Vergi tutulan əməliyyatın vaxtı
Azərbaycan Respublikası ərazisində istehsal olunan mallar üçün - malların istehsal binasının
hüdudlarından kənara buraxıldığı vaxt vergi tutulan əməliyyatın vaxtıdır.
Malların idxalı üçün - Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq aksizli
malların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt vergi tutulan əməliyyatın vaxtıdır.
Aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur.
Qeyd :Azadolmalar barədə- Vergi Məcəlləsi maddə 188
İstehsal ehtiyacları üçün aksizlərin əvəzləşdirilməsi Aksizli malları (xammal və materialları) alan və bu malları vergi tutulan digər aksizli malların istehsalı
üçün istifadə edən şəxs xammal və materialları alarkən ödənilmiş aksizin məbləğini əvəzləşdirmək və
ya geri almaq hüququna malikdir.
Bu maddəyə uyğun olaraq aksizin məbləği yalnız xammal və materialların istehsalçısı tərəfindən
aksizin ödənildiyini təsdiq edən elektron qaimə-faktura, xammal və materiallar idxal edildikdə isə -
müvafiq sənədlər vergi orqanına verildiyi zaman əvəzləşdirilir və ya geri qaytarılır. Sənədlər vergi
orqanına verildikdən sonra 45 gün ərzində tutulmuş aksiz məbləği vergi ödəyicisinə qaytarılır.
Qeyd :Vergi dərəcələri barədə- Vergi Məcəlləsi maddə 190
Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə, hər hesabat dövrü üçün
vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
ödənilməlidir. Mədən Vergisi Mədən vergisinin ödəyiciləri kimlərdir? Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölgəsi də daxil olmaqla
Azərbaycan Respublikasının ərazisində yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və
müəssisələr mədən vergisinin ödəyiciləridir.