Enerji mübadiləsinin öyrənilməsi üsulları
Orqanizmin enerji balansını müəyyən etmək üçün ondan xaric
olan istilik enerjisinin və qəbul edilən qidаdа olan istilik
enerjisinin miqdarını bilmək lazımdır.
Orqanizmdə qida maddələri yandıqda (oksidləşdikdə)
orqanizmdən kənаrda yandıqda verdiyi qədər enerji verir.
Orqanizmdə əmələ gələn və ayrılan enerjinin miqdarını
vasitəsiz və vasitəli kalorimetriya ilə təyin etmək olar.
Vasitəsiz kalorimetriya ilə müəyyən vaxt ərzində orqanizmin
bədən səthi ilə xarici mühitə verdiyi istilik müəyyən edilir. Bu
məqsədlə istilik keçirməyən kalorımetrik kameralardan istifadə
edilir.
İnsan və ya heyvan kameraya salınır. Boru vasitəsilə həmin
kameradan su keçir. Boruya daxil olan və çıxan suyun tempe-
raturunu, miqdarını ölçməklə istilik kalori ilə hesablanır. Deməli,
126
bu vaxt suyun isinməsinə səbəb olan istilik orqanizmdən ayrılan
istilikdir. Vasitəsız kalorimetrıya üsulu dəqiq üsuldur. İcrası çətin
olmaqla çox vaxt sərf olunur.
Təcrübədə ən çox vasitəli kalorimetriya üsulundan istifadə
edilir. Orqanizmdə enerjinin mənbəyi oksidləşmə prosesidir. Bu
proses zamanı O
2
istifadə olunur və CО
2
əmələ gəlir.
Vasitəli kalorimetriya
İfraz edilən CО
2
və mənimsənilən О
2
miqdarına əsaslanır.
Bunun üçün xüsusi kalorimetrik respirasion kameralardan istifadə
edilir. Ancaq respirasion kamera mürəkkəb quruluşludur.
Buna görə, qaz mübadiləsi maska üsulu ilə öyrənilir. 1 litr О
2
-
nin mənimsənilməsi və ya 1 litr CO
2
-nin xaric edilməsi müəyyən
miqdar istiliyin əmələ gəlməsinə səbəb olur, əmələ gələn istiliyin
miqdarına O
2
-nin və ya CО
2
-nın kalori əmsalı deyilir.
Maddələr mübadiləsinin səviyyəsini tənəffüs əmsalına görə
müəyyən etmək olar.
Tənəffüs əmsalı müəyyən vaxtda xaric olunan CО
2
-nın
mənimsənilən О
2
-nə olan nisbətinə çevilir.
Tənəffüs əmsalının həcmi, orqanizmdə oksidləşən üzvi
maddənin növündən asılıdır. Məsələn: 1 molekul qlükozanın
oksidləşməsi üçün 6 molekııl O
2
tələb olunur.
C
6
H
12
O
2
+ 6О
2
= 6CО
2
+ 6 H
2
О
Deməli, karbohidratlar oksidləşən zaman tənəffüs əmsalı
bir оlur.
Intensiv əzələ işi zamanı tənəffüs əmsalı yüksəlir. Əksər
hallarda vahidə yaxınlaşır. Bu onunla izah olunur ki, gərgin
127
fəaliyyət zamanı enerjinin mənbəyi karbohidratların oksidləş-
məsidir.
Yağlar oksidləşən zaman tənəffüs əmsalı 0,7, zülallarda isə
0,8 olur. Xaric olunan CО
2
-nin miqdarı, mənimsənilən О
2
-dən az
olduqda tənəffüs əmsalı vahiddən az olur.
Orqanizmin enerji tərtibatını ödəmək üçün bir qida maddəsi
digərini əvəz edə bilər. Məsələn: 1 qram karbohidrat, 1 qrаm
zülalı əvəz edır. Enerjı cəhətdən bir qida maddəsinin digərini əvəz
etməsinə izodinamiya deyilir.
Qeyd etmək lazımdır ki, izodinamiyanın qidalanmada,
yеmləmədə əhəmiyyəti çox məhduddur. Ona görə ki, orqanizmə
plastik
xassəli
qida
maddələri
də
lazımdır. Maddələr
mübadiləsinin bir neçə növü var:
Ümumi mübadilə - Adi şəraitdə gedən maddələr və enerji
mübadiləsinin intensivliyinə müxtəlif faktorlar təsir edir. Bütün
xarici və daxili amillər sinir sistemi vasitəsi ilə maddələr
mübadiləsinə təsir edir.
Maddələr mübadiləsi, xarici şəraitdən, işin xarakterindən,
yaşdan və s. asılı olaraq dəyişir. Adi şəraitdə gedən maddələr və
enerji mübadiləsinə ümumi mübadilə deyilir.
Əsas mübadilə - Tam əzələ sakitliyi və аclıq zаmаnı gеdən
mübаdiləyə əsаs mübаdilə dеyilir. Əmələ gələn еnеrji həyаt üçün
vacib olan sistemlərin funksiyasına sərf olunur (qan dövranı,
tənəffüs, həzm, daxili sekresiya vəzilərinin fəaliyyəti, mərkəzi
sinir sistemi və s.).
Aralıq mübadilə- Maddələr mübadiləsinin 2-ci mərhələsidir:
qida maddələrinin qana və limfaya sorulması, üzvi maddələrin
sintezi və parçalanması prosesi, nəticədə maddələr mübadiləsinin
çoxlu miqdarda aralıq və sоn məhsullarının əmələ gəlməsi, aralıq
mübadilə adlanır.
Hеyvаn оrqаnizmində müxtləif məhsullаrın əmələ gəlməsinə
sərf оlunаn еnеrji məhsuldаr mübаdilə аdlаnır. Bir litr südün
əmələ gəlməsi üçün inəyin süd vəzilərindən 500-550 litr qаn
kеçməlidir.
128
Aclıq dövründə də maddələr mübadiləsi gedir. Bu dövrdə
həyati proseslər orqanizmdə toplanmış ehtiyat qida maddələrinin
hesabına ödənilir.
Aclıq zamanı qida maddələrinə olan tələbat əzələdə və qara
ciyərdə toplanmış qlükogenin hesabına ödənılir. Qlikоgеn ehtıyatı
sərf edildikdən sonra orqanizm yağ deposu hesabına yaşayır.
Ehtiyat yağ sərf edildikdən sonra enerji tələbatı toxuma
zülalının hesabına ödənilir. Toxuma zülalının parçalanmasının
sürətlənməsi orqanizmin aclıqdan öləcəyini göstərir.
Orqanizmdə enerji mübadiləsi maddələr mübadiləsi ilə sıx
əlaqədardır.
Enerji mübadiləsinin tənzimində beyin yarımkürələrinin
qabığının rolu böyükdür. Bundan başqa, maddələr və enerji
mübadiləsinin tənzimində aralıq beyində yerləşən vegetativ sinir
sisteminın mərkəzi də iştirak edir.
Aralıq beyində yerləşən mərkəzdən impulslar, mərkəzdən
qacan sinirlərlə orqanlara, toxumalara, yaxud daxili sekresiya
vəzilərinə verilir. Nəticədə qana daxil olan hormonlar maddələr
mübadiləsinə təsir edir.
Müxtəlif intero- və ekstеroreseptorların qıcıqlanması zamanı
əmələ gələn reflekslər enerji mübadiləsinin səviyyəsinin tənzim
оlunmasında əhəmiyvətə malikdir.
Enerji mübadiləsinin intensivliyinə hipotalamus təsir göstərir.
Enerji mübadiləsinə hipofiz, qalxanabənzər, mədəaltı və
böyrəküstü vəzilər də təsir göstərir.
Şərti qıcığın təsirındən maddələr və enerji mübadiləsinin
intensivliyi dəyişə bilər.
Orqanizmin temperatunun sabitliyi maddələr mübadiləsı üçün
əsas şərtdir. Sabit temperatura toxumalarda və bütövlükdə orqa-
nizmdə gedən proseslərin normal səviyyəsini təmin edən faktor-
dur. Orqanizmin temperaturunun sabitliyı öz növbəsində maddələr
və enerji mübadiləsinin səviyyəsindən asılıdır. İstilik balansı orqa-
nizmdə əmələ gələn və xarıci mühitə verilən enerjidən asılıdır
(şəkil 37).
129
Şəkil 37. Müxtəlif hеyvаnlаrdа bədən tеmpеrаturunun xаrici mühitin
tеmpеrаturundаn аsılılığı. а-istiqаnlı hеyvаn; b-istiqаnlı və sоyuqqаnlı
hеyvаnlаr аrаsındа аrаlıq vəziyyəti tutаn hеyvаnlаr – milçəkquşu (isti ölkələrdə
yаşаyаn əlvаn tüklü kiçik quş); B- sоyuqqаnlı hеyvаn.
İstiliyin əmələ gəlməsi kimyəvi, xaricə verilməsi isə fiziki
prosesdir. Insanlar üçün temperaturun 35
0
C-dən aşağı olması –
hipotermiya, temperaturun 37
0
C-dən yuxarı olması – hipеrtеr-
miyа, 36,5-36,9
0
C аrаsındа оlmаsı - izotermiya аdlаnır (şəkil 38).
Bədən temperaturuna bir sıra faktorlar təsir edir: temperatur
gecə az, gündüz çox olur (şəkil 39). Aclıq zamanı temperatıır
aşağı düşür. Temperaturun +24
0
C-dən aşağı düşməsi və ya +44
0
C-dən yuxarı qalxması hüceyrələrdə zülalların normal halının
(kolloidal) pozulmasına səbəb olur və ölümlə nəticələnə bilir.
130
Şəkil 38. Insаnın bədən səthində tеmpеrаturun tоpоqrаfiyаsı.
Şəkil 39. Insаnın bədən tеmpеrаturunun sutkаnın vаxtındаn аsılılığı
Temperaturun sabitliyi - temperaturun əmələ gəlməsi və
xaricə verilməsi yolu ilə nizamlanır. Deməli, maddələr mübadiləsi
prosesində daim temperatura əmələ gəlir və xaricə verilir.
Müxtəlif hеyvаnlаrdа bədən tеmpеrаturu müxtəlif оlur. Nоrmаdа
inəkdə – 37,5-39,5
0
C, dоnuzlаrdа – 38-40
0
C оlur.
İstilik oksidləşmə prosesi zamanı hücevrənin mitoxondi-
rilərində əmələ gəlir. Canlı toxumaların çox hissəsini əzələlər və
vəzilər təşkil etməklə, istilik ən çox onlarda əmələ gəlir.
İstiliyin əmələ gəlməsinə görə 2-ci yeri qara ciyər tutur. Rus
dilində qara ciyər «peçen» deməkdir. Peçen «peç» sözündən
götürülmüşdür. Qara ciyər canlı orqanizmin ən isti orqanıdır.
Maddələr və enerji mübadiləsinə xarici mühitin temperaturu təsir
göstərir.
131
Xarici mühitin temperaturu aşağı düşdükdə maddələr müba-
diləsi sürətlənir. Xarici mühitin temperaturu yüksəldikdə maddələr
mübadiləsi zəifləyir. Bu da orqanizmin normadan çox isinməsinin
qarşısını alır.
Orqanizmin temperaturunu tənzim edən əsas mərkəz hipota-
lamusda yerləşir. Onun arxa hissəsində istiliyın yaranması, ön
hissəsində isə istiliyin xaricə verilməsi mərkəzi yerləşir.
Dəri reseptorları istinin və ya soyuğun təsirindən qıcıqlanır.
Oyanma əmələ gəlir. Əmələ gəlmiş oyanma temperatur tənzimi
mərkəzinə verilir. Nəticədə vegetativ sinır sisteminin və daxili
sekresiya vəzilərinın vasitəsi ilə oksidləşmə prosesı, əzələlərin
vəziyyəti, tər vəzilərinin sekretor fəaliyyəti dəyişir və bu da
temperaturun dəyişməsinə səbəb olur.
Orqanizmin temperaturu 2 yolla tənzim olunur:
1. Dövran edən qanın temperaturu (hipotalamusu yuyan qan).
Qanın temperaturundan asılı olaraq müvafıq mərkəz oyanır. Bu da
istilik yaranmasına və yaxud istiliyin xarıc olunmasına təsir edır.
2. Reflektor və şərti reflektor yol.
Temperaturun şərti reflektor tənzimində beyin qabığının rolu
böyükdür. Məməlilərdə beyin qabığının kəsilib çıxarılması zamanı
temperaturun sabitliyi pozulur.
Ümumiyyətlə, orqanizmin temperaturu sinir-humoral sistem-
lər ilə nizamlanır.
Məşğələyə hazırlaşmaq üçün suallar:
1. Maddələr və enerji mübadiləsinin bioloji əhəmiyyəti
2. Vasitəsiz və vasitəli kalorimetriya üsullarının mahiyyəti
3. Ümumi, əsas, aralıq və məhsuldar mübadilə
4. İzotermiya, hipotermiya və hipertermiya
5. Qida maddələrinin enerji dəyəri.
6.Tənəffüs əmsalı (TƏ) və onun dəyişməsi.
7. Enerji mübadiləsinin tənzimi.
132
Lаbоrаtоriyа iĢi 53.
Atda qazlar mübadiləsinə görə vasitəli kalorimetriya
üsulu ilə enerji mübadiləsinin təyini.
ĠĢ üçün lazımdır: at və ya keçi, tənəffüs maskası, hava
keçirməyən kisə, qaz analizator, qaz saatı, dəyişdirici açar.
ĠĢin gediĢi. Tənəffüs maskası heyvanın üzünə geydirilir.
Maskada nəfəsalma və nəfəsvermə klapanları vardır. Hava
keçirməyən kisənin açarının köməyi ilə nəfəsalma klapanı geniş
büzməli rezin boru ilə birləşdirilir. Açar elə vəziyyətdə qoyulur ki,
nəfəsvermə havası rezin kisəyə daxil olsun. Beləliklə, atın
nəfəsvermə havası 5 dəqiqə müddətində kisəyə toplanır. Sоnrа
kisə sıxıcı ilə möhkəm bаğlаnır və mаskа çıxаrılır. Hаvа ilə dоlu
kisə lаbоrаtоriyаyа gətirilir və аşаğıdаkı işlər icrа оlunur:
1. Analiz üçün kisədən hava nümunəsi götürülür və qaz
analizatorda nəfəsvermə havasında oksigenin eləcə də karbon
qazının miqdarı təyin edilir. (Qaz analizatorun qurulması üçün
tənəffüs bölməsinə baxın).
2. Havanın temperaturu və barometrik təzyiqi qeyd olunur.
3. Kisədə qaz saatının köməyi ilə havanın həcmi ölçülür.
4. Atda enerji sərfi hesabalanır.
Nəfəsalma havasının tərkibi:
Karbon qazı - 0,03%
Oksigen - 20,94%
Azot - 79,03%
Nəfəsvermə havasının tərkibi:
Karbon qazı – 3,31%
Oksigen – 17,41%
Azot - 79,28%
Atda 1 dəqiqədə nəfəsvermə havasının həcmi 70,5 litrdir.
Havanın temperaturu 15,4
0
C, barometrik təzyiq 765 mm.
133
15,4
0
C
temperatur üçün 3 nömrəli cədvəldə «B» işarəsi
tapılır. B 13-ə bərabərdir, onda P- B = 765 -13 = 752 mm.
5 №-li cədvəldə hesablama faktoru tapılır və bu 0,9380-ə
bərabərdir. Beləliklə, 1 dəqiqədə nəfəsalma havasının normal
həcmi – 0,9380x70,5=66,13 litrə bərabərdir. Nəfəsvermə hava-
sında qazların faizlə tərkibini bildikdən sonra, həmin qazların litr
ilə miqdarını təyn etmək olar.
CО
2
=
= 2,19 l
О
2
=
= 11,51 l
N
2
=
= 52,43 l
Azot tənəffüs prosesində iştirak etmir. Buna görə də nəfəs-
alma və nəfəsvermə havasında onun miqdarı dəyişmir və 5243
litrə bərabər olur ki, bu da nəfəsalma havasının 79,04%-ni təşkil
edir.
Y =
= 66,33 l
66,3 litr nəfəsalma havasında 0,02 l CO
2
(CО
2
=
= 0,02 l) və 13,88 l О
2
(О
2
=
= 13,88
l) vаrdır.
Bu göstəricilər əsasında 1 dəqiqədə xaric olan karbon qazının
və qəbul edilən oksigenin miqdarının təyin etmək olar.
CO
2
= 2,19 - 0,02 = 2,17 l
O
2
= 13,88 -11,51 = 2,37 l
134
Burada tənəffüs əmsalı 0,91-ə (TƏ
) bərabər olacaqdır.
6 №-li cədvəldə 0,91 tənəffüs əmsalı üçün 1 l oksigenin
kalori ekvivalenti tapılır. Bu ekvivalent 4,936 böyük kaloriyə
bərabərdir. Bu rəqəm qəbul edilmiş oksigenin miqdarına vurmaqla
heyvanın 1 dəqiqədə göstərilən təcrübə şəraitində sərf etdiyi enerji
tapılır.
4,936 x 2,37 = 11,8 böyük kalori
Alınmış rəqəmi 1440 (bir sutkada olan dəqiqələrin miqdarına)
vurmaqla bir sutka ərzində sərf olunan enerji təyin edilir.
11,8 x 1440 = 16992 böyük kalori
ĠFRAZAT
MÖVZU: SĠDĠYĠN ƏMƏLƏ GƏLMƏSĠ VƏ ĠXRACI
Normada sidiyin tərkibində zülal olmur, ona görə ki, zülallar
kapillyarların divarından keçə bilmir, sidikdə zülalın olması
albuminuriya, qanın olmas ı hematuriya adlanır. Sidik
böyrəklərin mürəkkəb işi nəticəsində iki fazada əmələ gəlir:
1. Filtirasiya (süzülmə) fazası
2. Reabsorbsiya (geri sorulma) fazası.
Birinci fazada əmələ gələn sidik ilk sidik adlanır. İkinci fa-
zada əmələ gələn isə son sidik adlanır. Böyrəklərdən əlavə ifrazat
orqanlarına ağciyərlər, tər vəziləri və bağırsaqlar aiddir. Maddələr
mübadiləsi fasiləsiz olduğu üçün ifrazat prosesi də fasiləsizdir.
Orqanizmin daxili mühitinin sabitliyini ifrazat orqanları təmin
edir.
135
Sidiyn müаyinəsi ifrаzаt оrqаnlаrının funksiоnаl vəziyyətini
təyin еtmək üçün ən yаxşı üsuldur. Sidiyin tərkibi аşаğıdаkı
cədvəldə (cədvəl 13) göstərilmişdir.
Məşğələyə hazırlaşmaq üçün suallar:
1.İfrazat prosesinin orqanizmin həyat fəaliyyəti üçün əhəmiy-
yəti.
2. Sidiyin əmələ gəlməsi və onun fazaları.
3. Sidiyin tərkibi.
4. Böyrəklərin işinə təsir göstərən faktorlar.
5.
Sidiyin əmələ gəlməsinin və ixracinin tənzimi.
6.
Homeostaz və onun canlı orqanizm üçün əhəmiyyəti.
Lаbоrаtоriyа iĢi 54.
Ġtdə diurezin öyrənilməsi.
ĠĢ üçün lazımdır: it, narkotik maddə, yarmaq üçün alətlər,
sap, 10 və 100 ml-lik şpris, vena üçün konyul, sidik axarları üçün
2 ədəd konyul, induksion tağalaq, akkumulyator, 40%-li sidik
cövhəri məhlulu, 5%-li metal abısı (fizioloji məhlulda hazırlanır).
ĠĢin gediĢi. İt narkoz edilərək stolda təsbit olunur. Qarın
boşluğu kəsilib açılır və sidik аxаrlаrı kəsilərək onlara böyrəklər
istiqamətində şüşə konyul yeridilir və sapla bağlanır. Hər bir
konyulun açıq ucuna rezin boru taxılır.
Təcrübə zamanı rezin borular vasitəsilə sidik stəkana toplanır.
Vidaci vena tapılır, kəsilir, ona ucunda rezin boru olan konyul
salınır və bağlanır.
Təcrübə it üzərində aşağıdakı ardıcıllıqla aparılır. Məhlullar
15-20 dəqiqə fasilə ilə kanyuldan vidaci venaya yeridilir: 150-200
ml fizioloji məhlul, 10 ml 10%-li natrium xlor məhlulu, 5 ml
40%-li sidik cövhəri məhlulu və 5 ml metil abısı məhlulu.
Hər dəfə qeyd olunan məhlullar yeridildikdən sonra 5 dəqiqə
müddətində sağ və sol sidik axarlarından ixrac olunan sidik dam-
cılarının miqdarı sayılır. Sidik damcılarının miqdarı hər bir
dəqiqədə ayrıca hesablanır.
136
Metil abısı yeridilən zaman onun nə qədər vaxtdan sonra
kanyulda görünməsi qeyd olunur.
Hər bir məhlul yeridilməzdən əvvəl 8 dəqiqə müddətində
sidik axarlarından ixrac olunan sidik damcılarının miqdarı sayılır,
yəni diurezin normal səviyyəsi müəyyən edilir.
Sonra itdə oturaq siniri tapılır, sapa götürülür və mərkəzi ucu
sapda qalmaq şərti ilə kəsilir.
Vidaci venaya 50 ml 40%-li sidik cövhəri məhlulu yeridilir.
Diurez artan zaman induksiya cərəyanı ilə sinirin mərkəzi ucu
qıcıqlanır və ixrac olunan sidik damcılarının miqdarı hesablanır və
nəticə çıxarılır.
Sidik üzvləri sisteminə böyrəklər, sidik axarları, sidik kisəsi
və sidik çıxaran kanal daxildir (şəkil 40, 41). Böyrəklərdən keçən
hər 10-litr qandan 1-litr ilk sidik əmələ gəlir.
Hər bir elm onun metodlarının nailiyyətləridən asılı olaraq
inkişaf edir. Böyrəklərin struktur və funksional vahidi nefrondur.
Sidiyin əmələ gəlməsi üçün əsas proseslər nefronda gedir. Sidikdə
zülalın olması-albuminuriya, qanın olması-hemoturiya, qlükoza-
nın olması- qlükozuriya adlanır.
Cədvəl 13.
Sidiyin tərkibi.
Tərkibi
Plazmada
%-lə
Sidikdə %-
lə
Qeyd olunmuş maddələr qana
nisbətən sidikdə neçə dəfə çoxdur
Su
90-93
90-95
eynidir
zülal
7 9
-
-
Şəkər
0,1
-
-
Sidik cövhəri
0,03
2
70
Sidik turşusu
0,002
0,05
25
Na
0,32
0,35
eynidir
K
0,02
0,15
7
Mg
0,001
0,04
40
Ca
0,0025
0,006
2,4
Cl
0,37
0,6
1,6
PO
4
0,009
0,27
30
SO
4
0,002
0,18
90
137
Şəkil 40. Sidik üzvləri sistеmi
Sidiyin əmələ gəlməsi prosesinə - diurez deyilir. Sidiyin xa-
ric olunmasının azalması- anuriya adlanır. Buna səbəb böyrəklərin
qan ilə təmin edilməsinin azalması və ya tam kəsilməsi (aorta və
böyrək arterİyasında tromb əmələ gələn zaman) sidik axarlarının
tutlması, böyrəklərin funksiyasının zəifləməsidir.
Şəkil 41. Insаn böyrəyinin quruluşu.
138
Sidik orqanizmdə fasiləsiz əmələ gəlir, orqanizmdən isə fasilə
ilə ixrac olunur. Sidik kisəsi çox dolduqda, sidik böyrək ləyənində
və sidik axarlarında toplanır. Nəticədə böyrək ləyənində təzyiq
artır. Bu da ilk sidiyin filtirasiyasına mane olur və sidiyin əmələ
gəlməsi tam dayanır. Sidiyin qana keçməsi uremiya adlanır.
İnsan və heyvanlarda bir böyrəyin çıxarılması zamanı qalan
böyrəkdə hipertrofiya (böyrəyin çəkisinin və həcminin artması)
əmələ gəlir. Nəticədə bir böyrək bütün funksiyaları yerinə yetirir.
Hər iki böyrəyin çıxarılması zamanı uremiya baş verir. Bu vaxt
azot mübadiləsinin məhsulları qanda artır (sidik cövhərinin
miqdarı 20-30 dəfə arta bilir), qanın ion tərkibi və s. pozulur,
zəiflik əmələ gəlir, tənəffüs prosesi dəyişir və ölüm baş verir.
Böyrəklərin bəzi funksiyalarını müvəqqəti əvəz etmək etmək
üçün (məsələn, iti və xroniki böyrək çatışmazlığı zamanı və yaxud
daimi böyrəklər çıxarıldıqda) süni böyrək adını almış aparatlardan
(hemodializ) istifadə edilir. Hazırda çoxlu miqdar müxtəlif tip
aparatlar “süni böyrək” düzəldilmişdir və onlardan geniş istifadə
olunur. Sidik üzvləri sisteminin ən çox təsadüf edilən xəstəlikləri
– nefrit, piеlit, sistit, nefroz (böyrəklərin distrofiyası) və böyrək
daşı xəstəlikləridir.
139
Ə L A V Ə L Ə R
Izotonik məhlullar.
Qurbağalar üçün:
Fizioloji məhlul - 0,65 % NaCl
Ringer məhlulu (ürək və əzələlər üçün) – 0,6% NaCl,
0,0075% KCl, 0,01% CaCl
2
, 0,01% NаHCO
3
Ringer məhlulu (elektrofizioloji təcrübə üçün)- 0,65% NaCl,
0,018%KCl, 0,03% NаHPO
4
, 0,02% CаCl
2
, pH-7,2
İstiqanlılar üçün:
Fizioloji məhlul- 0,9% NаCl
Lokk məhlulu (ürək və balalıq üçün) – 0,9% NaCl, 0,042%
KCl, 0,02% CаCl
2
, 0,015% NаHCО
3
, 0,1% qlükoza (C
6
H
12
O
6
),
pH-7,3-7,4
Tirode məhlulu (bağırsaq üçün) - 0,8% NаCl, 0,02% KCl,
0,02% CаCl
2
, 0,1% NаHCO
3
, 0,01% MgCl
2
, 0,005% NaH
2
PO
4
,
0,1% qlükoza (C
6
H
12
O
6
), pH-7,3-7,4
Krebs məhlulu (diafraqma və başqa toxumalar üçün) - 0,69%
NаCl, 0,06% KH
2
PO
4
, 0,035% KCl, 0,029% MgSO
4
7H
2
O,
0,028%CаCl
2
, 0,2% qlükoza (C
6
H
12
O
6
), 0,21% NаHCO
3
140
Cədvəl 1.
Müxtəlif heyvanlarda əsas fizioloji göstəricilər.
Göstəricilər
Heyvanın növü
At
İnək
Qoyun
Donuz
İt
Toyuq
Dovşan
Arterial təzyiq mm. c. st.
a \ maksimal
b\ minimal
110-120
35-50
110-140
30-50
100-120
50-65
135-155
45-55
120-140
30-40
Venoz təzyiq mm.c.st
8-130
8-130
90-115
90-110
90-100
Sakit halda 1dəq. ürək
vurğularının miqdarı
24-42
50-80
70-80
60-90
70-120
150-200
120-160
Sakit halda 1dəq. tənəffüs
hərəkətlərinin miqdarı
8 -16
12 -25
16-30
15-20
14-24
12-30
50-60
Bədən temperaturu
0
C
37,5-38,5
37,5-39,5
38,5-40,0
38,0-40,0
37,5-39,0
40,5-42,0
38,5-39,5
Cinsi yetişkənliyin
başlanma vaxtı
15-18 аy
6-10 ay
6-10 ay
5-8 ay
5-6 ay
140-170 gün
4-6 ay
Cütləşmə vaxtı
3-4 il
16-18 ay
12-18 ay
9-11 ay
18-24 ay
-
8-10 ay
Cinsiyyət tsiklinin davamı
(günlə)
20-22
19-21
17
19-21
-
-
5-9 ay
Hövrə gəlmənin davamı
5 -7 gün
17-20 saat
30-38 saat
40-60 saat
20-25 gün
-
3-5 gün
Boğazlığın davam etmə
müddəti (günlə)
340 (307-
412)
285 (240-
310)
150 (140-160)
114 (110-
140)
62 (59-65)
-
30
(28-32)
Laktasiya müddəti (günlə)
270
240-305
130-150
60-70
-
-
-
141
Cədvəl № 2.
Müxtəlif heyvanlarda hemotoloji göstəricilər.
Göstəricilər
Hеyvаnın növü
At
İri buynuzlu
heyvan
Qoyun
Donuz
Dovşan
İt
Toyuq
Balıq
Xəz dərili
heyvan
Diri çəkiyə görə
qanın %-lə miqdarı
8-10
7,5-8,2
7-9
4,5-6,5
5,5-6,5
8,5
6,5
1,1-7,3
-
Hemoqlobin( q%)
8 -14
9-12
7-11
9-11
10-12,5
11-17
8-12
7-12
12-17
Eritrositlər 1 mm
3
-
də minlə
6 -9
5-7,5
7-12
6-7,5
5-7,5
5,2-8,4
3 -4
1,5-2,5
8.5 -11
Leykositlər 1 mm
3
-
də mİnlə
7-12
6 -10
6 -11
8 -16
5,5-9
8,5-10,5
20-40
25-50
4 -10
Trombositlər 1
mm
3
-də minlə
200-500
260-700
270-500
180-300
190
250-550
32-100
360
300
Qanın PH-ı
7,3 - 7,5
7,2-7,45
7,46-7,52
7,44-7,47
7,4
7,32-7,60
7,40-7,44
7,5-7,7
-
Eritrositlərin
osmotik davamlılığı
(NaCl %-lə)
0,54
0,53
0,65
0,65
0,43
-
0,4
0,28
0.46
EÇS mm
15 dəqiqədə
35
0,15
0,2
1
0
0,2
0,5
0,5
0.5
30 dəqiqədə
54
0,35
0,4
3
0,3
0,9
2
2
0.9
45 dəqiqədə
58
0,5
0,6
5
0,9
1,7
3,5
3,6
1.7
60 dəqiqədə
64
0,7
0,8
8
1,5
2,5
4
2 10
2.5
Qanın laxtalanma
sürəti dəq ilə
10-12
7 -9
4 -5
3 - 4
5 - 6
7,5
2 - 3
2,5-5
4-5
Qanın dövr etməsi
saniyə ilə
31,5
31,5
23,6
27,0
-
21,0
-
-
-
142
Cədvəl № 3.
Elektrokardioqramın fizioloji göstəriciləri
(V.P.Filatova görə)
Heyvanın
növü
Nəbzin
miqdarı
Dişlərin həcmi mm-lə
P
Q
R
S
T
İri
buynuzlu
heyvan
50-80
2,1
1,9-2,3
0,9
0,6-1,2
5,9
4,6 - 6,8
0,8
0,6 -1,0
3,5
3,1-4,0
At
24-42
2,2 0,9-3
1,5
1,1-0,9
7,1 3-15
1,4 0,5-3
3,4
1,9 -4,9
Donuz
60-90
0,9 0,4
0,8 0,3
2,2 0,5
0,9 0,4
1
Qoyun və
keçi
70-80
1,6-1,7
2,2 - 2,5
2,2 - 2,5
2,1-2,1
2,5-2,7
İt
70-120
1,5-22
1,2 - 2,4
7,6-10,9
0,7-1
Dostları ilə paylaş: |