Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) I tip şəkərli diabet xəstəliyinin xarakterik əlaməti hansıdır?



Yüklə 1,49 Mb.
səhifə11/25
tarix10.12.2016
ölçüsü1,49 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

678) I tip şəkərli diabet xəstəliyinin xarakterik əlaməti hansıdır?
A) Hiperosmolər komanın yaranması

B) Xəstəlik tədricən başlayır

C) Əsasən yaşlılarda baş verir

D) Ketoasidozun yaranması

E) Kompensasiyaya dieta ilə nail olunur
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
679) Diabetik ketonemik komada ağızdan gələn qoxu hansıdır?
A) Aseton

B) Lax yumurta

C) İy gəlmir

D) Yanmış ot

E) Sarımsaq
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
680) Diabetik ketonemik komada təxirəsalınmaz terapiyaya hansı aid deyil?
A) Rehidratasiya

B) İnsulin defisitinin bərpası

C) Ketoasidozu aradan qaldırmaq

D) Dehidratasiya

E) Su - elektrolit pozğunluqları nizamlamaq
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
681) Hospitala qədər dövrdə diabetik komanın terapiyasında hansı preparat istifadə olunmur?
A) Uzun müddətli təsirli insulin

B) Humulin P

C) Aktrapit

D) 0, 9% NaCL məhlulu

E) Donuz insulini
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
682) Diabetik komada kəskin nəzərə çarpan dehidratasiya zamanı hansı dərman preparatı istifadə olunur?
A) 5% - lı qlükoza

B) 40% - lı qlükoza

C) 0, 9% - lı natrium xlorid məhlulu

D) Na hidrokarbonat

E) 0, 45% - lı natrium xlorid məhlulu
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
683) Tireotoksiki kriz zamanı adrenergik reaktivliyi azaltmaq məqsədi ilə hansı preparat istifadə olunur?
A) Merkazolil

B) Natrium - yodid

C) Sedativ

D) Obzidan

E) Qlükokortikoid
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
684) Tireotoksikozun klinik əlamətlərinə hansı aid deyil?
A) Yuxululuq

B) Ritm pozğunluğu

C) Defekasiya aktının tez – tez olması

D) Taxikardiya

E) Psixomotor oyanıqlıq
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
685) Dəmir tərkibli preparatla müalicənin ilkin effekti hansı müddətdən sonra aşkar olunur?
A) 14 gündən

B) 5 gündən

C) 8 - 12 gündən

D) 2 aydan

E) 3 aydan
Ədəbiyyat: Г.П.Матвейкова. «Лечение внутренних болезней. Справочник» 1997 г.
686) Dəmir tərkibli preparatlar hansı xəstəliklərdə təyin olunmur?
A) Uzunmüddətli qanaxmadan sonra

B) Sideroplastik anemiya

C) Uşaqlığın fibromioması ilə əlaqəli qanaxma

D) Helmintozlar

E) Dişin ekstraksiyası nəticəsində baş verən qanaxmadan sonra
Ədəbiyyat: Г. П. Матвейкова. «Лечение внутренних болезней. Справочник» 1997 г.
687) Aplastik anemiyada nə qeyd olunur?
A) Limfopeniya

B) Dəmirin miqdarının çoxalması

C) Transferrinin doyma əmsalının enməsi

D) Leykositoz

E) Hemoqlobinin səviyyəsinin artması
Ədəbiyyat: Г. П. Матвейкова. «Лечение внутренних болезней. Справочник» 1997 г.
688) Hemolitik anemiyada qanda hansı parametr çoxalır?
A) Hemoqlobinin miqdarı

B) Konyuqasiya olunmamış bilirubinin səviyyəsi

C) Triqliseridlərin miqdarı

D) Xolesterinin səviyyəsi

E) Eritrositlərin osmotik rezistentliyi
Ədəbiyyat: Г. П. Матвейкова. «Лечение внутренних болезней. Справочник» 1997 г.
689) Antioksidant xüsusiyyətə malik olan preparat hansıdır?
A) Vitamin B2

B) Prednizolon

C) Vibramitsin

D) Ferrum - Lek

E) Tokoferol - asetat
Ədəbiyyat: В. Г. Кукес. «Клиническая фармакология» 1999г.
690) Regional limfa vəziləri bədxassəli törəmə zamanı hansı əlamətlər ilə səciyyələnir?
A) Ortasında fluktuasiya mərkəzinin olması

B) Bərk konsistensiyalı, ağrısız, konqlomerat şəklində

C) Hərəkətli, sulu

D) Kiçik ölçülü olması ilə

E) Yumşaq, ağrısız
Ədəbiyyat: Сальваторе Манджони. «Секреты клинической диагностики» 2004г.
691) Talassemiyanın konservativ müalicəsində hansı dərmanlar istifadə olunur?
A) Ferrum - Lek

B) Kuprenil

C) Antioksidantlar və desferal

D) Metotreksat və azatioprin

E) Prednizolon
Ədəbiyyat: Ф.И. Комаров, А.И. Хазанова. «Диагностика и лечение внутренних болезней» 1998г.
692) Trombositlərin kritik səviyyəsi hansı rəqəm hesab olunur?
A) 100 * 109 q / l

B) 70 * 109 q / l – 100 * 109 q / l

C) 380 * 109 q / l - 300 * 109 q / l

D) 120 * 109 q / l – 100 * 109 q / l

E) 30 * 109 q / l aşağı
Ədəbiyyat: Ф. И. Комаров, А. И. Хазанова. «Диагностика внутренних болезней» 1998г.
693) β - talassemiya diaqnozu hansı analizlə təsdiq olunur?
A) Koaquloqramma ilə

B) Fetal hemoqlobin və hemoqlobinin A2 fraksiyası ilə

C) Pansitopeniya ilə

D) Trombositopeniya ilə

E) Zərdabda dəmirin artması ilə
Ədəbiyyat: Ф. И. Комаров, А. И. Хазанова. «Диагностика внутренних болезней» 1998г.
694) «Kəskin leykoz» diaqnozu nəyin əsasında qoyulur?
A) Qan azlığının

B) Şikayətlərin

C) Sitokimyəvi və morfoloji dəyişiliklərin

D) Hepatosplenomeqaliyanın

E) Limfa düyünlərin böyüməsinin
Ədəbiyyat: Г.П.Матвейкова. «Лечение внутренних болезней. Справочник» 1997 г.
695) “Xroniki mieloleykoz” - un spesifik markeri hansıdır?
A) Hepatosplenomeqaliya

B) Trombositoz

C) Splenomeqaliya

D) Leykoformulada mielositlərin olması

E) Filadelfiya xromosomu (Phı)
Ədəbiyyat: Г.П.Матвейкова. «Лечение внутренних болезней.Справочник» 1997г.
696) Bioptatda Berezovski – Şternberq hüceyrələr aşkar olması hansı diaqnozu təsdiqləyir?
A) Hoçkin xəstəliyini

B) Valdenstrem makroqlobulinemiyasını

C) Villebrand xəstəliyini

D) Vilson – Konovalov xəstəliyini

E) Rustitski – Kaler xəstəliyini
Ədəbiyyat: Г. П. Матвeйкова. «Лечение внутренних болезней. Справочник» 1997г.
697) “İnfeksion mononukleoz” un törədicisi nədir?
A) Helikobakter pylori

B) Trematodlar qrupu

C) Koksaki virusu

D) Sitomeqalovirus

E) Epşteyn – Barr virusu
Ədəbiyyat: Г. П. Матвейкова. «Лечение внутренних болезней. Справочник» 1997г.
698) “İnfeksion mononukleoz” un diaqnozunu təsdiqləmək üçün nə kifayətdir?
A) Sidiyin ümumi analizi

B) Sümük iliyinin analizi

C) Sitokimyəvi analizi

D) Periferik qanın ümumi analizi

E) Limfa vəzinin punksiyası
Ədəbiyyat: А. И. Воробьев. «Руководство по гематологии» 1985г.
699) Mütləq limfositoz hansı xəstəlikdə baş verir?
A) Vərəm xəstəliyində

B) Limfoqranulomatozda

C) İltihablı xəstəliklərdə

D) Allergiyalarda

E) Xroniki limfoleykozda
Ədəbiyyat: Г. П. Матвейкова. «Справочник по дифференциальной диагностике внутренних болезней» 1990г.
700) Hansı xəstəlikdə oynaq boşluğuna qansızma nəticəsində hemartroz əmələ gəlir?
A) Revmatizmdə

B) Şenleyn - Qenox xəstəliyində

C) Reyter xəstəliyində

D) Hemofiliya xəstəliyində

E) Verlhof xəstəliyində
Ədəbiyyat: Г. П. Матвейкова. «Справочник по дифференциальной диагностике внутренних болезней» 1990г.
701) Hemotransfuziyadan əvvəl həkim hansı müayinələri mütləq aparmalıdır?
A) Bioloji sınağı aparmalı

B) ABO sistemi üzrə resipientin qan qrupu və rezus faktoru xəstəlik tarixindəki məlumatlarla tutuşdurulmalı

C) Donorun qan qrupu və konteynerin etiketindəki məlumatları tutuşdurulmalı

D) ABO və rezus faktor üzrə donor və resipientin uyğunluq sınağı

E) Sadalanan müayinələrin hamısını
Ədəbiyyat: Рагимов А. А. «Трансфузиология в реаниматологии» 2005г.
702) Sadalananlardan hansı dezintoksikasion təsir göstərən preparatlara aiddir?
A) Hemodez

B) Disol


C) Reopoliqlükin

D) Reomakrodeks

E) Poliamin
Ədəbiyyat: Рагимов А. А. «Трансфузиология в реаниматологии» 2005г.
703) Atopik dermatit xəstəliyi zamanı immunoqlobulinin hansı tipinin qanda miqdarının artması xarakterdir?
A) İG M

B) İG G


C) İG A

D) İG E


E) İG D
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə.Bakı 2010. Səh. 101-110.
704) Böyüklərdə atopik xəstəliklərdə sensibilizasiyanın daha tez-tez rast gəlinən yolu hansıdır?
A) Venadaxili

B) Dərialtı

C) Dəri vasitəsi ilə

D) Enteral

E) İnhalyasion
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
705) İmmun cavab yaradan yad maddələr necə adlandırılır?
A) Allellər

B) Bakteriyalar

C) Viruslar

D) Antigenlər

E) Anticismlər
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/animation__the_immune_response.html
706) İnsan orqanizmi:
A) Yüzlərcə müxtəlif növ sitotoksik T- hüceyrələr yarada bilir

B) Milyonlarla müxtəlif növ sitotoksik T- hüceyrələr yarada bilir

C) Minlərcə müxtəlif növ sitotoksik T- hüceyrələr yarada bilir

D) Onlarca müxtəlif növ sitotoksik T- hüceyrələr yarada bilir

E) Yalnız bir növ sitotoksik T- hüceyrə yarada bilir
Ədəbiyyat: http://highered.mcgraw hill.com/sites/0072507470/student_view0/chapter22/animation__the_immune_response.html
707) Serum xəstəliyində meydana gələn urtikar səpgilərin yaranma mexanizmi nəyə əsaslanır?
A) Sirkulyasiya edən immun komplekslər dəriyə çökərək buna səbəb olur

B) Sirkulyasiya edən immun komplekslər komplementi-anafilatoksinləri aktivləşdirərək buna səbəb olur

C) Sadalananlardan heç biri

D) Yüksək səviyyəli İqE sintezinə

E) Sadalananların hamısı
Ədəbiyyat: “Allerji hastalıklarda yeni ufuklar”, Fuat Kalyonçu, 2007, səh.251
708) Allergik rinitdə nazal obstruksiyanı aradan qaldırmaq üçün hansı qrup preparatların istifadəsi daha məqsədəuyğundur?
A) nazal qlükokortikoidlər

B) hamısı

C) nazal antihistaminlər

D) antibiotiklər

E) oral antihistaminlər
Ədəbiyyat: L.İ. Allahverdiyeva “Uşaqlarda allergik xəstəliklər” . Bakı, 2011, səh. 21
709) Allergik riniti ən çox hansı xəstəlik müşayiət edir?
A) Simpatik oftalmiya

B) Qlossit

C) Otit

D) Parotit



E) Sinusit
Ədəbiyyat: L.İ. Allahverdiyeva “Uşaqlarda allergik xəstəliklər” . Bakı, 2011, səh. 21
710) Allergik rinitin diaqnostikasında hansı sınaqların aparılması daha məqsədə uyğundur?
A) İntradermal testlər

B) Hamısı

C) Patch-test

D) Veber sınağı

E) Prick-test
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
711) Anamnezində astma olan 35yaşlı qadın burnun qaşınması, asqırma, rinoreyadan şikayət edir. Xəstə demək olar ki, bu vəziyyətdə hər gün olur, yazda halı pisləşir. Burnun tutulmasına görə yatanda əziyyət çəkir. Dimedrol qəbul edir, kömək etmir. Siqaret çəkmir, ailə üzvləri də siqaret çəkmir, amma evdə iki pişiyi var. Müayinədə yorğun görünür, temperaturu 37,1°C; AT 128/84 mm.c.süt; nəbzi 88/dəq. tənəffüs sayı 18/dəq. Burun balıqulaqlarının selikli qişası şişkindir, yümşaqdır, avazımış, mavi-boz rəngdədir. Nazik sulu sekresiya görünür. Qulaqda patologiya görünmür. Boyun limfa düyünləri böyüməyib; ağciyərləri auskultasiyada təmizdir. Xəstədə ən ehtimal edilən diaqnoz nədir?
A) İnfeksion rinit

B) Sinusut

C) Vazomotor rinit

D) Mukovissidoz

E) Allergik rinit
Ədəbiyyat: CASE FILES: Family medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 6
712) I tip hiperhəssaslıq reaksiyalarının erkən fazası hansı müddətdə meydana çıxır?
A) İstənilən vaxt

B) Saniyələr və ya ən gec 2 saat ərzində

C) 48-72 saat sonra

D) 24 saat sonra

E) 2-8 saatdan sonra
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
713) I tip hiperhəssaslıq reaksiyalarının gec fazası hansı müddətdə meydana çıxır?
A) Saniyələr və ya ən gec 2 saat ərzində

B) 2- saatdan sonra

C) 24 saat sonra

D) İstənilən vaxt

E) 48-72 saat sonra
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
714) Göz ətrafında xroniki venoz durğunluq hesabına hansı simptom yaranır?
A) Qaşınma

B) “Allergik eynəklər” gözaltı qaraltı

C) “Səki daşı” simptomu

D) Sulanma,yaşarma

E) Kirpiklərin tökülməsi
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110
715) Aspirin bronxial astmasına aid deyil:
A) Boğulma tutması

B) Çoxlu miqdarda irinli bəlğəmin ifrazı

C) Aspirinə və qeyri-steroid iltihab əleyhinə preparatlara qarşı dozülməzlik

D) Aspirinə qarşı dozülməzlik

E) Burun polipozu
Ədəbiyyat: “Аллергология” Г.Б.Федосеева
716) Ağciyərlərin Xronik Obstruktiv Xəstəliyinə nə aid deyil?
A) Anamnezdə uzun müddətli siqaret çəkmənin olması

B) Kəskin başlama,tez inkişaf və qısa müddətli olma

C) Tədrici başlama və uzun müddətli olma

D) Dəri sınağının mənfi olması

E) Ağciyər emfizeması və ağciyər ürəyinin daha tez inkişaf etməsi
Ədəbiyyat: “Аллергология” Г.Б.Федосеева “Аллергология” Г.Б.Федосеева
717) Astmanın kəskin ağırlaşması zamanı hansı tövsiyyə olunmur?
A) Antixolinergik dərmanlar

B) Teofillinlər

C) İQKS+uzun müddətli təsirə malik β2 aqonistlər

D) Sedativ dərmanlar

E) Qısa müddətli təsirə malik β2 aqonistlər
Ədəbiyyat: GİNA 2011
718) Atopik dermatit zamanı ilkin əlamətlərə hansılar aid deyil?
A) Mikrovezikula

B) Çapıq


C) Qaşınma

D) Ekssudasiya

E) Hiperemiya
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
719) 18-yaşlı bronxial astma xəstəsində bərk baş ağrıları, ürəkbulanma, qusma, və işiğa dözülməzlik əmələ gəlib. Baş ağrıları həftədə 1-2 dəfə olur. Müalicədə aşağıdakılardan hansından istifadə etmək olmaz?
A) Naproksen

B) Propranolol

C) Qidanın asta şəkildə qəbulu

D) Amitriptilin

E) Verapamil
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.810-93.
720) Ağırlaşmamış fəsilli allergik rinit birindən başqa bütün klinik sindromlarla müşayiət olunur?
A) burnun selikli qişasının qızartısı və boyun limfadeniti

B) damaq, burun və udlaqda qaşıntı

C) gözlərin artıq yaşarması

D) burun yollarından sulu ifrazat

E) asqırma paroksizmi
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.811-99
721) 34-yaşlı qadın, ağır ilboyu allergik rinit, bir neçə il ərzində ildə 10-15 gün ikincili rinosinusitlər olur. Qadında ev tozuna, Cladosporium, çəmən otların və ambroziyanın tozcuquna qarşı müsbət dəri slnaqları aşkar edilıb. Müxtəlif dərman preparatları yalnız qismən effekt göstərib. Xəstəyə ən uyğun terapevtik tədbiri seçin.
A) Burun tutulmasını aradan qaldıran antihistamin preparat

