Dərs 4 Əlavə Dəyər Vergisi



Yüklə 423,16 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix19.05.2022
ölçüsü423,16 Kb.
#58589
növüDərs
1   2   3   4   5   6   7
DƏRS 4

 
Mədən vergisi üzrə hesabat dövrü təqvim ayıdır.Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı 
qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq ödənilir. Mədən vergisinin 
ödəyiciləri vergi bəyannaməsini hər ay hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq vergi 
orqanına, yerli büdcələrə daxil olan mədən vergisi üzrə isə bələdiyyələrə təqdim etməlidirlər. Mədən 
vergisi gəlirdən məhdudlaşdırılmayan çıxılmalara aid edilir. Mədən vergisi (yerli əhəmiyyətli tikinti 
materialları üzrə mədən vergisi istisna olmaqla) dövlət büdcəsinə ödənilir. Yerli əhəmiyyətli tikinti 
materialları üzrə mədən vergisi yerli (bələdiyyə büdcəsinə) büdcəyə ödənilir. Yerli əhəmiyyətli tikinti 
materiallarına kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı aid edilir. 
Maliyyə sanksiyaları və faizlər 
 
Mədən vergisinin hesablanmamasına, vaxtında ödənilməməsinə və bəyannamələrin müəyyən edilmiş 
müddətdə verilməməsinə görə vergi ödəyiciləri qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. 

Mədən vergisinin hesabatını və ya mədən vergisi üzrə öhdəliyin yaranmaması barədə arayışı 
əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının 
qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 

Aktivləri barədə məlumatı əsas olmadan müəy-yən edilən müddətdə təqdim etməyən vergi 
ödəyicisinə vergi orqanının qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq 
edilir. 

Sənədlərin (o cümlədən elektron formatda məlumatların) müəyyən edilmiş müddətlərdə 
vergiorqanına təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, o 
cümlədən vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı 
beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlərin 
və ya onların lazımi qaydada təsdiq edilmiş surətlərinin vergi orqanının müraciətinə əsasən 10 
iş günü müddətində təqdim edilməməsi, habelə sənədlərin və ya məlumatların tam oxunaqlı 
şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə üzrlü səbəb olmadan 
saxlanılmamasına görə vergi ödəyicisinə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq 
edilir. 

Verginin bəyannamədə göstərilən məbləği bəyannamədə göstərilməli olan məbləğə nisbətən 
azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği bəyannamə təqdim etməməklə 
yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral 
vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi 
miqdarında maliyyə sanksiyası tətbiq edilir. 

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nağd qaydada 
həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə 
malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan 
əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi 
miqdarında, ikinci dəfə yol verdikdə 20 faizi miqdarında, üç və daha çox dəfə yol verdikdə 40 
faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 

Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul 
vəsaitlərinin 
uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə uçotdan gizlədilmiş və ya uçota 
alınmamış pul vəsaitinin 1000 manatdan çox olan hissəsinin 5 faizi miqdarında; 



Yüklə 423,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin