Vergi ödəyiciləri
Bu fəsildə başqa hallar nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikası ərazisində aksizli malların
istehsalı və ya idxalı ilə məşğul olan bütün müəssisələr və fiziki şəxslər,
habelə Azərbaycan
Respublikasının hüdudlarından kənarda bilavasitə özü və ya podratçı vasitəsilə aksizli malları istehsal
edən və istehsal etdiyi yerdə vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının
rezidentləri aksizin ödəyiciləridirlər. Sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası
ərazisində mallar istehsal
edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödəyicisidir. Bu
halda istehsalçı (podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır. ksizli malların istehsalçısı və
sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda, malın sahibi (sifarişçi) aksizin
ödəyicisidir.
Dostları ilə paylaş: