6) Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq
əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən)
qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların
itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya
oğurlanması vergi tutulan əməliyyat sayılır.
7) Vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar
həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir.
8) Malları ƏDV-yə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən
ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan
əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol
verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş
payına mütənasib olaraq azaldılır.
9) ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan
əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin
ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir.
10) ƏDV-dən azad edilən idxal mallarının Azərbaycan Respublikasının ərazisində təqdim
edilməsi vergi tutulan əməliyyat sayılır. Sənaye, yaxud texnologiyalar parklarının idarəedici
təşkilatı, operatoru və rezidentlərinin idxal etdiyi və gömrükdə vergidən azad edilmiş
texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə konkret dövr ərzində konkret
sahənin inkişafı üçün idxal edilən və gömrükdə vergidən azad olunan istehsal təyinatlı xammal
və müasir texnologiyanı təmin edən avadanlıqların Azərbaycan Respublikasının ərazisində
təqdim edilməsi vergi tutulan əməliyyat sayılır.
Dostları ilə paylaş: