər şübhəli şəxs müəyyən olunub. Onların 

təqsirləndirilən  şəxs  qismində  istintaqa  cəlb  olunması  istiqamətində  işlər  davam 

etdirilir.(9) 

Qaradağlı faciəsi ilə bağlı yuxarıda qeyd olunan faktlar erməni vəhşiliklərinin çox 

az  hissəsinin  əhatə  edir.  Canlı  şahidlərin  gözləri  ilə  gördükləri,  ermənilər  tərəfindən 

kənd sakinlərinin diri - diri silos quyularında basdırılması və s. kimi dəhşətli faktlardan 

əksəriyyətin xəbəri yoxdur.  

Xocavənd  rayonunun  Qaradağlı  kəndinin  faciəsinə  aid  son  illər  bir  sıra  kitab  və 

məqalələrin  nəşr  olunması  müsbət  haldır.(10)  Lakin  bu  işlərin  daha  da 

genişləndirməsinə, içtimaiyyətdən gizli qalan yeni - yeni faktları üzə çıxarılmasına və 

toplanmış materialları azərbaycan dili ilə yanaşı, dünya xalqlarının  dillərində  nəşr edib 

yayılmasına ciddi ehtiyac var. 

 

                 I  Faciədən əvvəl Qaradağlının vəziyyəti 



 

 

Qaradağlı  kəndi  Xankəndi  və  Xocavənd  (Martuni)  şəhərlərini  birləşdirən  asfalt 



yolun üstündə, 14 erməni kəndinin əhatəsində yerləşmiş və 800 evdən ibarət olan böyük 

bir  azərbaycan  kəndi  idi.  Sovet  hakimmiyyyəti  dövründə  kəndin  qonşuluğundakı 

Vərəndəpi,  Bəhrəmli  və  Xanlıq  adlı  azərbaycan  kəndlərinin  əhalisi  köçməyə  məcbur 

edilmiş, onların torpaq sahələri isə erməni kəndlərinə verilmişdi. 

 

Çar Rusiyası dövründə və sovet hakimiyyəti illərində ermənilər Dağlıq Qarabağın  



azərbaycanlı  əhalisinə,  o  cümlədən  Qaradağlı  sakinlərinə  qarşı  müxtəlif  təxribatlar 

törətmişdilər.  Belə  bir  təxribat  1967-  ci  ildə  olmuşdur.  Həmin  ildə  milli  münaqişə 

yaratmaq  üçün  ermənilər  üç  nəfər  azərbaycanlıya,  əslən  Qaradağlıdan  olan  şəxslərə 

böhtan  ataraq  onları  həbs  etdirmişlər.  Onlar  məhkəmədə  bəraət  almalarına  baxmayaraq 

erməni  quldurları  günün  günorta  çağı  Xankəndində,  sovet  əsgərlərinin  gözü  qarşısında 

həmin günahsız insanların üstlərinə benzin töküb yandırmışlar. 

 

Sovet  dövründə  Qaradağlı  kəndi  bir  müddət  ermənilər  yaşayan    Qağarza  və 



Baravat  kəndləri  ilə  eyni  bir  kolxozda  birləşdirilmişdi.  Kolxozun  bütün  rəhbər  işçiləri 

ermənilərdən təyin edilirdi. Ermənilər daima Qaradağlıların hüquğunu tapdalayır, kəndin 

rəhbərliyinə  yaxın  buraxmır,  əmək  haqlarını  mənimsəyirdilər.  1971-ci  ildə  Qaradağlılar 

hökumət qarşısında erməni kəndlərindən ayrılmaq, müstəqil kolxoz yaratmaq məsələsini 

qoyaraq  məqsədlərinə  nail  olmuşdular.  Həmin  ildən  Qaradağlı  camaatı  ayrılaraq 

Nərimanov  adına  kolxoz  təsərrüfatında  birləşmişlər.  Ayrılma  zamanı  Xocavənd 



 

rayonunun  erməni  rəhbərləri  əvvəlki  kolxozun  ümumi  əmlakından  Qaradağlıya  heç  bir 



pay  verməmişlər.  Hətta  Qaradağlılara  dədə-baba  torpaq  sahələrindən  istifadəyə  belə  

imkan verilmirdi. Nəhayət gərgin mübarizə nəticəsində onlar müəyyən qədər əmlak payı, 

o  cümlədən  Nərgiz  Təpə  deyilən  yerdən  100  hektar  əkinə  yararlı  torpaq  sahəsi  ala 

bildilər.  Bu  sahə  kənddən  30  kilometr  aralı  olsa  da  kolxozun  inkişafında  mühüm  rol 

oynamışdı. 

Müstəqil  fəaliyyətinin  beşinci  ilində  Nərimanov  adına  kolxoz  Xocavənd  (Martuni) 

rayonunda ən qabaqcıl təsərrüfatlardan birinə çevrilmişdi. 

Xocavənddə  1988-ci ilin fevral ayının 12-də keçirilən iclasda həmişə olduğundan 

fərqli  olaraq  iclasın  ancaq  erməni  dilində  aparılması,  azərbaycan  dilində  danışmağa 

imkan verilməməsi,  iclasdan sonra ermənilərin azərbaycanlılara qarşı təhqiramiz fikirlər 

səsləndirməsi,  əllərində  Azərbaycan  dövləti  əleyhinə  şüarlar  tutmaları,  səhəri  günü 

Xankəndində  keçirilmiş  fəallar  yığıncağında  da  ermənilərin  eyni  hərəkətlər  etməsi 

Qarabağın    bütün  azərbaycanlı  əhalisini,    o  cümlədən  Qaradağlıları  da  narahat  etməyə 

başlamışdı. Bundan sonra Xankəndində və Qarabağın ermənilər yaşayan bütün şəhər və 

kəndlərində millətçi nümayişlər və mitinqlər başlandı.  

Bundan dərhal  sonra bir qrup Qaradağlı kəndinin sakini Ağdama  gedərək rayon 

rəhbəriyinə  erməni  təxribatları  haqqında  Bakıya  məlumat  verilməsini  və  ciddi  tədbir 

görülməsini tələb etmişdilər. Onlar həmçinin erməni təxribatları haqqında  Respublika və 

SSRİ  rəhbərlərinin  ünvanına    yazılı  müraciətlər  də  göndərmişdilər.  Rəhbərlik 

təxribatların  qarşısını  almaq  əvəzinə  Qaradağlıların  şıkayət  məktublarını  tədbir  görmək 

üçün  vilayətin  erməni  rəhbərlərinə  göndərirdilər  ki,  bu  da  onların  vəziyyətini  daha  da 

ağırlaşdırırdı. Respublika rəhbərliyi tərəfindən Qarabağın digər azərbaycanlı əhalisi kimi 

taleyin  hökmünə  buraxılan  Qaradağlılar  özləri  acınacaqlı  vəziyyətdən  çıxış  yolunu 

axtarmağa məcbur olmuşdular.

 

Kəndin nüfuzlu şəxslərindən, rayonun Tədarük İdarəsinin 



rəisi Məzahir Ağalarov, Xocavənd (Martuni) rayonu İcra hakimiyyətində işləyən yeganə 

azərbaycanlı  Nüsrət  Əzizov,  kənd  məktəbinin  direktoru  Nobil  Zeynalov,  Cahid 

Məmmədov,  Soltan  Bayramov  Qaradağlını  erməni  təxribatlarından  qorumaq  üçün  bəzi 

tədbirlər görməyə başlamışlar.  

Kəndin  belə  ağır  vəziyyətində  əslən  Qaradağlı,    Rusiya  ordusunda  zabit  kimi 

xidmət edən, baş leytenant  Ədalət Məmmədov  1988-ci il mart ayında həmkəndlilərinin 

müracətinə  cavab  olaraq  öz  doğma  kəndinə  qayıtdı.  Kəndin  müdafəsinin  təşkilində 

Ədalət  Məmmədova    kənd  məktəbində  hərbi  hazırlıq  müəllimi,  ehtiyatda  olan  zabit 

Telman Tağıyev, Məmməd Məmmədov, Məhəmmədəli Bayramov  və digər vətənpərvər 

oğullar    yaxından  kömək  etmişdilər.

 

Qaradağlıda  AXC  özəyinin  sədri  Ağalar 



Məmmədovun könüllü müdafiə dəstəsinin  yaradılmasında mühüm rolu olmuşdur. Onun 

təşkil etdiyi özünümüdafiə dəstəsinin Ədalət Məmmədovun sərəncamına keçməsi kənddə 

müdafiə  batalyonunun  yaradılmasına  yaxından  kömək  etdi.  Kəndin  könüllüləri  hərbi 

hazırlıqlara  başlasalar  da,  kəndi  müdafiə  etmək  üçün  silahın  olmaması  ciddi  çətinliklər 

yaradırdı.  Dağlıq  Qarabağda  erməni  təxribatları  başladıqdan  sonra  1988  –  1989  –  cu 

illərdə  rəsmi  strukturlar  Qaradağlı  kəndində  üç  dəfə  silahyığma  əməliyyatı  keçirmiş, 

əhalidə  olan  adi  ov  silahlarını  belə  tamamilə  müsadirə  edilmişdir.

 

Vəziyyətdən  çixmaq 



üçün  Qaradağlılar    ətraf  rayonlarda  yaşayan  dostlarına,  tanışlarına  müracət  etmiş,  onlar 

da müəyyən qədər ov tüfəngi taparaq Qaradağlının müdafiəçilərinə göndərmişlər.

 

 

Münaqişə  başlanandan  bir  neçə  ay  sonra  Azərbaycan  rəhbərliyi  gec  də  olsa 



Qaradağlının problemləri ilə maraqlanmağa başladı. O zaman Qaradağlının ətraf erməni 

 

kəndləri və rayon mərkəzi ilə əlaqəsi kəsilmiş, işləyənlər işdən qovulmuşdular. Problemi 



həll  etmək  üçün  kənddə  çörək  sexi,  maqazalar,  yeməkxanalar  fəaliyyətə  başladı. 

Qaradağlıda Bakı şəhəri 1 saylı tikiş fabrikinin və Gəncə Xalça Zavodunun sexləri, Bakı 

soyuducular  zavodunun  filialı  açıldı.

 

Bundan  başqa  məktəb,  uşaq  bağçası,  kitabxana, 



mədəniyyət  evi  və  xəstəxana  binalarının  inşasına  başlanıldı.  Gənc  ailələrə  ayrılmış 

həyətyanı  torpaq  sahələrində  60-a  qədər  yeni  evlər  tikildi.  Bundan  başqa  Qaradağlının 

müdafiəsi  ilə  bağlı  da  müəyyən  işlər  görüldü.  Azərbaycan  SSR  Daxili  İşlər  Naziri  30 

nəfər  Qaradağlı  gəncini  milis  işçisi  kimi  işə  qəbul  edərək  kəndin  müdafiəsinə 

göndərməsi,  Ağdamdan  polis  işçilərinin  növbə  ilə  Qaradağlıya  ezam  edilməsi  kəndin 

müdafiə güçünü bir qədər artırmışdı. 

    

 

1989-cu  ilin  ortalarından  başlayaraq  ermənilərin  Qaradağlı  kəndinə    qarşı 



təxribatları  getdkcə  daha  da  gücləndi.  Həmin  il  oktyabr  ayının  12-də  bir  dəstə  erməni 

qulduru  kəndin  yaxınlığındakı  mal  fermasına  basqın  edərək  mal-qaranı  ələ  keçirmiş, 

ferma  binasına  və  ot  tayalarını    yandırmışlar.  Kəndin  müdafiəçilərindən  Ədalət 

Məmmədov,  Faiq  Tağıyev,  Qərib  Mustafayev,  Nazim  Vəliyev  özünü  hadisə  yerinə 

yetirərək çətinliklə də olsa  quldurları geri oturda bilmişlər. 

         1989  –  cu  ilin    dekabrında  kənd  əhalisini  vahiməyə  salmaq  və  onları  qaçmağa 

məcbur  etmək  üçün  ermənilər  hər  axşam    yanacaqla  dolu  alovlanan  çəlləkləri  ətraf 

dağlardan aşağı buraxmağa başlamışdılar. Müdafiəçilərin gördükləri tədbirlər nəticəsində 

ermənilərin bu vəhşiliklərinin də qarşısı alındı.  

 

1990 – cı il yanvarın  15-də 20 nəfərə qədər silahlı erməni Qaradağlıya yaxınlaşıb 



kəndin kənarındakı evləri atəşə tutmuşlar. Özünü hadisə yerinə çatdıran müdafiəçnlər ilk 

açıq silahlı döyüşə girirərək düşməni geri oturtmuşdular. Erməni quldurları 10 aprel 1990 

– cı il tarixdə yenidən kənddə hücüm etmişdilər. Atışma zamanı kənd sakini İlqar Əliyev 

ağır yaralanmışdı.  

 

1990-cı  il  noyabr  ayının  24-də  saat  17-  00  radələrində  Qaradağlıdan  Ağdama  



gəlin  aparan  maşın  karvanı,  kəndin  5  kilometrliyində  rus  hərbi  paltarı  geymiş  erməni 

quldurlarının təcavüzünə məruz qalmış, həmin hadisədə 3 nəfər qaradağlı həlak olmuşdu. 

Quldurlar  hadisə  yerini  mühasirəyə  alaraq  meyidləri  aparmağa  gələnləri  irəli  buraxmır, 

prezident  Ayaz  Mütəllibovun  gəlməsini  tələb  edirdilər.  İki  saatdan  sonra,  çətinliklə  də 

olsa  camaat meyidləri erməni quldurlarının əlindən ala bilmişdi. 

 

Bu  hadisədən  sonra  Qaradağlı  müdafiəçiləri  kəndin  ətrafında  güclü  müdafiə 



postları,  istehkamlar  və  səngərlər  qurmaq  qərarına  gəldilər.  Kəndin  ətrafında  5  post 

yaradılıb etibarlı müdafiə qurğuları ilə təhçiz olundu.

  

 

Xankəndindən  gələn  yolu  üstündə  üç  post  qurulmuşdu.  Xocavənd  rayonu 



istiqamətində,  kəndin  girişində  yaradılmış  post  əhəmiyyətinə  görə  birinci  post  hesab 

olunurdu. Bu postun keşikçilərlə təmin olunmasını məktəb direktoru Nobil Zeynalov öz 

üzərinə  götürmüşdü.  Orada  əsasən  Nobil  müəllimin  şagirdləri  olmuş  gənclər  və 

məktəblilər keşik çəkirdilər.  

 

Asfalt yoldan azca aralı kolxoz idarəsinin yaxınlığında qurulmuş post ikinci hesab 



olunurdu. Mirzəli və Zahir bu postun məsuliyyətini daşıyırdılar. 

 

 



Kəndin  çıxışında  asfalt  yolun  üstündə  qurulmuş  3-cü  postda  Nazim,  Qərib, 

Telman, Vidadi və başqaları dayanırdılar.

  

 

 



Kəndxurə  istiqamətində  qurulmuş  4-cü  post  da  mühüm  postlardan  biri  idi. 

Kənddə olan basqınların əksəriyyəti bu istiqamətdən olurdu. Burada Faiq, Rabil, Xudayat 

və onların dostları keşik çəkirdilər.

  

Nəhayət, 5-ci post kəndin ortasında keçən Xonaşen 



 

çayının  üstündə,  Zinki  dərəsinin  qarşısında  yaradılmışdı.  Zinki  postunun  qorunması 



Məmməd,  Şamil,  Əlqəmə  və  Ələddin  kimi  cəsur  oğullarına  tapşırılmışdı.  1990-cı  ilin 

noyabr  ayından  başlayaraq  bütün  postlarda  fasiləsiz  olaraq  silahlı  müdafiəçilər  keşikdə 

dayanırdılar.

 

 



1991-ci  ilin  əvvəllərində  baş  vermiş  faciə  vəziyyəti  daha  da  gərginləşdirdi. 

Yanvarın 10-da kəndin nüfuzlu şəxslərindən olan Sultan Bayramov erməni quldurlarına 

qarşı birgə mübarizə tədbirləri hazırlamaq üçün qonşu Əmrallar kəndinə getmişdi. Sultan 

Qaradağlıya  qayıdanda  kəndə  çatmamış  birinci  postdan  4  kilometr  məsafədə  onun 

mindiyi “UAZ-469” markalı 53-55 AQT dövlət nişanlı minik maşını ermənilər tərəfindən 

qəfil  atəşə  tutulur.  Maşının  sürücüsü  Kərəm  Tağıyev  maşını  sürüb  kəndə  çatdırsa  da 

Sultan  Bayramovun  həyatını  xilas  etmək  mümkün  olmur.  O,  iki  saatdan  sonra  aldığı 

yaralardan dünyasını dəyişir. 

 

Sultanın  dəfn  günü  Laçın-Şuşa  yolunda  jurnalist  Salatın  Əsgərovanın  ermənilər 



tərəfindən öldürülməsi xəbəri kəndə yayıldı. Bu xəbərdən hiddətlənən dinc əhali  erməni 

quldurlarının vəhşiliyinə etiraz   üçün onların  yaşadıqları kəndlərə doğru yürüşə çıxdılar. 

Lakin  kəndin  müdafiəçilərindən  bir  qrupu  qabağa  çıxaraq    əhalini  boş  əllə  erməni 

quldurlarının  üstünə  getməyin  mənasız  olduğunu  bildirərək,  onları  dayandırmağa  

müvəffəq oldular

 



Bu  faciəli  hadisədən  sonra  qaradağlılar  erməni  təxribatlarının  qarşısını  almaq 

üçün  əməliyyat  planı  hazırladılar.  Əməliyyata  Ədalət  Məmmədov  rəhbərlik  edirdi. 

Əməliyyat  qrupuna  -  İlqar  Hüseynov,  Elmidar  Bayramov,  Telman  Tağıyev,  Eldar 

Dadaşov,  Rafiq  Quliyev,  Qərib  Mustafayev,  Məmməd  Məmmədov  və  Məmməd 

Mustafayev daxil idi. Onlar iki dəstəyə ayrılıb Xankəndi-Xocavənd yolunu həm girişdən, 

həm  də  çıxışdan  nəzarətə  aldılar.  Kəndin  müdafiəçiləri  tərəfindən  Xankəndindən 

Xocavəndə  tələsən,  içində  6  erməni  quldurun  olduğu  “UAZ”  markalı  maşın    ələ 

keçirilərək, məhv edildi. Beləliklə də, Sultan Bayramovun, Salatın Əsgərovanın və digər 

şəhidlərin qisası qudurlardan alındı.

 

Ermənilər ancaq üç gündən sonra rus hərbiçilərinin 



müşaiyəti ilə gəlib meyidlərini meşədən apardılar. Bundan sonra  Xankəndi - Xocavənd 

yolunda  ermənilərin  hərəkəti  dayandı.  Bu  qisas  əməliyyatında  Qaradağlı  müdafiəçiləri 

altı ədəd xarici avtomat, bir ədəd ov tüfəngi və xeyli patron  ələ keçirdilər.

 

 



1991  –  ci  il  martın  9-da    erməni  quldurları  kəndin  yaxınlığındakı  mal  fermasına 

qəfildən silahlı basqın edib iki nəfəri qətlə yetirdilər.

 

Həmin il, iyun ayının 28-də isə gecə 



saat  bir  radələrində  Qaradağlı  kəndi  ermənilər  tərəfindən  toplardan,  pulemyotlardan  və 

avtomatlardan  şiddətli  atəşə  tutuldu.  Kəndin  bir  neçə  evini  alov  bürüdü,  bir  neçəsi  isə 

mərmi  zərbəsindən  dağıldı.  Qadınlar,  qocalar  və  uşaqlar  düşmən  atəşindən  qorunmaq 

üçün zirzəmilərə sığınmağa məcbur oldular.   

 

Həmin gecə ən böyük faciə kəndin 5 kilometrliyində Vərəndəli sahəsində yerləşən 



fermada  baş  vermişdi.  Quldurlar  kəndi  atəşə  tutmaqla  yanaşı  eyni  zamanda  fermadakı 

evlərə soxularaq altı nəfər günahsız ferma işçisini də güllələmiş və izi itirmək üçün onları 

yanan evlərdən birinin içinə atmışdılar. Bundan sonra onlar kənara çəkilərək ferma tam 

yanana qədər oranı atəş altında saxlamışlar.   

 

Bəyverdi Novruov başda olmaqla faciə yerinə gələn kənd camaatı yanan otaqların 



birində  üç  nəfərin  güllədən  dəlik    dəlik  olmuş,  odun-alovun  içində  yanmış  meyidlərini 

çıxara bilmişlər. Başqa bir otağın odu sönduruldukdən sonra isə tamamilə yanmış digər 

üç nəfərin cəsədləri aşkar edilmişdi. 


 

 



Şəhidlərin  dəfnindən  üç  gün  sonra  Ruzigar  Məmmədov  Ağdam  polis 

batalyonunun  2  nəfər  əməkdaşı  ilə  birlikdə  əməliyyat  planı  hazırlayır.  Onlar  silahlanıb 

gecə  erməni  kəndi  Kəndxurda  tərəf  gedir  və  nəzarət  postlarının  birinin  yaxınlığında 

mövqe  tuturlar.  Gecə  erməni  yaraqlılarının  komandiri  üç  nəfərlə  postları  yoxlamağa 

çıxarkən  atasının və dayısının intiqamını onlardan alırlar. 

 

Qaradağlı  kənd  sakinləri  Çingiz  Məmmədov,  Kərəm  Ağalarov  və  Şəfqət 



Məmmədova  Qaradağlının ağır günləri haqqında aşağıdakı məlumatı vermişlər: 

 

“1991-ci il sentyabr ayının 8-də Ayaz Mutəllibovun prezident seçilməsi günü idi. 



Qaradağlılar  səhər  tezdən  seçki  məntəqəsinə  gəlib  səs  verirdilər.  Səsvermədən  sonra 

bazarlıq  etmək  üçün  kənd  sakinləri  seçki  məntəqəsinin  qarşısında  dayanmış  avtobusa 

minərək Ağdama getmişlər. Geri qayıdarkən avtobus Xocavənddən 3 kilometr aralıda hər 

tərəfdən  avtomat  atəşinə  tutulmuş,  avtobusda  olan  40  nəfərdən  2  oğlan,  6  qadın  qətlə 

yetirilmiş,  23  nəfər  ağır  yaralanmışdır.  Yaralılar  təcili  olaraq  Ağdam  xəstəxanasına 

çatdırılmışdır.” 

 

Avtobus  faciəsindən  sonra  Qaradağlının  cəsur  gənclərindən  Elnur  Süleymanov, 



Xanalı  Hüseynov  və  Rayət  Quliyev  sentyabr  ayının  25-də  gecə  silahlanıb,  ermənilərin 

tutduğu Aşan kəndinin arxa hissəsinə keçmişlər. Onlar kəndə yaxınlaşıb onun kənarı ilə 

gəzən  üç  nəfər  silahlı  erməni  hərbiçisini  atəşə  tutub  qətlə  yetirmişlər.  Bu  əməliyyat 

zamanı  Rayət  ağır  güllə  yarası  alsa  da,  yoldaşları  onu  gizli  meşə  yolu  ilə  kəndə  gətirib 

oradan Beyləqan xəstəxanasına çatdırara həyatını xilas etmişlər. 

 

8 sentyabr 1991 – ci il hadisəsindən sonra qaradağlıların nümayəndələri  Məzahir 



Ağalarov,  Nobil  Zeynalov  20  nəfərlə  Bakıya  gedərək,  prezident  Ayaz  Mütəllibovla 

görüşmüş, ona Qaradağlının ağır vəziyyəti barədə məlumat vermişlər. 

 

A.  Mütəllibovla  qaradğlılara  kəndin  müdafiəsi  ilə  şəxsən  özü  məşğul  olacağına 



söz  vermiş  və  bundan  3-4  gün  sonra  11  nəfərdən  ibarət  bir  qrup  hərbiçi  Qaradağlıya 

göndərilmişdi. Onlar kəndin yuxarı hissəsində Abbasovun evində yerləşmişdilər. Kəndin 

müdafiəçiləri  həmin  dəstə  ilə  birlikdə  bir  qisas  əməliyyatı  hazırlayıb  həyata  keçirməyə 

müvəffəq  oldular.  21  nəfərlik  dəstə  Vərəndətiyə  gedən  yolun  kənarında  yerləşən  çoxlu 

erməni  quldurlarının  toplaşıb  keşik  çəkdiyi,  hərbi  əhəmiyyətli  məntəqə  olan  fermaya 

hücum edərək üç nəfər  qulduru zərəsizləşdirmiş, qalanlarını isə qonşu erməni kəndlərinə 

çəkilməyə məcbur etmişlər. Lakin təxminən 1 aydan sonra kənddin mühafizəsinə kömək 

üçün göndərilmiş hərbiçilərin müəmmalı şəkildə geri çağrıldması Qaradağlının ağır olan 

vəziyyətini daha da ağırlaşdırdı. 

 

 



          

           II Qaradağlının işğalı 

 

Xocavənd rayonunun azərbaycanlılar yaşayan kəndlərinin işğal tarixləri və digər 



faktlar sübut edir ki, dinc əhali öz döğma torpaqları uğrunda sona qədər mübarizə aparıb, 

son  nəfəsə  qədər  döyüşmüşlər.  Düşmənin  hərbi  qüvələri  ilə  qeyri  –  bərabər  döyüşlərdə 

mərdlik,  şücaət  göstərmiş  yerli  əhali,  təklənməsinə,  köməksiz  qalmasına  baxmayaraq 

vətən uğrunda 5 ildən artıq düşmənə qəhrəmanlıqla müavimət göstərmişdir. Təxribatların 

1988  –  ci  ilin  fevralından  başladığını,  Tuğ,  Saləkətin    kəndlərinin  30  oktyabr  1991, 

Xocavəndin  özünün  19  noyabr  1991,  Naxullunun  10  yanvar  1992,    Qaradağlının    17 

fevral  1992  ,  Muğanlı,  Əmirallar,  Kuropatkinin  02  oktyabr  1992,  Xətainin  20  avqust 

1993, Günəşlinin  23 avqust 1993- cü ildə işğal olunması  deyilənləri sübut edir



 

10 


Xankəndi    ilə  Xocavənd  rayon  mərkəzi  arasında  yerləşən  Qaradağlı  erməni 

kəndlərinin  mühasirəsində  olduğundan  Qarabağ  münaqişəsinin  başladığı  ilk  gündən 

fasiləsiz  olaraq  erməni  quldur  dəstələrinin  aramsız  hücumlarına  məruz  qalmışdır. 

Ətrafındakı yüksəkliklərdən ara-sıra atılan atəşlər nəzərə alınmasa, 1988-ci ilin fevralında 

1992-ci ilin fevralınadək Qaradağlıya 305 dəfə düşmən hücumu olmuşdu. Bu döyüşlərin 

hər  birində  isə  kənd  sakinləri  itkilər  vermişlər.  Ermənilərin  Qaradağlıda  insanlığa 

sığmayan  vəhşiliklər  törətməsinə  şərait  yaradan  əsas  səbəblərdən  biri  kəndin 

Azərbaycanın digər yaşayış məntəqələri ilə torpaq  əlaqəsinin kəsilməsi və  dörd tərəfdən 

mühasirəyə alınmış kəndin səmasında Azərbaycan vertolyotlarının mütəmadi atəşə məruz 

qaldığından hava xətti ilə də heç bi köməyin göstərilməməsi idi.

 

 

1991-ci ilin yayından başlamış dinc əhalinin Qaradağlıdan çıxarılması əməliyyatı 



ilin sonunda demək olar ki, tamamilə başa çatdırılmışdı. İşğal ərəfəsində Qaradağlını 125 

nəfər  müdafiə  edirdi.  Bunlardan  yalnız  14  nəfəri  Ağdamdan  köməyə  gəlmiş  Milli 

Ordunun, 70 nəfəri isə Qaradağlı özünümüdafiə dəstəsinin döyüşçüləri idi. Bundan başqa 

17  nəfər  yaşı  60-dan  yuxarı  olan  kişi,  13  nəfər  məktəb  yaşlı  uşaq  əllərində  silah 

vuruşmağa hazır dayanmışdılar. 11 nəfər yaşı 50-dən yuxarı olan qadın könüllü kənddə 

qalaraq  ərlərinə,  oğullarına  və  qardaşlarına  arxa  olub  kömək  edirdilər.  Qəhrəman 

Azərbaycan  qadınlarından  Zivər,  Sitarə,  Tavar,  Gərəkməz,  Mina,  Minarə,  Səadət, 

Mirvari,  Minayə,  Gülər  və  Həqiqət  dekabr  ayından  başlayaraq  125  nəfərə  yaxından 

köməklik etmişlər. 

 

1991-ci ilin noyabr ayının 20-də Qarakənd üzərində içərisində  Azərbaycan dövlət 



rəsmilərinin də olduğu vertolyotun ermənilər tərəfindən  vurulması yerli əhalinin təşvişini 

daha  da  artırdı.  Mühasirə  vəziyyətində  olan  kəndlə  əlaqə  ancaq  vertalyotlar  vasitəsilə 

mümkün  idi.    Bundan  sonra  kəndə  gələn  vertalyotlar  kənd  əhalisinin  bir  hissəsini 

təhlükəsiz  yerlərə  aparmağa  başlaılar.  Erməni  yaraqlıları  demək  olar  ki,  hər  gün  kəndə 

həmlələr  edir,  müdafiəçilər  bütün  istiqamətlərdən  olan  atəşlərə  atəşlə  cavab  verməli 

olurdular.  

 

 

1992-ci  il  yanvarın  8-də  ermənilər  yenidən  kəndə  güclü  hücuma  keçdilər.  Milli 



Ordunun və könüllü müdafiə dəstəsinin döyüşçüləri bu hücumun qarşısını alıb quldurları 

geriyə çəkilməyə məcbur etdilər. Bu döyüşdə Əliqismət Kərimov, Alov Əzizov, Namiq 

Hüseynov,  Ərəstun  Məmmədov,  İlqar  Hüseynov  qəhrəmanlıq  köstərərək,  çoxlu  sayda 

erməni  yaraqlısını  zərərsizləşdirdilər.  Döyüşdə  ağır  yaralanmış    Məzahir  və  Hidayət 

yanvarın  9-da  kəndə  gəlmiş  vertolyotla  Ağdam  xəstəxanasına  çatdırılsa  da,  Məzahirin 

həyatını xilas etmək mümkün olmamışdır. 

 

Yanvarın  12-də  quldurlar  kəndə  gələn  vertalyotun  düşməsinə  imkan  verməmiş, 



buna görə də ekipaj gətirdiyi  ərzaq və sursatı vertolyotdan kəndə ataraq geri qayıtmağa 

məcbur  olmuşdur.  Lakin  bir  qədər  sonra    çətinliklə  də  olsa  Qaradağlıya  enən  bir 

vertalyotla  şəhid  Məzahirin  dostları  qayıdaraq  onun  qisasını  alacaqlarına  and  içmişlər. 

Onların sırasında  Milli Ordunun döyüşçüsü Eldar Arazov da var idi. 

 

 

Lakin  qüvvələr  nisbəti  bərabər  deyidi.  Canlı  qüvvəyə,  hərbi  texnikaya,  sursata 



böyük ehtiyac duyulurdu. Top, “Qrad”qurğusu, BMP, avtomat, pulemyot və s. silahlarla 

silahlanmış düşmən hərbi texnika və canlı qüvvə baxımından  çox böyük üstünlüyə malik 

idi.  

 

Qaradağlıların  haray  səsi  hər  gün  dəfələrlə  ratsiya  ilə  ölkəyə  yayılırdı.  Bu  işdə 



rabitəçi  Zahid Xəlilovun, İmran Hüseynovun və Həqiqət Hüseynovanın  xüsusi xidməti 

 

11 


var  idi.  Lakin  Moskvadan  asılı  olan  o  zamankı  Respublika  rəhbərliyi  Qaradağlının 

harayını eşitməzliyə vurur,  heç bir əməli tədbir həyata keçirmirdilər.

  

 

 



1992-ci  il  yanvarın  15-də  qaradağlılar  Azərbaycan  xalqına  son  dəfə  müraciət 

etdilər və bu müraciət bir neçə gün radio ilə elan olundu. Müraciətin mətni belə idi: 

“Tarixin  amansız  vəhşilikləri  Qarabağ  torpağının  keşiyində  duran,  zamanın  ən  çətin 

sınaqlarından mərdliklə çıxmağa çalışan mübariz oğullarını zərrə qədər də sarsıda bilmir. 

Dörd  ildir  ki,  Qarabağın  bir  parça  incisi  olan  Qaradağlı  düşmən  hədəfinə  çevrilsə  də, 

qorxmaz  oğulları  tərəfindən  qorunur,  müdafiə  olunur.  İllərlə  yaddaşımızda  həkk 

olunmayan unudulmuş bu kəndin sakinləri ömrünün ən çətin günlərini  yaşayır. Yaşayış 

evləri,  müxtəlif  inzibati  binalar  od  tutub  yanır,  gunahsız  insanlar  qətlə  yetirilir,  mal-

dövlət  talan  edilib  aparılır.  Bir  sözlə  erməni  quldurlarının  aramsız  hücumlarına  məruz 

qalır.  Düşmənlər  bu  gözəl,  əhəmiyyətli  mövqeyi  ələ  keçirmək  istəyir.  Axı  Qaradağlı 

Xocavənd  ilə  Xankəndi  arasındakı  yolu  kəsmiş,  onların  bu  yolda  hərəkətinə  birdəfəlik 

mane  olmuşdu!  Xocavəndin  quldur  dəstələr  tərəfindən  işqal  olunmasından  sonra 

Qaradağlıda vəziyyət daha da gərginləşib. 

 

Doğma  xalqım!  Qanınızda  namus,  qeyrət  işartısı  varsa  Qarabağın  azadlığı 



uğrunda mübarizəni dayandırmayın! Yoxsa Qaradağlı öz əlinizlə quldur yuvasına çevrilə 

bilər.” 


 

Fevralın  15-də  səhər  tezdən  erməni  hərbi  birləşmələri  hər  tərəfdən  Qaradağlı 

kəndi üzərinə hücuma keçdilər. Hücumda qonşu erməni kəndlərinin döyüşçüləri, muzdlu 

əsgərlər,  rus  zabitləri,  366-cı  rus  alayının  əsgərləri  iştirak  edirdilər.  Lakin  onlar  üçün 

kəndə  doğru  irəliləmək  asan  başa  gəlmirdi.  Bir  saylı  postda  məktəb  direktoru  Nobil 

Zeynalov,  milis  əməkdaşı  Xanalı  Hüseynov  və  könüllü  müdafiə  dəstələrinin  döyüşçüsü 

Altay  Həsənov  dayanmışdılar.  Döyüş  çox  gərgin  keçirdi.  Kəndin  qəhrəman  qadınları 

güllə  yağışı  altında  döyüş  meydanına  girib  müdafiəçilərə  patron,  su,  ərzaq  daşıyır, 

yaralılara  tibbi  yardım  göstərir,  qanaxmasını  dayandırır  və  onların  yenidən  döyüşə 

girməsinə  nail  olurdular.  Bu  döyüşlər  zamanı  74  yaşlı  Zivər  anaın  həlak  olması 

müdafiəçilərin düşmənə olan nifrətini artırdı. Həmin gün ermənilər xeyli itki verərək geri 

çəkildilər.  Lakin    səhəri  gün  düşmən  bir  saylı  posta  yenidən  hücuma  keçdi.  Qanlı 

döyüşlərdə Nobil müəllim və onun səngər dostları Altay, Xanalı mərdliklə vuruşaraq  11 

nəfər  erməni  qulduru  məhv  etdilər.  Ermənilər  kəndin    qəhrəman  müdafiçilərinin 

qoruduğu  stehkamı  hücümla  ala  bilmədiklərini  görüb,  yanğın  törədən  mərmilərlə  

müdafiəçilərin  mövqelərini  atəşə  tutmağa  başladılar

Od  -  alov  içərisində  düşmənə 



qəhrəmanlıqla müqvimətı davam etdirən 1 saylı postun döyüşçüləri son nəfəslərinə qədər 

öz  mövqelərindən  geri  çəkilmədilər.  Onların  hamısı  öz  döğma  kəndləri  uğrunda  axıra 

qədər  döyüşərək    şəhid  oldular.    Fevralın  16-da  gecə  digər  postların  müdfiəçiləri  Qara, 

Novruz,  Dəmir  və  Əlqismət  sürünə-sürünə  1  saylı  posta  yaxınlaşaraq  qəhrəman 

şəhidlərin  cəsədlərini  qərargaha  gətirdilər.  Çətinlikə  olsa  da  şəhid  atası  Məhəmməd 

kişinin rəhbərliyi ilə qəhrəmanlar dəfn olundular. 

 

Həmin gün Qaradağlı uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşan və şəhid olmuş 



oğullarımızdan biri də Eldar Arazov idi. O, qranatatanla 2 düşmən hərbi texnikasını məhv 

etmiş, atəş nöqtələrini susdurmuşdu. Eldar Arazov dostu Məzahirin qisasını düşməndən 

alaraq vətən uğrunda şəhid olmuşdu. Həmin gün şəhid olmuş oğullarımızdan biri də Arif 

Bayramov idi. 

 

Amansız  döyüş  5  gün  davam  etmişdi.  Axırıncı  gün  Qaradağlı  müdafiəçilərinin 



hərbi  sürsatı  tükənmək  üzrə  idi.  Onlar  son  anda  da  kömək  üçün  müraciət  etsələr  də 

 

12 


kənardan  heç  bir  kömək  gəlmədi.  Güllələri  qurtaran  döyüşçülər  qərargaha  -  kolxoz 

inzibati binasına yığışmağa başladılar. Yaralılar və həlak olmuş döyüşçülərin meyiddəri 

də qərargaha gətirildi. Qərargah uğrunda amansız döyüş fevralın 17-si gecə səhərə qədər 

davam  etdi.  Səhər  qərargahdan  düşmənə  tərəf  atəşlərin  sayı  xeyli  azalmışdı.  Qəhrəman 

döyüşçülər  arabir  atəş  açmaqla  erməniləri  yaxına  buraxmırdılar.  Artıq  sonuncu  güllələr  

atılırdı.  Bunu  hiss  edən  erməni  quldurları  qərargaha  yaxınlaşaraq,  rus  dilində:  “Çölə 

çıxın,  silahlarınızı,  əşyalarınızı,  qiymətli  əşyalarınızı  və  sənədlərinizi  töküb  bir  cərgəyə 

düzülün”  deyə  fasiləsiz  meqafonla  qışqırmağa  başladılar  və  bununla  da  o  vaxtki  

Respublika  rəhbərliyi  tərəfindən  taleyin  hökmünə  buraxılmış  Qaradağlı,  kənd 

sakinlərinin qəhrəman müdafiəsinə baxmayaraq  düşmən tərəfindən işğal olundu.  

 

                                 III    Faciənin canlı şahidləri 



                                

 

 



Bu hadisənin canlı şahidi, kəndin müdafiəsində sona qədər iştirak etmiş, 118 nəfər 

kənd  sakini  ilə  birlikdə  ermənilər  tərəfindən  girov  götürülmüş  və  Telman  Tağıyevin 

göstərdiyi  qəhrəmanlıq  sayəsində  düşmən  caynağından  xilas  olmuş  Qaradağlı  sakini 

Vidadi Hüseynov belə xatırlayır: 

“Ermənilər  bizi  girov  götürərkən  onların  yanında  ağ  xalatlı  həkim  qrupu  da  var  idi. 