B) Antigenin eliminasiyası

C) Səbəbkar antigenlərlə spesifik immunoterapiya

D) Anti-İgE preparatları (omalizumab)

E) Yerli adrenergik aqonist
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva,1996 s.811-99
722) 10-yaşlı qızda qonşularında olan pişiklə təmasdan sonra rinoreya və burunda qaşınmalar epizodları olur. Xəstəyə ən uyğun terapevtik tədbiri seçin:
A) Antigenin eliminasiyası

B) Səbəbkar antigenlərlə spesifik immunoterapiya

C) Burun tutulmasını aradan qaldıran antihistamin preparat

D) Yerli adrenergik aqonist

E) Anti-İgE preparatları (omalizumab)
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.811-99
723) Allergik rinitin diaqnostikasında hansı test ən faydalıdır?
A) Eozinofillərə boyanan burun ifrazatından yaxma

B) Sürətli hiperhəssaslıq dəri testi

C) Leykositar formula

D) Qanda İgE-nin təyini

E) Radioallerqosorbent test RAST (qanda anticismlərin təyini)
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.459-3
724) Aşağıda saydıqlarımızdan hansı steroid hormonların fəsadı deyil?
A) Osteoporoz

B) Hepatit

C) İsenko-Kuşinq sindromu

D) Qastroduodenal xoranın kəskinləşməsi

E) Arterial hipertenziya
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.459-3
725) Övrə və angionevrotik ödemin müalicəsində hansı üsul istifadə olunmur?
A) Minimal androgen təsiri olan steroidlər

B) H1-histamin blokatorlarla müalicə

C) Səbəbkar faktorların eliminasiyası

D) Əsas xəstəliklərin müalicəsi

E) α-adrenomimetiklər
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.460-7
726) 24-yaşlı xəstə sefaklor (sefalosporin qrupundan antibiotik) qəbul edir. 1 həftədən sonra xəstədə temperaturun yüksəlməsi, məxmərək və qızılcayabənzər səpgilər, hər iki diz oynaqlarında artralgiya, limfa düyünlərinin böyüməsi (generalizə olunmuş) qeyd olunur. Xəstədə ən ehtimal edilən diaqnoz nədir?
A) Revmatizm

B) Limfoqranulematoz

C) Hemorragik vaskulit

D) Zərdab xəstəliyi

E) İnfeksion mononukleoz
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004
727) 38 yaşlı müntəzəm şəkildə atenolol qəbul edən qadını arı sancıb. 5 dəqiqə ərzində anafilaksiya əlamətləri inkişaf edib. Klinikaya daxil olarkən xəstədə arterial hipotoniya, generalizə edilmiş övrə və stridor qeyd olunur. Xəstəyə adrenalin təyin edilib, amma arterial hipotoniya qalır. Xəstəyə ən uyğun preparat hansıdır?
A) venadaxili ürək qlikozidləri

B) venadaxili aminofillinin yeridilməsi

C) venadaxili qlukaqon

D) adrenalin aerozol formasında

E) β2-adrenergik aqonist aerozol formasında
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004 Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.805-67.
728) 56-yaşlı kişi allergik rinitə görə həkimə gəlib. Anamnezində yanaşı xəstəliklərdən prostat vəzinin xoşxassəli hiperplaziyası var. Ambarda çalışır, yük maşınlarına yükün daşınmasının operatorudur. Bu xəstənin müalicəsinə uyğun hansı preparatdır?
A) Feksofenadin

B) Difenhidramin

C) Xlorfeniramin

D) Klemastin

E) Hidroksizin
Ədəbiyyat: CASE FILES: Family medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 6.3
729) Anamnezində bronxial astma olan xəstə. Əvvəl aparılan ağciyərlərin funksional testləri mülayim dərəcəli obstruksiya aşkar edib. Xəstə inhalasion kortikosteroid və ehtiyac olanda qısa təsirli β2-aqonist qəbul edir; buna baxmayaraq, həftədə 3-4 dəfə gecələr öskürəkdən oyanır. Xəstə üçün ən yaxşı növbəti addım hansıdır?
A) Uzun müddət təsir edən β2-aqonistlər

B) Oral steroidlər

C) Teofillin

D) Antirefluks müalicə

E) Leykotriyeninhibitorlar
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 35.1
730) Piylənməsi olan 50-yaşlı bronxial astma xəstəsini ara-sıra dispepsiya və gecə öskürəyi narahat edir. Səhərlər ağzında turş hissi ilə oyanır. Müntəzəm qaydada inhalasion kortikosteroid və qısa təsirli β2-aqonist qəbul edir.Sizin ən düzgün nöbəti addımınız hansıdır?
A) Allergik desensitizasiyanın başlanması

B) 24 saatlıq ezofageal PH monitoringi

C) Oral kortikosteroidlərin qısa kursu

D) Omeprazolun başlanması

E) Döş qəfəsi rentgenoqrafiyası
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 35.4
731) 25-yaşlı oğlan streptokokk mənşəlli faringitə görə əzələ daxilinə penisillin alır. Oğlan temperaturun aşağı olması və boğaz ağrısına görə poliklinikaya müraciət edir. Sağlam görünür və başqa dərman qəbul etmir. 20 dəqiqə ərzində, üzün şişkinliyi və tənəffüs məhdudluğundan şikayət etməyə başladı. Xəstə boğulur və qorxan kimi görünür. Ürəyin vurğu sayı 130/dəq., AT 90/47mm c.s., tənəffüs səthidir, sayı 28/dəq. Üzü və dodaqları şişkin, gözlərini şişkinlikdən gücnən aça bilir. Auskultasiyada diffuz fitverici xırıltılar, çoxsaylı urtikar (övrə) qalxan zədələnmələr görünür. Təcili yardım çağırılır. İlk növbədə xəstəyə nə yeridilməlidir?
A) Suprastin vena daxilinə

B) Adrenalin əzələ daxilinə

C) Prednizolon vena daxilinə

D) Ürək qlikozidləri vena daxilinə

E) Adrenalin vena daxilinə
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48
732) 55-yaşlı mühasibatçı üzün və dilin şişkinliyindən şikayət edir. Yaxında yeni hamam sabunundan istifadə etməyə başlayıb. Yanaşı xəstəliklərdən osteoartrit və yüngül hipertoniyası var, ona görə asetaminofen (parasetamol) və kaptopril qəbul edir Şişkinliyin səbəbi nədir?
A) Kaptopril

B) Hipotireoz

C) Asetaminofen

D) Sabuna qarşı hiperhəssaslıq

E) Qida ilə bağlı allergiya
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48.1
733) 18-yaşlı oğlan epilepsiyaya görə müntəzəm dərman qəbul edir. Temperaturun artması, limfadenopatiya, generalizə olunmuş makulo-papular səpkilər, və artralgiyalarla həkimə gəlib. Xəstə geyd edir ki, bağçada işləyəndə onu gənələr dişləyib. Xəstənin vəziyyətinin səbəbi nə ola bilər?
A) İnsan immunodefisit virusu infeksiyası (HIV)

B) Laym xətəliyi

C) İgE vasitəli reaksiya

D) Epilepsiya dərmanlarına qarşı reaksiya

E) Sarmaşıq zəhəri ilə bağlı ağır dermatit
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48.2
734) 34-yaşlı kişi arı sancmasına görə ağır allergik reaksiya ilə reanimasiyaya gətirilib. Xəstəyə anafilaktik şokun alqoritminə uyğun ilk tibbi yardım göstərilib, amma oksigenin saturasiyası 80% qədər enib (norma 90%-dan yuxarı olmalı), və xəstə apnoe vəziyyətindədir. Bu durumda ən yaxşı növbəti addım hansıdır?
A) Elektrik kardioversiya

B) Venaya dimedrol

C) Venaya epinefrin

D) Burun kanyulası vasitəsi ilə oksigen

E) Endotraxeal intubasiya
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48.3
735) 57-yaşlı durğunluq ürək çatışmazlığı ilə xəstədə kardiastress test (tredmil) pozitiv nəticə vermiş, xəstəyə kardial kateterizasiya lazımdır. Xəstənin sözünə görə, anamnezində yoda qarşı allergiya var. Xəstə üçün ən yaxşı növbəti addım hansıdır?
A) Müayinədən vaz keçib cərrahi əməlyyata göndərmək

B) Müayinə zamanı diphenhydramine (dimedrolun) infuziyası

C) Müayinədən əvvəl gecə diphenhydramine və kortikosteroidlərin təyini

D) Yodun artan dozaları ilə desensitizasiya

E) Müayinədən sonra xəstəyə diphenhydramine və adrenalinin təyini
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48.4


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə