Dərs 4
Əlavə Dəyər Vergisi
Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği
ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-
nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı
fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə
satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan
verginin məbləğidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli
və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin
məbləği hesab edilir.
Vergi ödəyiciləri kimlərdir?
Aşağıdakı rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər ƏDV-nin ödəyicisi sayılırlar:
1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxslər
2. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər, bu cür idxal malları üzrə
3. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və vergiyə
cəlb edilməli olan qeyri-rezident şəxslər, həmin işlər
və ya xidmətlər üzrə
4. Aksizli malların istehsalçıları və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər.
Qeydiyyata dair ərizənin tələb edilməsi
Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan
əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o сümlədən sadələşdirilmiş
vergi
ödəyicisi hüququndan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (mülkiyyətində
və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin
və yük daşımalarını həyata keçirən şəxslər, idman mərc oyunlarının operatoru və satıcıları və
mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər istisna olmaqla) növbəti
ayın birinci günündən başlayaraq 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata
dair ərizə verməyə borcludurlar. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000
manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata
keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri
üçün qeydiyyata dair ərizə
verməyə borcludur. Qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi
orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər.
Qeydiyyat ƏDV
üzrə qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə
minir:
● məcburi qeydiyyat zamanı – ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan
əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; bir əqd və ya
müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq
olduqda -
əməliyyatın aparıldığı günədək.
● könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün
birinci günündə
● həmin tarix əvvəlki 3 illik dövrdən artıq müddəti əhatə etməməklə,vergi
ödəyicisinin qeydiyyat
haqqındakı ərizəsində göstərilən tarixdə.
ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən
vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi
göndərir.