Erməni əsgərləri cərgədə yanımıza gəlib saatlarımızı, pullarımızı və qiymətli əşyalarımızı 

tələb  edirdilər.  Arxadan  10-15  nəfərin  üst-başını  yoxladılar.  Sonra  yoxlamanı  davam 

etdirmədilər.   Kolxoz idarə binasınıi  həyətındə biri “Ural”, o birı KAMAZ  markalə iki 

yük  maşını  dayanmışdı.  Bizə  maşınlara  tərəf  hərəkət  əmri  verildi.  Bir  erməni  zabiti 

qocaları  və  qadınları  KAMAZ  -  a,  cavanları  isə  üstü  çadırlı  “Ural”a  münmələrini  əmr 

etdi. Mən 14  yaşlı məktəbli  Avtandil Nağıyevə  maşına çıxmağa kömək etdim və özum 

ən  axırıncı  olaraq  maşına  çıxdım.  Oturmağa  yer  olmadığından  Faiq  məni  özunə  tərəf 

çəkdi  və  mən  onun  dizləri  üstündə  oturdum.  Birdən  bir  mulki  geyimdə  olan  orta  yaşlı 

erməni  maşına  yaxınlaşıb  dedi:  “Mən  burda  3  nəfər  turk  öldurməliyəm”.  Sonra  Eldarı 

adla  çağırdı.  Eldar  Dadaşov  yerə  düşən  kimi  tapança  ilə  onu  alnından  vurdu.  O  biri 

maşından da bir nəfər düşürüb vurdular. Bundan sonra kimi çağırdılarsa  heç kim cavab 

vermədi. Maşınlar hərəkətə gəldi. Bəylik Bağını və ondan sonra gələn Tut bağını keçdik. 

Silos  quyusunun  yanında  maşınlar  dayandırıldı.  Erməni  zabiti  arxada  gedən  “Ural” 

maşınına  yaxınlaşıb  10 nəfərin düşməsini tələb  etdi və  yaxınlaşıb  arxa bortu açdı.  Mən 

arxada oturduğumdan birinci düşdüm. Mənim arxamca da 10-15 nəfər cavan döyüşçülər 

düşdülər.  Bizi  nəyə  görə  düşürdükləri  aydın  idi.  Ona  görə  də  hamımız  sinəmizi  açıb 

qışqırırdıq:  “Güllələyin  əclaflar,  onsuz  da  qanımız  yerdə  qalmayacaq!  Sizi  it  kimi 

qovacaqlar!”  Bu  sözləri  eşidən  10-15  nəfər  erməni  əsgər  və  zabitləri  avtomatlarını 

sinələrinə  qaldırıb  atəş  açmağa  hazırlaşırdılar.  Mən  yolun  sağ  tərəf  kənarında 

dayanmışdım.  Ermənilər  isə  sol  tərəfdə  maşının  arxa  hissəsinə  yaxın  bir  yerə 

toplaşmışdılar. Ölumə sinə gərən oğullar mənim sağ tərəfimdə düzülmüşdü. Ən axırıncı 

bizə tərəf  Telman Tağıyev gəlirdi. O, mənim yanıma çatar-çatmaz qəfil ermənilərə tərəf 

döndu.  3-5  metr  irəliləyib  əlindəki  qumbaranı  onların  ortasına  atdı.  Ermənilər  qaçmağa 

maçal  tapmamış  qumbara  partladı.  Partlayışın  təsirindən  mən  yolun  kənarındakı  qalın 

kolluqla  örtülü  arxa  düşdüm.  Aldığım  qəlpə  yarasından  və  zərbənin  təsirindən  huşumu 

itirdim. Bu hadisə təxminən saat 14-00 - 15-00 radələrində baş vermişdi. Mən ayılanda 

gördüm  ki,  hava qaranlıqlaşıb, özum də qan içindəyəm.  Ağlım  başıma  gəldikcə  başıma 



 

13 


gələnləri  və  harada  olduğumu  muəyyənləşdirə  bildim.  Gecə  yarı  yerimdən  durub 

meşələrin  içi  ilə  Ağdamın  Abdal  Gulablı  kəndinə  gəlib  çıxdım.  Sonradan  öyrəndim  ki, 

həmin  hadisə  olan  yerdə  sağ  qalan  ermənilər  bizim  maşında  olan  silahsız  adamları 

avtomat atəşinə tutmuş, 33 nəfəri qətlə yetirmişlər.” 

 

Hadisənin  digər  canlı  şahidi  Telman  Tağıyevin  atası  Aslan  Tağıyev  ermənilər 



tərəfindən Xankəndinə aparılarkən yolda oğlu Telmanın qəhrəmanlığının şahidi olmuş və 

2  ay  erməni  əsirliyində  qaldıqdan  sonra  qaytarılmışdır.  Aslan  Tağiyev  hadisələri  belə 

xatırlayır: 

 

“ Fevral ayının 14-də ermənilər kəndimizi hər tərəfdən mühasirəyə alıb artilleriya 



atəişnə  tutmuşdular.  Bu  zaman  kənddə  120-dən  çox  mudafiəçi  var  idi.  90  nəfərə  yaxın 

gənc  və  cəsur  oğlanlar  gecə-gündüz  səngərlərdə  dayanıb  erməni  hücumlarının  qarşısını 

alırdılar.  Oğlum  Telman  15  nəfərlə  Qağarza  istiqamətindəki  3  saylı  postda  vuruşurdu. 

Onların qəhrəmanlıqla vuruşduğunu ondan bilirəm ki, bizi əsr aparan erməni döyüşçüsü 

deyirdi: “Ara, sənin oğlun olan postun uşaqları bizdən 64 nəfəri öldurub”. Telman hərbiçi 

idi.  O,  çox  dəqiq  və  sərrast  atəş  açırdı.  Onun  çox  təsadufi  hallarda  gülləsi  boşa  çıxa 

bilərdi. Döyüşlərin 3-cü günü, yəni fevralın 16-da patron qurtarmaq üzrə idi. Qərargahda 

isə ehtiyat patron qalmamışdı. Axşam saat 20.00 radələrində döyüşün komandiri Ədalət 

Məmmədov  butun  postlarda  olan  döyüşçülərin  qərargaha  yığışmasını  əmr  etdi. 

Mudafiəçilər bir-bir geri çəkilib qərargaha yığışdılar. Telman da qərargaha gəldi. Bundan 

sonra qərargahın həyətinə gəlib çıxmış erməni quvvələri ilə mudafiəçilər arasında qızğın 

döyüş başladı. Döyüş səhərə qədər davam etdi. Mudafiəçilər son patronlarını işlədirdilər. 

Bunu  hiss  edən  ermənilər  qərargahın  həyətinə  doluşmuşdular.  Fevralın  17-si  səhər  saat 

10-  00  -a  qədər  döyüş  davam  etdi.  Daha  biz  tərəfdən  atəş  açmağa  imkan  qalmamışdı. 

Həyətdən  erməni  komandirləri  azərbaycanca  və  rusça:  “Çölə  çıxın,  təslim  olun”  -  deyə 

əmr  etdilər.  Mən  Telmanın  dayandığı  yerə  gəldim.  O,  hərbi  formada,  başını  dik  tutub 

vuqarla dayanmışdı. Düşündüm ki, onun hərbi paltarı ermənıləri qızışdıra bilər. Odur ki, 

cəld hərəkətlə dəri gödəkçəmi və köhnə şalvarımı soyunub Telmana uzatdım və paltarını 

dəyişməsini  tələb  etdim.  O,  mənə  tabe  olub  hərbi  formasını  mənə  verdı  və  mənim 

verdiyim  paltarları  geyindi.  Bu  zaman  mən  onun  paltarın  altında  qranat  gizlətdiyini 

gördüm.  Dedim  ki,  oğlum,  üst-başımızı  axtaranda  onu  səndə  tapsalar  axırına  az  qalar. 

Onu  bir  kənara  at.  Telman  kövrək  səslə  dedi:  “Yox!  Ata,  o  mənə  lazım  olacaq.  Hələ 

döyüş dayanmayıb. Onsuz da ermənilər bilirlər mən kiməm” 

 

Bayırdan  ermənilər  öz  tələblərini  tez-tez  və  daha  qəzəbli  səslə  təkrar  edirdilər. 



Komandirimiz  Ədalət  Məmmədov  ermənilərlə  danışıqdan  qayıtdı.  Beş  dəqiqəlik 

məsləhətləşmədən  sonra  çölə  çıxmaq  qərara  alındı.  Bir-bir  çölə  çıxır,  sılahlarımızı  qapı 

ağzında  yerə atır sıraya  düzülürdük. Yenidən əmr verildi ki,  kimdə silah, sənəd, pul  və 

qiymətli  əşya  varsa  yerə  töksun.  Pul  və  sənədlərdən  böyuk  bir  qalaq  alınmışdı.  Arxada 

dayananlardan  başlayaraq  bizim  adamların  üst-başlarını  əlləri  ilə  yoxlamağa  başladılar. 

Təxminən  15  nəfər  yoxlandı,  onlardan  heç  nə  tapılmadı.  Telmana  növbə  çatmamış 

yoxlamanı davam etdirməyı lazım bilmədilər. Ürəyim bir az sakitləşdi. 

 

Qərargahın  həyətində  “Ural”  və  KAMAZ  markalı  iki  yuk  maşını  dayanmışdı. 



Əmr  etdilər  ki,  cavanlar  “Ural”  maşınına,  qocalar  və  qadınlar  isə  KAMAZ  maşınına 

otursunlar. Mən, Telmanı da KAMAZ maşınına mindirmək istədim. Erməni zabiti etiraz 

etdi.  Turkcə  danışan  başqa  bir  erməni  zabiti  mənə  yaxınlaşıb  dedi  ki,  onda  gödəkçəni 

mənə  ver.  Soyunub  verdim  və  onun  köhnəsini  əynimə  geydim.  Bundan  sonra  o  yenə 

Telmana  o  biri  maşına  oturmağı  əmr  etdi.  Mən  yenidən  ona  yaxınlaşıb  yalvarmaq 


 

14 


istədim.  Onda  Telman:  “Ata,  yalvarma,  lazım  deyil”,  -  deyib  “Ural”  maşınına  mindi. 

Hamı maşınlara oturmuşdu. Yaralılarımız yerdə çabalayırdılar. Onlara fikir verən yox idi. 

 

Maşınlara hərəkət əmri verildi. Heç 100 metr getməmişdik ki, qonşu kəndlərindən 



gələn adamların tələbi ilə maşınları saxladılar. Hər maşından bir nəfər düşürüb hamının 

gözü qarşısında güllələdilər. 

 

Maşınlar  yenidən  hərəkətə  gəldi.  Qarşıda  Tut  Bağı  deyilən  yerdə  çoxlu  erməni 



qadın və kişilər toplaşmışdı. Onlara çatanda, Silos quyularının yanında, yenə də maşınlar 

saxlanıldı. Biz cavanlar gələn maşından 20 metr irəlidə idik. Erməni komandirlərinin səsi 

gəldi:  “Kim  öz  vətənində  ölmək  istəyirsə  maşından  düşsün”.  Eyni  zamanda  iki  nəfər 

erməni  avtomatlardan  cavanlar  olan  maşına  atəş  açdı.  Onda  cavanlardan  bir  neçəsi 

maşından düşdü. Mən Telmanın  da düşdüyünü  gördüm.  O, maşından düşüb mənə tərəf 

baxdı.  Nə  demək  istədiyini  bilmədim.  Camaatı  süzdü.  Birdən  ermənilərin  yığcam 

dayandığı yerə tərəf qaçdı. Bir göz qırpımında o ermənilərə çırpıldı və dərhal da partlayış 

baş  verdi.  Gözlərimiz  qarşısında  10  erməni  yaraqlısı  parça-parça  oldu.  Daha  bir  neçə 

erməni də yaralanıb yerə sərildi. Telman özü də aldığı qəlpə yarasından yerindəcə öldü. 

Sağ qalan ermənilər özlərinə gələn kimi həmin yerdə 33 nəfəri güllələdilər. İgidlərimizin 

“Yaşasın Azərbaycan”, “Allahu Əkbər” deyə qışqırtısı indi də qulaqlarımdan getmir. 

 

Nəhayət maşınlar Xankəndinə tərəf  yenidən hərəkətə başladı. 2 ay Xankəndində 



girovluqda  qaldım.  Ermənilər  əsirlikdə  igid  oğullarımızı  işgəncələrlə  məhv  etdilər.  48 

nəfər  qadın,  qoca  və  şikəst  uşaqlar  isə  iki  ay  müddətində  girovluqdan  azad  olundular. 

Meyidləri isə öldurülən yerdə köhnə silos quyularında basdırıb üstlərini torpaqlamışdılar. 

Sonralar biz 14 meyidi həmin quyulardan çıxarıb dəfn edə bildik. Hamısının basdırıldığı 

yerləri bilirəm. Qarabağ azad olan kimi sümüklərini çıxarıb layiqincə dəfn etdirəcəyəm. 

Sağlıq olsun. İgidlərimiz sağ olsun. Biz qalib gələcəyik.” 

 

Hadisələrin  digər  canlı  şahidi  Həqiqət    Hüseynova  əvvəlcə  rabitəçi  vəzifəsini 



yerinə  yetirirdi.  Son  iki  gündə  isə  rabitə  əlaqəsi  kəsilmiş  və  kömək  gəlməsinə  ümid 

azalmışdı.  Bundan sonra H. Hüseynova beşatılan tüfəng götürərək, əri İmran Hüseynovla 

çiyin-çiyinə  düşmənə  qarşı  döyüşlərdə  bilavasitə  iştirak  etmişdir.  Həqiqət    Hüseynova 

hadisələr barədə bunları deyir: 

 

“İki  aya  yaxın  idi  ki,  100  nəfərdən  çox  kişiyə  qulluq  edirdik.  Biz  qadınların  işı 



kişilərinkindən  çox  idi.  Elə  gün  olurdu  ki,  12  dəfə  təndir  qalayır,  çörək  bişirirdim.  O 

qədər paltarı əllə yumaq asan iş deyil ki. Hələ cırılan-sökülən yerləri də tikmək lazım idi. 

Əsas  işim  isə  rabitə  idi.  Mən  güllə  yağışı  altında  gəzir,  ratsiya  ilə  döyüş  meydanından 

postlar arasında əlaqə yaradır, kənara məlumat verirdim. Bütün Türk dunyasına üz tutub 

yalvarırdım ki, bizə kömək etsinlər. Ümidimi heç vaxt üzmürdüm. Nəhayət, 5 gün qanlı 

döyüşdən sonra döyüşçülərin patronları azalmışdı. Hərənin 5-6 patronu qalırdı. Komandir 

Ədalət Məmmədov göstəriş verdi ki yavaş-yavaş qərargaha yığışın. Fevralın 16-da axşam 

hamı qərargaha toplaşdı. Səhərə qədər də atışıb erməniləri yaxına buraxmadıq.

 

Fevralın 



17-də  səhər  tezdən  ermənilər  qərargahın  həyətinə  doluşdular.  Onlar  danışıq  üçün 

numayəndə tələb etdilər. Mən dedim cavab verməyin, barışıq-zad baş tutan iş deyil. Buna 

baxmayaraq  Ədalətlə  Alik  danışıq  üçün  çölə  çıxıb  ermənilərin  yanına  getdilər.  10-15 

dəqiqədən  sonra  Ədalət  qanı  qara  halda  qayıtdı.  Dedi  ki,  bizi  Xocavənddən  ötürməyə, 

Ağdama  yola  salmağa  söz  verirlər.  Mən  dedim  ki,  yalandır,  erməni  sözunə  inanmaq 

olmaz.  Hər  döyüşçü  özü  üçün  bir  patron  saxlamışdı.  Hamısı  özunu  vurmağa  hazır  idi. 

Onda Alik  gəldi. O da dedi  ki,  ermənilər bizi  Ağdama öturəcəklərinə  çox möhkəm söz 

verirlər.  Gördüm  hamı  razılaşır.  Onda  etiraz  etdim  ki,  ermənilərin  sözunə  inanmayın. 



 

15 


Ağdam  polislərinin komandirinin qollarından tutub  yalvardım ki, təslim  oluruqsa, məni 

güllə  ilə  vur,  əsirlikdə  qalmaq  istəmirəm.  O  tərəddüd  elədi.  Dedim  ki,  əgər  ananın 

düşmən əlinə düşməsini istəmirsənsə, qeyrətli bir oğul kimi çəkinmə, vur məni. Qolundan 

tutub  silkələdim,  avtomatını  yuxarı  qaldırıb  lüləsini  sinəmə  dayadım.  Onun  barmaqları 

tətikdə  idi.  Tətiyi  çəkmək  istəyirdi  ki,  həyat  yoldaşım  İmran  yaxınlaşıb  dedi:  “Oğlum, 

mənim  gözüm  önundə  Həqiqətə  güllə  vurma”.  Hamısını  söyub  təhqir  etdim.  Yerdən 

beşatılan  tufəngimi  götürub  ayağa  qalxdım.  Döyüşə  hazır  vəziyyətdə  dayanıb  dedim: 

“Onda ölənə qədər döyüşəcəyik”.

 

 

Nəhayət, bir-bir çölə çıxmalı olduq. Çölə çıxanda erməni komandirləri əmr etdilər 



ki,  silahları  tökun.  Onda  tam  yəqinlik  hiss  etdim  ki,  bizi  ermənilər  Ağdama  yola 

salmayacaqlar.  Mən  çiynimdə  beşatılan,  belimdə  patron  qatarı  çıxmışdım.  Ermənilərin 

qəzəbli  baxışlarını  veçimə  də  almadım.  Döyüşçülərdən  Ərəstun  silahı  təhvil  vermədi. 

Avtomatını divara vurub sındırdı və kənara atdı. Dedi ki, mən erməniyə silah vermərəm. 

Başqa cavanlardan da belə edənlər oldu. Beləliklə 118 nəfər Qaradağlı mudafiəçiləri əsir 

edildi.  Ermənilər  qocaları  və  qadınları  bir,  cavanları  isə  başqa  bir  maşına  mindirdilər. 

Maşınlar  hərəkətə  gəldi.  Yol  uzunu  bizi  aparan  hərbiçilər  maşını  saxlayır,  yol  kənarına 

yığışmış erməni əhalisinin gözü qarşısında cavanlarımızı güllələyirdilər. Oğullarımızdan 

Ərəstun,  Nəbi,  Nahid  və  İbiş  ölumu  mərdliklə  qəbul  etdilər.  Onlar  sinələrini  açıb 

“əçlaflar, vurun, qoy qanım torpağıma tökülsün”, “İt kimi burdan qovulacaqsız” deyərək 

qışqırır, güllə qabağına gedirdilər.” 

 

Digər  canlı  şahid  Qaradağlı  sakini,  hadisələrin  şahidi  İlqar  Əliyevin  açıqlaması: 



“İlqar Qardaşxan oğlu Hüseynov, 1958-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində 

anadan  olub.  Qaradağlı  kənd  özünümüdafiə  taburunun  tərkibində  öz  kəndlərinin 

müdafiəsi zamanı ermənilər tərəfindən əsir götürülüb. O, həmin hadisələri belə xatırlayır: 

“Xocavənddə  cəmi  5  azərbaycanlı  kəndi  var  idi.  Onlardan  da  biri  41  erməni  kəndinin 

əhatəsində olan Qaradağlı kəndi idi və ən yaxın azərbaycanlı kəndindən 13 km aralı idi. 

Bu  kəndlər  isə  1991-ci  ilin  noyabr  ayında  ermənilər  tərəfindən  işğal  olunmuşdu  və 

Qaradağlı  blokadada  qalmışdı.  Ermənilər  Qaradağlını  tutandan  sonra  əsir  və  girov 

götürdükləri  kənd  sakinlərindən  33  nəfərini  öldürdülər.  Sonra  öldürdükləri  qadın  və 

uşaqların  cəsədlərini  kənd  yaxınlığındakı  Bəylik  bağı  adlanan  yerdə  “silos”  quyusuna 

töküb, üzərini torpaqladılar. Ermənilər kənd sakinlərini güllələyir, hələ ölməmiş adamları 

isə  quyuya  doldururdular.  Mənimlə  birlikdə  yüzdən  artıq  Qaradağlı  kənd  sakini  girov 

götürülmüşdü.  Yolda  dəhşətli  işgəncələrlə  qarşılaşdıq.  Ermənilər  iki  kənd  sakininin 

başını  toxmaqla  yararaq,  onları  əzabla  öldürdülər.  Bizi  əvvəlcə  Lingin  kəndində 

gətirdilər.  Orada  üç  nəfəri,  Malıbəylidə  isə  12  nəfəri  güllələdilər.  Malıbəylidə  hamını 

maşınlardan  töküb,  piyada  Xankəndinə  qədər  apardılar.  Yol  boyu  ermənilərin  təhqirləri 

ilə  qarşılaşırdıq.  Xankəndidə  yerləşən  həbsxanada  8  Qaradağlı  sakininin  acından  öldü. 

Ermənilər fevralın 26-da Xocalını işğal edəndə Xankəndidə həbsxanada idim. Həmin gün 

ermənilər  yüzdən  artıq  adamı  bu  həbsxanaya  gətirdilər.  Sonra  bildim  ki,  onlar  Xocalı 

sakinləridir  və  bu  şəhər  də  işğal  olunub.  Səhəri  gün  gözümün  qabağında  60-a  yaxın 

Xocalı sakininin başını kəsdilər. Onların arasında uşaq və qadınlar da var idi”.(11) 

 

Qaradağlı  sakini  Oruc  Əliyev  də  kənd  işğal  olunduqdan  sonra  şahidi  olduğu 



hadisələri  belə  xatırlayır:  “Məni  fevralın  17-də  əsir  götürdülər.  Yolda  qohumlarımın 

yarısını  öldürdülər.  Xankəndidəki  həbsxanada  isə  dişlərimi  zorla  çəkdilər.  Hər  gün 

ermənilər  tərəfindən  döyülür,  işgəncəyə  məruz  qalırdım.  Həmin  il  martın  17-də 

Allahverdi Bağırovun köməkliyi ilə dəyişdirildim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin 



 

16 


nümayəndələri  həmin  günə  qədər  bir  dəfə  də  olsun  xəstəxanaya  gəlmədilər.  Ermənilər 

sağlam  azərbaycanlı  əsir  və  girovların  daxili  orqanlarını  satırdılar.  Bunu  əvvəlcədən 

tanıdığım ermənilər mənə demişdi”. 

 

O.  Əliyevin  sözlərinə  görə,  Qaradağlının  alınması  əməliyyatına  və  orada  baş 



verən  qətliamlara  Ermənistan  prezidenti  Robert  Köçəryan  rəhbərlik  edib.  O,  bunu 

Əsgəranda xəstəxanada yatarkən eşitdiyini söyləyib.[1] 

 

Qaradağlı faciəsində ölən, yaralanan, əsir düşənlər haqqında müxtəlif məlumatlar 



var. Məlumatların birində 54 nəfər dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi, 50 nəfərin 

əsir  götürülməsi,    42  ailə  başçısının  itirməsi,  140  uşağın  yetim  qalması,  ümumiyyətlə, 

kənd  sakinlərinin  hər  10  nəfərindən  birinin  şəhid  olması    göstərilir  (12).    Digər 

məlumatda 90 nəfərin şəhid olması, 6 nəfərin itkin düşməsi və 9 nəfərin əsir götürülməsi 

bildirilir (13) 

 

Fikrimizcə  faciənin  miqyası  çox  geniş  olduğundan,  faktların  əsasən  şifahi 



mənbələrə əsaslandığından və rəsmi araşdımalar aparılmadığından belə fərqli məlumatlar 

mövcuddur. Buna görə də bu sahədə rəsmi araşdırmaların aparılmasına ciddi ehtiyac var. 

 

Aşağıda  Qaradağlı  faciəsində  şəhid  olan,  gorov  götürülərək  əzab  və  işgəncə  ilə 



qətlə yetirilənlər və taleyi indiyədək naməlum şəxslərin bir qisminin ad və soyadları qeyd 

olunub:.  

  



Yüklə 438,31 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə