Dərs 4 Əlavə Dəyər Vergisi



Yüklə 423,16 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix19.05.2022
ölçüsü423,16 Kb.
#58589
növüDərs
  1   2   3   4   5   6   7
DƏRS 4



 
 
 
Dərs 4 
 
Əlavə Dəyər Vergisi 
Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği 
ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-
nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı 
fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə 
satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan 
verginin məbləğidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli 
və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin 
məbləği hesab edilir. 
Vergi ödəyiciləri kimlərdir? 
 
Aşağıdakı rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər ƏDV-nin ödəyicisi sayılırlar: 
1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxslər 
2. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər, bu cür idxal malları üzrə 
3. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və vergiyə 
cəlb edilməli olan qeyri-rezident şəxslər, həmin işlər və ya xidmətlər üzrə 
4. Aksizli malların istehsalçıları və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər. 
Qeydiyyata dair ərizənin tələb edilməsi 
Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan 
əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o сümlədən sadələşdirilmiş vergi 
ödəyicisi hüququndan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (mülkiyyətində 
və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin 
və yük daşımalarını həyata keçirən şəxslər, idman mərc oyunlarının operatoru və satıcıları və 
mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər istisna olmaqla) növbəti 
ayın birinci günündən başlayaraq 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata 
dair ərizə verməyə borcludurlar. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 
manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata 
keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə 
verməyə borcludur. Qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi 
orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər. Qeydiyyat ƏDV 
üzrə qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə 
minir: 


● məcburi qeydiyyat zamanı – ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan 
əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; bir əqd və ya 
müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - 
əməliyyatın aparıldığı günədək. 
● könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün 
birinci günündə 
● həmin tarix əvvəlki 3 illik dövrdən artıq müddəti əhatə etməməklə,vergi ödəyicisinin qeydiyyat 
haqqındakı ərizəsində göstərilən tarixdə. 
ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən 
vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi 
göndərir. 

Yüklə 423,16 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin